Əlisahib ƏROĞUL



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə491/500
tarix02.01.2022
ölçüsü3,17 Mb.
#2531
1   ...   487   488   489   490   491   492   493   494   ...   500
ƏLAVƏLƏR 
 
YAZIÇI-PUBLĠSĠST ƏLĠSAHĠB ƏROĞULUN DÜNYA XALQLARINA 
 
MÜRACĠƏTĠ 
 
Möhtərəm dostlar, həmplanetlilər! 
Mən nümayəndəsi olduğum Azərbaycan xalqının milli faciəsinin daĢıyıcısı - 
dünya  tarixində  analoqu  olmayan  erməni-daĢnak  faĢizminin  XX  əsrdə  həyata 
keçirdiyi  azərbaycanlıların  əzəli  torpaqlarından  qovulması,  etnik  təmizləmə  və 
soyqırımı  siyasətinin  qurbanı  kimi  Sizlərə  müraciət  edirəm.  Düçar  olduğumuz 
məhrumiyyətlərdən,  yaĢantımız  üçün  yaranmıĢ  qeyri-normal  vəziyyətdən  çıxıĢ 
yolunu  siyasi  oyunbazlıqlara  qoĢulmaqda  deyil,  nə  qədər  ağrılı-acılı  olsa  da, 
həqiqəti  Sizlərə  -  dünya  xalqlarına  çatdırmaqda,  deməkdə,  çəkilməsi  mümkün 
olmayan dərdlərimizi bölüĢməyə Ģərik axtarmaqda görürəm. 
Əslində,  milli  faciələrə  və  misli  görünməyən  məĢəqqətlərə  məruz 
qalmağımızın tarixi çar Rusiyasının XIX əsrin birinci yarısında Azərbaycanı iĢğal 
etməsi  və  vəhĢanə,  sərsəm  bir  siyasət  yeritməsiylə  -  Türkiyə  və  çar  Rusiyası 
arasında süni surətdə bufer dövlət - «Böyük Ermənistan» yaratmaq xülyası ilə baĢ-
baĢa qaldığımız müdhiĢ bir gündən baĢlayır. Əsli-kökü, yeri-yurdu məlum olmayan 
yüz  minlərlə  erməni  əhalisi  Türkiyə  və  Ġran  ərazilərindən,  habelə  dünyanın 
müxtəlif  yerlərindən  Azərbaycanın  münbit  qərb  və  mərkəzi  torpaqlarına 
köçürüldükcə  və  onların  yerləĢdirilməsi  dövlət  səviyyəsində  təmin  edildikcə,  biz 
azərbaycanlıların  Ģəhər  və  kəndləri  topa  tutuldu,  ulularımız  qılıncdan  keçirildi, 
qanları  su  yerinə  axıdıldı.  Günahsız,  dinc,  aborigen  əhali  olan  türksoylu 
azərbaycanlılar  ana  yurdlarından  zor  gücünə  qovuldular,  vəhĢanə  tərzdə  etnik 
torpaqlarından sıxıĢdırılıb çıxarıldılar, qətlə yetirildilər. 
Dünya  zəiflərin  haqqını  tanımır!  Rusiyanın  müstəmləkə  siyasətinin 
nəticəsidir ki, bütün Qafqaz xalqlarının, xüsusən azərbaycanlıların milli azadlıq və 
müstəqillik  mübarizəsinə  qarĢı  yönəldilmiĢ  xəyanət  və  satqınlıq,  məkr  və  hiylə 
təzahürlərindən maya tutan, ətə-qana dolan gəlmə ermənilərin süni surətdə «erməni 
vilayəti»  adlı  ilk  inzibati-ərazi  vahidi  iĢıq  üzü  gördü.  Ġllər  ötdükcə 
azərbaycanlıların  torpağında  özünü  möhkəmlədən  erməni  icmasının  təfəkkürünə 
«Böyük  Ermənistan»  xülyasını  yeritmək,  siyasi  mütəĢəkkilliyi  və  təĢkilatlanmanı 
artırmaq,  silahlı  əsgəri  hissələr  formalaĢdırmaq  və  saxlamaq,  məqamı  gəldikcə 
onlardan istifadə etmək, terror aktları törətmək və s.  üçün  çar Rusiyası  tərəfindən 
qatı faĢist ideologiyası ilə silahlanmıĢ erməni faĢist partiyasının - DaĢnaksutyunun 
yaradılmasına  xeyir-dua  verildi.  Bu  ifrat  faĢist  partiyası  türkə  düĢmənçilik 


299 
 
siyasətindən  doğdu.  Beləliklə,  rus  müstəmləkəçiləri  ilə  erməni-daĢnak  faĢizminin 
müĢtərək  siyasəti  bir-birini  tamamladı.  Üst-üstə  düĢdüyü  gündən  Azərbaycan 
torpağı  azərbaycanlılar  üçün  milli  didiĢmə,  ermənilər  üçün  isə  milli  əlahiddəlik 
meydanına çevrildi. Demək, ötən yüzilliyin hər ili milli mənsubiyyətə  görə  məhv 
edilmələrə,  qırğınlara,  talanlara,  qanlı  hadisələrə,  ana  yurddan  qovulmalara, 
insanlıqdan  kənar  vəhĢiliklərə  məruz  qalmalar,  günahsız,  dinc,  təhlükəsiz 
Azərbaycan türkləri üçün alın yazısına dönən  məhrumiyyətli illər oldu. Bu illərdə 
erməni-daĢnak  faĢizminin insan ağlına sığmayan  vəhĢiliklər törətməsi - 1905-ci il 
avqust ayının 14-də Zəngəzur mahalının Saqqarsu oymağında 90 yaĢlı, əli Quranlı 
el  ağsaqqalı  Molla  Həsən  Əfəndi  ətrafına  toplaĢmıĢ  qadın  və  uĢaqlara  aman 
dilərkən  daĢnak  fasistləri  tərəfindən  pirani  insanın  və  yanındakı  62  qadının 
doğranması,  15 uĢağın baĢının  kəsilməsi; 1918-ci ilin ilaxır çərĢənbəsində  Göyçə 
mahalının  ġiĢqaya  kəndində  640  nəfərin  bir  gündə  diri-diri  yandırılması;  el 
sənətkarı  DaĢkəndli  aĢıq  Nəcəfin  girov  götürülərək  kürəyinə  qaynar  samovar 
bağlayıb  iĢgəncəylə  öldürülməsi;  1918-ci  ilin  mart  ayının  29-dan  keçən  üç  gün 
ərzində  Bakı  Ģəhərində  30000  azərbaycanlının  kütləvi  Ģəkildə  qətlə  yetirilməsi; 
1919-cu  ilin  qıĢında  3000  azərbaycanlı  kəndlisinin  Ağmaqan  dağında 
dondurulması;  1988-ci  il  dekabr  ayının  5-də  Spitakda  azərbaycanlı  millətindən 
olduqlarına  görə  80-dən  çox  azyaĢlı  uĢağın  iri  diametrli  borulara  doldurub 
baĢlarına  dəmir  lövhələr  qaynaq  edilərək  uçurumdan  yuvarladılması;  1992-ci  ilin 
fevral  ayının  25-dən  26-na  keçən  gecə  1153  nəfərin  qətli,  1200  nəfərin  Ģikəst 
edilməsi, 7000 nəfər əhalisi olan Xocalı Ģəhərinin bir gecədə yerlə yeksan edilməsi 
kimi faciələr azərbaycanlı olan hər kəsin qan yaddaĢına silinməz izlər buraxmıĢdır. 
Bütün  bu  terror  aktları  insanlıq  əleyhinə  yönəlmiĢ  erməni-daĢnak  faĢistlərinin 
törətdikləri vəhĢətləridir. Bu gün  əsir düĢənlərin  və  girov  götürülənlərin elektrikə 
verilməsi,  diri-diri  basdırılması,  yandırılması,  sinələrinə  xaç  niĢanları  çəkilməsi, 
gözlərinin çıxarılması, baĢlarının kəsilməsi, avtomobillərin təkərləri altına atılması, 
oynaq  sümüklərinin  və  daxili  əzalarının  qablaĢdırılaraq  Qərbi  Avropa  bazarlarına 
çıxarılması orta əsr vandalizmi deyil, sivil dünyamızda erməni-daĢnak faĢistlərinin 
azərbaycanlıların  baĢına  gətirdiyi  müsibətlər,  faciələr,  fəlakət  və  azğınlıqlardan 
xəbər verən gerçəkliklərdir, vəhĢanəliklərdir. 
Tarixi faktların analitik təhlili göstərir ki, erməni-daĢnak faĢistlərinin 1905-
1907-ci  illərdə  Azərbaycan  türklərinə  qarĢı  apardıqları  etnik  təmizləmə  və 
soyqırımı siyasəti nəticəsində, 1914-1917-ci illərdə Qars, Ərzurum, Ərdahan, Van, 
Adana, Səlmas, Xoy, Urmiya, Təbriz Ģəhər və əyalətlərində rus iĢğalının yaratdığı 
münbit Ģəraitdən istifadə edərək törətdikləri qırğınlarda, 1918-1920 və 1988-1994-
cü  illərdə  Azərbaycan  türkünə  qarĢı  törətdikləri  qətliamlarda  nə  az,  nə  çox,  bir 
milyondan  çox  Azərbaycan  türkü  qətlə  yetirilmiĢ,  2,2  milyon  nəfər  isə  yurd-
yuvasından didərgin salınmıĢdır. 
Təəssüflər olsun ki, çar Rusiyasının yerində bərqərar olan Sovet Rusiyası öz 
sələflərinin  himayədarlığı  və  havadarlığı  altında  erməni-daĢnak  faĢizminin 


300 
 
törətdiyi tarixi cinayətləri və ədalətsizlikləri ləğv etmək, aradan qaldırmaq əvəzinə, 
daha  da  dərinləĢdirilməsinə  rəvac  verdi.  Faciələrimizin  həcmi  ölçüyəgəlməz 
dərəcədə artdı. 1918-ci il iyun ayının 4-də torpağı, paytaxtı olmayan erməni dövləti 
ilə 
bağlanmıĢ  Batum  sülh  müqaviləsinə  və  Azərbaycan  Demokratik 
Cümhuriyyətinin Ġrəvan mahalını erməni vilayətinə güzəĢt etməsi ilə ümumi sahəsi 
9,8  min  km  olan  Ermənistan  daĢnak  hökuməti  yaradıldı.  Həmçinin  1920-ci  il 
noyabr ayının 29-da Ermənistan SSR təĢkil edilərkən Sovet Rusiyası Azərbaycan 
xalqına  qarĢı  misli  görünməmiĢ  bir  xəyanətə  əl  aldı.  Azərbaycanın  Dərələyəz, 
Zəngəzur,  Qaraqoyunlu,  Göyçə  mahallarını  ilhaq  edərək  Ermənistan  SSR-nin 
ərazisini  29,8  min  km
2
-ə  çatdırdı.  Qərbi  Azərbaycanın  daha  20  min  km
2
-lik 
torpağını  süni  surətdə  Ermənistan  SSR-nin  ərazisi  elan  etdi.  Bu  azmıĢ  kimi, 
Azərbaycanın  mərkəzi  vilayəti  sayılan  Qarabağın  dağlıq  hissəsində  iki  cüt  bir  tək 
erməni yaĢayan bir ərazidə 1923-cü ildə Azərbaycana hakimi-mütləq təyin edilmiĢ 
bolĢevik emissarı S.M.Kirovun, Mirzoyanın və Zaqafqaziya Federasiyasının rəhbər 
orqanlarında oturmuĢ bolĢevik-daĢnak siam əkizlərinin, xüsusilə S.Orcenikidzenin, 
Miyasnikovun  səyi  ilə  hətta  Lenin  milli  siyasətinin  ziddinə  olsa  da,  ikinci  bir 
erməni  muxtar  qurumu  -  DQMV  təĢkil  edildi.  SSRĠ  hökumətinin  rəhbər 
orqanlarında  mövqe  tutmuĢ,  kommunist  maskası  taxmıĢ  erməni-daĢnak 
faĢistlərinin fitnə-fəsadıyla  1929,  1968,  1985-ci illərdə Azərbaycan SSR-nin  10 
min hektarlarla torpaqları hissə-hissə qoparılaraq müxtəlif adlar altında Ermənistan 
SSR-nin  ərazisinə  qatıldı.  Torpaq,  ərazi  ilhaqları  ilə  bahəm  Qərbi  Azərbaycan 
torpaqlarından  azərbaycanlıların  sıxıĢdırılıb  çıxarılması  bir  an  belə  səngimək 
bilmədi.  1930-cu  illərin  repressiyalarında  pantürkist,  panislamist,  qolçomaqlarla 
mübarizə  siyasəti  və  kommunist  cildinə  girmiĢ  daĢnakların  antitürk  fəaliyyətinə 
yuxarı  partiya  və  sovet  orqanları  rəhbərlərinin  loyal  münasibəti  nəticəsində  sırf 
azərbaycanlılar yaĢayan 100-dən çox kənd xarabazarlığa çevrildi. Ermənistan SSR-
nin  azərbaycanlılardan  təmizləmə  və  məhv  etmə  siyasətinin  daha  bir  iyrənc 
üsuluna  əl  atıldı.  DaĢnak  fitnəsinə  uymuĢ  Stalin  1948-1953-cü  illərdə  xaricdən 
gələn  ermənilərin  Ermənistan    SSR-də  yerləĢdirilməsi  adı  altında  150  min 
azərbaycanlını  könüllülük  adı  altında  zorla  dədə-baba  torpaqlarından  köçürüb 
Azərbaycan  SSR-nin  isti,  malyariyanın  tüğyan  etdiyi  Kür-Araz  ovalığının    ilan  
mələyən,      həyat    niĢanəsi    olmayan  düzlərinə  atdı.  Bu  köçürmə  kampaniyası 
DQMV-də  də  həyata  keçirildi.  DQMV-nin  yüzlərlə  azərbaycanlı  ailəsi  daxili  
köçürmə  adı  altında  ondan  kənar  ərazilərə  -  Xanlar  və  Beyləqan  rayonlarına 
köçürüldülər. 
Bütün  bunlarla  yanaĢı,  partiya,  sovet  təĢkilatlarının  nümayəndəsi  kimi 
rəhbər iĢlərdə oturmuĢ maskalı daĢnakların gözümçıxdısından daim əziyyət çəkən, 
cana  doyan,  sovet  totalitar  rejiminin  hüquq  müdafiəçilərindən  haqq-ədalət 
görməyən,  təzyiq,  təqib  və  təhqirlərə  məruz  qalan  azərbaycanlıların  tək-tək,  ailə-
ailə, tayfa-tayfa, kənd-kənd Ermənistan SSR-dən Azərbaycan SSR-ə, habelə digər 
müttəfiq  respublikalara  miqrasiyası  biz  nəsillərin  gözü  qabağında  davam  edən 


301 
 
arasıkəsilməz  bir  proses  oldu.  SSRĠ  hökuməti  tərəfindən  DaĢnaksutyun 
Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   487   488   489   490   491   492   493   494   ...   500




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin