Elmşünaslığa giriş
294
İqtisadiyyatın intensivləşdirilməsi prosesinin
birinci fazasının öz spesifik sərhədləri var ki, bu da
yeni texniki sistemlərin qurulmasında və onların me-
todikasının işlənməsində elmi biliklərin tətbiqindən
irəli gəlir. İlk baxışdan elə gəlir ki, guya onların ara-
sında elə bir əsaslı fərq yoxdur. Axı, əvvəlcə yalnız
təcrübi nümunə qurulub istehsal olunur. Bu, təcrübə
laboratoriyasında baş verir. Yeni texnikanın kütləvi
nüsxədə buraxılışı və istismarı isə təcrübə-konstruk-
siya işləri çərçivəsindən ictimai istehsal sahəsinə
keçid etməyi tələb edir.
Əlbəttə, elmi-texniki tərəqqi müəyyən iqtisadi,
sosial və təşkili problemlərlə bağlıdır. Lakin burada
bu problemlər spesifik tərzdə təzahür edir. Bu halda
söhbət istehsalatın, iqtisadiyyatın yox, elm və layi-
hələşdirmə prosesinin özünün, yəni elmi biliklərin
“maddiləşdirilməsinin”, “cismaniləşdirilməsinin” ilk
mərhələsinin elmi təşkilindən gedir. Bu sferaya xas
olan iqtisadi problemlər də spesifik xarakter daşıyır.
Ümumi iqtisadiyyatdan fərqli olaraq yeni bir sahə –
elm və elmi-texniki tərəqqinin iqtisadiyyatı – mey-
dana gəlir. Elmi-texniki tərəqqi sferasındakı spesifik
sosial hadisələr isə sosiologiyanın xüsusi sahəsi olan
elm və elmi-texniki tərəqqi sosiologiyasının predme-
tini təşkil edir.
Yeri gəlmişkən qeyd edək ki, elm sosiologi-
yası sahəsində tədqiqatlar aparılsa da, elmi-texniki
tərəqqinin sosiologiyası hələ ki, işlənməmiş bir sahə
Elmin idarə olunması
295
olaraq qalır. Elmi-texniki tərəqqinin sosial nəticələ-
rinə həsr olunmuş çoxlu sayda nəşrlər olsa da, bu,
nəzərdən keçirdiyimiz prosesin sosiologiyasını təşkil
etmir. Düzdür, bir-birindən fərqli olan bu iki prob-
lem bəzən əsassız olaraq eyniləşdirlir.
Elmi-texniki tərəqqinin məzmunu və struktu-
runda, habelə “elm-texnika-istehsalat” dövrəsində
baş verən bugünkü dəyişikliklərin mahiyyəti nədə-
dir? E.A.Arab-oğlu haqlı olaraq yazır ki, elmi-tex-
niki inqilabın gedişində, elm, texnika və istehsalatın
bir-biri ilə qarşılıqlı təsirləri prosesində liderlik el-
mə, nəzəri biliyə keçir
1
. İnkişaf templərinə görə də
elm texnika və istehsalatı geridə qoymaqdadır. Lakin
elm nisbi müstəqillik qazanmasaydı, yəni təkcə
praktikanın tələbatları əsasında yox, həm də öz xü-
susi bazası üzərində inkişaf etmək imkanı əldə et-
məsəydi, bu, mümkün olmazdı. Yalnız bu müstəqil,
azad, inkişaf sayəsində elm özü ilə gözlənilməz
şeylər gətirmək, yeni praktiki imkanlar açmaq iqti-
darında ola bilir. Bu imkanlar texnikanın inkişafının
adi məntiqi nəticəsi ola bilməzdi. Elmin dərinliklə-
rində yetişmiş elmi-texniki işləmələr mövcud texni-
ka və texnologiyadan köklü şəkildə fərqlənə bilir.
Buna misal olaraq atom energetikasını, kompüterlə-
ri, lazer texnikasını, biotexnologiyanı, xassələri qa-
baqcadan verilmiş materialların sintezini və s. gös-
1
Э.А. Араб-оглы. Обозримое будущее. Социальные по-
следствия НТР: год 2000. М., 1986. s. 58-59.
Elmşünaslığa giriş
296
tərmək olar.
Elmin texnika və istehsalatın sifarişlərini yeri-
nə yetirən adi icraçıya çevrilməməsi üçün onun is-
tehsalata bağlılığından uzaq olmaq lazımdır, əlbəttə,
bu şərtlə ki, bu müstəqillik ifrat dərəcəyə çatmasın.
Buna görə də elmi işlərin bir hissəsi (ədəbiyyatda bu
hissə “tətbiqi tədqiqatlar” anlayışından fərqli olaraq
“fundamental tədqiqatlar” anlayışı ilə ifadə olunur)
bilavasitə tətbiqə yox, elmin özünün inkişafının tə-
min edilməsinə, onun tamamilə yeni metodlarının
yaradılmasına xidmət edir. Bu işlər praktikada tətbiq
olunmur. Bu cür işlərin müəyyən hissəsinin təhlili
konkret nəticə verərsə, bu nəticə ilk növbədə elmin
özündə tətbiq oluna bilər.
Zənnimizcə, elmi nəticələrin dəyəri təkcə on-
ların bilavasitə praktikada tətbiqinə görə deyil, həm
də nəzəri əhəmiyyətinə görə müəyyən olunmalıdır.
Bəzən nəzəri nəticələr xırda miqyaslı konkret prak-
tiki nəticələrdən daha əhəmiyyətli ola bilir. Əksər
hallarda fundamental nəzəriyyələri texnikanın və ya
tətbiqi tədqiqatların zəifliyi üzündən tətbiq etmək
mümkün olmur. İş burasındadır ki, tətbiq sahələrinin
müəyyənləşdirilməsi, onun metodika və texnolo-
giyalarının işlənməsi vəzifəsi alimin yox, konstruk-
torların, elmi-texniki işçilərin üzərinə düşür. Axı
fəaliyyətin ali inkişaf mərhələlərinə aid olan bütün
sahələrində funksiyalar diferensiasiya olunmalıdır.
Eynilə elmi fəaliyyət sırf praktiki fəaliyyətdən uzaq-
Elmin idarə olunması
297
laşdıqca fəaliyyətin yeni sahəsi – elmi-texniki fəaliy-
yət sahəsi formalaşır. Onun qarşısında duran vəzifə
yeni elmi nailiyyətlərin texnikada tətbiq yollarını
axtarıb tapmaqdan ibarətdir. Bununla da elmlə prak-
tikanın bir-biri ilə optimal şəkildə birləşdirilməsi
vəzifəsinin həlli fəaliyyətin bu yeni formasının op-
timal təşkilinin işlənməsi kimi göz önünə gəlir. Bu
vəzifənin uğurla öhdəsindən gəlmək üçün elmi-tex-
niki fəaliyyətin mahiyyəti və məzmununu, elmi və
mühəndis fəaliyyətindən fərqlənən cəhətlərini üzə
çıxarmaq tələb olunur.
Müasir fəlsəfi və iqtisadi tədqiqatlarda, habelə
işgüzar dairələrdə elmin istehsal və qeyri-istehsal
sferaları ilə əlaqələrini gücləndirmək təşəbbüsləri bir
çox hallarda elmi fəaliyyətin praktiki məqsədlərə
tabe etdirilməsi mövqeyindən qiymətləndirilir. Aka-
demik elmi-tədqiqat institutları onların fəaliyyətinin
səmərəliliyinin təyin edilməsi probleminin kifayət
qədər işlənməməsi üzündən hesabat verərkən ya
formal göstəricilərdən (nəşrlərin sayı, işlərin həcmi
və s.), ya da ki, əldə olunmuş nəticələrin praktiki
tətbiqinin iqtisadi səmərəliliyindən çıxış edirlər.
Lakin fundamental elmi nailiyyətlərin səviyyəsi nə
qədər yüksək olsa, ona iqtisadi səmərəlilik göstərici-
lərinə əsasən obyektiv qiymət vermək də bir o qədər
çətin olur
1
. Bundan başqa, elmi biliyin “maddiləşdi-
1
Bu problem Y.B.Tatarinovun 1986-cı ildə Moskvada çap
Elmşünaslığa giriş
298
rilməsi” prosesi, onun praktiki tətbiqi elmin öz hü-
dudlarından kənara çıxaraq bütövlükdə təsərrüfat
mexanizminin vəziyyətindən asılı olur.
Buna baxmayaraq bəzi hallarda praktiki tətbiq
şərti elm anlayışının mahiyyəti kimi anlanaraq hətta
onun tərifinə də daxil etdirilir
1
. Bazar iqtisadiyyatı
şəraitində mahiyyətcə elmin istehsalatla sərt şəkildə
əlaqələndirilməsi ideyasına demək olar ki, bərabər
olan ideyalar irəli sürülür. Bu cür ideyaların həyata
keçirilməsi elmin nisbi müstəqilliyini məhdudlaşdıra
bilərdi.
Tarixi faktlara nəzər salsaq, görə bilərik ki,
keçmiş SSRİ-də elmin coşqun inkişafının əsas şərt-
lərindən biri elmin mərkəzləşdirilmiş və nisbi müs-
təqil təşkili olmuşdur.
SSRİ-nın elmi-texniki tərəqqi sahəsində gerili-
yinin səbəbləri elmlə istehsalatın təşkilindən çox on-
ların arasında optimal əlaqələrin yaradılması prob-
lemi ilə bağlı idi.
Elmlə istehsalat arasında əlaqələrin təmin edil-
məsi ya onların birbaşa, bilavasitə təşkili baxımın-
dan birləşdirilməsi kimi başa düşülür ya da bu vəzifə
olunmuş «Проблемы оценки эффективности фундаменталь-
ных исследований: логико-методологические аспекты» ki-
tabında hərtərəfli araşdırılmışdır..
1
Н.В.Наливайко, В.В. Сергеева. Всеобщность научной
деятельности и творчество ученого // Фундаментальные
исследования и технический прогресс. Новосибирск, 1985.
s. 245.
Elmin idarə olunması
299
gah elmi gah da istehsalat müəssisəsinin üzərinə qo-
yulur. Lakin bu variantlardan heç biri özünü doğ-
rultmadı.
Mürəkkəb iyerarxik sistem olan elmlə maddi
istehsalın formalaşması prosesi əsrlər boyu cərəyan
etmişdisə, onların arasında xüsusi bir bağlayıcı həl-
qəyə tələb yalnız müasir dövrdə yaranmışdı. Təbii
ki, bu işdə birdən-birə mükəmməlliyə nail olmaq
mümkün deyil. Əsasən iqtisadi mexanizmlərlə tən-
zimlənən bu obyektiv prosesin spontan olaraq op-
timal təşkili formaya gətirib çıxaracağını zənn etmək
düzgün olmazdı. Bu gün “elm-texnika-istehsalat”
dövrənin dərk edilməsi ən aktual məsələlərdən biri-
dir, çünki elmi-texniki prosesin optimal təşkili yalnız
yaxşı işlənmiş nəzəriyyə əsasında mümkündür. Bu
cür mühüm bir problemin həllində utilitar konsepsi-
yaların təsirinə düşmək, perspektiv və çoxplanlı
maraqları müstəsna olaraq gündəlik praktiki məq-
sədlərə tabe etdirmək olmaz.
Elmi fəaliyyətin son məqsədi həqiqəti üzə
çıxarmaq, mötəbər biliklər əldə etməkdir. Lakin elmi
proses fasiləsiz olaraq cərəyan edir. Əldə olunmuş
biliklər artıq növbəti tədqiqat dövrənin ilkin şərti
kimi çıxış edir. “Kiçik dairə”nin hər birinin sonunda
elmin nəticələri informasiya əsası kimi onun sərən-
camına daxil olur. Digər tərəfdən isə elm qapalı sis-
tem olmadığından onun nəticələri nəinki elmi prose-
sə qayıdış edir, həmçinin bir qədər müstəqillik əldə
Elmşünaslığa giriş
300
etməklə onun çərçivələrindən kənara da çıxır. Belə-
liklə də məzmun baxımından eyni olan biliklər həm
“elm” sisteminə, həm də müxtəlif tətbiqi, o cümlə-
dən texniki yaradıcılıq sferaların nümayəndələrinin
faydalandıqları başqa informasiya sisteminə də daxil
olur. Başqa sözlə, elmin nəticələri elmi biliklərdən
başqa praktiki-peşə və gündəlik biliklərin də daxil
olduğu tətbiqi tədqiqatların strukturuna yalnız kom-
pleks informasiya sistemi vasitəsilə daxil olur. Elmi
biliyi onların ümumi məxrəcinə gətirmək üçün onu
tətbiqi sferanın “dilinə” tərcümə etmək lazım gəlir.
Yeni elmi nəticə elmin öz hüdudları çərçivə-
sində və bu çərçivədən kənarda – təhsil sferasında,
tətbiqi sferalarda fərqli şəkildə ifadə olunur. Elmin
öz nəticələrindən faydalanması üçün bu nəticələrin
əlavə emalına ehtiyac yoxdur. Başqa sözlə, elmdə
biliklər gələcəkdə elmin öz hüdudları çərçivəsində
istifadə üçün yararlı olan formada əldə olunur. Alim-
lərin özləri, təbii ki, elmin dilini bilirlər. Lakin ixti-
raçıların istifadə üçün təqdim etdikləri informasiya
elə bir şəklə salınmalıdır ki, onlar onu problemin
elmi mahiyyətini başa düşmədən də tətbiq edə bil-
sinlər. Axı elmi fəaliyyətin nəticələri elmi nəzəriyyə-
nin kontekstindən ayrılmayınca və dar çərçivəli xü-
susi elmi terminologiyada ifadə olunmayınca onlar
ixtiraçılar, mühəndis-konstruktorlar üçün qaranlıq
qalacaqdır. Yəqin ki, dili gündəlik dilimizdən çox
uzaq olan nəzəri tədqiqatların nəticələrinin tətbiqin-
Elmin idarə olunması
301
də yubanmalar məhz bu səbəblə izah olunmalıdır.
Elm nümayəndələri özləri nəzəriyyə sahəsində
yeni nəticələrin tətbiqi ilə bağlı işləri öz üzərlərinə
götürdükdə, ixtiraçı, konstruktor və s. funksiyalarını
icra etdikdə, bu nəticələr adətən praktikada vaxtında
tətbiq oluna bilir. (Bu halda “çevirmə” gizli şəkildə
bir insanın fəaliyyəti çərçivəsində baş verir). Lakin
ilk baxışdan diqqəti cəlb edən bu hal əslində hansısa
nəzəri tədqiqat sahəsində bəlkə də əvəzsiz olan alim-
lərin vaxtından qeyri-səmərəli istifadə kimi qiymət-
ləndirilməlidir.
Bəs onda elmi nəticələri praktikada kim tətbiq
etməlidir? Bu işlə məhz bu problem üzrə ixtisaslaş-
mış insanlar, yəni elmi-texniki işçilər məşğul olma-
lıdır. Onlar elmi-tədqiqat işlərini aparmır, özləri yeni
elmi nəticələr əldə etmir, lakin elmi dili mükəmməl
bildiklərinə görə elmin məlumatlarını praktikada tət-
biq üçün “emal” edirlər. Elmi nəticələr praktikanın
müvafiq sferasının dilinə vaxtında “tərcümə” olun-
duqda, ixtiraçılıq işi peşəkarlar tərəfindən və, şübhə-
siz ki, daha yaxşı yerinə yetirilə bilər.
İxtiraçılıq fəaliyyətinin dili layihələşdirmədir
ki, bu da konkretliyi sevir. Deməli, yeni elmi biliyin
tətbiqi prosesində mücərrəddən konkretə doğru həm
məzmun baxımından, həm də formal planda ciddi
addımlar atılmalıdır. Yeni bilik lazımi konkret forma
almaqla tətbiqi fəaliyyətin strukturuna daxil olub ix-
tiraçılıq imkanlarını genişləndirir. Bununla da elmi-
Elmşünaslığa giriş
302
texniki tərəqqinin sürətləndirilməsi problemi tətbiqi
fəaliyyətin informasiya təminatının xüsusi təşkilini
nəzərdə tutmuş olur.
İnformasiya sistemləri (mərkəzlər, institutlar
və s.) öz-özlüyündə mövcud etməyib ilk növbədə bi-
lavasitə tətbiqi sferanı, xüsusən də elmi-texniki, ix-
tiraçılıq fəaliyyətini təchiz etmək məqsədini güd-
məlidir. Başqa sözlə, yeni elmi informasiyanın tət-
biqi məqsədlərlə emalı və tətbiqi fəaliyyət sferası
vahid sosial təşkil sisteminə daxil olmalıdır, çünki
elmi-texniki fəaliyyətin operativ informasiya təchi-
zatının olmaması elmi-texniki tərəqqinin sürətləndi-
rilməsinə mane olur.
Deməli, elmi informasiyanın vaxtında tətbiqi
fəaliyyətin dilinə “tərcümə” edilməsi elmi-texniki tə-
rəqqinin strukturunda mühüm yerlərdən birini tutur.
Elmi biliyin məzmunu bu arada əsaslı şəkildə dəyiş-
məsə də, o, insan fəaliyyətinin başqa bir müstəvisinə
keçmiş olur. Bununla da obyektiv qanunauyğunluq-
ların ideal inikası olan biliklər bu qanunauyğunluq-
ların daha bir obyektiv təzahürünə xidmət etmiş
olur, özü də bu dəfə əvvəlcədən proqramlaşdırılmış
(qurulmuş) süni sistemlərdə, texniki qurğularda. Bu-
rada elmi bilik təbii maddi sistemdən süni sistemə
doğru yolda inikas məqamı kimi çıxış edir. Texniki
sistem sanki maddiləşdirilmiş bilik, maddi olanla
ideal olanın özünəməxsus sintezinin nəticəsi kimi çı-
xış edir.
Elmin idarə olunması
303
Buna görə də istehsalatın intensivləşdirilməsi
prosesinin bütövlükdə elmi-texniki tərəqqini əhatə
edən birinci mərhələsi mürəkkəb bir proses kəsb
edir. Bu prosesi öz növbəsində yeni elmi biliklərin
əldə olunması ilə başa çatan elmi fəaliyyət və bu bi-
liklərin yeni texnikada maddiləşdirilməsi prosesinin
ifadəsi olan elmi-texniki fəaliyyət kimi iki hissəyə
ayırmaq olar. Elmi informasiyanın işlənməsindən
baş alan sonuncu hissə mühəndis fəaliyyətinin kö-
məyi ilə başa çatır. Mühəndis fəaliyyətindən keyfiy-
yətcə tamamilə yeni hadisə – istehsal sferası başla-
yır. Texniki nümunə istehsal olunduqdan və sınaq-
dan keçirildikdən sonra onun kütləvi istehsalı başla-
yır. Nəzərdən keçirdiyimiz dövrədə növbəti halqa
yeni texnikanın istismarıdır, yəni texniki yeniliyin
istehsal prosesinə artıq istehsalın nəticəsi kimi yox,
vasitəsi kimi daxil olmasıdır.
Amma böyük miqyasda tətbiq olunan hər bir
yeniliyin mümkün sosial-iqtisadi və ekoloji nəticələ-
ri öncədən proqnozlaşdırılmalıdır. Belə ki, ictimai
həyatın hər hansı sahəsinin yenidən qurulması kortə-
bii surətdə həyata keçirilə bilməz. Hər cür dəyişiklik
müəyyən nəzəri əsasa malik olmalı və müxtəlif sa-
hələrdəki yeniləşmələr bir-birini tamamlamalıdır.
Bu, sosial ekologiyanın mühüm şərtidir.
Bütün sahələrdəki üstünlüyün, geriliyin ümu-
mi səbəblərindən biri əvvəlcə fəaliyyət göstərib son-
ra düşünmək bəlası idi. Nəticədə bir istiqamətdəki
Elmşünaslığa giriş
304
fəaliyyət başqa istiqamətdəkinə zidd gəlir, bir məq-
sədə nail olmaq üçün digər məqsədin qarşısı kəsil-
miş olurdu. Əsasən praktik biliklər səviyyəsində tu-
tulan planlar, «sağlam düşüncə», adi şüur mövqeyin-
dən aparılan təşkilati iş mürəkkəb sosial sistemlərin
səmərəli surətdə idarə olunmasına imkan vermirdi.
Elm «özü üçün elmə» çevrilmiş, təşkilati iş və maddi
fəaliyyət sahələri bir növ ondan ayrı düşmüşdü.
Müasir mərhələdə ictimai həyatın bütün sahə-
ləri o dərəcədə mürəkkəbləşmişdir ki, elmə istinad
etmədən heç bir sahədə müvəffəqiyyət qazanmaq
mümkün deyildir. İctimai həyatın istənilən sahəsinin
elmi əsaslarla idarə olunmasına yaranan ehtiyac icti-
mai elmlərin praktik rolunu daha da artırmış, elmin
tətbiq sahəsi xeyli genişlənmişdir.
Elmin tətbiqindən söhbət gedəndə onun həm
kənar sahələrə, həm də özünə tətbiqi və öz-özünü
təşkil edə bilmək xüsusiyyəti nəzərə alınmalıdır. El-
min ictimai həyata, maddi istehsala, təhsil və mə-
dəniyyət sahələrinə tətbiqi, bu sahələrdən hər birinin
elmi təşkili problemi ayrılıqda araşdırılmalıdır.
Uzun müddət ölkəmizdə elmin sosial strukturu
heç bir ciddi elmi prinsiplərə əsaslanmadığından el-
mi institutlar mürəkkəbləşmiş, diferensiallaşmış, la-
kin ənənəvi təşkilati formalar saxlanmışdır. Bir çox
hallarda elmi müəssisələrin spesifikası nəzərə alın-
mamış, təsərrüfat müəssisələri üçün səciyyəvi olan
təşkilati strukturlar, inzibatçılıq metodları burada da
Elmin idarə olunması
305
tətbiq olunmuşdur. Regional elmi siyasət işlənib ha-
zırlanmamışdır. Mərkəzi elm sisteminin strukturu
milli respublikalara tətbiq edilmiş, bir-birini təkrar-
layan çoxlu tədqiqat institutları yaradılmışdır ki, hər
bir respublikada bu institutların hamısını ən müasir
avadanlıqla təchiz etmək mümkün olmamışdır. Eks-
tensiv inkişaf metodu və «gözdən pərdə asmaq»
prinsipi rəhbər tutulmuşdur.
Elmi tədqiqatın spesifikası onun təşkilati
strukturunda nəzərə alınmadığından elm intensiv tə-
rəqqi yoluna keçə bilməmiş, kəmiyyət dalınca qa-
çarkən keyfiyyət unudulmuşdur. İnstitutların, labo-
ratoriyaların, kafedraların, elmi işçilərin, dərəcəli
alimlərin sayı müstəqil göstəricilərə çevrildiyindən
son nəticə haqqında düşünmək «yaddan çıxmışdır».
Hətta bir alimin elmi xidməti kəmiyyət göstəriciləri
əsasında müəyyən edilmiş, əsərlərin sayı, kitabların
qalınlığı elmi səviyyənin meyarı kimi çıxış etmişdir.
Respublikamızda elmin idarə olunması hələ də
sosializmdən qalma ənənələrə müvafiq olaraq, inzi-
batçılıq yolu ilə həyata keçirilir. Həmin dövrdə el-
min spesifikasını nəzərə almadan elmi institutlarda
və ali məktəb kafedralarında, təsərrüfat müəssisələ-
rində analoji nizam-intizam yaratmağa təşəbbüs gös-
tərilir, «təşkilatçılıq qabiliyyəti» olan adamlar elmdə
də «dəmir qayda»ya nail olurdular. Akademiyanın
qapısı ağzına polis işçiləri qoyulması və ali məktəb
müəllimlərinin, başqa müəssisələrdə çalışan alimlə-
Elmşünaslığa giriş
306
rin içəri buraxılmaması, elmi işçilərdən elmi nəticə
soruşmaq əvəzinə, onların səkkiz saat şöbədə otur-
malarının təmin edilməsi elmi işin və elmi əmək-
daşlığın spesifikasını «unutmaqdan» irəli gəlirdi.
Təəssüflə qeyd edilməlidir ki, bizdə elmi mü-
əssisələrin rəhbərləri üçün elmin metodologiyasın-
dan və elmşünaslıqdan xüsusi kurslar keçilmir, on-
ların həmin sahədə əlavə bilik əldə etməsi və tək-
milləşdirilməsi üçün heç bir tədbir görülmür. Son
dövrlər xalq təsərrüfatının idarə olunması üzrə kurs-
lar keçilməsinə başlanmış, bu məqsədlə respublika-
mızda xüsusi institutlar açılmışdır. Bizcə, elmi mü-
əssisələrin idarə olunması sahəsində də həmin sahə-
nin spesifikasını nəzərə alan analoji kurslara böyük
ehtiyac vardır. Görkəmli mütəxəssislər arasından
elm üçün rəhbər kadrlar hazırlanması, elmin idarə
edilməsi yollarının tədris olunması və bu sahədə sə-
riştəli adamların professional səviyyədə müəyyən-
ləşdirilməsi elmdə yenidənqurma işinin əsasında
durmalıdır.
Elmşünaslıq problemlərinin böyük bilicisi Xu-
du Məmmədov danışırdı ki, akademik İ.Vekua No-
vosibirskdən qayıdaraq Gürcüstan SSR Elmlər Aka-
demiyasına prezident təyin olunandan sonra bir sıra
dəyişikliklər həyata keçirir ki, köhnə stereotiplərə
uyğunlaşmış adamlar bunu heç cür qəbul edə bilmir-
lər. Onun təşəbbüsü ilə yeni elmi-tədqiqat institutu
açılır və bura yüksək maaşla istedadlı gənc alimlər
Elmin idarə olunması
307
cəlb olunur. Bu alimlər işə vaxtlı-vaxtında gəlib get-
mədiyi üçün və hər kvartalda konkret nəticələr
əsasında hesabat vermək əvəzinə taleyi qabaqcadan
məlum olmayan «uzaq məqsədlər» uğrunda çalışdıq-
ları üçün bir qrup qanunpərəst Moskvaya şikayət ya-
zır ki, akademik İ.Vekua dövlət pulunu havayı xərc-
ləyir, işə gəlməyən adamlara yüksək maaş verir, on-
ları növbəsiz mənzillə təmin edir. Yoxlama gəlib iş
vaxtında deyilənlərin doğru olduğunu müəyyən edir.
Axşam komissiya üzvləri hansı isə yubiley məclisin-
də iştirak edir və gecə yarısı banketdən qayıdanda
akademik İ.Vekua maşınları həmin institutun ya-
nından sürməyi xahiş edir. Baxıb görürlər ki, gündüz
adamsız olan otaqların çoxunda gecə işıq yanır. Mə-
lum olur ki, tədqiqatçılar məhz «iş vaxtı» adlanan
müddətdə deyil, onlara yaradıcılıq üçün hansı vaxt
münasibdirsə, o vaxtda işləyirlər. İşçilərə verilən bu
sərbəstlik elmi işlərin səmərəsini daha da artırır.
Onların hər kvartalda konkret nəticə tələbindən xilas
edilməsi, onlara etimad göstərilməsi və şərait yara-
dılması diqqəti daha böyük problemlərə yönəltməyə,
təkcə elmin bu günü üçün deyil, həm də sabahı üçün
çalışmağa imkan yaradıb.
Elmdə formal hesabat sisteminin tətbiq edil-
məsi nəinki məsuliyyət hissini artırmır, hətta əsl el-
mi meyarları pərdələməklə qarışqanı fil, fili qarışqa
etməyə imkan yaradır, elm sahəsində «pripiska»nın
yayılmasına səbəb olur. Əksər elmi-tədqiqat institut-
Elmşünaslığa giriş
308
larında və xüsusən ali məktəb kafedralarında plan
üzrə görülən illik elmi iş dedikdə kompüterdə səliqə
ilə yığılmış müəyyən həcmli (yenə də kəmiyyət
meyar kimi çıxış edir) yazı nəzərdə tutulur. Onun el-
mi dəyərini isbat etmək üçün istənilən iki nəfərdən
rəy almaq kifayətdir. Nəticədə hamı bir-birinin işinə
gözəl rəylər yazır və «tədqiqat işləri» müəllimin ça-
lışdığı şöbədə və ya kafedrada «müzakirə olunur».
Rəqabət prinsipi işləməyən yerdə heç kim öz yol-
daşına qarşı «bədxahlıq» etmək niyyətinə düşmür.
Əgər tək-tək istisnalar varsa, bunlar da elmi prin-
sipiallıqdan yox, şəxsi münasibətdən doğur. Çünki
elmi rəqabət mühiti və dəqiq elmi meyarlar olma-
yanda dəyərsiz «tədqiqatları» tərifləmək, həqiqi elmi
sanbalı olan tədqiqatları isə «alt-üst» etmək müm-
kündür. Beləliklə, elmin təşkilati strukturunda ən
mühüm halqalardan biri ciddi elmilik meyarlarına
əsaslanan ekspertiza sisteminin yaradılmasıdır.
Müasir dövrdə elmin sosial strukturunun opti-
mal təşkili ilə əlaqədar problemlər çoxdur. Elmin
özünü kompleks surətdə tədqiq etmədən, elmşünas-
lığın nailiyyətlərinə istinad olunmadan bu problem-
ləri uğurla həll etmək mümkün deyildir. Bundan
başqa, elmin koqnitiv və sosial rakurslarını düzgün
əlaqələndirə bilmək üçün regionun milli təfəkkür
tərzinin spesifikası və tarixi ənənələri nəzərə alınma-
lıdır. Bu baxımdan respublikamızın sosial, iqtisadi
və milli-mədəni xüsusiyyətlərini əks etdirən regional
Elmin idarə olunması
309
elmşünaslığın xüsusi bir tədqiqat sahəsi kimi inkişaf
etdirilməsinə və onun nəticələrinin elmin təşkilində
nəzərə alınmasına böyük ehtiyac vardır.
Elm və texnikanın
ə
laqə formaları
Elm, texnika və istehsalın qarşılıqlı əlaqə və
vəhdətindən danışarkən qarşıya çıxan birinci sual
bunlardan hansının həlledici, aparıcı rol oynaması-
dır. Əgər bu tərəflərin qarşılıqlı əlaqəsini tarixi ardı-
cıllıqla izləmiş olsaq, görərik ki, insanların maddi
həyatı, maddi ehtiyacları əmək alətlərinin, ilk texniki
vasitələrin düzəldilməsin və istifadə olunmasını zə-
ruri etmiş və bu vasitələrin təkmilləşdirilməsi ob-
yektiv gerçəkliyin öyrənilməsi sayəsində mümkün
olmuşdur. İdrak prosesi, yeni biliklərin əldə olunma-
sı insanların maddi fəaliyyətinin məhsulu olsa da,
getdikcə daha çox dərəcədə bu maddi fəaliyyətə nü-
fuz etmiş, onun daha məqsədyönlü və daha səmərəli
olmasına imkan yaratmışdır. Beləliklə, hələ elmin
bir sistem kimi formalaşmasından çox-çox əvvəl
texniki tərəqqi gerçəkliyin öyrənilməsi ilə qarşılıqlı
əlaqədə olmuş və nisbi müstəqil elm sahələrinin
meydana gəlməsinə böyük təkan vermişdir. Deməli,
texniki tərəqqi elmdən əvvəl də mövcud olmuşdur.
Elm və texnika
311
Müasir dövrdə isə texniki tərəqqi, bir tərəfdən,
nisbi müstəqil şəkildə davam edir, digər tərəfdən də
elmin ən yeni nailiyyətləri əsasında yeni vüsət alır.
Ona görə də müasir dövrdə texnikanın və texniki tə-
rəqqinin tədqiqi iqtisadi inkişafın əsas amili olan
elmi-texniki tərəqqinin sürətləndirilməsi, bu hadisə-
nin daxili strukturunun öyrənilməsi və nəzəri cəhət-
dən əsaslandırılması üçün mühüm rol oynayır. Elmi-
texniki inqilab şəraitində texniki tərəqqi əsasən el-
min təsiri ilə həyata keçsə də, öz nisbi müstəqilliyini
itirməmişdir və onun ayrılıqda nəzərdən keçirilməsi
tamamilə mümkündür. Şübhəsiz ki, bu halda texniki
tərəqqinin elmi-texniki tərəqqi ilə paralel olaraq, nis-
bi müstəqil surətdə davam etməsinin mümkün şərt-
ləri müəyyən edilməlidir.
Müasir dövrdə respublikamızda elmi-texniki
tərəqqi və nisbi müstəqil texniki tərəqqi hadisələri-
nin nisbətinin kəmiyyətcə qiymətləndirə bilmək
üçün faktiki materiala müraciət etsək görərik ki, el-
min iqtisadi səmərəsi ixtiraçı və səmərələşdiricilərin
fəaliyyətindən qat-qat çoxdur. Təbii olaraq sual or-
taya çıxır ki, belə böyük fərq müqabilindəki bəra-
bərlik nəyin hesabınadır?
EA-nın irəli sürdüyü elmi ideyaların istehsala-
ta tətbiqi elmi-texniki fəaliyyət sayəsində mümkün
olduğu halda, ixtiraçı və səmərələşdiricilərin təklif-
ləri yeni elmi ideyalar əsasında olmayıb praktik bili-
yə əsaslanır və nisbi müstəqil texniki tərəqqi hadisə-
Elmşünaslığa giriş
312
sinə uyğundur. Müasir dövrdə texnikada köklü yeni-
liklər yalnız yeni elmi kəşflərin tətbiqi sayəsində
mümkün olduğundan məlum elmi prinsiplər əsasın-
da düzəldilmiş texniki qurğuları onların bilavasitə is-
tifadə edilməsi prosesində, praktik səmərə və əməli
təcrübə mövqeyindən ancaq təkmilləşdirmək müm-
kündür.
Texniki qurğuların təkmilləşdirilməsinə, daha
əlverişli və məqsədəuyğun şəkildə yenidən qurulma-
sına xidmət edən texniki ixtiralar, əlbəttə, sayca çox
olsa da, böyük iqtisadi səmərə verə bilməz. Başqa
sözlə, belə təkliflər köklü dəyişikliyə səbəb olmadı-
ğından, müəyyən miqdar iqtisadi səmərə əldə etmək
üçün onların sayı da çox olmalıdır.
Elmi-texniki tərəqqinin isə xarakteri başqadır.
Burada, bir tərəfdən istehsalın bütövlükdə yeni prin-
siplər əsasında qurulmasına imkan verən elmi-tex-
niki təkliflər tətbiq olunur; ikincisi, bu təkliflər lokal
xarakter daşımır, texniki qurğunun heç də yalnız
müəyyən bir hissəsinin, cəhətinin dəyişdirilməsinə
həsr olunmayıb, sistemli xarakterə malikdir. Başqa
sözlə, yeniləşdirmə istehsal prosesinin bir mərhələ-
sini deyil, bir neçə mərhələsini və ya bütövlükdə is-
tehsal prosesini əhatə etməklə yalnız keyfiyyətcə ye-
nilik olmayıb, miqyas genişliyi ilə də fərqlənir.
Üçüncüsü, bu cür yeniliklər konkret bir istehsal
müəssisəsi daxilində, həmin müəssisənin spesifikası-
nı nəzərə alan və yalnız həmin müəssisədə tətbiq
Elm və texnika
313
olunan ixtiralardan fərqli olaraq universal tətbiq im-
kanlarına malikdir və eyni tipli bütün müəssisələrdə
tətbiq olunduğundan verdiyi iqtisadi səmərə də bö-
yük olur.
Texniki səmərələşdirici təkliflər prinsipcə küt-
ləvi xarakter daşıya bilər. Texnikanın yeni elmi kəşf-
lər əsasında dəyişdirilməsi isə xüsusi elmi-texniki
axtarışlar tələb etdiyinə görə, bütöv institutlarla vasi-
tələnir və kompleks tədqiqatlar sayəsində həyata ke-
çir. Bu sahədə yenilik əldə edilməsi çətindir və küt-
ləvi xarakter daşıya bilməz. Lakin xüsusi xarakterli
bu cür yeniliklər fundamentallığı ilə seçilir və on-
ların istehsalata tətbiqi bütün ölkə miqyasında nə-
zərdə tutulur. Deməli, bu halda ixtiralar sayca məh-
dud olsa da tətbiq kütləvi miqyas alır. İqtisadi sə-
mərələrin bərabərliyi də elə bununla izah olan bilər.
Mövcud vəziyyətin təhlilindən çıxış edərək nə
kimi tövsiyələr vermək olar?
Əvvəla, nisbi müstəqil texniki tərəqqi prosesi-
ni daha da sürətləndirmək, ayrı-ayrı müəssisələrdəki
səmərələşdirici təkliflərin məqsədəuyğunluğunun
qiymətləndirmək üçün yüksək iqtisadi operativ qrup
fəaliyyət göstərməlidir. Müəssisə rəhbərliyi həmin
qrupla məsləhətləşdikdən sonra heç bir başqa inzi-
bati mərhələyə müraciət etmədən verilən təklifi
praktik olaraq yoxlamaq və bu təklif özünü doğrul-
dursa onu bütün müəssisə miqyasında kütləvi su-
rətdə tətbiq etmək hüququna malik olmalıdır. Tex-
Elmşünaslığa giriş
314
niki yenidənqurmanın daxili qüvvələr hesabına (tək-
cə daxili fiziki qüvvə yox, həm də daxili intellektual
qüvvə, müəssisə işçilərinin mənəvi-intellektual po-
tensialından istifadə edilməsi və bununla həm də bu
potensialın inkişaf etdirilməsi) həyata keçirilməsi
müəssisədaxili şərait və təfərrüatları nəzərə almağa
imkan verməklə yanaşı, operativliyi artırır, çoxpilləli
rəhbərliyin, mərkəzləşmənin çox vaxt bürokratizm
şəklində təzahür edən mənfi təsirlərini aradan qal-
dırır, texniki tərəqqinin intensivliyini yüksəldir. Bu
baxımdan, bazar iqtisadiyyatı müəssisələrin müstə-
qilliyini artırmaqla texniki tərəqqi sahəsində də azad
rəqabətə imkan açır.
İkincisi, bir sıra hallarda ayrı-ayrı müəssisələr-
də irəli sürülən və tətbiq olunan texniki yeniliklər
yalnız yerli əhəmiyyətə malik olmayıb, həmin tipli
başqa müəssisələrdə də tətbiq oluna bilər. Ona görə
də müəssisələrarası texniki informasiya və təcrübə
mübadiləsinə ehtiyac var. Bir sıra hallarda belə əlaqə
elmi-texniki cəmiyyətlər tərəfindən təmin olunur.
Elmi-texniki tərəqqinin nisbi müstəqil texniki
tərəqqi ilə eyni tərtibdə səmərə verməsi onun böyük
imkanlarından çox az istifadə olunduğunu göstərir.
Təkcə elmi tədqiqatlar müasir dövrdə iqtisa-
diyyatda qarşıya çıxan elmi-texniki ehtiyacları ödə-
mək üçün çox azdır. Qarşıda duran problemin əhatə
dairəsi akademik tədqiqatların imkanlarından kənara
çıxır. Müasir dövrdə elm o dərəcədə zəngin və hər-
Elm və texnika
315
tərəflidir ki, onu bütövlükdə əhatə etmək bir ölkə
üçün, hətta böyük bir ölkə üçün də çətindir. Buna
görə də elmi tədqiqatların konkret proqramlar üzrə
həyata keçirilməsi, başqa sahələrdə isə dünya elmi-
nin hazır nailiyyətlərinin öyrənilməsi, qlobal miq-
yasda elmi əməkdaşlıq mühüm şərtlərdir.
İkincisi, elmə müəyyən zəruri ətalət, konserva-
tizm xas olduğundan istənilən anda tədqiqatları lazı-
mi istiqamətə yönəltmək mümkün deyil. Bir tədqi-
qatın yarımçıq kəsilməsi və tezcə başqa, daha aktual
görünən aspektə keçilməsi kimi başa düşülən «ope-
rativlik» külli miqdarda dövlət əmlakının hədər it-
məsinə səbəb ola bilər.
Respublika iqtisadiyyatına yeni elmi-texniki
nailiyyətlərin tətbiqi işində təkcə Akademiya insti-
tutlarının elmi nailiyyətlərinə deyil, müxtəlif nazir-
liklər və istehsalat müəssisələri nəzdində olan (və ya
olmalı olan – elmi-texniki inqilab tələb edir ki, bir
tərəfdən, elmi tədqiqat müəssisələri nəzdində isteh-
salat müəssisələri olsun, digər tərəfdən də istehsalat
müəssisələri nəzdində ixtisaslaşmış elmi tədqiqat la-
boratoriyaları və ya hətta institutları fəaliyyət göstər-
sin) tədqiqat institutlarının və s. birgə nailiyyətlə-
rinə, habelə bütün planet miqyasında elmi yenilik-
lərə, xarici ölkələrdəki elmi tədqiqatların da nəticə-
lərinə istinad edilməlidir. Bunun üçün isə ilk növbə-
də yerli təsərrüfatın əsas sahələri üçün müəyyən ma-
raq kəsb edən, bu sahədə tətbiqi əhəmiyyətə malik
Elmşünaslığa giriş
316
olan elmi nəticələri toplamaq və seçmək tələb olu-
nur. İkincisi, bu cür elmi tədqiqat işlərinin, alınmış
elmi nəticələrin yerli müəssisələrin konkret tələblə-
rinə uyğun olaraq tətbiq edilməsi sahəsində elmi-
texniki axtarışlar aparılmalıdır. Və nəhayət, alınmış
elmi-texniki nəticələr ilk mühəndis-konstruktor işlə-
rindən sonra müəssisələrin birində və ya sınaq bazar-
larında təcrübədən keçirilməli və sonra kütləvi isteh-
sala, müəyyən profili və xüsusiyyəti bütün istehsal
müəssisələrinə tətbiq olunmalıdır. Bu məqsədlə əv-
vəlcə həmin texniki avadanlığın özünün kütləvi, se-
riyalı buraxılışına nail olmaq və bu sahədə artıq ta-
mamilə yeni, özünəməxsus elmi-texniki və mühən-
dis-konstruktor işi, xüsusi istehsal sahəsi yaratmaq
lazım gəlir.
Müasir dövrdə elmi-texniki tərəqqinin sürət-
ləndirilməsi və iqtisadiyyatda intensiv inkişaf yoluna
keçid tələbinin ödənilməsi üçün elmi və elmi-texniki
tədqiqat sahələri arasındakı keyfiyyət fərqini nəzərə
almaq və bu sahədəki işin təşkilini Elmlər Akademi-
yasından tələb etmək yox, bu məqsədlə xüsusi Elmi-
texniki Mərkəz yaratmaq mühüm şərtdir.
Bu Mərkəz fundamental elmi tədqiqatlardan
fərqli olaraq aşağıdakı funksiyaları icra etməlidir:
1.
Ölkənin iqtisadiyyatının qoyduğu konkret
texniki tələblərin öyrənilməsi. Bunun üçün yerlərdə
mühəndis-texniki işçilərin və fəhlələrin rəyləri, tək-
lifləri, şikayətləri, çətinlikləri və s. nəzərə alınmalı
Elm və texnika
317
və bununla yanaşı, Mərkəzin özünün təşkil etdiyi
mütəxəssislərdən ibarət qruplar tərəfindən yoxlama-
lar aparılmalıdır. Onların köməkliyi ilə yerlərdə tex-
niki tələbatın düzgün müəyyənləşdirilməsi və Mər-
kəzə çatdırılması təmin edilir, yerlərdən alınan infor-
masiya əsasında yoxlamalar aparılır, ən mühüm və
zəruri texniki ehtiyaclar qeyd edilir və tədqiqat isti-
qamətləri planlaşdırılarkən bu, nəzərə alınır. Bu cür
texniki ehtiyaclar iki qrupa ayrıla bilər.
a) Mövcud texniki biliklərin səmərəli tətbiqi,
texniki tərəqqinin öz sərhədləri daxilində aparılan
axtarışlar nəticəsində ödənilə bilən ehtiyaclar. Bu
məqsədlə mühəndis-konstruktor bürolarına, ixtiraçı
və səmərələşdiricilər cəmiyyətinə və s. müraciət
edilməlidir.
b) Praktik biliyin sərhədlərindən kənara çıxan,
yalnız ən yeni elmi nailiyyətlərin tətbiqi sayəsində
ödənilə bilən texniki ehtiyaclar. Bu halda Elmi-tex-
niki Mərkəz həmin texniki tələbatın spesifikasına
uyğun olaraq ümumdünya miqyasında əldə olunmuş
elmi nailiyyətləri nəzərdən keçirir və problemin həl-
linə imkan verən elmi nəticələrin tətbiq yollarını ax-
tarır. Əgər elmin özündə həmin istiqamət hələ zəif
işlənmişdirsə, Elmi-texniki Mərkəz fundamental el-
mi tədqiqat aparan müvafiq elmi müəssisələrə si-
farişlər verir. yəni elmin inkişafı da texniki tələbata
uyğun olaraq istiqamətləndirilir.
2. Deməli, yerli iqtisadiyyatın texniki tələbləri-
Elmşünaslığa giriş
318
nin əsas istiqamətləri müəyyənləşdirildikdən sonra,
ilk növbədə məhz həmin istiqamətlərə dair elmi və
elmi-texniki informasiyaların toplanması lazım gəlir
və bu sahədə İnformasiya Mərkəzinin (deməli, həm
də belə bir mərkəz yaradılmalıdır) işi Elmi-texniki
Mərkəzin işi ilə əlaqələndirilməlidir. Digər tərəfdən
də, nəyi isə qabaqcadan lazımsız kimi qiymətləndir-
mək, hansı isə yenilikdən könüllü surətdə imtina et-
məmək üçün, yerli texniki tələblərlə ilk baxışda əla-
qəsi görünməyən, lakin özlüyündə maraqlı olan elmi
və elmi-texniki yeniliklərin də toplanması zəruridir.
Onlardan necə, hansı məqsədlərlə, nə kimi əlavə
dəyişikliklərlə və s. istifadə etməyin mümkünlüyü
isə sonradan müəyyənləşdirilir. Deməli, burada əks
hadisə baş verir; texniki tələbat elm qarşısında prob-
lem qoymur, əksinə, elm öz yeni imkanlarını nəzər-
dən keçirməyi texnikaya təklif edir, onun qarşısında
alternativ qoyur, meydan açır.
3. Digər ölkələrin müəssisələrində artıq tətbiq
olunan və ya tətbiqi planlaşdırılan elmi-texniki tək-
liflərin, ixtiraların yerli tələblər baxımından saf-çü-
rük edilməsi və onların ən vaciblərinin operativ şə-
kildə təcrübə bazarlarında yoxlanması, istehsal üçün
təklif olunması. Texnikanın çox yüksək inkişaf sü-
rəti ilə dəyişdiyi müasir dövrdə elmi-texniki təkliflə-
rin köhnəlməsinə yol verməmək üçün Mərkəz
müəyyən səlahiyyətə, İqtisadiyyat Nazirliyi ilə koor-
dinasiya şəraitində işləsə də, müəyyən nisbi müstə-
Elm və texnika
319
qilliyə, operativ dəyişikliklər hüququna malik olma-
lıdır.
4. Xarici ölkələrdəki elmi tədqiqatlarda bilava-
sitə tətbiqi əhəmiyyəti olan nəticələr mətbuatda açıq
şəkildə şərh olunmadığından, ixtira və kəşflər pa-
tentləşdirildiyindən xarici elmi informasiyanın tədqi-
qinə bir az da uzaqdan başlamaq, elmi ideyaların,
fundamental elmi-nəzəri nəticələrin mümkün tətbiq
variantlarını araşdırmaq, bu sahədə xüsusi elmi-tex-
niki tədqiqat işi aparmaq və buraya Elmi Mərkəzdən
də mütəxəssislər dəvət etmək lazım gəlir. Deməli,
Elmi-texniki mərkəz bütün dünya elminin yeni nə-
ticələrini elmi-texniki baxımdan nəzərdən keçirməli
və perspektivli sahələrdə xüsusi tədqiqat aparma-
lıdır. Bu cəhət Elmi-texniki Mərkəzin elm ilə, elmi
müəssisələr və ilk növbədə Elmlər Akademiyası ilə
sıx əlaqə saxlamalı olduğunu göstərir.
Göründüyü kimi, Elmi-texniki mərkəz tətbiqi
elmlər sahəsindəki fəaliyyətdən başlamış elmi-texni-
ki, mühəndis-konstruktor, mühəndis-texniki iş pillə-
lərini də əhatə etməklə təcrübə-istehsal sahəsində,
yeni texnikanın özünün istehsal olunması üçün zə-
ruri şərtlərin ödənilməsi və s. bu kimi praktik işlərə
qədər geniş bir sahəni əhatə etməlidir. Hal-hazırda
bütün bu aralıq mərhələlərdə iş aparılır, lakin bu iş-
lər vahid bir sistemdə əhatə olunmur; hər bir mərhə-
lənin daxil olduğu xüsusi şəbəkə, idarə, müəssisə,
rəhbərlik vardır və buna görə də, ideyadan istehsala-
Elmşünaslığa giriş
320
ta gedən bu yolun müxtəlif pillələri arasında ziddiy-
yət ortaya çıxmaya bilməz.
Maraqlıdır ki, praktik sahədə ən çox nisbi
müstəqil texniki tərəqqinin sürətləndirilməsi üçün
yollar axtarıldığı halda elmi-texniki tərəqqinin (sö-
zün dar mənasında) sürətləndirilməsi sahəsində hələ
də ciddi dönüş yaradılmamış və hətta nəzəri şəkildə
məsələnin təhlili verilməmişdir.
Texniki tərəqqi sahəsindəki başlıca praktiki
çətinliklər nədən ibarətdir? Əvvəla, ixtiraçılıq və sə-
mərələşdiricilik işini tənzim edən vahid sistem yara-
dılmamış, sınaqdan çıxmış metod və formalar işlənib
hazırlanmamış, bu sahədəki təşəbbüskarlıqdan daha
çox qaydaya, normaya çevrilməmiş, həmin sahənin
idarəsi ilə əlaqədar maliyyə sistemi müəyyənləşdiril-
məmişdir.
Doğrudan da, ixtira və ya səmərələşdirici təkli-
fin kütləvi istehsalda nəzərə alınması bir sıra mane-
çiliklərlə bağlıdır. İxtiraçıların xüsusi maliyyə büd-
cəsinin planlaşdırılmaması onların axtarışlarına müs-
təqillik vermir və digər tərəfdən də bəzən texniki ye-
niliklərin istifadə olunması məsələsi mütəxəssis ol-
mayan inzibati işçilərdən asılır olur ki, onlar da
həmin yeniliklərin iqtisadi səmərəsini düzgün qiy-
mətləndirə bilmirlər.
Hal-hazırda istehsal müəssisələrində texniki
yenidənqurma işlərinə, ixtiraçılıq və səmərələşdiri-
cilik fəaliyyətinə bilavasitə xidmət edən xüsusi mü-
Elm və texnika
321
əssisədaxili formalar çox müxtəlifdir. Müəyyən bir
müəssisənin öz eksperimental bazası olur və ya eyni
profilli bir neçə müəssisənin vahid bazası yaradılır.
Böyük zavodlarda və s. müəssisədaxili Konstruktor
büroları (KB) və ya hətta Elmi tədqiqat institutları
təşkil olunur. Eksperimental laboratoriyalar, prob-
lem laboratoriyaları, yaradıcılıq laboratoriyaları və s.
yaradılır.
Lakin belə suallar ortaya çıxır ki, ixtiraçılar
üçün ayrıca iş sahəsi lazımdırmı, yoxsa onlar iş vax-
tından sonra müəssisənin əsas sahəsindənmi istifadə
etsələr yaxşıdır? İxtiraçılıq axtarışları üçün əlavə
ştatlar lazımdırmı? Əlavə maaş verilməlidirmi, yox-
sa onlar real nəticəyə görə mükafatla qənaətlənməli-
dirlər?
Müasir dövrdə – dövlət müəssisələri ilə özəl
müəssisələr azad rəqabət şəraitində işlədiyi bir vaxt-
da hərə öz üstünlüyündən istifadə etməyə çalışmalı-
dır. Dövlət müəssisələrində əməyə görə qiymətlən-
dirmə sistemi, maddi stimullaşdırma prinsipinə tət-
biq olunmalıdır. Bir halda ki, ixtiraçılıq fəaliyyəti ic-
raçılıq fəaliyyətindən daha çox iqtisadi səmərə verir,
nəyə görə bu fəaliyyət, məsələn, əlavə iqtisadi sə-
mərənin müəyyən faizi miqdarında mükafatlandırıl-
masın? Maraqlıdır ki, elm sahəsində sərf olunan hər
bir manat təqribən beş manatlıq fayda verdiyi halda,
ixtiraçı və səmərələşdiricilərin fəaliyyətinə sərf olu-
nan hər bir manat 3 qat artıq fayda verir. Deməli, bu
Elmşünaslığa giriş
322
sahəyə pul ayrılması dövlət miqyasında planlaşdır-
mada, böyük miqyaslı layihələrdə qabaqcadan nəzə-
rə alınmalıdır.
Özəl müəssisələrdə texniki yeniliklərin tətbiq
olunması sahibkar üçün gəliri artırmağın əsas yolla-
rından biridir. Təcrübə göstərir ki, texniki yenilikçi-
lik üçün ən səmərəli forma özəl müəssisələrlə müqa-
vilə əsasında işləyən laboratoriyalardır. Belə ki, bu
zaman həm maddi stimullaşdırma şərti ödənilir, həm
də bilavasitə zavodda işləyən, başqa müəssisələrdə
çalışan ixtisaslı kadrların əməyindən istifadə olun-
masına imkan yaranır. Həm dövlət, həm də özəl mü-
əssisələrlə müqavilə bağlamaq imkanı müəssisənin
müstəqilliyinin artması deməkdir. Ümumiyyətlə son
illərdə aparılan iqtisadi eksperimentlərdən alınan ən
başlıca qənaətlərdən biri elm və istehsal müəssisələri
arasında xüsusi elmi-texniki əməkdaşlığın inkişaf et-
dirilməsidir.
Təsərrüfat müqaviləli işlərin ən mühüm üstün-
lüklərindən biri elmi işçilərin bilavasitə təsərrüfat sa-
hələrinə cəlb olunması, onların yaradıcılıq axtarışla-
rının müəssisənin texniki tələbatı ilə əlaqələndiril-
məsidir. Bu, bir tərəfdən, təsərrüfatın yeni elmi-
texniki əsaslarla təzədən qurulmasına imkan verirsə,
digər tərəfdən, elmi işçilərin eksperimental bazasını
möhkəmləndirir, onlara öz işlərinin praktik nəticə-
lərini bilavasitə yoxlamaq imkanı verir. Xüsusən ali
məktəblərdə elmi-texniki fəaliyyət üçün şərait pis ol-
Elm və texnika
323
duğundan burada çalışan alimlərin müqavilə ilə is-
tehsalata cəlb olunması böyük əhəmiyyətə malikdir.
Elmi-texniki tərəqqi və nisbi müstəqil texniki
tərəqqi hadisələrinin ümumi mənzərələrini nəzərdən
keçirərkən belə bir cəhət diqqəti cəlb edir ki, ölkə-
mizdə elm sahəsində müəyyən mərkəziyyət təmin
edildiyi halda nə nisbi müstəqil texniki tərəqqi sahə-
sində, nə də elmin texnika və istehsalata tətbiqi sahə-
sində belə bir mərkəziyyət təmin edilməmişdir. Bu
sahədə elmi surətdə işlənmiş vahid iqtisadi prinsiplə-
rin olmaması müəyyən obyektiv çətinliklərlə, ilk
növbədə yaradıcı əməyin proqnozlaşdırılması və
qiymətləndirilməsi üçün müvafiq metod və meyar-
ların dəqiq müəyyənləşdirilməməsi ilə bağlıdır. La-
kin bu iş nə qədər çətin olsa da, hər bir konkret halda
konkret müqavilələr bağlandığına görə elmi və elmi-
texniki iş də bazar iqtisadiyyatının tənzimləmə
prinsiplərinə uyğun olaraq qiymətləndirilmiş olur.
Elmi-texniki və nisbi müstəqil texniki tərəqqi
sahələrində təşkilati və iqtisadi xarakterli çətinliklər
həmin sahələrin metodoloji və məntiqi-qnoseoloji
aspektlərdə kifayət qədər öyrənilməməsi ilə də bağ-
lıdır. Hələ indiyə qədər elmi-texniki biliklərin və
elmi-texniki fəaliyyət sahəsinin spesifikasının müəy-
yənləşdirilməməsi, onun keyfiyyətcə yeni olması və
elmi biliklərdən və elmi fəaliyyətdən, habelə texniki
biliklərdən və nisbi müstəqil texniki yaradıcılıq
fəaliyyətindən fərqlənməsi nəzərə alınmadığından,
Elmşünaslığa giriş
324
təşkilati sahədə də bir sıra prinsipial qüsurlara yol
verilir. Belə ki, Elmlər Akademiyasından texniki ye-
nilik, istehsalata tətbiq və iqtisadi səmərə gözlə-
nilməsi elmin əsas funksiyasının kölgədə qalmasına
səbəb ola bilər. Dövlət tərəfindən, habelə böyük bir-
liklər, konsorsiumlar tərəfindən elmi-texniki yaradı-
cılıq işlərini planlaşdıran, ona nəzarət edən, onu
təşkil edən xüsusi mərkəzlər yaradılması və bu za-
man diqqətin məhz tətbiqi işlərə yönəldilməsi zama-
nın mühüm tələbidir.
Düşünmək olar ki, vahid Elmi-Texniki Mərkəz
nəyə görə zəruridir? Məgər İqtisadiyyat nazirliyi
çərçivəsində görülən işlər mərkəziyyət şərtini ödə-
mək üçün kifayət deyilmi? Xeyr, söhbət inzibati
mərkəzdən yox, elmi-texniki mərkəzdən, real praktik
fəaliyyət sahəsindən, ixtisaslaşmış əməyin təşkilin-
dən, Elmlər Akademiyası ilə paralel surətdə mövcud
olan (onu əvəz etməyən və ya onu təkrar etməyən)
və külli miqdarda elmi-texniki müəssisələri, alim,
mühəndis və konstruktor kadrlarını birləşdirən vahid
qurumdan gedir.
İxtira və kəşfləri, elmi və elmi-texniki yaradı-
cılıq proseslərini tənzimləyən Dövlət, Elm və Tex-
nika Komitəsi, İxtiraçılar və Səmərələşdiricilər cə-
miyyətinin Mərkəzi Şurası, Elmi-texniki İnforma-
siya Mərkəzi və s. təşkilatların ləğv olunması müva-
fiq fəaliyyət sahələrinin təşkilatlanmasına mənfi təsir
göstərir və açıq-aşkar bir pərakəndəlik mövcuddur.
Elm və texnika
325
Lakin bu təşkilatlar qalsa idi də, onlar yalnız kömək-
çi xarakter daşıyır və bilavasitə elmi-texniki fəaliy-
yəti əhatə edə bilməzdi.
Tətbiqi xarakterli məsələlərlə məşğul olan xü-
susi Mərkəzin yaradılması həm də Elmlər Akademi-
yasının daha çox dərəcədə məhz elmi problemlərlə
məşğul olmasına, fundamental elmlərin inkişaf etdi-
rilməsinə də imkan verər. Elmlər Akademiyası qey-
ri-elmi (elmi-texniki və bilavasitə tətbiqi) işlərdən
azad olmaqla yanaşı, Elmi-Texniki Mərkəzlə sıx su-
rətdə əlaqə yaradılması sayəsində daha səmərəli eks-
perimental bazaya malik ola bilər. Elmi-tədqiqat ins-
titutları nəzdindəki Konstruktor Bürolarını Mərkəzlə
əlaqə əvəz edə bilər. Mərkəzin informasiya sistemi
və xüsusi axtarışların vasitəsilə elmi müəssisələr
konkret tələbatın istiqamətləri ilə daha yaxından
tanış ola bilərlər. Həm də mənəvi ehtiyacların ödə-
nilməsi, adamların mənəvi-intellektual enerjisindən
daha düzgün, səmərəli və hərtərəfli istifadə edilməsi
Respublika Elmlər Akademiyası və bu kimi elmi
mərkəzlər yalnız müəyyən sahələr üzrə ixtisaslaşmış
mərkəzlərə çevrilmək zərurətindən xilas olarlar.
Elmi-texniki Mərkəz yalnız istehsalat üçün
texnikanın təkmilləşdirilməsi və yeni texnika nümu-
nələrinin yaradılması ilə məhdudlaşmayıb, digər
fəaliyyət sahələri, habelə elm üçün texnika hazır-
lamaq işini öz öhdəsinə götürə bilər. Bununla elmlə
zehni fəaliyyəti praktik fəaliyyətdən – qeyri-peşəkar
Elmşünaslığa giriş
326
əməkdən ayrılması başa çatmış olar. Elmi-texniki
fəaliyyət nisbi müstəqillik əldə etdikcə elmin daxili
tamlığı və müstəqilliyi şərti də daha çox ödənmiş
olar. Digər tərəfdən də, elm texnikasının sənayeləş-
məsi üçün ciddi zəmin yaranmış olar.
Elm texnikasının sürətlə inkişaf etməsi və nis-
bi müstəqillik qazanması müasir dövr üçün çox sə-
ciyyəvi olan cəhətlərdən biridir və bizcə, elmi-tex-
niki tərəqqidə inqilab mərhələsi (elmi-texniki inqi-
lab) məhz elm texnikası ilə istehsal texnikası arasın-
dakı sərhəddin aradan götürülməsi ilə bağlıdır. El-
min bilavasitə məhsuldar qüvvəyə çevrilməsinin də
əsl mahiyyəti bundan ibarətdir.
Texnikanın yalnız istehsal texnikası kimi başa
düşülməsi, onun başqa növlərinin öyrənilməsi və ya
çox səthi olaraq nəzərdən keçirilməsi texnikanın və
texniki tərəqqinin mahiyyətinin başa düşülməsində
də müəyyən çətinliklər yaratmışdır. Halbuki, texni-
kanın elmi-texniki və texnoloji fəaliyyətin spesifika-
sını, mahiyyətini dəqiq müəyyənləşdirmədən elmi-
texniki tərəqqinin sürətləndirilməsi, vahid Elmi-
texniki fəaliyyət Mərkəzinin yaradılması və s. bu
kimi ciddi vəzifələrin müvəffəqiyyətlə həyata keçi-
rilməsi mümkün deyil.
Fəlsəfi ədəbiyyatda texnoloji fəaliyyət, elmi-
texniki fəaliyyət anlayışları ilə yanaşı, mühəndis
fəaliyyəti, mühəndis-konstruktor fəaliyyəti, ixtiraçı-
lıq fəaliyyəti və s. anlayışlardan da geniş istifadə
Elm və texnika
327
olunur. Lakin bu fəaliyyət sahələrinin konkret əhatə
dairələrini, ümumi və fərqli cəhətlərini əks etdirən
müqayisəli tədqiqat işləri hələ yoxdur. Başqa sözlə,
bu sahədə konkret elmi terminologiya hələ formalaş-
mamışdır. Fəaliyyət sahələri haqqında, ictimai və
fərdi fəaliyyətin strukturu haqqında yazılmış əsər-
lərdə də öyrənmək istədiyimiz məsələ haqqında də-
qiq məlumata rast gəlmək çətindir.
Texniki bilik, texniki və texnoloji fəaliyyət
haqqında danışılarkən söhbətin məhz nədən getdiyi-
ni yalnız kontekst əsasında müəyyənləşdirmək müm-
kün olur. Elmi institutlardan konstruktor bürolarına,
konstruktor bürolarından eksperimental istehsala,
oradan isə kütləvi istehsala, sənayeyə gedən yolun
hər hansı nöqtəsində «texnika» anlayışından eyni
mənada istifadə etmək mümkün deyil. Müasir dövr-
də elmdən kütləvi istehsalata gedən yolda məntəqə-
lərin sayı artır və ciddi daxili bölgü, diferensiasiya
gedir. Strukturun bu cür mürəkkəbləşməsi Elm–Tex-
nika–İstehsalat zəncirində incə quruluşu müəyyən
etmək, başqa sözlə, hər bir halqanın öz daxili qu-
ruluşunu da aşkara çıxarmaq zərurəti yaradır.
Yuxarıda artıq qeyd etdiyimiz kimi, elm siste-
minin öz daxilində də texnika mövcuddur. Texnika-
nın bu növü əsasən eksperimentlərə xidmət edən ci-
hazlardan ibarətdir. Bu cihazlar ilk dəfə tək nüsxə
şəklində elmi tədqiqat laboratoriyalarında müstəqil
surətdə və ya Konstruktor Büroları ilə birlikdə dü-
Elmşünaslığa giriş
328
zəldilir. Lazım gəldikdə sonradan seriyalı buraxılış
üçün və ya az nüsxədə hazırlanmaq üçün sifariş ve-
rilir. Böyük elmi kəşflər çox vaxt alimin özü tərə-
findən düşünülmüş unikal cihazlar tələb edir. Demə-
li, elmi tələbat texnikanı inkişaf etdirmiş olur ki, bu
da elmi-texniki inqilabı səciyyələndirən ən mühüm
cəhətlərdən biridir.
Hələ istehsal prosesinə kütləvi surətdə daxil
olmamış istehsal texnikası da ilk dəfə sınaq nüsxə-
ləri şəklində düzəldilir. Əslində elm ilə istehsalat
arasında xüsusi texnika mərhələsinin müəyyən edil-
məsi məhz bu sınaq nüsxələrinə əsaslanır. Əks təq-
dirdə texnika istehsal vasitələrinə daxil olmaqla is-
tehsalat mərhələsində əhatə edilməli idi. Deməli, ar-
tıq istismara verilmiş, kütləvi istehsala üzvi surətdə
daxil olmuş texnika Elm–Texnika–İstehsalat zənci-
rində texnika halqasına deyil, istehsalat halqasına
daxil olur.
Texnikanın müstəqil mərhələ kimi ayrılması
məhz yeni texnika nümunələrinin ixtira edilməsi, dü-
zəldilməsi prosesini nəzərdən keçirmək üçündür.
Texniki yaradıcılıq dedikdə də, məhz sınaq nüsxələ-
rinin yeni elmi prinsiplər əsasında hazırlanması nə-
zərdə tutulur. Ona görə də əgər elmin son məqsədi
yeni biliklər almaqdırsa, texniki yaradıcılığın məqsə-
di yeni texniki nümunə, sınaq nüsxəsi düzəltməkdir.
Ə
lavələr
331
Ə
lavə 1
Elm və texnologiya sahələri üçün
beynəlxalq standart nomenklatura
(Proposed International Standard Nomenclature
Dostları ilə paylaş: |