Əlisahib ƏROĞUL


partlatmaqla  kifayətlənmədilər,  dəniz,  səma  demədilər,  Azərbaycanı  özlərinə



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə493/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   489   490   491   492   493   494   495   496   ...   500

partlatmaqla  kifayətlənmədilər,  dəniz,  səma  demədilər,  Azərbaycanı  özlərinə 
məxsus vəhĢiliklə lokal terror leysanına qərq etdilər. 
22  fevral  1988-ci  ildə  Əsgəran  qəsəbəsində  dinc  yürüĢ  iĢtirakçısı  olan  iki 
azərbaycanlı gənc daĢnak terrorçuları tərəfindən güllələndi; 1990-cı il mart ayının 
24-də  Qazax  rayonunun  Bağanis  Ayrım  kəndində  yuxarı  yaĢ  həddi  səksən,  aĢağı 
həddi ikiaylıq olan bir ailə qocasından bələkdəki körpəsinədək diri-diri yandırıldı; 
30  noyabr  1990-cı  ildə  Xanlar  rayonunun  ermənilər  yaĢayan  MartunaĢen  kəndinə 
sülh  danıĢığına  gedən  ictimaiyyət  nümayəndələri  terrorçular  tərəfindən  atəĢlə 
qarĢılandı. Səkkiz nəfərlik elçinin 4 nəfəri qətlə yetirildi. Ġkisi yaralandı, ikisi girov 
götürüldü. Girovlardan biri sonra  iĢgəncə  ilə  öldürüldü; 16 sentyabr 1989-cu ildə 
«Tiflis-Bakı», 13 fevral 1990-cı ildə «ġuĢa-Bakı», 10 avqust 1990-cı ildə  «Tiflis-
Ağdam» marĢrutu ilə hərəkət edən sərniĢin avtobusları partladıldı, 25 nəfər həlak 
oldu,  68  nəfər  yaralandı;  30  may,  31  iyul  1991,  13  aprel  1994-cü  ildə  «Moskva-
Bakı»,  28  fevral  1993,  01  fevral  1994-cü  ildə  «Kislovodsk-Bakı»  sərniĢin 
qatarlarında partlayıĢlar törədildi, 47 nəfər həlak oldu, 83 nəfər yaralandı; 19 mart 
1994-cü ildə Bakı metropoliteninin «20 Yanvar», 3 iyul 1994-cü ildə isə «28 May» 
-  «Gənclik»  stansiyaları  arasında  elektrik  qatarlarında  partlayıĢlar  törədildi,  27 
nəfər  həlak oldu, 91 nəfər  müxtəlif dərəcəli bədən xəsarəti  aldı; 8  yanvar 1992-ci 
ildə  «Krasnovodsk-Bakı»  marĢrutu  ilə  sərniĢin  daĢıyan  dəniz  bərəsində  törədilən 
terror  aktında  25  nəfər  həlak  oldu,  88  nəfər  yaralandı;  28  yanvar  1992-ci  ildə 
«Ağdam-ġuĢa» marĢrutu ilə sərniĢin daĢıyan mülki vertolyot, 18 mart 1994-cü ildə 
Ġrana məxsus «Herkules» tipli təyyarə Xankəndi səmasında vuruldu, 78 nəfər həlak 
oldu; 20 noyabr 1991-ci ildə Azərbaycan Respublikası dövlət rəhbərlərinin və RF, 
QR-dan  olan  yüksək  rütbəli  hərbiçilərdən  ibarət  müĢahidəçilər  qrupunun 
sülhməramlı  missiya  ilə  uçduğu  MĠ-8  tipli  vertolyotun  Xocavənd  rayonunun 
ermənilər yaĢayan Qarakənd səmasında vurulması 22 nəfərlik bir heyətin həyatına 
son qoydu; 11  iyun 1990-cı ildə Kəlbəcərə mülki yük və sərniĢin aparan avtomobil 
karvanına  Ağdərə  rayonunun  ermənilər  yaĢayan  Getavan  və  Çərəkdar  kəndləri 
arasında  basqın  edildi,  3  nəfər  həlak  oldu,  23  nəfər  yaralandı;  15  dekabr  1990-cı 
ildə Əsgəran rayonunun Cəmilli-Kosalar kəndləri arasında 3 nəfər kəndli, 9 yanvar 
1991-ci  ildə  Qaladərəsi-ġuĢa  yolunda  «Molodyoj  Azərbaydjana»  qəzetinin  qadın 
müxbiri  Salatın  Əsgərova,  18  aprel  1991-ci  ildə  Xocavənd  rayonunun  Amaras 
kilsəsi yaxınlığında 3 nəfər mühafizə keĢikçisi, 1991-ci il iyun ayının 27-dən 28-nə 
keçən  gecə  Xocavənd  rayonunun  Qaradağlı  kəndində  6  nəfər  dinc  sakin  qətlə 
yetirildi.  Naxçıvan  MSSR,  Zəngilan,  Qubadlı,  Laçın,  Kəlbəcər,  Gədəbəy,  Qazax 
kimi Ermənistanla həmsərhəd, habelə DQMV ərazisində və ona bitiĢik rayonlarda 
erməni-daĢnak faĢistlərinin törətdiyi qətl hadisələrindən yetərincə sadalamaq olar. 
Cəzasızlıq  Ģəraiti,  1990-cı  ildə  sovet  ordusunun  Bakıya  yeridilməsi,  20 
Yanvar  qırğınının  törədilməsi  və  Azərbaycan  SSR  ərazisində  hərbi  vəziyyət  elan 
edilməsi  birmənalı  Ģəkildə  daĢnak  silahlı  qruplaĢmalarının  azğınlığını  birə  on 
artırdı.  AR-nın  öz  müstəqilliyini  elan  etməsi,  MDB-dən  çıxmasıyla  Ermənistan 


303 
 
SSR  ərazisindəki  7-ci  ordunun  ayrı-ayrı  hissələri  və  DQMV-də  yerləĢən  366-cı 
motoatıcı  alay  daĢnak  terrorçularından  ibarət  silahlı  qruplaĢmaların  tərəfinə 
keçməsi  ilə  müĢayiət  olundu.  Ermənistanla  həmsərhəd  və  DQMV  ərazisindəki 
azərbaycanlı  kəndləri  davamlı  olaraq  top  və  raket  atəĢlərinə  tutuldu.  Əsrin  faciəsi 
adlanan Xocalı soyqırımı xüsusi qəddarlıqla bu və ya baĢqa Ģəkildə Qarabağın 900 
yaĢayıĢ məntəqəsində təkrar edildi, 30 min günahsız, dinc azərbaycanlı, ələlxüsus 
qocalar, qadınlar və uĢaqlar raket, mərmi, mina partlayıĢlarından həlak oldular. Ev-
eĢiyini  tərk  etmək  istəməyən  4  min  nəfər  azərbaycanlı  daĢnak  quldurlarının 
gülləsinə  hədəf  seçildi,  5  mini  isə  girov  götürüldü.  50  min  azərbaycanlı  Ģikəst 
edildi.  AR-nın  20%  torpağı  iĢğala  məruz  qaldı.  Bir  nəfər  azərbaycanlıya  belə  öz 
doğma ocağı baĢında qalıb yaĢamasına aman verilmədi. Ana yurdundan qoparılan 
1000000  günahsız,  dinc  azərbaycan  türkü  erməni-daĢnak  faĢizminin  etnik 
təmizləmə və soyqırımı siyasətinin günahsız qurbanlarına çevrildi. 
Bu  gün  bir  milyon  azərbaycanlı  qaçqın  və  məcburi  köçkün  artıq  15  ilə 
yaxındır  ki,  ehtiyat  dəmiryol  relsləri  üstündəki  sınıq-salxaq  yük  vaqonlarında, 
qıĢlaqlardakı  mal-qara  tövlələrində,  yol  kənarlarındakı  torpaq  qazmalarda,  çadır 
Ģəhərciklərində,  fin  qəsəbələrində,  məktəbli  düĢərgələrində,  uĢaq  bağçalarında, 
klub  və  yataqxanalarda,  ümumiyyətlə,  yaĢayıĢ  üçün  nəzərdə  tutulmayan  ictimai 
malikanələrdə  və  tikintisi  yarımçıq  qalmıĢ  binalarda  ağır,  dəhĢətli  və  məĢəqqətli 
həyat tərzi keçirməyə və  məhv edilməyə  məhkum olunmuĢlar. Qaçqınların hədsiz 
yoxsulluq Ģəraitində yaĢamaları ilə razılaĢmaq və ya onların ölümsaçan xəstəlikləri 
ilə  barıĢmaq  qeyri-mümkündür.  YaĢından  asılı  olmayaraq  yatağa  düĢən  qaçqının 
sağalıb həyata qayıtma ehtimalı sıfır rəqəmi ilə ölçülür. Əslində bu aksiyanın özü 
dünya ictimaiyyətinin gözü qarĢısında erməni-daĢnak faĢizminin azərbaycanlıların 
soyqırımı siyasətini dolayısı ilə davam etdirməsinin iyrənc bir təzahür formasıdır. 
Təəssüflə  qeyd  edirəm  ki,  təcavüzkar  ER  hələ  də  BMT  Nizamnaməsinin, 
ərazilərin  toxunulmazlığı  haqqındakı  1967-ci  il  Konvensiyasının,  BMT  Tġ-nın 
iĢğalçı  qüvvələrin  AR-nın  ayrı-ayrı  rayonlarından  qeyd-Ģərtsiz  çıxarılmasına  dair 
722,  753,  774  və  784  saylı  qətnamələrinin  tələblərinə  məhəl  qoymur.  Bu 
inadkarlığın müqabilində BMT-nin təcavüzkara təsir və təzyiq vasitəsi kimi heç də 
az  kəsəri  olmayan  sanksiyalar  silahından  istifadə  etməməsinə  heç  cür  haqq 
qazandırmaq  olmur.  Azərbaycan-Ermənistan  münaqiĢəsinin  sülh  yolu  ilə  həllini 
öhdəsinə  götürmüĢ  ATƏT-in  Minsk  qrupunun  həmsədrləri  olan  ABġ,  RF  və 
Fransanın  təcavüzkarla  təcavüzə  məruz  qalanı  bərabər  tutmaları  azmıĢ  kimi, 
təcavüzkara  gözgörəti  üstünlük  vermələri,  AR-na  qarĢı  ən  böyük  diskriminasiya 
nümayiĢ  etdirmələri,  ikili  deyil,  bəzən  üçəm,  dördəm  standartlarla  münasibət 
göstərmələri bizdə ancaq ikrah hissi doğurur. Görün iĢ nə yerə çatmıĢdır ki, ABġ, 
Fransa  kimi  qüdrətli  dövlətlərdə  keçirilən  prezident  və  parlament  seçkiləri 
Azərbaycan  torpaqlarının  Ermənistana  ilhaq  edilməsinə  maraq  və  Azərbaycan 
xalqının mənafelərinin tapdanması prinsiplərinə uzlaĢdırılır. Prezident və ya millət 
vəkili  seçilmək  istəyən  kimsə  səs  qazanmaq  üçün  siyasi  qumarbazlığa  baĢ  vurur. 


304 
 
Erməni  diasporunun  fəaliyyət  göstərdiyi  dairələrdən  səs  toplamaq  üçün  onların 
daĢnak tələblərini yerinə  yetirəcəklərinə bəri baĢdan söz verir və ya öz üzərlərinə 
müəyyən öhdəliklər götürməli olurlar. Bütün bu siyasi möhtəkirliklərin nəticəsidir 
ki, ABġ konqresi təcavüzkar ER-nı himayə, AR-na isə humanitar yardımı qadağan 
edən 907-ci düzəliĢin ləğvini yubadır, icra müddətini ildən-ilə uzadaraq əsrdən-əsrə 
adladır.  Fransa  senatı  isə  daĢnak  ideologiyasına  yoluxur.  Tarixi  həqiqətlərə  göz 
yumaraq  erməni  diasporunun  təzyiqi  altında  90-100  il  bundan  öncə  Osmanlı 
dövlətinin  öz  vətəndaĢlarının  qırğınının  qarĢısını  almaq,  təhlükəsizliyini  təmin 
etmək  üçün  rus  müstəmləkəçilərinin  tərəfinə  keçib  satqınlıq  və  xəyanətkarlıq 
zəminində  qətllər  törədən,  türk  dövlətini  parçalamaq  istəyən  silahlı  daĢnak 
qruplaĢmalarının  ləğvi  ilə  bağlı  apardığı  mübarizəyə  erməni  soyqırımı  adı  verir. 
Lakin  bu  gün  erməni-daĢnak  faĢizminin  dünya  ictimaiyyətinin  gözü  qarĢısında 
azərbaycanlılara  qarĢı  apardığı  etnik  təmizləmə  və  soyqırım  siyasətini  görmək 
istəmir.  Üçüncü  həmsədr  -  RF  hərtərəfli  qaydada  ER  ilə  hərbi  əməkdaĢlığa  girir. 
Təcavüzkara təmənnasız olaraq bir milyard dollar dəyərində silah-sursat, «SKAT-
300»  raketləri  və  qırıcı  təyyarə  eskadronu  verir.  Üstəlik  GR-dan  çıxardığı  hərbi 
bazalarının  canlı  qüvvəsini  və  ağır  texnikasını  ER-na,  oradan  isə  AR-nın  iĢğal 
olunmuĢ ərazilərinə keçirir. 
Biz  ABġ,  RF  və  Fransa  kimi  fövqəlbəĢər,  dünyanın  super  dövlətləri 
tərəfindən erməni-daĢnak faĢizminin təqdir və himayə olunmasına insanlığa, insan 
ləyaqətinə  təhqir  aktı  kimi  baxırıq.  Bu  ölkələrin  hegemonluq  və  xristianlıq 
mistikasına uymuĢ siyasət dəllalları baĢa düĢmək istəmirlər ki, daĢnak ideologiyası 
faĢizmin  ali  irq  təbliğatından  daha  məkrli,  daha  qorxulu  virusdur.  Bu  ideologiya 
təkcə  azərbaycanlılara  qarĢı  soyqırımı  aparmaq,  etnik  təmizləmə  siyasətini  həyata 
keçirmək,  8  milyonluq  azərbaycan  xalqını  tarix  səhnəsindən  silib  atmaq  istəmir, 
həm  də  erməni  xalqını  bütövlükdə  bəĢəri  cinayət  törətməyə  sövq  və  məcbur  edir. 
Canlılar  aləminə  xas  olmayan  bir  instinkti  qaytarmağa  çalıĢır,  öz  həmcinsinin 
qanını  tökmək  və  içmək  psixologiyası  aĢılamağı  təĢviq  edir.  Erməni-daĢnak 
faĢistləri  insanlıq  hissini  itirməyən,  onların  tələblərinə  əməl  etməyən,  sağlam 
düĢüncə  nümayiĢ  etdirən  soydaĢlarını  belə  qətlə  yetirməkdən  çəkinmirlər.  Hətta 
faĢizmin  klassik,  milli  əleyhdarlarına  qarĢı  yönəltdikləri  gizli,  kütləvi  terror 
aktlarından  milli  münaqiĢələrin  törədilməsi  və  millətlərarası  ədavətin 
qızıĢdırılmasından bir üsul,  bir vasitə  kimi  istifadə  edirlər (28 fevral  1988-ci  ildə 
gənc,  beynəlmiləl  sovet  Ģəhəri  olan  Sumqayıtda  26  erməninin  qətli  məhz  bu 
məqsədlə,  əvvəlcədən  hazırlanmıĢ  plan  əsasında  törədilmiĢdi.    DaĢnak  terrorçusu 
Eduard Qriqoryanın rəhbərlik etdiyi qrupun təhriki, fitvası və bilavasitə iĢtirakı ilə 
qətlə  yetirilən  26  ermənidən  heç  biri  nə  DaĢnaksutyunun  üzvü,  nə  də  «Böyük 
Ermənistan»  yaratmaq  xülyasına  uyan  kimsə  olmamıĢdır.  Heç  biri  zaman-zaman 
bu  kampaniya  uğrunda  yığılan  fonda  DaĢnaksutyunun  tələb  etdiyi  vəsaiti 
ödəməmiĢdir). 


305 
 
Sülh,  əmin-amanlıq  faĢizmin  dağıdıcı,  Ģərə  hamilə  xislətinə  yaddır. 
DaĢnaksutyun  milli  ideologiya  səviyyəsinə  qaldırdığı  faĢist  ideologiyasının 
təməlində  dünyanın  yenidən  düĢmən  cəbhələrə  bölünməsini  təmin  edəcək  məkrli, 
hiyləgər,  xudbin bir  niyyət durur. Sovetlər Birliyinin çökməsi ilə  soyuq  müharibə 
doğuran iki siyasi sistemin qarĢıdurmasından yenicə azad olmuĢ anamız dünya indi 
də xristian-islam qarĢıdurmasına doğru sürüklənir. 
Mən  anamız  dünyanın  Ģər  qüvvələrdən  xilasını  -  bəĢəriyyəti  qanlı 
müharibələrə  sürükləyən  ideologiyaların  qidalandıqları  beĢiyin  baĢındaca  məhv 
edilməsində görürəm. Odur ki, AR-nın Qarabağ vilayətini, etnik ermənilər yaĢayan 
dağlıq  və  bundan  da  üç  dəfə  geniĢ,  lakin  bu  gün  bir  nəfər  erməninin  yaĢamadığı 
ərazisini  iĢğal  altında  saxlayan,  bir  milyon  azərbaycanlı  qaçqının  hüquq  və 
mənafelərini, Ģərəf və ləyaqətini vəhĢicəsinə tapdalayan, erməni-daĢnak faĢizminin 
əsirinə  çevrilmiĢ  ER-nın  təcavüzkar,  separatizmi  və  beynəlxalq  terrorçuluğu 
dəstəkləyən  bir  dövlət  olmasını  bir  daha  dünya  xalqlarının  nəzər-diqqətinə 
çatdırmaq istəyirəm. 
Mən,  dünya  xalqlarını  varlığımızı  qorumağa  və  yaĢamaq  uğrunda 
apardığımız  ədalətli  mübarizəyə  kömək  etməyə,  qaçqınların  ana  yurdlarına 
qaytarılmasına, ədalət və  humanizm naminə bizə  yardımçı olmağa, haqq səsimizi 
eĢitməyə çağırıram. 
Biz erməni-daĢnak faĢizminə ölüm diləyirik! 
Bizim mübarizəmizin bir devizi vardır: 
- Qoy bəĢəriyyət rahat nəfəs alsın! 
 

Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   489   490   491   492   493   494   495   496   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin