Erməni cinayətləri (sənədlər əsasında) I cild



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix06.09.2017
ölçüsü1,03 Mb.
#29049
1   2   3   4   5   6   7   8   9   10   11

Qazax 
1992.03.14. 
Ermənilər  tərəfindən rayonun Xeyrimli,  Aşağı Əskipara,  Məzəm,  Quşçu 
Ayrım  kəndləri  “Qrad”  qurğuları,  pulemyotlar,  tank  və  avtomat    silahlardan  
intensiv atəşə tutulmuşdur. Silahlı qüvvələrimizin bir  tankı və Xeyrimli kəndindən 
din əhlini çıxaran  avtobus  vurulmuşdur
1
.  
1992.03.21. 
Rayonun  Ermənistanla  sərhədində  baş  verən  atışma    nəticəsində  4 
azərbaycanlı həlak olmuş, 6 nəfəri isə yaralanmışdır
2

1992.04.23. 
Qazax rayonunun Cəfərli, Balacəfərli, Barxudarlı  kəndlərinin Ermənistan 
istiqamətindən  iriçaplı  pulemyotlardan  və  toplardan    atəşə  tutulması  nəticəsində 
müvafiq  yaşayış məntəqlərindən dağıntılar  baş vermişdir.
3
 
1992.05.10. 
Rayonun  atəşə  tutulması  nəticəsində  6  nəfər  yaralanmış,  2  ev  isə 
dağıntılara  məruz  qalmışdır.  
1992.08.11 
Səhər saatlarından başlayaraq ermənilərin intensiv şəkildə atəşə başlaması 
nəticəsində  rayonda  1  nəfər    həlak  olmuş,  4  nəfər    yaralanmışdır.  Ağstafa  
rayonunun  ərazisində  yerləşən  yaşayış  məntəqələrində  isə  5  nəfər  yaralanmışdır, 
dağıntılar  vardır. 
1992.10.24. 
Mərcan  və  Fərəhli  kəndləri  pulemyot,  avtomat  və  ağır  texnikadan  atəşə 
tutulmuşdur. Bir  nəfər  baş nahiyəsindən ağır  yaralanmışdır.  
1992.10.26. 
Rayonun Daş  Salahlı, Kosalar, Əzizbəyli kəndləri, həmçinin Qazax şəhəri 
Ermənistanın  İcevan  rayonu  istiqamətindən  “Qrad”  tipli  qurğularından  atəşə 
tutulmuşdur. Əzizbəyli kəndinin 4 nəfər  sakini qəlpə yarası almışdır. 
1992.13.30. 
                                                           
1
 ARMTN Arxivi, jurnal №1 səh-4 
2
 ARMTN Arxivi, jurnal №1 səh-11 
3
 ARMTN Arxivi, jurnal №1 səh-64 

86 
 
Döyüşlərin gedişi zamanı 33 nəfər itkin düşmüşdür. 
1992.12.07. 
Kəmərli, Mərzəli, Fərəhli, Qızıl Hacılı, Daş Salahlı kəndlərinin top atəşinə 
tutulması nəticəsində bir  uşaq  qətlə yetirilmiş, 4 nəfər  yaralanmışdır.
1
 
1993.02.22. 
Rayonunun Dağkəsəmən kəndinə 8, rayon mərkəzinə 6 mərmi düşmüş, 1 
nəfər  qadın və 2 uşaq yaralanmışdır, dağıntılar  var
2

1993.03.07. 
Qazax  rayonunun Quşçu-Ayrım, Məzəm və Fərəhli kəndləri toplardan və 
digər odlu silahlardan atəşə tutulmuşdur. Məzəm kəndinin 1 sakini yaralanmışdır.  
1993.05.02. 
Rayon  mərkəzinin  “Qrad”  qurğularından  atəşə  tutulması  nəticəsində  1 
nəfər  ölmüş, bir  neçə nəfər  isə yaralanmışdır. 
1993.06.18. 
Erməni  silahlı  qüvvələrinin  birləşmələri  rayonunun  Kəmərli  kəndi 
yaxınlığında Daşbulaq deyilən yerdə mövqelərimizə hücum etmişlər, 1 nəfər kənd 
sakini yaralanmışdır. 
1993.09.15. 
Gecə  saatlarında  rayon  mərkəzi  Ermənistanın  Noyemberyanlı    rayonu 
istiqamətində  fasiləsiz    atəşə  tutulmuşdur.  12  nəfər  yaralanmış,  2  nəfər    həlak 
olmuşdur. 
1993.10.26. 
Ermənistan  istiqamətindən  rayonunn  Fərəhli  kəndi  avtomat  və 
pulemyotlardan atəşə məruz  qalmışdır. Nəticədə bir uşaq  həlak olmuşdur. 
1993.12.25. 
Saat 11.30-dan başlayaraq Qazax  şəhərinin mərkəzi, Ermənistanın İcevan 
rayonu istiqamətindən müxtəlif  növ silahlardan müntəzəm atəşə tutulmuş, əhalinin 
sıx məskunlaşdığı ərazilərə 30-a qədər  mərəmi düşmüşdür.  4 nəfər  həlak olmuş, 
11 nəfər  yaralanmışdır. 
1993.12.29 
Ermənistanın İcevan rayonu istiqamətində şəhərin mərkəzi top və “Qrad” 
qurğularından  atəşə  tutulmuş,  nəticədə  mülk  yaşayış  binalarına,  mərkəzi  doğum 
evinə, qaçqınların məskunlaşdığı şəhərciyə ciddi ziyan  dəymiş, 7 nəfər  mülki şəxs 
həlak olmuş, 13 nəfər  yaralanmışdır. 
1994.04.18. 
Balacəfərli  kəndi  ermənilər  tərəfindən  müxtəlif    növ  silahlardan  atəşə 
tutulmuş, nəticədə bir  nəfər  mülki şəxs  həlak olmuş, 1 nəfər yaralanmışdır. 
1993.03.26. 
                                                           
1
 ARMTN Arxivi, jurnal № 7 səh-84 
2
 ARMTN Arxivi, jurnal №7 səh-10 

87 
 
Saat  15:00  Ağstafa    rayonu  Köhnə  Qışlaq  kəndinin  6  nəfər  sakini 
Ermənistan  Respublikası  İcevan  rayonunun  Çinar    kəndi  istiqamətindən  gələn 
erməni yaraqlıları tərəfindən əsir  götürülmüşdür. 
1992.07.21. 
Ermənistan  istiqamətindən Ağköynək və Köhnə Qışlaq  kəndlərinin atəşə 
tutulması nəticəsində 3 nəfər  həlak olmuş, 2 nəfər  yaralanmışdır. Bununla  yanaşı, 
yaşayış məntəqələrinə ciddi maddi ziyan dəymişdir. 
1992.08.11. 
Ağstafa  rayon  mərkəzinin  atəşə  tutulması  nəticəsində  5  nəfər 
yaralanmışdır. 
1993.02.22. 
Rayonun  Ağköynək  kəndinin  atəşə  tutulması  nəticəsində  ölənlər  və 
yaralananlar  olmuşdur. 
Tovuz 
 Cinayət  işinin  ikinci  cildinin  təhlili  zamanı,  1990-cı  il  mayın  14-də 
keçmiş SSRİ Prokurorluğunun İstintaq  qrupunun rəhbəri S.A.Solopon tərəfindən 
cinayət işinin və həbsdəki şəxslərin saxlanılma  müddətinin uzadılması bardə tərtib 
edilmiş  qərar  müəyyən  edilmişdir.  Həmin  qərarda  S.A.Solopon  göstərmişdir  ki, 
19910-cı  il  martın  29-da,  səhər    Tovuz    rayonuun  Əlibəyli  kənd    ərazisindəki 
meşəlik  ərazidə  polis    naryadı  tərəfindən  Ermənistan  Respublikasının  Şəmsəddil 
rayonunun  Berd    qəsəbəsi  sakinləri  -  Qaleçyan  Yervand  Yeqoroviç,  Babayan 
Liparid  Mexatoviç,  Xaçaturyan  Samvel  Arşakoviç  və  Aperyan  Araik  Saikisoviç 
saxlanılmış  və  onlardan    yivli  odlu  silahlar,  partlayıcı  qurğular,  əldə  düzəldilmiş 
qumbaralar,  kiçik  kalibrili  tüfənglər,  “naqan”  tapaçası  və  digər  silahlar  qüçün 
güllələr, döyüş sürsatları götürülümüşdür. Göstərilən şəxslər  barəsində həbs qəti-
imkan tədbiri seçilmişdir. 
1990-cı  il  aprelin  3-də  həmin  ermənilər  Azərbaycan  Respublikasının 
Cinayət  Məcəlləsinin  220-ci  maddəsi  il  müqəssir    elan  edilmiş  və  həbsdə 
saxlanılmaları  barədə  qərar  qüvvədə  qalmışdır.  E.E.Qaleçyan,  S.A.Xaçaturyan, 
A.S.Aperyan,  L.M.Babayan  öz  günahlarını  tam  etiraf  etmiş  və  bildirmişlər    ki, 
onlara  əldə  düzəldilmiş  qumbaraları,  kiçik  kalibrili  tüfəngləri,  partlayıcı  qurğuları 
və digər döyüş sürsatlarını naməlum erməni “saqqallıları” vermişlər. Bundan sonra 
“saqqallılar” onlara sərhəddə yerləşən Tovuz  rayonunun Əlibəyli kəndi ərazisində 
etmələrini  tapşırmışlar.  Onlara  razılaşdırılmış  əraziyə  getdikdən  sonra    orada 
təlimat alacaqları bildirilmiş, lakin yolda polis naryadı tərəfindən həbs  edilmişlər. 
Eyni  zamanda    S.A.Solopon  qərarda    göstərmişdir  ki,  S.A.Xaçaturyan, 
A.S.Aperyan və A.M.Babayanın odlu silah və döyüş sursatları gəzdirmək haqqında  
müvafiq  icazələri olmamışdır. 
1992.03.22. 

88 
 
Tovuz rayonunun Əlibəyli kəndi Ermənistanın Tauş rayonunun Moşedbex 
və Nergindirminaxtyür kəndləri istiqamətindən atəşə tutulmuş və nəticədə dörd ev  
dağıdılmışdır
1

1992.04.06. 
Saat  14.50-də  Ermənistan  istiqamətindən  Əlibəyli  kəndi  atəşə 
tutulmuşdur.  Atışma  saat  24.00-a  qədər  davam  etmişdir.  Nəticədə  kənddə  9  ev 
dağıdılmış, 2 nəfər öldürülmüş, 12 nəfər isə yaralanmışdır. 
1992. 04. 16. 
Əlibəyli, Hacalı kəndləri ermənilər tərəfindən artilleriya atəşinə tutulmuş, 
2 nəfər yaralanmışdır
2

1992.05.10. 
Bir  nəfər  Hacalı  kənd  sakini  ermənilərin  basdırdığı  minaya  düşərək 
yaralanmışdır. Bundan əlavə may ayının 12-də 2 nəfər Əlibəyli kənd sakini minaya 
düşərək yaralanmışdır
3

1992.06.25. 
Saat 5-6 radələrində Ağdaban, Muncuqlu və Qoşa kəndləri Ermənistanın 
Şəmşəddil rayonu istiqamətlərindən atəşə tutulmuş, 2 nəfər həlak olmuşdur. 
1992.23.07. 
Əlibəyii  kəndinin  Ermənistan  istiqamətindən  atəşə  tutulması  nəticəsində 
14 yaşlı qız xəsarət almışdır. 
1992.08.03. 
Rayon  mərkəzi,  Əlibəyli,  Ağdam  kəndləri  güclü  artilleriya  atəşinə 
tutulmuşdur.  Nəticədə  Yağ-pendir  zavodu,  Dəmiryolu  Yardımçı  Elektrik 
Stansiyası ərazisinə mərmilər düşmüşdür. Nəticədə 3 nəfər həlak olmuş, 10 nəfər 
yaralanmışdır. 
1992.08.05. 
Tovuz  rayonunun Əlibəyli,  Ağdam  kəndləri  “Qrad”  qurğularından atəşə 
tutulmuş, nəticədə 2 nəfər həlak olmuşdur. 
1992.08.11. 
Tovuz  rayonunun  Əlibəyli,  Ağdam,  Vahidli,  Yuxarı  və  Aşağı  Öysüziü 
kəndləri  və  rayon  mərkəzi  atəşə  tutulmuşdur.  Nəticədə  20  ev  dağılmış,  4  nəfər 
həlak olmuş, 17 nəfər yaralanmışdır. 
1992.08.12. 
Avqustun  11-də  Tovuz  rayonunun  mərkəzi  və  sərhəd  kəndlərinin  atəşə 
tutulması  nəticəsində  20  nəfər  yaralanmışdır,  onlardan  6  nəfəri  həlak  olmuş,  14 
nəfəri isə xəstəxanada yerləşdirilmişdir. 
1992.09.21. 
                                                           
1
 ARMTN Arxivi, jurnal №1 səh-62 
2
 ARMTN Arxivi, jurnal №10 səh-20 
3
 ARMTN Arxivi, jurnal №8 səh-21 

89 
 
Rayonun  Hacalı  və  Əlibəyli  kəndi  istiqamətində  atışmalar  baş  verib. 
Əlibəyli kəndində evə düşən mərmidən 10 yaşlı uşaq həlak olub. 
1993.01.06. 
Rayon  mərkəzinin  mərmilərdən  atəşə  tutulması  nəticəsində  4  ev 
dağıdılmışdır. Bununla yanaşı, kəndlərdə 6 ev dağılıb, 2 nəfər isə yaralanmışdır
1

1993.01.09. 
Rayon  mərkəzinin  ağır  artilleriya  və  “Qrad”  qurğularından  atəşə 
tutulması nəticəsində 8 ev dağıdılıb, 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. 
1993.03.01. 
Rayonun Əlibəyli, Hacalı və Ağdam kəndləri və rayon mərkəzi müxtəlif 
növ  silahlardan  və  “Qrad”  qurğularından  atəşə  tutulmuş,  nəticədə  2  mülki  şəxs 
yaralanmışdır. 
1993.03.03. 
Əlibəyli,  Hacalı  və  rayon  mərkəzi  toplardan,  “Qrad”  qurğularından 
intensiv  atəşə  tutulmuş,  nəticədə  5  nəfər  həlak  olmuş,  4  nəfər  isə  ağır 
yaralanmışdır. Dağıntılar vardır. 
1993.03.05. 
Ağbulaq,  Koxa  Nəbi,  Ağdam  kəndlərinə  müxtəlif  növ  silahlardan  atəş 
açılmış, nəticədə Ağbulaq kəndinin 1 sakini yaralanmışdır. 
1993.03.14. 
Tovuz  rayonunun  Əlibəyli,  Hacalı,  Ağdam  kəndiəri,  rayon  mərkəzi  və 
ona bitişik bir neçə kənd müxtəlif növ silahlardan və “Qrad” qurğularından atəşə 
tutulmuş, nəticədə 3 nəfər dinc sakin yaralanmış, 15 ev dağıdılmışdır. 
1993.03.26. 
Rayonun  Əlibəyli,  Hacalı,  Ağdam  kəndləri,  rayon  mərkəzi  atəşə 
tutulmuş, nəticədə 6 nəfər mülki şəxs yaraianmış, 18 ev dağıdılmışdır. 
1993.03.27. 
Əlibəyli, Əsrik Kürdəxanı, Ağdam kəndiəri ermənilər tərəfindən müxtəlif 
növ artilleriya qurğularından atəşə tutulmuş, nəticədə 5 ev dağıdılmışdır. 
1993. 06. 04. 
Ermənistanla  həmsərhəd  Əlibəyli,  Hacalı,  Ağdam  kəndləri  və  rayon 
mərkəzi  müxtəlif  növ  silahlardan  intensiv  olaraq  atəşə  tutulmuşdur.  Nəticədə  4 
nəfər öldürülmüş, 3 nəfər ağır yaralanmışdır. 
1993.08.05. 
Axşam saatlarından başlayaraq rayon mərkəzi, Ağdam, Hacalı, Əlibəyli, 
Yuxarı  Öysüzlü,  Vahidli  kəndləri  minomyotlardan,  toplardan  və  “Qrad” 
qurğularından intensiv atəşə məruz qalmışdır. Mülki vətəndaşlar arasında 5 nəfər 
həlak olmuş, 4 nəfər isə yaralanmışdır. 
1993.08.13 
                                                           
1
 AR MTN Arxivi, jurnal №10 səh-20 

90 
 
Gecə  saatlarından  etibarən  rayon  mərkəzi,  Ağdam,  Hacalı,  Əlibəyli, 
Yuxarı Öysüzlü, Koxa Nəbi, Qazqulu kəndləri artilleriya qurğularından, “Qrad” və 
toplardan intensiv atəşə tutulmuşdur. Nəticədə mülki əhaiidən 4 nəfər həlak olmuş, 
4 nəfər isə yaralanmışdır. 
1993.08.17. 
Axşam  saatlarında  Ağdam,  Hacalı,  Əlibəyli  kəndləri  avtomatlardan, 
iriçaplı pulemyotlardan, zirehli texnika və digər vasitələrdən aramsız atəşə məruz 
qalmışdır.  Nəticədə  Ağdam  kəndində  1  mülki  şəxs  yaralanmış,  bir  neçə  ev 
dağıdılmışdır
1

1993.10.21. 
Qələmçə deyilən yerdə “KamAZ” markalı avtomaşın minaya düşmüşdür. 
Nəticədə 1 nəfər mülki şəxs yaralanmışdır. 
1993.12.29. 
Saat  14-dən  başlayaraq  Tovuz  rayonunun  mərkəzi,  Ermənistanla 
həmsərhəd  olan  bütün  kəndiər  müxtəlif  növ  silahlardan  artilleriya  və  “Qrad” 
qurğularından  atəşə  tutulmuş,  nəticədə  rayonun  infrastrukturuna  xeyli  ziyan 
dəymişdir. 
1994.01.11. 
Rayonun  mərkəzinin  Əlibəyli,  Yuxarı  Öysüzlü,  Koxa  Nəbi,  Hacalı 
kəndlərinin  atəşə  tutulması  nəticəsində  2  nəfər  mülki  şəxs  ağır  yaralanmış,  15  ev 
dağıdılmışdır. 
1994.10.27. 
Rayonun  Koxa  Nəbi  və  Ağbulaq  kəndləri  erməni  silahlıları  tərəfindən 
atəşə tutulmuş, nəticədə 1 nəfər kənd sakini yaralanmışdır. 
Gədəbəy 
1992.08.03. 
Rayonun  Novosaratovka,  Düzrəsullu,  Mərmər  kəndlərinin  Ermənistan 
Respublikasının  Krasnoselsk  rayonundan  atəşə  tutulması  nəticəsində  3  ev 
dağıdılmış, 2 nəfər - qadın və uşaq həlak olmuşdur. 
1993.04.03. 
Rayonun  Novoivanovka,  Novosaratovka  və  Mormor,  Arabaçı,  Göyəli, 
Qaravəlilər  kəndləri  artilleriya  və  “Qrad”  qurğularından  aramsız  atəşə  tutulmuş, 
nəticədə 6 ev dağıdılmış, 1 nəfər mülki şəxs ölmüş, 4 nəfər yaralanmışdır. 
1993.06.27. 
Novoivanovka  kəndi  erməni  quldurları  tərəfindən  şiddətli  atəşə  məruz 
qalmışdır.  Kəndin  3  nəfər  sakini  girov  götürülmüş,  mülki  əhalinin  əmlakı 
talanmışdır
1

1993.07.23. 
                                                           
1
 AR MTN Arxivi, jurnal №3 səh-11 

91 
 
Ermənilər  Vardenis  rayonu  ərazisindən  hücuma  keçərək  rayon  əhalisinin 
əmlakını talamış və geri çəkilimişlər. 
 
III Fəsil: Erməni separatçıları tərəfindən törədilmiş terror 
aktlarının xronoloji ardıcıllığı 
 
Bu fəsildə əks olunmuş faktlar beynəlxalq terrorizmin tərkib hissəsi olan 
erməni terrorizminin XX əsrin yalnız son onilliklərində törətdiyi terror aktlarının 
xronoloji  mənzərəsini  əhatə  edir.  Həmin  faktlar  yalnız  Ermənistan-Azərbaycan 
münaqişəsinin  cərəyan  etdiyi  zaman  və  məkanla  məhdudlaşmır.  Xronologiya 
tarixi proseslərin öyrənilməsi metodu kimi konkret halda erməni terrorunun dərin 
köklərə  malik  olduğunu,  Azərbaycan  xalqının  dünyada  son  dövrlərdə 
aktuallaşmış olan terrorizm probleminin hədəfinə artıq çoxdan çevrildiyini əyani 
surətdə sübuta yetirir. Erməni terrorunun hədəfləri müxtəlifdir - dinc əhali, dövlət 
xadimləri, nəqliyyat vasitələri və sairə. Lakin erməni terroru forma müxtəlifliyinə 
rəğmən mahiyyət etibarilə terrorizm anlayışına xas bütün dəhşətləri özündə ehtiva 
edir. 
Erməni  terrorunun  xronologiyası  nəzərdən  keçirilərkən  belə  qənaətə 
gəlmək  olar  ki,  ermənilər  üçün  müharibə  elə  əslində  terror  ilə  eyniləşdirə  bilər, 
azərbaycanlılarla  açıq  döyüşə  girməkdən  çəkinən  erməni  qəsbkarları  özünə 
inamsızlığın, hərb mədəniyyətindən məhrumluğun göstəricisi olaraq terroru çirkin 
məqsədlərinin təmin olunması naminə başlıca vasitə seçmişlər. Təsadüfi deyil ki, 
erməni  terrorunun  obyektləri  sırasında  nəqliyyat  vasitələrində  törədilmiş  terror 
aktlarının çoxluğu diqqəti cəlb edir. Bu amil dinc əhali arasında vahimə və qorxu 
yaratmağa, itkilərin sayını artırmağa hesablanıb. 
Milli  Təhlükəsizlik  Nazirliyi  əməkdaşlarının  gərgin  zəhməti  nəticəsində 
meydana gəlmiş xronologiya konkret cinayət faktlarına toxunmaqla, əslində hər bir 
cinayətin  arxasında  gizlənən  ağrı-acıları,  sarsıntıları  bir  daha  yaşamağa  və  təhlil 
etməyə  yardımçı  ola  bilər.  Xronologiya  erməni  terrorunun  nəticələri  ilə  dünyada 
baş vermiş terror hadisələrini müqayisəli surətdə nəzərdən keçirməyə imkan verir. 
 
Erməni terrorçuları tərəfindən nəqliyyatda törədilmiş terror aktları 
 
Sərnişin avtobuslarında törədilmiş terror aktları 
1.1984-cü  ildə  Bakı  şəhərində  106  saylı  marşrut  avtobusu  erməni 
terrorçusu  Vartanov  tərəfindən  partladılmış,  nəticədə  1  qadın  həlak  olmuş  və  3 
nəfər yaralanmışdır. 
2.16 sentyabr 1989-cu il Tbilisi-Bakı marşurutu ilə hərəkət edən sərnişin 
avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır. 

92 
 
3.13 fevral 1990-cı il Yevlax-Laçın avtomagistralının 105-ci kilometrində 
Şuşa-Bakı  marşrutu  ilə  hərəkət  edən  avtobus  partladılmış,  13  nəfər  azərbaycanlı 
yaralanmışdır. Terrorçuları həbs etmək mümkün olmamışdır. 
4.11  iyul  1990-cı  il  tarixdə Tərtərdən  Kəlbəcərə  sərnişin  aparan  avtobus 
və  xalq  təsərrüfatı  malları  daşıyan  maşın  karvanına  qarşı  ermənilər  tərəfindən 
terror aksiyası keçirilmiş, nəticədə 1 qadın, 7 kişi qətlə yetirilmiş, 23 nəfər isə ağır 
yaralanmışlar (cinayət işi 44/33013). İstintaq zamanı müəyyən edilmişdir ki, terror 
aksiyasını Xankəndi şəhər sakinləri Napaleon ləqəbli Ayriyan Arkadi Abramoviç 
və  Babayan  Samvel  Andronikoviç  törətmişlər.  Onlar  1990-cı  il  dekabrın  15-də 
Əsgəran  rayonunun  Cəmilli  və  Kosalar  kəndi  arasında  3  nəfər  azəbaycanlı 
kəndlisini qətlə yetirmişlər. Hər 2 cinayətkar həbs olunmuş, 1992-ci il iyunun 19-
da  ölüm  hökmünə  məhkum  edilmişlər.  S.Babayan  1992-ci  ilin  iyulunda 
azərbaycanlı  girov  və  əsirlərlə  dəyişdirilmişdir.  (1993-99-cu  illərdə  qondarma 
DQR-in müdafiə naziri olmuş, hazırda o, prezident A.Qukasyana qarşı sui-qəsddə 
təqsirli bilinir). 
5.10  avqust  1990-cı  ildə  “Şamxor-Gəncə”  avtomobil  yolunda  Xanlar 
rayonunun  Nadel  kəndi  yaxınlığında  “LAZ”  markalı  43-80  AQF  nömrəli  avtobus 
partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 16 nəfər yaralanmışdır.  
6.10  avqust  1990-cı  il  -  Tbilisi-Ağdam  marşurutu  ilə  hərəkət  edən 
sərnişin  avtobusu  partladılmış,  20  nəfər  həlak  olmuş,  30  nəfər  yaralanmışdır. 
Cinayəti  törətmiş  erməni  terrorçuları  Armen  Mixayloviç  Avanesyan  və  Mixayil 
Mixayloviç  Tatevosov  həbs  olunmuş,  1992-ci  ilin  mayında  A.Avanesyan  ölüm 
cəzasına  məhkum  edilmiş,  M.Tatevosov  isə  15  il  azadlıqdan  məhrum  edilmişdir. 
İstintaq  zamanı  məlum  olmuşdur  ki,  cinayətkarlar  1991-ci  ilin  iyulun  17-də 
Ağdam-Tbilisi  marşurutu  ilə  hərəkət  edən  sərnişin  avtobusunu  da  partlatmağı 
planlaşdırmış,  lakin  özlərindən  asılı  olmayan  səbəblərdən  aksiyanı  həyata  keçirə 
bilməmişlər. M.Tatevosov 1992-ci ilin  may ayında Tərtər rayonunda azərbaycanlı 
girovlarla dəyişdirilmişdir. 
7.30  noyabr  1990-cı  ildə  Əsgəran  rayonundakı  Ağa  körpü  adlanan 
ərazidə  DİN  əməkdaşlarını  Şuşadan  Xankəndi  aeroportuna  aparan  avtobus 
partladılmış, nəticədə 2 milis işçisi yaralanmışdır. 
8.14  mart  1991-ci  ildə  “Ağdam-Şuşa”  marşrutu  üzrə  hərəkət  edən 
avtobus partladılmış, 3 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır. 
9.8  sentyabr  1991-ci  il  tarixdə  Ağdam-Qaradağlı  marşrutu  ilə  işləyən 
avtobusun  partladılması  nəticəsindən  6  nəfər  qətlə  yetirilmiş,  36  nəfər 
yaralanmışdır;  -  Cəmi  Qaradağlı  kəndinin  77  nəfər  mülki  sakini  terror  qurbanı 
olmuşdur;  Həmin  tarixdə  ermənilər  Qaradağlı  kəndində  3  nəfər  kənd  sakininin 
üzərinə dizel yanacağı tökərək yandırmış, iki nəfər Qaradağlı kənd sakininin başını 
kəsmişlər. 
Həlak olanlar: 68 nəfər (əsasən qadınlar, uşaqlar, qocalar) 
Yaralananlar: 132 nəfər 

93 
 
Sərnişin va yük qatarlarında törədilmiş terror aktları  
1.  24  mart  1990-cı  ildə  “Noraşen-Bakı”  yolunun  364-cü  km-də  dəmir 
yolu  partladılmış,  nəticədə  teplovoz  və  3  vaqon  partladılmış,  150  metrdən  çox 
dəmir yolu xətti yararsız hala düşmüşdür. 
2.30  may  1991-ci  ildə  Dağıstanın  Xasavyurt  stansiyası  yaxınlığında 
“Moskva-Bakı”  sərnişin  qatarı  partladılmış,  11  nəfər  həlak  olmuş,  22  nəfər  ağır 
yaralanmışdır. 
331  iyun  1991-ci  ildə  Dağıstan Respublikasının Temirtau stansiyasının 
yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı partladılmış, 16 nəfər həlak olmuş, 20 
nəfər ağır yaralanmışdır. Cinayətkarı müəyyən etmək mümkün olmamışdır. 
4.28  fevral  1993-cü  il  -  Dağıstan  Respublikası  ərazisində,  Qudermes 
stansiyası  yaxınlığında  “Kislovodsk-Bakı”  sərnişin  qatarı  partladılmış,  11  nəfər 
həlak olmuş, 18 nəfər yaralanmışdır. 
5.2  iyun  1993-cü  il  -  Bakı  Dəmir  yol  vağzalında  ehtiyat  yolda  dayanan 
sərnişin  qatarının  vaqonu  partladılmışdır.  Həlak  olan  və  yaralanan  yoxdur. 
Cinayəti  törətmiş  Xatkovski  İqor  Anatolyeviç  1994-ci  il  iyunun  22-də  AR  Hərbi 
Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdir. 
6.1  fevral  1994-ci  ildə  -  Bakı  Dəmir  yol  vağzalında  Kislovodsk-Bakı 
sərnişin  qatarında  terror  aktı  törədilmiş,  3  nəfər  həlak  olmuş,  20  nəfər 
yaralanmışdır. 
7.9  fevral  1994-cü  ildə  Xudat  stansiyası  yaxınlığında  ehtiyat  yolda 
dayanan yük vaqonu partladılmışdır. 
8.13  aprel  1994-cü  il  Dağıstan  Respublikasının  Daqestanskie  Oqni 
stansiyasının yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılmış, 6 nəfər həlak 
olmuş, 3 nəfər yaralanmışdır.  
 
Həlak olanlar: 74 nəfər  
Yaralananlar: 125 nəfər 
 
Bakı metropolitenində törədilən terror aktları 1.19 mart 1994-cü il 
 
Bakı  metropoliteninin  20  yanvar  stansiyasında  elektrik  qatarında 
törədilmiş terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər müxtəlif dərəcəli 
bədən  xəsarəti  almışdır.  İstintaq  tədbirləri  zamanı  müəyyən  edilmişdir  ki,  terror 
aksiyası  Ermənistan  XXO  rəhbərliyi  ilə  separatçı  Sadval  Ləzgi  Xalq  Hərəkatı 
təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. 
2.3  iyul  1994-cü  il  Bakı  metropoliteninin  28  may  -  Gənclik  stansiyaları 
arasında  elektrik  qatarında  törədilmiş  partlayış  nəticəsində  13  nəfər  həlak  olmuş, 
42  nəfər  müxtəlif  dərəcəli  bədən  xəsarəti  almışdır.  Cinayəti  əsirlikdə  olarkən 
Ermənistan  xüsusi  xidmət  orqanları  tərəfindən  məxfi  əməkdaşlığa  cəlb  edilərək 

94 
 
terror aksiyası həyata keçirmək tapşırığı ilə respublikaya göndərilmiş AR vətəndaşı 
Azər Salman oğlu Aslanov törətmişdir. 
 
Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin