Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


İnvazion xəstəliklərə baytarlıq və tibbi nəzarət



Yüklə 196,75 Kb.
səhifə12/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   8   9   10   11   12   13   14   15   ...   82
Baytarlıq sanitariyası CAVAB

İnvazion xəstəliklərə baytarlıq və tibbi nəzarət



Heyvan xəstəlikləri — yoluxmayan və yoluxan olur. Yoluxan Heyvan xəstəlikləri iki cür olur: bakteriya, virus və göbələklərin törətdiyi infeksiya və ibtidailər, cücülər, gənə və helmintlərin törətdiyi invazion xəstəliklər.
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsi və bu işin daimi nəzarətdə saxlanması məqsədilə baytarlıq sahəsində çalışan mütəxəssislər tərəfindən hər il orta hesabla 34 milyon başa qədər kənd təsərrüfatı heyvanı və quşları arasında müxtəlif xəstəliklərə qarşı dövlət vəsaiti hesabına profilaktik və məcburi peyvəndləmələr aparılır. Eləcə də Respublika Baytarlıq Laboratoriyası, 12 zona baytarlıq laboratoriyası, 47 baytarlıq diaqnostika kabineti və 105 baytarlıq sanitariya-ekspertiza laboratoriyalarında çalışan baytar mütəxəssisləri ildə orta hesabla 24 infeksion və invazion xəstəliklərə görə 6.5 milyon diaqnostik müayinə həyata keçirirlər ki, bu da mövcud tələbatı ödəmir. Bu müayinələr ən azı 2 dəfə artırılmalıdır.
Respublika ərazisində invazion xəstəliklər əleyhinə tədbirlər də icra edilib. Cari ilin 7 ayı ərzində 1104 quşda askaridioza, 7362 baş iribuynuzlu və 9082 baş xırdabuynuzlu heyvanlarda diktikaulyoza, 7527 baş iribuynuzlu və 10664 baş xırdabuynuzlu heyvanda fassilyoza, 2528 baş xırdabuynuzlu heyvanda tizaniezioza və 9641 baş xırdabuynuzlu heyvanda monezioza görə koproloji müayinələr aparılıb.



  1. Bitki məhsullarının konservləşdirilməsi müəssisələrinə qoyulan baytar sanitar- gigiyenik tələblər

Meyvə-tərəvəzin emalı məhsulları partiyalarla qəbul edilir. Meyvə-tərəvəz konservlərinin keyfiyyətinin normativ-texniki sənədlərə uyğunluğunu yoxlamaq üçün partiya maldan nümunə ayrılır. Növü və çeşidi eyni olan, eyni adda və bağlamada, bir müəssisədə eyni gündə və növbədə istehsal olunan və təsdiq olunmuş formada bir keyfiyyət sənədi ilə rəsmiləşdirilən istənilən miqdar, eyni cinsli məhsula partiya mal deyilir. Ədədi satılan məhsulun ayrıca nüsxəsi və ya təsdiq olunmuş qaydada ədədlərin miqdarı vahid məhsul adlanır. Nümunə – nəzarət ediləcək partiyadan seçilmiş və ya məhsul axınından nəzarət və təsdiq olunmuş tələbata uyğun qərar qəbul edilməsi üçün götürülən vahid məhsuldur. Nümunənin həcmi – nümunəni təşkil edən vahid məhsulun sayıdır (miqdarıdır). Konservləşdirilmiş məhsulların keyfiyyəti nümunə yerlərinin yoxlanması nəticəsi əsasında konserv partiyasından və konserv partiyasından təsadüfən seçilmiş bankaların laboratoriya sınağının nəticələri əsasında müəyyən edilir. Konservləşdirilmiş meyvə-tərəvəz məhsullarının ekspertizasını aparmaq üçün malların ekspertizasının aparılması qaydaları haqqında təlimatı, müvafiq standartları, kontraktın (müqavilənin) texniki şərtlərini, nəqliyyat sənədlərini, mal göndərənlərin keyfiyyət sertifikasiyası və spesifikasını əldə rəhbər tuturlar.


Ekspert aşağıdakıları yoxlayır: - məhsulun saxlanılma şəraitini – anbarın tipi, saxlanılma temperaturu, havanın nisbi rütubəti; - nəqliyyat tarasının xarici vəziyyəti – bu zaman taranın zədələnməsinə, islanmasına, açılmasına, taradakı markalanmanın olmasına və düzgünlüyünə diqqət yetirilir. Əgər ekspertə verilən partiya mal eynicinsli deyildirsə, başqa sözlə mala baxış zamanı müəyyən edilmişdir ki, mal müxtəlif əmtəə-nəqliyyat qaiməsi ilə daxil olmuşdur, markalanmada mal istehsalçılarının, istehsal tarixinin, növbənin, mal partiyasının nömrəsinin və taranın müxtəlif olması müəyyən edilmişdir, həmçinin taraların bir hissəsində zədələnmə vardır, onda belə partiya mal mütləq eynicinsli partiya mal üzrə sortlaşdırılmalıdır. Ekspertiza aktında konservlərin bütün markalarındakı istehsal tarixi və növbəsi öz əksini tapmalıdır. Vahid partiya mal kimi sortlaşdırılmamış konservlərin ekspertizası ekspertizanın sifarişçisinin yazılı xahişi ilə aparıla bilər və bu, normativ-texniki sənədlərə zidd deyilsə, mütləq ekspertiza aktına əlavə edilməlidir. Konservlərin qablaşdırılması və markalanmasının vəziyyəti konservlərin keyfiyyət göstəricilərinin təyini ilə eyni vaxtda aparılır. Lakin lazım gələrsə, qablaşdırılmanın və markalanmanın keyfiyyətinin təyini ekspertizanın ayrıca vəzifəsi kimi yerinə yetirilib, ayrıca akt ekspertiza tərtib oluna bilər. Konservlərin kəmiyyətcə təyini məsələlərinə aşağıdakılar aid edilir: - nəqliyyat vasitələrində yerlərin sayının təyini; - məhsul vahidlərinin tara daxilindəki miqdarının təyini. Partiya konservdə yerlərin sayı məhsulun nəqliyyat vasitələrindən (dəmir yolu vaqonu, konteyner, avtomobil) boşaldıldığı vaxt başdan-başa saymaqla təyin edilir. Hesablamanın nəticəsi malı müşayət edən sənədlərlə tutuşdurulur. Nəqliyyat vasitələrinin yol boyunda bütövlüyü pozulduğu hallarda ekspert nəqliyyat vasitələrinin zədələnməsinə səbəb olan hadisəyə uyğun sənəd tələb etməlidir. Belə halda ekspertizanın sifarişçisinin xahişi ilə ekspert məhsulun boşaldılmasında iştirak etməklə bu barədə akt tərtib edir.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin