Emosiya mövzusunda imtahan işi


Psixologiya elminə ümumi baxış



Yüklə 38,4 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü38,4 Kb.
#42972
1   2   3   4   5   6
referat 3305

Psixologiya elminə ümumi baxış

Müasir elmlər sistemi və psixologiya. Müasir dövrdə psixologiya insan haqqında ən mühüm elmlərdən biri kimi diqqəti cəlb edir. Təsadüfü deyildir ki, hazırda insan həyatı və fəaliyyətinin elə bir sahəsi yoxdur ki,  psixologiya elmi oraya  nüfuz etməsin. Mübaliğəsiz demək olar ki, hazırki dövrdə bütün dünyada hər cür fəaliyyətin və insan munasibətlərinin səmərəliliyini psixoloji biliklərin tətbiqində görürlər. Lakin nəzərə almaq lazımdır ki, mühüm elm sahəsi olan psixologiya başqa elmlərdən təcrid olunmuş şəkildə deyil, onlarla vəhdətdə mövcuddur və fəaliyyət göstərir. Bəs elmlər sistemində psixologiya elmi hansı yeri tutur, onun başqa elmlərlə qarşılıqlı əlaqəsi nədən ibarətdir?
Elmlər sisteminin təsnifatını verən B.M.Kedrov bu sistemdə psixologiyanın roluna xüsusi diqqət yetirmişdir. Onun «elmlər üçbucağı»da bunu aydın görürük. B.M.Ked­rova görə psixologiya bir tərəfdən fəlsəfə elmləri, digər tərəfdən  təbiət elmləri, üçüncü tərəfdən humanitar elmlər içərisində aralıq mövqe tutur.

Digər elmlərdən fərqli olaraq psixologiya nəyi tədqiq edir? Bir elm kimi onun başlıca xüsusiyyətləri nədən ibarətdir? Həmin suallara cavab vermək üçün, ilk növbədə, psixo­logiya elminin obyektini və predmetini (mövzusunu) aydınlaşdırmaq lazımdır.

Psixologiya termini iki yunan sözündən - «psyuxc» - ruh, ruhi aləm, - «loqos» - bilik, öyrənmək, elm sözlərindən əmələ gəlmişdir, «psixika haqqında elm» deməkdir. Psixologiya termini evristik baxımdan elmin predmetini dəqiq ifadə edir: psixologiya psixika haqqında elmdir. Psixologiyanın predmetini başa düşmək üçün biz əvvəlcə əsas anlayışla - psixika anlayışı ilə tanış olmalıyıq. Psixika anlayışına nələr daxildir? Psixika nədir? Psixi hadisələri şərti olaraq üç böyük qrupa bölürlər:


  1. Psixi proseslər.

  2. Psixi hallar (və ya psixi halətlər, vəziyyətlər).

  3. Psixi xassələr (və ya xüsusiyyotlər)

Psixi proseslər, hallar və xassələr bir-birilə üzvi surətdə əlaqəlidirlər.

Onlardan biri adətən o birisinin əsasında əmələ gəlir. Psixi halətlər və ya vəziyyətlər ayrı-ayrı psixi proseslərin, məsələn, əhvallar, affektlər hisslərin, dalğınlıq diqqətin, iradənin, şübhə təfəkkürün təzahürü kimi özünü göstərir. Onlar isə möhkəmlənib bir adamı başqasından fərqləndirən psixi xassə kimi təzahür edə bilər.



Psixi proseslər psixologiya elminin əsas kateqoriyalarından biridir. idrak proseslərinə (duyğu, qavrayış, diqqət, hafızə, təfəkkür, nitq və təxəyyül), iradi proseslərə və emosional proseslərə birlikdə psixi proseslor deyilir.

Başqa sözlə, psixi proseslər özləri də üç yarım qrupa bölünür:

1. İdrak prosesləri

2. İradi proseslər.

3. Hissi proseslər

Psixi proseslərin 3-cü yarımqrupu hissi(emosional) proseslərdir.




Yüklə 38,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin