Erməni cinayətləri (sənədlər əsasında) I cild



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix06.09.2017
ölçüsü1,03 Mb.
#29049
1   2   3   4   5   6   7   8   9   10   11
Xocalı 
1992.02.26. 
 Ermənistan  Respublikasının  hərbi birləşməmləri Rusiya  Federasiyasına  
məxsus 366-cı motoatıcı alayının dəstəyi ilə fevral ayının 25-dən 26-na  keçən gecə 
Azərbaycan  Republikasının  Xocalı  şəhərini  işğal  etməklə,  burada    məskunlaşmış 
dinc əhaliyə qarşı soyqırım aksiyasını həyata keçirmişdir. Bu cinayətin nəticəsində 
106 qadın, 23 uşaq da daxil olmaqla 613 nəfər dinc sakin qətlə yetirilmiş, 487 nəfər  
əlil  olmuş,  1257  nəfər  erməni  quldurları  tərəfindən  əsir  götürülmüş,  150  nəfər 
şəhər  sakini isə itkin düşmüşdür. 
Ağdam 
1992.03.17 
Erməni  hərbi  birləşmələri  tərəfindən  Ağdam  şəhərinin  elektrik 
yarımstansiyası  və  Şelli  kəndi  artlileriya    qurğularından  atəşə  tutulmuşdu,  eyni 
zamanda  həmin  gün  “Kristall”  tipli  raket  qurğularından  Ağdərə  rayonunun 
Seysulan  kəndindən  Tərtər  rayonunun  mərkəzi  davamlı  atəşə  məruz  qalmışdır,  
nəticədə  3  nəfər  həlak  olmuş,  17  nəfər    yaralanmış,  yaşayış  məntəqələrinə  ciddi 
maddi ziyan dəymişdir
1
.   
1992.04.01. 
 Rayonun Abdal bə Gülbalı kəndlərinin erməni yaraqlıları tərəfindən atəşə 
tutulması nəticəsində iki qadın yaralanmış, 15  yaşayış evinə isə ciddi maddi ziyan 
dəymişdir
2

1992.04.06. 
                                                           
1
  AR MTN Arxivi, jurnal №1, səh-6 
2
 AR MTN Arxivi, jurnal №1, səh-28 

61 
 
Şuşaya  istiqamətlənən “Qaz-53” markalı yük maşını ermənilər  tərəfindən 
atəşə  məruz  qalmışdır ki, bunun  da  nəticəsində bir  nəfər həlak olmuş,  maşının 
sürücüsü  ağır yaralanmışdır
1

1992.04.13. 
Ağdam  rayonunun  Gülablı,  Şelli,  Parpavənd  kəndləri  istiqamətində 
ermənilərlə atışma  nəticəsində 4 nəfər  soydaşımızı yaralanmışdır.  
1992.04.20. 
Ağdamdam Şuşa  şəhərinə  gedən yolun atəşə tutulması nəticəsində təcili 
tibbi  yardım  maşını  aşmış,  maşının  içərisində  olan  tibbi  heyət  yaralanmışdır. 
Həmin gün Şuşa  şəhərinin zirehli maşınlarından atəşə tutlması nəticəsində 7 nəfər  
yaralanmış, 2 nəfər həlak olmuşdur
2

1992.04.27 
Erməni  quldurları  tərəfindən  Abdal,  Gülabalı  kəndlərinin  atəşə  tutulması 
nəticəsində  10 ev dağıdılmışdır. 
1992.05.07. 
Rayonunun  azərbaycanlılar  yaşayan  Şelli,  Qardağlı,  Kuropatkino 
kəndlərinin  atəşə  tutulması  nəticəsində  1nəfər  həlak  olmuş,  4  nəfər    isə 
yaralanmışdır.  Bir  gün  sonra    şəhərin  atəşə  tutulması  nəticəsində    1  nəfər  həlak 
olmuş, 4 nəfər isə yaralanmış, 3 nəfərin evi dağıdılmışdır. 
1992.05.14. 
Rayonunun  Gülablı  kəndinin  atəşə  tutulması  nəticəsində  əhali  arasında  
yaralananlar olmuşdur. May ayının son günlərində Əsgəran və Ağdərə rayonlarının 
ermənilər  yaşayış  məntəqələrində  ermənilər  tərəfindən  Xocalı,  Malıbəyli  və  digər  
yaşayış  məntəqələrindən  girov  götürülmüş    azərbaycanlılardan    (əsasən  qadınlar) 
tranşeyalar  qazmaqda    istifadə  olunmuşdur.  Onun  da  qeyd  etmək  lazımdır  ki, 
qadınların  əksəriyyəti  tamamilə  çılpaq  vəziyyətdə  olmuşlar.  Bu  cür  faktlar  
həmçinin Şelli, Parpavənd kəndlərində də müşahidə olunmuşdur. İyun ayının 3-də 
Parpavənd  kəndinin  atəşə  tutulması  nəticəsində  1  nəfər  həlak  olmuş,  2  nəfər 
yaralanmış, bir  neçə ev isə tamamilə dağdılmışdır.  
1992.06.25. 
Ağdam  şəhəri  düşmənlər  tərəfindən  “Qrad”,  “Kristall”  mərmilər  və 
uzaqvuran toplarla  atəşə tutulmuşdur. Nəticədə şəhərə ciddi ziyan dəymişdir. 
1992.06.27. 
Axşam  saatlarında    Parpavənd    kəndi  ağır    topalar    və  “Qrad”  qurğuları 
vasitəsi  ilə  atəşə  tutulmuşdur.  Nəticədə  bir    nəfər    kənd    sakini  həlak  olmuş,  iki 
nəfər  milli ordu döyüşçüsü  yaralanmışdır.  
1992.06.29. 
                                                           
1
 AR MTN Arxivi, jurnal №1, səh-35 
2
 AR MTN Arxivi, jurnal №1, səh-35 

62 
 
Rayonun Parpavənd kəndinə soxulmağa çalışan ermənilər geri oturduldu, 
lakin tərəfimizdən 10 nəfər həlak olmuşdur. 
1992.07.20. 
Axşam  satlarında  Ağdam şəhərinin mərkəzi Əsgəran istiqamətində atəşə 
tutlmuş, nəticədə 2 nəfər  mülki vətəndaş yaralanmışdır. 
1992.08.06. 
Avqustun  5-dən  6-na  keçən  gecə  Ağdam  rayonun  mərkəzi  Qarabağın 
dağlıq  hissəsi ilə həmsərhəd olan Parpavənd, Qalayçılar, Xıdırlı və Şelli ermənilər 
tərəfindən  tanklardan,  toplardan  atəşə  tutulmuşdur.  Rayon  mərkəzində  və 
kəndlərdə dağıntılar  olmuşdur. 
1992.08.12 
Avqust ayının 11-dən 12-nə keçən gecə Ağdam rayonunn Xıdırlı, Gülablı, 
Abdal,  Şelli  kəndləri  erməni  mövqelərindən  ciddi  atəşə  tutulmuşdur.  Bir    qadın 
həlak  olmuşdur.  Ağdam-Yevlax  yolu  da  atəşə  məruz    qalmışdır.  Avqustun  12-si 
saat  14-dən  başlayarq  Ağdam  şəhəri  və  sərhədyanı  kəndlər  “Qrad”  tipli 
qurğulardan    güclü    atəşə  tutulmuşdur.  Mərkəzdə  və  kəndlərdə  çoxlu  dağıntılar  
olmuşdur. 
1992.08.16. 
 Avqustun  15-də  Ağdam  şəhərinin  atəşə  tutulması  nəticəsində  15  yaşlı 
uşaq, Gülablı kəndində isə 1 nəfər yerli sakin həlak olub. 
1992.08.21. 
Avqustun  20-dən  21-nə  keçən  gecə  Ağdam  şəhəri  və  ətraf  kəndlər 
toplardan  güclü    atəşə  tutulmuşdur.  Şəhərin  mərkəzində  3  binaya  maddi  ziyan 
dəymişdir. 
1922.08.24. 
Avqustun  23-dən  24-nə  keçən  gecə  rayonun  Şelli,  Qasımlı,  Mərzili 
kəndləri toplardan  atəşə məruz qalıb. Mərzili kəndində iki yerli sakin həlak oşlub. 
1992.08.28. 
Avqustun 27-dən 28-nə keçən gecə Ağdaş şəhəri və rayonun Şərfalı, Şelli, 
Xaçın  kəndləri  ermənilər  tərəfindən  güclü  atəşə  tutulmuşdur.  Əldə  olunan  
məlumata görə, 10 nəfər döyüşçümüz həlak olmuş, 30 nəfər  yaralanmışdır,  
1992.09.04. 
Sentyabrın  4-də  saat  5  radələrində  erməni  yaraqlıları  Ağdam  rayonun 
Badal, Gülablı kəndinə güclü hücuma keçmişlər. Gün ərzində davam edən şiddətli 
döyüşlərdən sonra  ermənilər kəndi ələ keçirməyə müvəffəq  olmuşlar. 
1992.09.07. 
Sentyabrın 6-dan 7-nə keçən gecə ərzində Ağdam şəhəri və rayonun cəbhə 
xəttində yerləşən kəndləri top və atıcı silahlardan intensiv atəşə tutulmuşdur. Əhali 
arasında  xeyli ölən və yaralananlar  var. 
1992.09.20. 

63 
 
Ağdam  rayonun  Xıdırlı  kəndi  Əsgəranın  Xanabad  yaşayı  məntəqəsi 
istiqamətində atəşə tutulmuşdur. Nəticədə 2 ev dağılmış, 3 nəfər yaralanmışdır.  
1992.10.04. 
Ağdaş  şəhərinin  Əsgəran  istiqamətində  güclü  top  və  “Qrad”  atəşinə 
tutulması nəticəsində 3 qadın və 1 kişi həlak olmuşdur.  
1992.10.12. 
Rayonun Qullar kəndinin Qrad qurğularından və toplardan atəşə tutulması 
nəticəsində 2 nəfər həlak olmuşdur. 
1992.10.13. 
Ermənilər  Əsgəran  rayonu  istiqamətindən  Xıdırlı,  Qiyaslı,  Yuxarı  Hacılı, 
Bağbanlar,  Mərzili  kəndlərini  intensiv  atəşə  tutmuşlar.  İlkin  məlumata  görə,  6 
nəfər həlak olmuş, 48 nəfər  yaralanmışdır. Xeyli dağıntı var. 
1992.10.14. 
Rayonun  Qullar  kəndinin  Qrad  qurğularından  atəşə  tutulması  nəticəsində 
2 nəfər  həlak olmuşdur, bundan əlavə kənddə yaralılar  və dağıntılar  mövcuddur. 
1992.10.20. 
Rayon  mərkəzində  Xıdırlı,  Qiyaslı,  Yuxarı  Hacılı,  Qullar,  Bağbanlar, 
Mərzili  kəndlərinin  müxtəliv  növ  silahlardan  intensiv  şəkildə  atəşə  tutulması 
nəticəsində 6 nəfər  həlak olmuş, 48 nəfər yaralanmış, xeyli sayda  dağıdılmışdır. 
1992.11.05. 
Rayon mərkəzi, Xıdırlı, Şelli, Mərzili kəndlərinin intensiv atəşə tutulması 
nəticəsində 6 nəfər həlak olmuşdur. 
1992.12.06. 
Erməni  hərbi  birləşmələri  Mərzili  kəndinə  hücum  edərək  kəndin 
yarısından çoxunu yandırmışlar
1

1992.12.15. 
Ağdam şəhərinin mərmi atəşinə tutulması nəticəsində 3 nəfər həlak olmuş, 
6 nəfər isə yaralanmışdır
2

1993.03.23. 
Xıdırlı  kəndinin  bir  sakini  öldürülmüş,  3  nəfər  girov  götürülmüş,  kəndə 
külli miqdarda maddi ziyan vurulmuşdur. 
1993.04.01. 
Rayonun 10 sərhəd kəndinin hamısı, rayon mərkəzi və ona bitişik kəndlər 
artilleriya və “Qrad” qurğularından aramsız atəşə tutulmuş, 3 nəfər ölmüş, 9 nəfər 
yaralanmış, 25-dən artıq ev dağıdılmışdır. 
1993.06.15. 
                                                           
1
 ARMTN Arxivi, jurnal № 26,səh-7 
2
 ARMTN Arxivi, jurnal № 230,səh-16 
 
 

64 
 
Ermənilərin  cəbhə  boyu  hücuma  keçməsi  nəticəsində  dinc  əhali  arasında 
çoxlu  sayda  insan  həlak  olmuş  və  yaralanmışdır.  İşğal  olunmuş  kəndlərdən  11-i 
düşmən tərəfindən tamamilə yandırılımışdır. 
1993.06.26. 
Müasir  texnika  ilə  silahlanmış erməni  hərbi birləşmələri Şelli,  Xramord, 
Yeddi Xırman istiqamətlərində qəti hücuma keçmişlər. Mülki əhali arasında böyük 
itkilər mövcuddur. 
1993.07.24. 
Azərbaycan  Respublikasının  Ağdam  şəhəri  erməni  yaraqlıları  tərəfindən 
işğal  olunmuşdur.  Rayonun  yüz  əlli  minə  qədər  sakini  öz  yaşayış  yerlərini  tərk 
etmək məcburiyyəti qarşısında qalmışdır. 
Goranboy 
1992.03.13. 
13  mart  səhər  saat  4.00-dən  6.30-a  qədər  erməni  yaraqlıları  Qaraçinar 
kəndi  və  Yenikənd  istiqamətlərindən  iriçaplı  pulemyotlar  və  avtomat  silahlardan 
istifadə  etməklə  Azərbaycan  Respublikasının  silahlı  qüvvələrinin  Şəfəq  kəndində 
yerləşən  mövqelərini  atəşə  tutmuşlar.  Səhər  saat  11.00  radələrində  ermənilər 
tərəfindən  yenidən atışmaya  başlanılmış,  bu dəfə atışma saat 15.00-a kimi davam 
etmişdir. Erməni yaraqlıları bu dəfə bir ədəd Piyadaların Döyüş Maşını (PDM-2), 
RPQ-7 və avtomat silahlardan istifadə etmişlər. Nəticədə Goranboy batalyonunun 
əsgəri  Hümbətov  Çingiz  Vəli  oğlu  qətlə  yetirilmiş,  iki  əsgər  -  Kərimov  Namiq 
Mail oğlu və İsmayılov Faiq Yusif oğlu ağır yaralanmışlar
1

1992.03.30. 
Goranboy rayonun Tapqaraqoyunlu kəndinin Ağdərə rayonun Talış kəndi 
istiqamətindən  mərmilərdən  atəşə  tutulması  nəticəsində  kəndə  gələn  elektrik  xətti 
və qaz kəməri partladılmışdır
2

1992.05.12. 
Erməni quldurlarının Goranboy rayonunun Tapqaraqoyunlu kəndini atəşə 
tutması nəticəsində kəndin 3 sakini yaralanmış, 3 ev isə dağıdılmışdır
3

1992.05.20. 
Erməni  silahlı  birləşmələri  Yenikənd  və  Qaraçinar  istiqamətindən  T-72   
tanklarından, PDM-dən Şəfəq və Zeyvə kəndlərini atəşə tutmuşlar. Zeyvə kəndində 
bir neçə ev dağılmışdır
4

1992.08.28. 
Tapqaraqoyunlu kəndindən olan bir ailə Talış kəndi istiqamətində meşədə 
quldurlar tərəfindən güllələnmişdir. 7 nəfərdən 2 uşaq sağ qalıb. 2 kişi, 2 qadın və 
bir uşaq qətlə yetirilmişdir. 
                                                           
1
 ARMTN Arxivi, jurnal № 1 səh-3 
2
 ARMTN Arxivi, jurnal № 30 səh-25 
3
 ARMTN Arxivi, jurnal № 30 səh-89 
4
 ARMTN Arxivi, jurnal № 2 səh-11 

65 
 
1992.10.03. 
Keçmiş  Şaumyan  rayonunun  Gürzələr  və  Erməni  Borisi  kəndləri 
arasındakı  yolda  “MAZ”  markalı  avtomaşın  minaya  düşmüş,  3  nəfər  Goranboy 
sakini  yaralanmışdır.  Salıküt  kənd  sakinləri  işə  gedərkən  erməni  yaraqlıları 
tərəfindən  atəşə  tutulmuş,  nəticədə  5  nəfər  kənd  sakini  həlak  olmuş,  7  nəfər 
yaralanmışdır. 
Füzuli 
1992.04.02. 
Rayonun Arış, Qaradağlı, Cəmilli, Gövşadlı yaşayış məntəqələrinin atəşə 
tutulması nəticəsində 2 nəfər həlak olmuş, bir neçə ev isə dağıdılmışdır
1

13.04.1992 
Saat  05.00  radələrində  erməni  yaraqlıları  Cəmilli  və  Qacar  kəndini  atəşə 
tutmuşlar. Cəmilli kəndini tamamilə yandırmışlar
2

1992.04.25. 
Hadrut  rayonu  istiqamətindən  Füzuli  şəhərinin  toplardan  atəşə  tutulması 
nəticəsində iki ev yanmışdır. Bundan əlavə həmin gün Ağdam rayonunun Şotlanlı 
kəndinin  atəşə  tutulması  nəticəsində  bir  ev  dağıdılmış,  3  nəfər  kənd  sakini  isə 
yaralanmışdır
3

1992.04.29. 
Şəhərin “Kristall”  tipli raketlərdən atəşə  tutulması  nəticəsində  12 ev, bir 
gün sonra şəhərin yenidən atəşə tutulması nəticəsində isə daha 3 ev dağıdılmışdır
4

1992.05.05. 
Hadrut  rayonunun  Tuğ  və  Qarvin  kəndləri  istiqamətindən  ermənilərin 
atəşə  başlamaları  nəticəsində  rayonun  Gövşadlı  kəndinə  düşmüş  mərmilər  2 
nəfərin qətlə  yetirilməsi, 8 nəfərin isə  yaralanmasına səbəb olmuşdur. 07.05.1992 
tarixində  rayonun  Cuvarlı  kəndinin  atəşə  tutulması  nəticəsində  isə  4  nəfər  qətlə 
yetirilmiş, 3 nəfər isə yaralanmışdır. 
1992.06.25. 
Yuxarı  Dilağarda  və  Cuvarlı  kəndləri  erməni  yaraqlıları  tərəfindən  atəşə 
tutulmuşdur. Nəticədə 1 qadın həlak olmuş, 2 nəfər yaralanmışdır
5

1992.07.17. 
Qaradağlı,  Qacar,  Aybasanlı,  Xatınbulaq  kəndləri  “Qrad”  qurğularından 
atəşə tutulmuşdur. Füzuli şəhərində 4 ev dağıdılmışdır. 
1992.10.08. 
Gün  ərzində  ermənilərin  şiddətli  hücumları  davam  etmişdir.  Ermənilər 
xüsusən  Üryandağ,  Xaçın  yüksəklikləri,  Qacar,  Gövşadlı  kəndləri  istiqamətində 
                                                           
1
 ARMTN Arxivi, jurnal № 1 səh-28 
2
 ARMTN Arxivi, jurnal № 1səh-46 
3
 ARMTN Arxivi, jurnal № 1 səh-61 
4
 ARMTN Arxivi, jurnal № 3 səh-22 
5
 ARMTN Arxivi, jurnal № 3 səh-22 

66 
 
fəal  olmuşlar.  Nəticədə  Milli  Ordumuzun  və  dinc  əhalinin  arasında  30-a  qədər 
ölən, 100-ə qədər yaralanan vardır
1

1992.10.28. 
Rayon mərkəzi şiddətli top atəşinə tutulmuşdur, şəhərdə bir ev dağıdılmış, 
bir nəfər həlak olmuşdur. 
1992.12.13. 
Rayon  mərkəzinin  toplardan  atəşə  tutulması  nəticəsində  bir  neçə 
müəssisə, yaşayış binaları, o cümlədən PMK - 44 qəsəbəsinə ziyan dəymişdir. 
1993.04.01. 
Füzuli rayonunun Veysəlli kəndinə hücum edən erməni yaraqlıları evlərin 
bir qismini dağıtmış, bir qismini isə  yandırmışlar. Bundan  əlavə kənddə 24 nəfər 
ölmüş, 22 nəfər yaralanmışdır, ölənlərin 2-si uşaqdır. 
1993.03.09. 
Divanalılar  kəndində  1  “KamAZ”  markalı  yük  maşını  və  təcili  yardım 
maşını minaya düşmüş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər yaralanmışdır
2

1993.04.26. 
Əsir düşmüş Azərbaycan vətəndaşı,  Aşağı Veysəlli kənd sakini Babayev 
Eldar  Şahverdi  oğlu  geri  qaytarılarkən  qeyd  etmişdir  ki,  ermənilərin  Kəlbəcərin 
işğalı  zaman  əsir  götürdükləri  200-ə  yaxın  qadın  və  uşaq  Xankəndi  türməsində 
saxlanılır, bundan əlavə 300-ə qədər kişi də Şuşada dözülməz şəraitdə saxlanılır
3

1993.06.17. 
Edilli kəndinin atəşə tutulması nəticəsində 1 nəfər həlak olmuş, 1 nəfər isə 
yaralanmışdır. 
1993.07.02. 
Erməni  yaraqlıları  rayonun  Gorazlı,  Günəşli,  Qaradağlı  kəndlərinə  daxil 
olaraq  həmin  yaşayış  məntəqələrini  talamış  və  yandırmışlar.  Erməni  yaraqlıları 
həmçinin  ələ  keçirdikləri  yüksəkliklərdən  bütün  gün  ərzində  mülki  əhalinin 
yaşadığı  məntəqələri  atəşə  tutmuşlar,  nəticədə  8  nəfər  ölmüş,  2  nəfər  isə 
yaralanmışdır
4

1993.08.23 
Erməni  hərbi  birləşmələri  Azərbaycan  Respublikasının  Füzuli  rayonunu 
zəbt  etmişlər.  Nəticədə  yüz  əlli  minə  qədər  həmvətənimiz  zorla  öz  yerlərini  tərk 
etmək məcburiyyətində qalmışdır. 
1993.08.27. 
12  erməni  tankı  Aşağı  Əbdürrəhmanlı  kəndindən  Şükürbəyli  kəndinə 
doğru atəş aça-aça hərəkət edir. 
1993.10.22. 
                                                           
1
 ARMTN Arxivi, jurnal № 1 səh-35 
2
 ARMTN Arxivi, jurnal № 8 səh-33 
3
 ARMTN Arxivi, jurnal № 9 səh-9 
4
 ARMTN Arxivi, jurnal № 11 səh-37 

67 
 
Böyük Mərcanlı kəndinin ermənilər tərəfindən “Qrad” qurğularından atəşə 
tutulması nəticəsində 1 ev yanmış, 2 nəfər həlak olmuş, 7 nəfər yaralanmışdır
1

1993.10.24 
Erməni terror və quldur birləşmələri Horadiz qəsəbəsini işğal etmişlər. 
1993.12.24 
Dekabrın  24-də  Əhmədbəyli  və  Bala  Bəhmənli  kəndlərinin  erməni 
yaraqlıları tərəfindən “Qrad” atəşinə tutulması nəticəsində 2 ev yanmışdır. 
1994.01.05. 
Azərbaycan  Respublikasının  hərbi  qüvvələri  tərəfindən  azad  edilmiş 
ərazilərdə güllələnmiş azərbaycanlı əsirlərə rast gəlinmişdir. 
1994.03.21. 
Milli  Ordumuzun  əsgərilərilə  yaxınlarının  görüşü  zaman  həmin  əraziyə 
mərmi atılması nəticəsində 3 nəfər həlak olmuşdur. 
1994.04.18. 
Erməni  yaraqlılarının  Böyük  Bəhmənli  kəndini  raket  atəşinə  tutması 
nəticəsində 4 ev dağıdılmış, 3 nəfər mülki şəxs yaralanmışdır
2

1994.10.20 
Əldə  olunmuş  məlumatlara  görə, erməni quldurları rayonun işğal  altında 
saxladıqları  yaşayış  məntəqələrində  kütləvi  şəkildə  soyğunçuluq,  talançılıq  və 
yanğın əməlləri ilə məşğuldurlar. 
Cəbrayıl 
1992.06.28. 
Cəbrayıl rayon mərkəzi ermənilər tərəfindən ağır toplardan və “Qrad” tipli 
raketlərdən  atəşə  tutulub.  Nəticədə  6  nəfər  həlak  olub.  Rayonda  çoxlu  dağıntılar 
vardır. 
1992.06.29. 
Şəhərə  8  ədəd  “Qrad”  tipli  mərmi  düşüb.  16  nəfər  yaralanmış,  3  ev 
dağıdılmışdır. 
1992.07.01. 
Şəhər mərkəzi Sur və Şaqax istiqamətlərindən atəşə tutulmuşdur. 1 nəfər 
həlak olmuş, 3-4 ev isə dağıdılmışdır. 
1993.07.02. 
Rayonun  Qışlaq,  Süleymanlı,  Qaracallı  kəndləri  artilleriya  qurğularından 
atəşə tutulmuşdur. Nəticədə 5 nəfər həlak olmuş, 10 nəfər isə yaralanmışdır.
3
 
1992.07.03. 
Rayonun  mərkəzi  Süleymanlı  və  Qışlaq  kəndləri  istiqamətindən  atəşə 
tutulmuşdur. 5 nəfər həlak olmuş, 10 nəfər isə yaralanmışdır. 
                                                           
1
 ARMTN Arxivi, jurnal №14 səh-11 
2
 ARMTN Arxivi, jurnal № 14 səh-31 
3
 ARMTN Arxivi, jurnal № 11 səh-36 

68 
 
1993.07.03. 
Səhər  saatlarından  başlayaraq  rayonun  mərkəzi  “Qrad”  qurğularından 
şiddətli  şəkildə  atəşə  tutulmuşdur.  1  nəfər  həlak  olmuş,  4  nəfər  yaralanmış,  uşaq 
bağçası və bir neçə şəxsi ev yanmışdır.
1
 
1993.08.18. 
Ermənilər tərəfindən bütün istiqamətlərdən, malik olduqları hər növ silah 
və  insan  ehtiyatlarından  istifadə  olunmaqla  hücum  başlamışdır.  Daşkəsən  kəndi 
yandırılmışdır. Girov götürülən, ölənlər və yaralananlar vardır. 
1993.08.25 
Erməni  quldur  dəstələri  Azərbaycan  Respublikasının  Cəbrayıl  rayonunu 
işğal  etmişlər  və  altmış  minə  qədər  azərbaycanlı  zor  gücünə  daimi  yaşayış 
yerlərindən qovulmuşdur. 
1993.08.26. 
Şullu,  Köhnə  Şullu,  Dağtumas  kəndləri  ermənilər  tərəfindən  atəşə 
tutulmuş, kəndlərin maddi əmlakına ciddi ziyan dəymişdir. 
1993.08.30. 
Ayın  23-dən  28-nə  qədər  ermənilər  tərəfindən  aşağıdakı  şəxslər  girov 
götürülmüşdür: 
1.
 
Rüstəmov Üzeyir Əşrəf oğlu 
2.
 
Mehdiyev İlqar Ərşad oğlu 
3.
 
Şükürov Şükür Yaşar oğlu 
4.
 
Verdiyev Cəlal Sultan oğlu 
5.
 
Məmmədov Azər Zabit oğlu 
6.
 
Məhərrəmov Nazim Cəmşid oğlu 
7.
 
Şirəliyev Yusif Oruc oğlu 
 
1992.08.31. 
Saat  19-dan  başlayaraq  rayon  mərkəzi,  Daşkəsən  və  Süleymanlı  kəndləri 
top atəşinə tutulub. Daşkəsən kəndində ölən və yaralananlar var. 
1993.09.02. 
Ermənistan Silahlı Qüvvələri Bakı-Culfa şose yolunun kənarında yerləşən 
Sarıcallı  və  Gavdad  kəndlərinə  hücum  etmişlər.  İlkin  məlumata  görə,  10  nəfər 
həlak  olmuş,  50  nəfər  yaralanmışdır.  Ermənilər  mülki  əhaliyə  qarşı  kimyəvi  silah 
işlətmişlər. 
Tərtər 
 1993.07.12. 
Erməni  yaraqlıları  minomyot  mərmiləri  vasitəsilə  rayon  mərkəzini  atəşə 
tutmuşlar, nəticədə 2 nəfər həlak olmuşdur. 
1993.12.24. 
                                                           
1
 ARMTN Arxivi, jurnal № 7 səh-38 

69 
 
Dekabrın 24-də gün ərzində bir neçə dəfə Tərtər şəhəri erməni yaraqlıları 
tərəfindən mərmi atəşinə məruz qalmışdır. Nəticədə 1 nəfər azyaşlı uşaq olmaqla 2 
nəfər həlak olmuş, 12 nəfər yaralanmışdır. 
1994.04.14. 
Erməni  yaraqlılarının  şəhər  mərkəzini  artilleriya  atəşinə  tutması 
nəticəsində  4  uşaq  yaralanmışdır.  13  aprel  tarixində  ermənilər  tərəfindən  rayon 
ərazisinə 7 mərmi atılmış, 4 nəfər yaralanmış, dağıntılar olmuşdur.
1
 
1994.04.22. 
Şəhərin  mərkəzi  mərmi  atəşinə  tutulmuş,  2  qadın  və  1  uşaq 
yaralanmışdır
2

Ağdərə 
1992.03.12. 
Erməni  yaraqlıları  Ağdərə  rayonun  Daş  Güneypəyə,  Sırxavənd, 
Xatınbəyli  və  Malıbəyli  kəndləri  istiqamətində  intensiv  hücuma  keçmişlər.  17 
nəfər  həlak  olmuş,  20  nəfər  yaralanmış,  3  nəfər  itkin  düşmüşdür.  Nəticədə 
Azərbaycanın  Qaragilə,  Bəşirli,  Xatınbəyli,  Orta  Güneypəyə  kəndlərinin  sakinləri 
yaşayış yerlərini tərk etməyə  məcbur olmuşlar. Bu kəndlərdə 7000 həmvətənimiz 
yaşayırdı. 
1992.04.14. 
Ağdərə rayonunun Yeni Qaralar kəndi həmin rayonun Sırxavənd yaşayış 
məntəqəsində möhkəmlənmiş eməni yaraqlılarının daimi hücumlarına məruz qalır. 
Axşam saat 10.00 radələrində ermənilərin girov saxladıqları azərbaycanlı qızları və 
qadınlarının danışdırılmaları ratsiya vasitəsilə izlənilmişdir. 
1992.05.12. 
Ağdərə  rayonun  Mərgüşəvan  kəndi  istiqamətindən  atəş  nəticəsində  və 
RDİŞ-nə, həmçinin Bərdə istiqamətində atılan “Kristall” tipli raketlər nəticəsində 
2  ev  dağıdılmış,  6  nəfər  isə  həlak  olmuşdur
3
.Ermənilər  tərəfindən  “Qrad” 
qurğularından 3-4 mərmi atılmış, 1 ev dağıdılmış, 1 nəfər yaralanmışdır. 
1992.06.11. 
11.06.1992-ci  il  tarixdə  Ağdərə  rayonunun  Vanklu  kəndi  ərazisindən 
Nariştar  kəndinin  atəşə  tutulması  nəticəsində  1  nəfər  həlak,  1nəfər  isə 
yaralanmışdır. İyunun 16-da ermənilərin Vardenis rayonu istiqamətindən Kəlbəcər 
rayonunun  Söyüdlü  kəndinə  hücuma  keçməsi  nəticəsində  2  nəfər  özünümüdafiə 
qüvvələrinin əsgəri həlak olmuşdur
4

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin