Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ



Yüklə 10,7 Mb.
Pdf görüntüsü
səhifə3/12
tarix03.02.2017
ölçüsü10,7 Mb.
#7293
1   2   3   4   5   6   7   8   9   ...   12

 
xanım adlı qızları vardı.
Əhməd  bəy  Şuşa  şəhərində
doğulmuşdu.
Əhməd  bəy  Səltənət  xanım  Səfıyeva  ilə  həyat  qurmuşdu. 
Oqtay  bəy,  Arif bəy,  Aydın  bəy  adlı  oğlanları,  Elmira  xanım  adlı 
qızı vardı.
Oqtay  bəy  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Orta  məktəbi 
bitirəndən  sonra  ATİ-yə  (Hazırkı  ATU-ya)  qəbul  olunmuşdu. 
İnstitutu tamamlayandan sonra həkim işləmişdi.
Oqtay bəy Sona xanımla ailə qurmuşdu. Əhməd bəy adlı oğlu 
var.
54
Əhməd  bəyin  ikinci  oğlu  Arif  bəy  Bakı  şəhərində  anadan 
olmuşdu.  Orta  məktəbi  bitirəndən  sonra  ali  təhsil  almışdı. 
Mühəndis işləyirdi.
Arif bəy Züleyxa xanımla ailə qurmuşdu. İki qızı var.
Əhməd  bəyin  üçüncü  oğlu  Aydın  bəy  Bakı  şəhərində 
doğulmuşdu.  Orta  məktəbi  bitirəndən  sonra  ali  təhsil  almışdı. 
Mühəndis işləyirdi.
Aydın bəy Elmina xanımla ailə qurub. Bir oğlu, bir qızı var. 
Əhməd bəyin qızı  Elmira xanım Bakı  şəhərində dünyaya gə­
lib.  Orta məktəbi bitirəndən sonra ali təhsil alıb.  Mühəndis işləyir. 
Elmira xanım Abbasla ailə qurub.  Bir qızı var.
Mahmud  bəyin  ikinci  oğlu  Məhəmməd  bəy  Şuşa  şəhərində 
anadan olmuşdu. ADU-nu (BDU-nu) bitirmişdi.
Məhəmməd bəy ailə qurmayıb, cavan rəhmətə gedib. 
Mahmud  bəyin  üçüncü  oğlu  Əhəd  bəy  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Orta  məktəbi  bitirəndən  sonra  ali  təhsil  almışdı. 
Kimyaçı idi. Uzun illər ANKİ-də müəllim kimi çalışmışdı.
Əhəd bəy Rəfiqə xanımla 
ailə  qurmuşdu.  Rauf  bəy  adlı 
oğlu,  Gülşən  xanım  adlı  qızı 
var.
Rauf  bəy  1949-cu  ildə 
Bakı  şəhərində  doğulub.  Orta 
məktəbi  bitirəndən  sonra  ali 
məktəbə  daxil  olub.  İnstitutu 
tamamlayandan  sonra  mühən­
dis-menecer vəzifəsində çalışır.
Rauf bəy  Natella  xanımla 
ailə  qurub.  Bir  oğlu,  bir  qızı 
var.
Əhəd  bəyin  qızı  Gülşən 
xanım  Bakı  şəhərində  dünyaya 
gəlib.
Gülşən xanım Bəhruz bəy 
Zülfüqar 
bəy 
oğlu
55

Səfərəliyevlə ailə qurub.  Şəhla xanım adlı qızı var.
Mahmud  bəyin  qızı  Aftab  xanım  Şuşa  şəhərində  anadan 
olmuşdu.
Aftab xanım öncə Məhəmmədlə ailə qurmuşdu.  Bu nikahdan 
Həsən  adlı  oğlu,  Sədaqət  adlı  qızı  olub.  Sonra  Mahmudla  yaşam 
qunnuşdu.  Bu  izdivacdan  Tariyel,  Yaşar  adlı  oğlanları,  Adilə  adlı 
qızı olub.
Tariyel ailə qurub, iki övladı olub.
Yaşarın Arzu, Aydın, Gültəkin adlı övladları var.
Adilə Tofıqlə ailə qurub, Cəlal, Aftab adlı övladları var.
Mahmud  bəyin  ikinci  qızı  Teyhu  xanım  Şuşa  şəhərində 
doğulmuşdu.
Teyhu  xanım  Qəhrəman  bəylə  ailə  qurmuşdu.  Asim  bəy, 
Əkbər bəy, Cabir bəy adlı oğlanları,  Kamilə xanım adlı qızı var.
Rauf Müqümov yaxınları ilə
Asim II  Dünya müharibəsinə getmiş,  “qara kağız”ı gəlmişdi. 
Əkbər Ağcəbədidə yaşayır,  Mələmlə evlənib, üç uşağı var. 
Cabir  bəy  Məhbubə  ilə  evlənib,  üç  uşağı  (Cahangir,  Asif, 
Teyhu) var.
56
Rauf Müqümov ailəsi ilə
Kamilə Vaqiflə ailə qurub, dörd uşağı -  Namiq, Təranə,
Gülnarə, Elmin -  var.
Mahmud  bəyin  üçüncü  qızı  Zəhra  xanım  Şuşa  şəhərində 
dünyaya gəlmişdi.
Zəhra  xanım  Cəlalla  ailə  qurmuşdu.  Tofiq,  Rafiq  adlı 
oğlanları,  Pakizə,  Validə,  Tamilla,  Müzəyyəm,  Maya,  Rəna  adlı 
qızları var.
Tofiq Adilə ilə ailə qurub,  iki uşağı -  Cəlal, Aftab -  var.
Rafiq  mühəndisdir.  Tamella  ilə  ailə  qurub,  iki  uşağı 
İsmayıl, Gülnarə -  var.
Pakizə  xanım  Ərəstunla  ailə  qurub,  dörd  uşağı  -   Rövşanə, 
Eldar, Azər, Aybəniz -  var.
Validə  xanım  Cahangirlə  ailə  qurub,  iki  uşağı  -   Xəyal, 
Sevinc -  var.
Tamilla  xanım  Kərimlə  ailə  qurub,  dörd  uşağı  -   İradə, 
Fəridə, Səbirə, Teymur -  var.
57

Müzəyyəm  Sahiblə  ailə  qurub,  üç  uşağı  -   Rahim,  Yeganə, 
Elçin -  var.
Maya  xanım  Hamletlə  ailə  qurub,  üç  uşağı  -   Gilə,  Jalə, 
Süleyman -  var.
Rəna  xanım  Fazillə  ailə  qurub,  iki  uşağı  -   Aytəkin,  Aynur -
var.
Hacı  İbrahim  bəyin  ikinci  oğlu  Rza  bəy  1865-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  II gildiya tacir rütbəsi daşıyırdı. Xeyriyyəçiliklə məşğul 
olurdu.
ıMüqümovlar
58
Rza  bəyin  İskəndər  bəy 
adlı  oğlu,  Şövkət  xanım  adlı 
qızı vardı.
İskəndər  bəy  Şuşa  şəhə­
rində doğulmuşdu.
İskəndər bəy subay vəfat
edib.
Rza  bəyin  qızı  Şövkət 
xanım  Şuşa şəhərində dünyaya 
gəlmişdi.
Şövkət  xanım  Şəmillə 
ailə qurmuşdu.  Ramiz,  Arif adlı 
oğlanları, Firuzə adlı qızı var.
Hacı 
İbrahim 
bəyin 
üçüncü  oğlu  Lətif bəy  1868-ci
Rza bəy Müqümov
ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.
Lətif  bəyin  İbrahim  bəy 
adlı oğlu vardı.
İbrahim  bəy  Şuşa  şəhərin­
də doğulmuşdu.
İbrahim 
bəyin  Mahmud 
bəy,  Lətif  bəy,  Muxtar  bəy  adlı 
oğlanları,  Həyat  xanım  adlı  qızı 
var.
Hacı  İbrahim  bəyin  dör­
düncü  oğlu  Muxtar  bəy  1870-ci 
ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.
Rza bəy və Əhməd bəy
59

Muxtar bəy yeniyetmə yaşında vəfat edib.
Hacı  İbrahim  bəyin  beşinci  oğlu  Zülfiiqar  bəy  1872-ci  ildə 
Şuşa şəhərində anadan olmuşdu.  Məktəb təhsili almışdı.  Təxminən 
20  yaşında  evdən  xəbərsiz  çıxaraq  Türkiyəyə  getmişdi.  Sonrakı 
taleyindən bilgimiz yoxdur.
Hacı  İbrahim  bəyin  altıncı  oğlu  Məmmədcəfər  bəy  Şuşa 
şəhərində doğulmuşdu.
Məmmədcəfər subay vəfat edib.
Hacı  İbrahim  bəyin  yeddinci  oğlu  Əbdürrəhim  bəy  Şuşa 
şəhərində dünyaya gəlmişdi.
Əbdürrəhim bəyin Hidayət bəy adlı oğlu vardı.
***
Molla  Müqim  ağanın  ikinci  oğlu  Qurban  ağa  1792-ci  ildə 
Şuşa şəhərində anadan olmuşdu.  İbtidai təhsilini atasından almışdı. 
Sonra  mədrəsədə  oxumuşdu.  Savadlı  olduğundan  dolayı  mirzə 
ünvanı daşıyırdı.
Mirzə  Qurban  ağa  Xeyrənsə  xanımla  ailə  qurmuşdu.  Abbas 
ağa,  Əbdürrəhim  ağa  adlı  oğlanları,  Xədicə  xanım,  Ruqiyə  xanım 
və Fatma xanım adlı qızları vardı.
Abbas  ağa  1828-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini  əmisindən  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu.  Savadlı 
olduğundan dolayı mirzə ünvanı daşıyırdı.
Mirzə  Abbas  ağanın  Əbdül  ağa,  Ağacan  ağa  adlı  oğlanları
vardı.
Mirzə  Qurban  ağanın  ikinci  oğlu  Əbdürrəhim  ağa  1832-ci 
ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  İbtidai  təhsilini  əmisindən 
almışdı.  Mədrəsədə  oxumuşdu.  Savadlı  olduğundan  dolayı  mirzə 
ünvanı daşıyırdı.
Məşədi  Molla  İman  ağanın  böyük  qızı  Mehri  xanım  Şuşa 
şəhərində anadan olmuşdu.
Məşədi  Molla  İman  ağanın  ikinci  qızı  Bədir  xanım  Şuşa 
şəhərində doğulmuşdu.
60
Məşədi  Molla  İman  ağanın  üçüncü  qızı  Bacıxanım  xanım 
Şuşa  şəhərində  dünyaya  zinət  vermişdi.  Ailə  təlim-tərbiyəsi 
almışdı.
Bacıxanım  xanım  Məhəmmədhüseyn  ağa  Məhəmmədqulu 
xan  oğlu  Qaradağı  ilə  ailə  qurmuşdu.  Balaxanım  xanım  adlı  qızı 
vardı.
Balaxanım  xanım  1852-ci  il  iyul  ayınm  6-da  Şuşa  şəhərində 
dünyaya  gəlib.  Maraqlıdır  ki,  bu  təvəllüdü  təsdiqləmək  üçün 
komissiya yaranmışdı.  Komissiyaya  Şuşa qəza qazısı Axund Molla 
Hüseyn Hacı Oruczadə başçılıq edirdi.  Katib Mirzə İsmayıl Məşədi 
Qasım  oğlu  (şair  Məhzun  -  Ə.Ç.),  üzvlər  isə  şəhərin ünlülərindən 
olan Molla Abbasqulu,  Molla Nuru, İbrahim Sadıq oğlu, Kərbəlayı 
Səfər bəy Nəcəfqulu bəy oğlu,  Seyid Hüseyn Məşədi  Seyid Həsən 
oğlu,  Hacı  Tağı  Məmmədqulu  oğlu,  Məşədi  Məmmədtağı  Mirzə 
oğlu,  Kərbəlayı  İbrahim  Məşədi  Allahverdi  oğlu,  Hacı  Abdulla 
Kərbəlayı  Namaz  oğlu,  Məşədi  Dadaş  Kərbəlayı  Abbas  oğlu, 
Kərbəlayı  Salman  Kərbəlayı  Abbas  oğlu  və  Məşədi  Teymur 
Kərbəlayı  Sadıq  oğlu  idilər.  Onlar  şəhadət  verib,  tanıqlıq 
etmişdilər  ki,  Balaxanım  xanım  Məhəmmədhüseyn  ağa  qızı 
Xanqaradağski, həqiqətən,  1852-ci ildə Şuşa şəhərində doğulub.
Balaxanım  xanım  uşaqkən  sarsıntı  keçirmişdi.  Başında 
pozğunluq  vardı.  Əmisi  oğlu  Həsənəli  ağa  ilə  yaşam  qurandan 
sonra xəstəliyi  şiddətləndi.  Ərindən boşanmalı oldu.  Atasından ona 
xeyli  mal-mülk  qalmışdı.  Dayısı  oğlu  Mirzə  Şükür bəy Hacı  Mirzə 
Müqim  bəy  oğlu  və  vəkili  Mirzə  Rəhim  Mirzəyevin  vasitəsilə 
təsərrüfatını idarə edirdi.
Məşədi Molla İman ağanın dördüncü qızı  Bahar xanım  1844- 
cü ildə  Şuşa şəhərində dünyaya göz açmışdı.
Məşədi  Molla  İman  ağanm beşinci  qızı  Gövhər xanım  1848- 
ci ildə Şuşa şəhərində dünyanı tanımışdı.
61

/
Müqümovlar soyu
62
63

Штш
I
65

Abdinbəyovlar
Təbrizli məhəlləsinin ünlü sakinlərindən biri də Zeynalabdin 
bəy  idi.  Zeynalabdin  bəy  XVIII  yüzilin  sonunda,  XIX  yüzilin 
önlərində yaşamışdı.
Zeynalabdin bəyin törəməsi Abdinbəyov soyadını daşıyırdı.
Zeynalabdin bəy  Hacı  Hüseynəli  bəy  Kəbirlinin qızı  Zeynəb 
xanımla ailə qurmuşdu.  Əhməd bəy, Qasım bəy adlı oğlanları, Tutu 
xanım adlı qızları vardı.
Əhməd  bəy  1821-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Mədrəsə  təhsili  almışdı.  Mülkədar  idi,  ana babasından  qalma Mir- 
zalıbəyli obasının və Bərdə kəndinin bir hissələrini idarə edirdi.
Əhməd  bəyin  Şuşa  şəhərində  xeyli  dükanı  vardı.  Birini  də 
qohumu Həsənəli bəy kavaler Əli bəy oğlundan almışdı.
Əhməd  bəy  Tubu  bəyim  Cavanşirlə  yaşam  qurmuşdu. 
Zeynalabdin bəy,  Muxtar bəy, Məmməd bəy adlı oğlanları vardı.
Zeynalabdin bəy  1846-cı ildə Şuşa şəhərində doğulmuşdu.
Əhməd  bəyin  ikinci  oğlu  Muxtar  bəy  1855-ci  ildə  Şuşa 
şəhərində dünyaya gəlmişdi.
Əhməd  bəyin  üçüncü  oğlu  Məmməd  bəy  1862-ci  ildə  Şuşa 
şəhərində dünyaya göz açmışdı.
Zeynalabdin  bəyin  ikinci  oğlu  Qasım  bəy  1828-ci  ildə  Şuşa 
şəhərində dünyanı tanımışdı.
66
Ağabəyovlar
Bu  soyun  ulu  babası  Baba  ağadır.  Baba  ağa  XVIII  yüzilin 
ikinci  yarısında  Şuşa  şəhərində  yaşamışdı.  Müqəddəs  Məkkəyi- 
müşərrəfi ziyarət etmişdi.
Hacı Baba ağanın Əlihüseyn ağa adlı oğlu vardı.
Əlihüseyn  ağa  Şuşa  şəhərində  anadan  olmuşdu.  Mədrəsə 
təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi.
Əlihüseyn ağanın Ağa bəy adlı oğlu vardı.
Ağa  bəy  1778-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Mədrəsə 
təhsili almışdı.  İbrahimxəlil xana, sonra isə Mehdiqulu xana qulluq 
etmişdi.
Ağa bəyin törəmələri  Ağabəyov, Ağayev soyadını daşıyırlar.
Ağa  bəy  Şahzeynəb  xanımla  ailə  qurmuşdu.  Baba  bəy,  Şəfi 
bəy, Ağadədə bəy,  Rəsul bəy,  Qulu bəy, Qasım bəy adlı  oğlanları, 
Gövhər  xanım,  Səkinə  xanım,  Xanım  xanım  və  Sona  xanım  adlı 
qızları vardı.
Baba  bəy  1809-cu  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul olurdu.
Baba  bəy  Bacıxanım  xanım  və  Şahxanım  xanımla  evlən­
mişdi.  Əsəd  bəy,  Ağa  bəy  adlı  oğlanları,  Ruqiyyə xanım  və  Bədir 
xanım adlı qızları vardı.
Əsəd bəy  1839-cu  ildə  Şuşa şəhərində dünyaya göz açmışdı. 
Molla yanında təhsil almışdı.
Əsəd bəy yeniyetmə yaşında tələf olmuşdu.
Baba bəyin  ikinci  oğlu  Ağa bəy  1867-ci  ildə  Şuşa  şəhərində 
dünyaya pənah gətirmişdi. Şuşa realm məktəbində oxumuşdu.
Ağa bəy  1929-cu ildə vəfat edib.
Ağa bəy  Soltan  xanımla  ailə qurmuşdu.  Əyyub bəy adlı  oğlu
vardı.
Əyyub  bəy  1890-cı  ildə  Şuşa  şəhərində  dünyaya  boy 
göstərmişdi.  Orta  məktəbi  bitirəndən  sonra  ali  təhsil  almışdı. 
Yüksək  vəzifələrdə  çalışmışdı.  Laçın  rayonunda  hərbi  komissar, 
Bakı şəhər milisinin rəisi vəzifələrində işləmişdi.
Əyyub bəyin polkovnik rütbəsi vardı.
67

***
Ağa  bəyin  ikinci  oğlu  Şəfi  bəy  1811-ci  ildə  dünyam 
tanımışdı.
Şəfi bəy cavan vəfat etmişdi.
***
Ağa  bəyin  üçüncü  oğlu  Ağadədə  bəy  1819-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Ağadədə  bəy  Anaxanım  xanımla  dünya  evinə  girmişdi. 
Abdulla  bəy,  Mustafa  bəy,  Murtuza  bəy,  İskəndər  bəy  adlı 
oğlanları, Qönçə xanım adlı qızı vardı.
Abdulla bəy  1839-cu ildə Şuşa şəhərində doğulmuşdu.  Molla 
yanında oxumuşdu.
Abdulla bəy subay vəfat edib.
Ağadədə  bəyin  ikinci  oğlu  Mustafa  bəy  1841-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.  Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Mustafa  bəy  Baba  bəyin  qızı  Bədir  xanımla
evlənmişdi.  Məhəmməd  bəy,  Rüstəm
bəy,  Həsən  bəy,  Cəlil  bəy  adlı  oğlanları 1 Я Р Г  
4 ъШкЗЯ
vardı.
F  :V * 
/
Ш'-'
 *• 
Щ
щ
  . 
,$№
Məhəmməd bəy  1873-cü  ildə  Şuşa 
şəhərində  doğulmuşdu.  Şuşa  realm  mək­
təbini  bitirmişdi.  Öncə  papaqçılıqla,
Ушр' 
'İP1'  ;
1
  . 
İ
sonra  ticarətlə  məşğul  olmuşdu.  Aş-
Л \ .  
Л к
\м Ш
/
qabad,  Məşhəd  şəhərlərindən  Şuşaya
A y   •
mal gətirirdi.
JL M ; 
.  •
Щ 4 ]
Məhəmməd  bəy  1916-cı  ildə  Aşqa-
badda vəba xəstəliyindən vəfat edib.
68
Məhəmməd bəy Əbdül Hacı  Rza oğlu Hacıməmmədlinin qızı 
Humay  xanımla  ailə  qurmuşdu.  Böyük 
bəy,  Bala  bəy,  Xosrov  bəy  adlı 
oğlanları, Nəzirə xanım adlı qızı var.
Böyük  bəy  1907-ci  ildə  Şuşa 
şəhərində  dünyaya  gəlmişdi.  Orta  təh­
silini  Mirzə  Xosrovun  məktəbində 
bitirib,  1921-ci  ildə  Şuşa  seminariyası­
na 
qəbul 
olmuşdu. 
Seminariyanı 
tamamlayandan  sonra  Şamaxı  rayo­
nunda  müəllim  kimi  işə  başlamışdı. 
Sonra  maarif  şöbəsində  təlimatçı 
vəzifəsinə dəyişilmişdi.
Böyük  bəy  1929-cu  ildə  Şamaxıdakı  vəzifəsindən  azad 
edilərək  Qutqaşen  (Qəbələ)  rayon  Maarif  Şöbəsinə  müdir  təyin 
olundu.  Öz  vəzifəsinin  öhdəsindən  layiqincə  gəldiyi  və  tapşırılan 
bütün  işlərə  vicdanla  yanaşdağı  üçün  onun  hökumət  orqanları  və 
əhali  arasında  böyük  hörmət  və  nüfuzu  var  idi.  1932-1934-cü 
illərdə  burda  işləyən  Böyük  bəyi  Qutqaşendən  (Qəbələdən)  Bakı 
şəhərinə  daha  məsul  işə  dəvət  etdilər.  Bakıda  tibb  institutunda 
Azərbaycan  dilindən  dərs  deməyə  başladı.  O  zaman  ali  təhsili 
olmayan bir şəxsə belə çox  vacib bir işin  tapşırılması  onun yüksək 
erudisiyasından və bacarığından irəli gəlirdi.
Böyük  bəy  tibb  institutunda  dərs  keçməklə  yanaşı,  burda 
oxumağa başlayır və  1941-ci  ildə bu ali  məktəbi  bitirərək həkimlik 
diplomu  alır.  Həmin  dövrdə  müharibənin  başlanması  ilə  əlaqədar 
o,  hərbi  qulluğa  çağırılır  və  həkim  və  səhiyyə  işçisi  kimi  İrana 
göndərilir.
1942-ci  ildə  həmin  hərbi  hissə  İrandan  geri  çağırılır  və 
Böyük  bəy  də  Bakı  şəhərinə  qayıdır.  O  zaman  Azərbaycanda 
malyariya xəstəliyi geniş yayılmışdı və əhaliyə çox əziyyət verirdi. 
Xüsusən,  Kürdəmir  rayonunda  ağır  vəziyət  yaranmışdı.  Böyük 
bəyin  böyük  təşkilatçılıq  qabiliyyətini  və  bacarığını  nəzərə  alaraq 
onu 
Kürdəmir 
rayonlararası 
malyariyaya 
qarşı 
mübarizə 
stansiyasının  müdiri  təyin  etdilər.  Yeni  vəzifədə  o,  gecəsini
69

gündüzünə  qataraq  rayonda  və  ətraf  bölgələrdə  içməli  suların 
dərmanlanıb  təmizlənməsi  və  əhalinin  sağlamlığının  qorunması 
üçün  bütün  lazımi  işləri  görməyə  çalışırdı.  Gördüyü  işlər  rayon 
əhalisi  tərəfindən  yaxşı  qarşılanır,  Azərbaycan  SSR Xalq  Səhiyyə 
Komissarlığı tərəfindən yüksək qiymətləndirilirdi.
1950-ci  ildə  Böyük  bəyi  Azərbaycan  SSR  Xalq  Nəzarəti 
Komissarlığında  səhiyyə  işləri  üzrə  şöbənin  müdiri  vəzifəsinə 
təyin  etdilər.  Müharibə  təzə  qurtardığından  ölkədə  bir  çox 
sahələrdə  olduğu  kimi  səhiyyədə  də  çoxlu  problemlər  yığılıb 
qalmışdı.  Burda da öz ənənəsinə sadiq qalaraq yenə biliyi,  bacarığı 
və çalışqanlığı  ilə  diqqəti  cəlb  elədi.  Nəticə  isə  çox  da gözləməyə 
məcbur  etmədi.  1956-ci  ildə  o,  Azərbaycanın  səhiyyə  nazirinin 
müavini  vəzifəsinə  təyin  olundu.  O  zaman  səhiyyə  obyektlərinin 
tikilməsinə,  maddi-texniki  bazanın  genişləndirilməsinə  böyük 
ehtiyac  var  idi.  Böyük  bəyin  səyi  nəticəsində  bu  illərdə  bir  çox 
xəstəxana,  poliklinika  binaları,  digər  səhiyyə  obyektləri,  o 
cümlədən,  Kəlbəcər rayonunda İstusu sanatoriya binası tikildi.
1958-ci  ildə  Böyük  bəyə  daha  böyük  etimad  göstərildi  və o, 
Azərbaycan SSR  Səhiyyə Naziri vəzifəsinə təyin  olundu.  Onun bu 
vəzifədə  işlədiyi  illərdə  səhiyyə  sahəsində  böyük  islahatlar 
aparılmış, 
tədrisin 
səviyyəsinin 
yüksəldilməsinə, 
bacarıqlı 
kadrların  hazırlanmasına,  yeni  səhiyyə  obyektlərinin  tikintisinə 
xüsusi diqqət yetirilmiş, xüsusən, sağlamlıq və  istirahət zonalarının
salınmasına, 
sanitar-gigiyena
mərkəzlərinin, 
xəstəxanaların, 
tibb 
məntəqələrinin 
açılmasına, 
ucqar 
rayonlardakı 
təcili 
tibbi 
yardım 
məntəqələrinin  nəqliyyat  vasitələri  ilə 
təmin 
olunmasına 
xüsusi 
fikir 
verilmişdir. 
Bakı 

nömrəli 
xəstəxanasının binası  da onun dövründə 
tikilmişdir.
Böyük  bəy  SSRİ-nin  səhiyyə  sa­
həsində beynəlxalq əlaqələrin genişlən­
dirilməsinin  böyük  tərəfdarı  olmuşdur.
70
1960-ci  illərin  əvvəllərində  o.  Mali  Respublikasına  getmiş  SSRİ 
nümayəndə heyətinə başçılıq etmişdir.
Nazir  vəzifəsində  işlədiyi  dövrdə  səhiyyə  sahəsində 
qazandığı  böyük  nailiyyətlərə  görə  müxtəlif  mükafatlara,  o 
cümlədən, Lenin ordeninə layiq görülmüşdür.
Böyük  bəy  səhiyyə  naziri  vəzifəsində  işləyərkən  səhhətinin 
pisləşməsi ilə əlaqədar bir müddət müalicə olunmuş, sonra yenidən 
məsul vəzifəyə -  Respublika Həkimləri Təkmilləşdirmə İnstitutuna 
direktor təyin olunmuşdur.
Böyük bəy tibb elmləri namizədi  idi.
Böyük  bəy  bir  çox  çağırış  Azərbaycan  SSR  Ali  Sovetinə 
deputat seçilmişdi.
Böyük  bəy  SSRİ-nin  və  Azərbaycan  respublikasının  bir  çox 
orden və medalları  ilə təltif olunmuşdu.
Böyük bəy  1965-ci ildə vəfat edib.
Böyük  bəy  Minurə  xanım  Sirac  qızı  Əfəndiyeva  ilə  yaşam 
qurmuşdu. Azər bəy adlı oğlu var.
Azər bəy  1937-ci  ildə  Bakı şəhərində dünyaya göz açıb.  Orta 
məktəbi  bitirəndən  sonra  AZNKİ-yə  qəbul  olub.  İnstitutu 
tamamlayandan  sonra  səhiyyə  nazirliyinin  təcili  yardım  bazasının 
rəisi vəzifəsində çalışır.
Azər  bəy  Rəna  xanım  Yusif 
qızı  Axundova  ilə  həyat qurub.  Aysel 
xanım adlı qızı var.
Məhəmməd  bəyin  ikinci  oğlu 
Bala bəy  1910-cu ildə Şuşa şəhərində 
dünyanı  tanımışdı.  Orta  təhsilini 
bitirib,  Şuşa  seminariyasına  qəbul 
olunmuşdu.  Bir  müddət  Ağdam,
Ağcabədi  və  Yevlax  rayonlarında 
müəllim  işləyəndən  sonra  Gəncə 
Kənd Təsərrüfatı  İnstitutuna girmişdi.
1935-ci  ildə  institutu  tamamlayıb 
çalışmağa  başladı.  1935-ci  ildən  1937-ci  ilədək  NKZ-də  kimyəvi 
stansiyada  işlədi. 
1937-ci  ildən  1941-ci  ilədək  SSRİ  EA
71

Azərbaycan  filalımn  aspiranturasında  təhsilini  davam  etdirdi. 
Aspiranturanı  tamamlayıb,  EA-da  böyük  elmi  işçi  işlədi.  1942-ci 
ildən  1944-cü ilədək AZNİXİ NKZ-də direktor vəzifəsində çalışdı. 
1944-cü ildən  1953-cü ilədək Gəncə (Kirovabad) Kənd Təsərrüfatı 
İnstitutunda  rektor  vəzifəsində  işlədi.  Eyni  zamanda  doğma  təhsil 
ocağında  müəllim,  dosent,  professor  kimi  çalışdı.  Kafedra 
müdirindən  rektorluğa  qədər  vəzifələr  icra  etdi.  1953-cü  ildən 
1960-cı  ilədək  Torpaqşünaslıq  və  Aqrokimya  İnstitutunda 
labarotoriya  müdiri,  direktor  müavini  və  direktor  vəzifələrində 
işlədi.  1960-cı  ildə  Azərbaycan  Kənd  Təsərrüfatı  Akademiyasında 
baş  elmi  katib  vəzifəsində  çalışdı.  1961-ci  ildə  bu  akademiya ləğv 
olunandan  sonra Torpaqşünaslıq və  Aqrokimya  İnstitutuna  qayıtdı. 
İnstitutun  torpaq  fizikası  labarotoriyasına  rəhbərlik  etdi.  1962-ci 
ildə  kənd  təsərrüfatı  məhsullarının  istehsalı  və  hazırlığı  üzrə nazir 
müavini  vəzifəsinə  irəli  çəkildi.  Eyni  zamanda  da  Azərbaycan  KP 
MK-nin büro üzvi və Baş Elmi İdarənin rəhbəri oldu.
Bala  bəy  1970-ci  ildən  AZNİİQ-də  şöbə  müdiri  vəzifəsində 
işləmişdir.
Bala bəy elmlər doktoru idi.
Bala  bəy  bir  neçə  çağırış  Azərbaycan  SSR  Ali  Sovetinə 
deputat seçilmişdi.
Bala  bəy  SSRİ-nin  və  Azərbaycan  respublikasının  orden, 
medalları ilə ödüllənmişdi. O cümlədən, Lenin ordeni almışdı.
Bala bəy  1990-cı ildə vəfat edib.
Bala  bəy  Faina  Aleksandrovna  ilə  dünya  evinə  girmişdi. 
Urfan bəy, Tamerlan bəy, Tərlan bəy adlı oğlanlan var.
Urfan  bəy  1939-cu  ildə  Gəncə  şəhərində  dünyaya  pənah 
gətirib.  Orta  məktəbi  bitirəndən  sonra  S.Ağamalıoğlu  adına 
Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutuna  daxil  olub.  İnstitutu 
tamamlayandan  sonra  müxtəlif  yerlərdə  çalışıb.  Hazırda  ABŞ-da 
yaşayır.
Urfan bəy elmlər namizədidir.
Urfan  bəy  Ala  xanımla  ailə  qurub.  Nailə  xanım  adlı  qızları 
var.
72
Nailə  xanım  Gəncə  şəhərində  anadan  olub.  Orta  məktəbi 
bitirəndən  sonra  Xarici  Dillər  İnstitutuna  qəbul  olunub.  İnstitutu 
tamamlayandan  sonra  ABŞ-da  çalışıb.  İşgüzarlığı  nəticəsində 
yüksək karyera əldə edib. Hazırda ABŞ-da yaşayır və çalışır.
Nailə xanım elmlər namizədidir.
Bala  bəyin  ikinci  oğlu  Tamerlan  bəy  1941-ci  ildə  Gəncə 
şəhərində  doğulub.  Orta  məktəbi  bitirəndən  sonra  S.Ağamalıoğlu 
adına  Azərbaycan  Kənd  Təssərrüfatı  İnstitutuna  daxil  olub.  İnsti­
tutu  tamamlayandan  sonra  Moskvaya  köçüb.  Rusiyada  yaşayır  və 
çalışır.
Tamerlan bəy Lida xanımla həyat qurub.
Bala  bəyin  üçüncü  oğlu  Tərlan  bəy  1945-ci  ildə  Gəncə 
şəhərində  dünyaya  gəlib.  Orta  məktəbi  bitirdikdən  sonra 
texnikuma  girib.  Texnikumu  tamamlayandan  sonra  Rusiyaya 
köçüb. Hazırda Sankt-Peterburq civarında çalışır.
Məhəmməd bəyin üçüncü oğlu Xosrov bəy  1912-ci ildə Şuşa 
şəhərində  dünyaya göz açıb.  1920-ci  ildə  Şuşada açılmış  yeni tipli 
məktəbin  1-ci sinfinə daxil olub,  lakin ailə vəziyyətinin çətiliyi  ilə 
əlaqədar  1922-ci  ildən  Gəncədə  yaşayan  qohumlarının  yanına 
köçüb,  tahsilini burda davam etdirərək  1925-ci ildə  ibtiadi  təhsilini 
başa  vurub.  1927-ci  ildə  Şamaxıya,  o  zaman  burda  maarif  şö­
bəsində işləyən böyük qaraşı Böyük bəyin yanına gedir və təhsilini 
2-ci  dərəcəli  məktəbdə  davam  etdirir.  1930-cu  ildə  yenidən 
Gəncəyə qaıdır və şəhərdəki inşaat texnikumuna daxil olur.
1930-cu ildə komsomola qəbul edilən,  1931-ci ildə isə Gəncə 
İnşaat Texnikumunun komsomol təşkilatı katibi seçilən Xosrov bəy 
1932-ci  ilin ortalarına qədər təhsil almaqla yanaşı,  həmin vəzifədə 
işləyib.  Texnikumda təhsilini bitirdikdən sonra Azərbaycan Neft və 
Kimya  İnstitutuna  daxil  olub,  lakin  ordu  sıralanna  səfərbər 
edilməklə əlaqədar burda təhsilini davam etdirə bilməyib.
Hərbi  xidmətini  başa  vurandan  sonra  Gəncəyə  qayıdmıb, 
şəhər  bədən  tərbiyəsi  komitəsində  təlimatçı  vəzifəsinə  qəbul 
olunub,  qısa  müddətdən  sonra  Gəncə  şəhər İcraiyyə  Komitəsinin 
kənd  təsərrüfatı  şöbəsində  inşaatçı-texnik  vəzifəsinə  keçirilib. 
1937-ci  ilin  önlərində  Gəncə  şəhər  İcraiyyə  Komitəsinin
73

nəzdindəki  Bədən  Tərbiyəsi  Komitəsinə  sədr  vəzifəsinə  təyin 
olunub.  Elə  həmin  ilin  dekabr  ayında  onu  Gəncə  şəhər  İcraiyyə 
Komitəsinin katibi kimi məsul bir vəzifəyə irəli çəkiblər.
İstər  texnikumda  təhsil  aldığı  illərdə,  istərsə  də  sonralar 
həmişə  biliyi,  bacarığı,  işgüzarlığı,  çalışqanlığı  ilə  fərqlənən 
Xosrov bəy dörd il Gəncə  şəhər İcraiyyə  Komitəsinin məsul  katibi 
vəzifəsində  işləyib.  1941 -ci  ildə  ilin  may  ayında  Gəncə  şəhər 
Komsomol  Komitəsinin  birinci  katibi  seçilmiş,  bir  müddət  sonra 
respublika  Komsomolunun  Mərkəzi  Komitəsində  şöbə  müdiri 
vəzifəsinə irəli çəkilmişdir.
Komsomol  işində  özünü  yaxşı  cəhətlərdən  göstərən  Xosrov 
bəy  Böyük  Vətən  müharibəsi  illərində  “Hər  şey  vətən  üçün,  hər 
şey cəbhə üçün» çağırışına qoşulanların ilk sıralarında olmuş, bütün 
bilik  və  bacarığını  kəndli  gənclərin  cəbhəyə  və  kənd  təsərrüfatı 
işlərinə 
səfərbər 
edilməsinə, 
onların 
hərbi-vətənpərvərlik 
tərbiyəsinin yüksəldilməsinə yönəltmişdir.
Xosrov  bəy  1944-cü  ildə  partiya  işinə  irəli  çəkilib,  öncə 
Maştağa rayon Partiya Komitəsinin ikinci, sonra birinci katibi təyin 
edilib.  1947-ci  ildə  Sabirabad  rayon 
partiya  komitəsinin  birinci  katibi 
seçilib.
Xosrov bəy  1952-ci  ildə ölkədə 
aparılan  struktur  dəyişikliyi  ilə  bağlı 
Bakı  vilayət  Partiya  Komitəsinin 
kənd  təsərrüfatı  şöbəsinin  müdiri 
vəzifəsinə  təyin  olunub.  1953-cü  ildə 
vilayət  komitəsi 
ləğv  olunandan 
sonra 
Azərbaycan 
Kommunist 
Partiyası  Mərkəzi  Komitəsinin  kənd 
təsərrüfatı 
şöbəsinin 
müdiri 
vəzifəsinə keçirilib.
Xosrov  bəy  1954-cü  ildə  Bərdə  rayon  Partiya  Komitəsinin 
birinci katibi seçilir.  1960-cı ilədək bu rayona rəhbərlik edir.
Xosrov  bəy  1961-ci  ilin  əvvəlindən  1962-ci  ilin  mart  ayına 
qədər  Azərbaycan  SSR  Kənd  Təsərrüfatı  Nazirliyinin  Pambıq
74
İstehsalı  İdarəsinin  rəisi  vəzifəsində  işləmiş,  1962-ci  ilin  mart 
ayında  isə  o  zaman  ölkədə  aparılan  struktur  dəyişiklikləri  ilə 
əlaqədar  yeni  yaradılmış  Sabirabad  rayon  Kənd  Təsərrüfatı  Ərazi 
İstehsalat Birliyinin rəisi təyin edilmişdi.
1963-cü  ildə  Xosrov  bəyi  Ağdam  rayonuna  işləməyə 
göndərdilər.  SSRİ-nin  o  zamankı  rəhbəri  N.S.Xruşovun  kolxoz  və 
sovxozların  zona  birləşmələri  (istehsalat  idarələri)  yaratmaq 
eksperimenti  öz  mənfi  təzahürlərini  burda  da  göstərmişdi.  Kənd 
təsərrüfatı  məhsullarının istehsalı  sahəsində tənəzzül artmaqda  idi. 
İdarəetmə  orqanları  iflic  vəziyyətinə  düşmüşdü.  Ağdam  və 
Ağcabədi  rayonları  birləşdirilmişdi.  Birləşmədən  sonra  bu  zonada 
ağır vəziyyət yaranmışdı.  Adamlar  hər  hansı  problemin  həlli  üçün 
Ağcabədi  və  Ağdam  rayonları  arasındakı  50  km  məsafəni  qət 
etməli olurdular.
Belə  mürəkkəb  bir  dövrdə  Xosrov  bəyin  Ağdam  rayon 
İstehsalat  Birliyinin  Partiya  Komitəsinin  katibi  seçilməsi  ona 
göstərilən böyük inamdan irəli gəlmişdi.
Xosrov  bəyin  1966-1971-ci  illərdə  Azərbaycan  Dövlət 
Üzümçülük  və  Şərabçılıq  Komitəsi  sədrinin  birinci  müavini 
işlədiyi  dövrdə  onun  gözəl  təsərrüfatçılıq  qabiliyyəti,  zəngin  bilik 
və  təcrübəsi  özünü  daha  parlaq  şəkildə  biruzə  vermiş,  böyük 
nailiyyətlərin əldə edilməsi üçün imkanlar yaratmışdı.
Xosrov bəy  1971-73-cü illərdə 
Azərbaycan 
Dövlət 
Meyvəçilik 
Tərəvəzçilik 
Komitəsində 
idarə 
rəisi  işləyib  və  burdan  da  təqaüdə 
çıxıb.  Təqaüddə  olduğu  müddətdə 
də 
aktiv 
fəaliyyətdən 
kənarda 
qalmayıb, 
Elmi-Tədqiqat
Meliorasiya 
və 
Su  Təsərrüfatı 
İnstitutunda işləyib.
Xosrov  bəy  1946-66-cı  illərdə 
dörd  çağırış  Azərbaycan  SSRİ  Ali 
Sovetinin deputatı seçilib.
Xosrov  bəyin  bu  xidmətləri
75

yüksək 
qiymətləndirilib, 
1943-cü 
ildə 
vətən  qarşısındakı 
xidmətlərinə  görə  «Şərəf nişanı»  ordeni  ildə təltif olunub.  1965-ci 
ildə  Lenin  ordeni  ilə  ödüllənib.  Bunlardan  başqa,  bir çox medallar 
alıb.
Xosrov bəy  Şəfiqə xanım Məmməd qızı  ilə ailə qurub.  Şahin 
bəy və Rövşən bəy adlı oğlanları var.
Şahin  bəy  1947-ci  ildə  Bakı  şəhərində  doğulub.  23  nömrəli 
orta  məktəbi  bitirəndən  sonra  ADU-ya  qəbul  olub.  Universitetin 
fizika-riyaziyyat  fakültəsini  tamamlayandan  sonra  EA-da  işləyib. 
Hazırda  Nazirlər  Kabinetinin  yanında  «Orbita  Servis»  şirkətinin 
rəisidir.
Şahin bəy  Rəfiqə  xanım  Mirzə  qızı  ilə yaşam  qurub.  Seymur 
bəy adlı oğlu var.
Seymur bəy  1977-ci  ildə  Bakı  şəhərində  dünyaya göz açıb.  6 
nömrəli  orta  məktəbi  bitirəndən  sonra  Azərbaycan  Politexnik 
İnstitutuna  daxil  olub.  İnstitutu  tamamlayandan  sonra  neft 
sektorunda çalışır.
Xosrov  bəyin  ikinci  oğlu  Rövşən  bəy  1949-cu  ildə  Bakı 
şəhərində  dünyanı  tanıyıb.  23  nömrəli  orta  məktəbi  bitirəndən 
sonra  AZNKİ-yə  qəbul  olub.  Hazırda  sonra  Prezident  Aparatında 
işləyir.
Rövşən  bəy  Elmira  xanım 
Sultan  qızı  ilə  həyat  qurub.  Leyla 
xanım adlı qızı var.
Kərbəlayı 
Mustafa 
bəyin 
ikinci  oğlu Rüstəm  bəy  1878-ci  ildə 
Şuşa  şəhərində  dünyaya  gəlmişdi.
Ticarətlə 
məşğul 
olmuşdu.
Pəhləvanlığı vardı.
Rüstəm  bəy  1949-cu  ildə 
vəfat edib.
Rüstəm bəy ailə qurmayıb.
Kərbəlayı 
Mustafa 
bəyin 
üçüncü oğlu Həsən bəy  1875-ci  ildə 
Şuşa  şəhərində  dünyanı  tanımışdı.
76
Atasını  itirdiyindən  əmisi  Kərbəlayı  İskəndər  bəyin  himayəsində 
böyümüşdü. Ticarətlə məşğul olmuşdu.
Həsən bəy  Sayalı  xanım  Mirzə  Cavad bəy  qızı  Qayıbova  ilə 
ailə  qurmuşdu.  Cəlal  bəy,  Nurəddin  bəy  adlı  oğlanları,  Simuzər 
xanım adlı qızı vardı.
Gənc Ağabəyovlar
77

Kərbəlayı  Mustafa  bəyin  dördüncü  oğlu  Cəlil  bəy  1880-ci 
ildə  Şuşa  şəhərində  dünyaya  pənah  gətirmişdi.  Şəhər  realm 
məktəbini  bitirmişdi.  1905-ci  ildə  Aşqabada  köçmüşdü.  Ali 
məktəbdə  oxumuşdu.  Türkmənistan  SSR  Xalq  Daxili  İşlər 
Komissarlığı orqanlarında çalışmışdı.  Daxili işlər nazirinin müavini 
vəzifəsinədək yüksəlmişdi.
Ağadədə  bəyin üçüncü  oğlu  Murtuza  bəy  1843-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  təşrif  buyurmuşdu.  Ticarətlə  məşğul  olurdu. 
Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  Murtuza  bəyin  Əli  bəy,  Məhərrəm  bəy  adlı 
oğlanları vardı.
Əli  bəy  1876-cı  ildə  Şuşa  şəhərində  dünyaya  təşrif 
gətirmişdi.
Kərbəlayı  Murtuza bəyin ikinci  oğlu Məhərrəm  bəy  1878-ci 
ildə Şuşa şəhərində anadan olmuşdu.
Ağadədə  bəyin  dördüncü  oğlu  İskəndər  bəy  1855-ci  ildə 
Şuşa  şəhərində  doğulmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı  İskəndər  bəyin  Şükür  bəy,  Allahverdi  bəy,  Rəşid 
bəy adlı oğlanları, Bəyim xanım adlı qızı vardı.
Şükür bəy  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Məktəb  təhsili 
almışdı.  İpəkçiliklə məşğul idi.
Kərbəlayı  İskəndər  bəyin  ikinci  oğlu  Allahverdi  bəy  Şuşa 
şəhərində  dünyaya  göz  açmışdı.  Məktəb  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  İskəndər  bəyin  üçüncü  oğlu  Rəşid  bəy  Şuşa 
şəhərində  dünyanı  tanımışdı.  Orta  məktəbi  bitirəndən  sonra  ali 
məktəbdə oxumuşdu. Uzun müddət yol mühəndisi işləmişdi.
Kərbəlayı  İskəndər  bəyin  dördüncü  oğlu  Musa  bəy  Şuşa 
şəhərində  dünyaya  pənah  gətirmişdi.  Orta  məktəbi  bitirəndən 
sonra  Azərbaycan  Sənaye  İnstitutuna  daxil  olmuşdu.  İnstitutu 
tamamlayandan  sonra  neft  sahəsində  mühəndis  və  digər  rəhbər 
vəzifələrdə işləmişdi. Bir müddət təhsil naziri olmuşdu.
Musa bəy  1965-ci  ildə vəfat edib.
78
Ağa  bəyin  dördüncü 
oğlu  Rəsul  bəy  1821-ci  ildə 
Şuşa  şəhərində  dünyaya  gəl­
mişdi. 
Mədrəsə 
təhsili 
almışdı.  Ticarətlə  məşğul 
olmuşdu.
Rəsul  bəy  Anaxanım 
xanımla  həyat  qurmuşdu.
Süleyman  bəy,  Salman  bəy 
adlı oğlanlan vardı.
Süleyman  bəy  1850-ci 
ildə  Şuşa  şəhərində  dünyaya 
göz açmışdı. Mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi.
Süleyman bəyin Zülfüqar bəy, Umud bəy adlı oğlanlan vardı.
Zülfüqar  bəy  1880-ci  ildə  Şuşa  şəhərində  dünyaya  pənah 
gətirmişdi.
Süleyman  bəyin  ikinci  oğlu  Umud  bəy  1880-ci  ildə  Şuşa 
şəhərində dünyanı tanmışdı.
Rəsul bəyin  ikinci  oğlu  Salman bəy 
1852-ci  ildə  Şuşa şəhərində  dünyaya təş 
rif  buyurmuşdu.  Molla  yanında  oxu­
muşdu. Ticarətlə məşğul idi.
Salman  bəyin  Adil  bəy  adlı  oğlu
vardı.
Adil  bəy 
1878-ci 
ildə 
Şuşa 
şəhərində dünyaya təşrif gətirmişdi.
Nəzirə xanım 
Məhəmməd bəy qızı
79

Hacı  Baba bəy uşağı (İbrahimbəyovlar)
Şuşa  şəhərinin  Təbrizli  məhəlləsinin  tanınmış  sakinlərindən 
biri  də  Baba  bəydir.  Baba  bəy  XVIII  yüzilin  sonlarında  Şuşa 
şəhərində  yaşamışdı.  Ibrahimxəlil  xan  Sarıcalı-Cavanşirə  xidmət 
etmişdi.  Müqəddəs Məkkəyi-müəəzzəmi ziyarət etmişdi.
Hacı  Baba bəyin Əliməhəmməd bəy adlı oğlu vardı.
Əliməhəmməd  bəy  1787-ci  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ibrahimxəlil  xanın  qulluğunda 
durmuşdu.  Müqəddəs Məkkəyi-müəəzzəmi ziyarət etmişdi.
Hacı  Əliməhəmməd  bəy  Bəyim  xanımla  ailə  qurmuşdu, 
ibrahim bəy, Həsən bəy adlı  oğlanları, Bacıxanım xanım, Anaxanım 
xanım və Əziz xanım adlı qızları vardı.
İbrahim  bəy  Hacı  Əliməhəmməd  bəy  oğlu  1818-ci  ildə  Şuşa 
şəhərində  doğulmuşdu.  İbtidai  təhsilini  molla  yanında  almışdı. 
Sonra mədrəsədə oxumuşdu.  Ticarətlə məşğul idi.
İbrahim bəyin törəmələri İbrahimbəyov soyadını daşıyırdılar.
İbrahim  bəy  Mehri  xanımla  ailə  qurmuşdu.  Hüseyn  bəy, Ağa 
bəy, Bağır bəy,  Qulu bəy, Əli  bəy, Əbdüssəməd bəy və  Məhəmməd 
adlı oğlanları vardı.
Hüseyn  bəy  İbrahim  bəy  oğlu  1842-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Hüseyn bəyin Teymur bəy, İbrahim bəy adlı oğlanları vardı.
Teymur bəy  1868-ci ildə Şuşa şəhərində doğulmuşdu.
Hüseyn  bəyin  ikinci  oglu  İbrahim  bəy  1871-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.
***
İbrahim  bəyin  ikinci  oglu  Ağa  bəy  1844-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  gəlmişdi.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.
80
Ağa bəyin Ələkbər bəy adlı oglu vardı.
Ələkbər bəy  Ağa  bəy  oğlu  1863-cü  ildə  Şuşa  şəhərində  dün­
yaya göz açmışdı. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
***
İbrahim  bəyin  üçüncü  oglu 
Bağır  bəy  1846-cı  ildə  Şuşa  şəhə­
rində  anadan  olmuşdu.  Molla  ya­
nında 
oxumuşdu. 
1865-1868-ci 
illərdə  Şuşa  qəza  məktəbində  təhsil 
almışdı.  Pedaqoji  fəaliyyətlə  məş­
ğul olmuşdu.
Bağır 
bəy 
İbrahimbəyov 
Qarabağın  bir  çox  məktəblərində 
müəllim olmuşdu.
Bağır  bəyin  İsfəndiyar  bəy, 
Qamboy bəy, Teymur bəy,  Adışirin 
bəy  adlı  oğlanları,  Füruzə  xanım, 
Qütəvvər xanım adlı qızları vardı.
İbrahimbəyov  İsfəndiyar  bəy 
Bağır  bəy  oğlu  (1892,  Şuşa-Bakı) 
Azərbaycanın  səhiyyə  təşkilatçıla­
rından  biri,  respublikanın  əməkdar 
Bağır bəy ibrahimbəyov
Yüklə 10,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin