Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


VAHİD TÜRK-TATAR DÖVLƏTİ QURMAQ İSTƏYƏN KOMMUNİST SANJAR ASFANDİYAROV



Yüklə 9,67 Mb.
səhifə22/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
VAHİD TÜRK-TATAR DÖVLƏTİ QURMAQ İSTƏYƏN KOMMUNİST SANJAR ASFANDİYAROV

Sanjar Aspandiyarovun adı­na ilk dəfə SSRİ dağıl-dıq­dan sonra Azərbay-canda 1937-ci ildə həbs edilən icti­mai-siyasi xa-dimlərin və alim­lərin istin-taq material­ların­da rast gəl­mişdim. Ziya Bün­ya-dovun 1993-cü ildə Azər-baycan Dövlət Nəşriy­ya­tın­da çap etdirdiyi “Qırmı-zı terror” kitabında onun haq­qın­da RSFSR MİK-in keçmiş ka­tibi Səncər İsfəndiyarov ki­mi yazılır. Ru­hulla Axun­dovun, Bəkir Çobanzadənin və b. da istintaq materi-allarında ad və soyad azərbaycanlıların söylədiyi kimi yazılır.

Qazaxlarda onun adı və soyadı Sanjar Jafar ulu (Seyitjapar ulu, Jağıpar, Seyitjağıpar), rusdilli qaynaqlar isə Sanjar Djafaroviç Asfandiyarov (Aspandiyarov) kimidir. Onun şəcərəsi Əbilxayır xana bağlıdır. Əbilxayır xandan Sanjara gələn nəsil xətti belə göstərilir: Əbilxayır xan-Ayşşyak xan-Sıqalı (Syuqaliy) soltan-Asfendiar (İsfindiar) sultan-Seytjapar-Seytsanjar. Anası Güləndam da qazax xalqının qəhrəman oğlu, rus işğalcılarına qarşı savaşda şəhid olmuş Kensarı Qasım oğlunun nəvələrindən olduğunu ehtimal edirlər. Rusiyanın işğal etdiyi qazax torpaqlarının hökm­darlarının nəslindən olan Seyitjapar Türkistan Quber­niya İdarəsində general-qubernatorun doğu dilləri üzrə tərcüməçisi işləmiş və polkovnik vəzifəsinədək yüksəlmişdir. Buna görə də Sanjar ata-baba mülklərində deyil, 1889-cu ilin oktyabrın 20-də atasının işlədiyi Daşkənd şəhərində anadan olur.

Sanjar Asfandiyarov ilk təhsilini evdə xüsusi müəllim­lər­dən alaraq ərəb, fars, fransız, ingilis dillərini, Türküstanda yaşayan xalqların ləhcələrini, şəriəti öyrənir. Sonra Daşkənd realnı məktəbinə daxil olur və oranı 1907-ci ildə bitirir.

Sankt-Peterburqdakı Hərbi Tibb Akademiyasını Rusiya Hərbi Dəniz Nazirliyinin təqaüdü ilə oxuyan Sanjar Asfandiyarov 1912-ci ildə ali təhsilini başa vurur. Təhsil illərində Sankt Peterburqda keçirilən bir təntənəli gecədə iki qazax qızı Rabiqa və Rahilə tanış olur. Öyrənir ki, bu qızlar ixtisasca hüquqşünas olan, Dördüncü Dövlət Dumasına üzv seçilmiş Serali Lapun qızlarıdır. Serali Lapin məşhur qazax öndərlərindən idi. Türk xalqlarının, eləcə də ərəb, fars dillərini gözəl bilən Serali Lapin Əbülqasım Firdovsinin “Şahnamə” əsərini qazaxcaya çevirmişdi. Ədəbi-bədii yaradıcılıqla məşğul olan, əctimai-siyasi həyatda fəal olan Serali Lapin millətinin maariflənməsinə də böyük diqqət yetirmiş, qızlarını da Smolndakı Müqəddəs Qızlar İnsti­tutunda oxutmuşdu.Sanjar Asfandiyarov da həmyerlisi Serali Lapunun ailəsi ilə yaxınlıq etmiş və Rabiqa ilə evlənmişdir.

Sanjar Asfandiyarov Hərbi Tibb Akademiyasını bitirdikdən sonra onu Buxara əmirliyinin Termez şəhərindəki Rusiyanın hərbi hissəsinin 10-cu süvari polkunda hərbi həkim işləməyə göndərirlər. Az sonra isə onu 9-cu süvari polkuna baş həkim, oradan da Səmərqənd və Aşxabad şəhərlərindəki süvari polkunda xidmətə göndərirlər.

1914-cü ilin avqustunda Birinci Dünya Savaşı başlayanda Sanjarın xidmət etdiyi 5-ci Türküstan süvari polkunu Polşanın Prussiya ilə sərhəddəki Lodz qalasının müdafiəsinə göndərirlər. Lakin müdafiə düzgün təşkil edilmədiyindən elə ilk həmlədəcə alman orduları Lodz qalasını alır. Əsirləri Almaniyanın içərilərindəki hərbi əsir düşərgəsinə göndərirlər. Bir neçə dil bilməsi, qazax ailəsində doğulması, həkim olması Sanjarın köməyinə çatır. Əsir düşərgəsində tərcüməçi, həkim kimi işləyir və qısa bir vaxtda alman dilini də öyrənir.

Bir ilə yaxın Tornodakı, Kutnodakı, Aleksandrovkadakı əsir düşərgələrində həkim işlədikdən sonra, yəni 1915-ci ilin axırlarında Qırmızı Xaç Cəmiyyəti Alman əsirliyində olanların bir qrupunun azad edilməsi haqında hökumətin razılığını alır. Rusiya ordusundan əsir düşənlər İsveçrəyə gətirilir. Onların arasında Sanjar Asfandiyarov da olur. İsveçrədən də keçmiş əsirləri Sankt-Peterburqa yola salırlar.



Rusiyaya qayıdan Sanjar Asfandiyarovu alman hərbi əsirlərinin düşərgəsində həkim işləməyə göndərirlər. 1917-ci ildə Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyulur, II Nikolay çar taxtından salınır. Əsarət altında olan xalqlar arasında milli azadlıq ideyası genişlənir. Geridə qalmış, aqrar bölgə sayılan Tür-küstan da siyasi mübari-zələr meydanına çevrilir. Sanjar Asfandiyarov da siyasi fəaliyyətə başlayır.

1917-ci ildə Buxara Müsəlman Şurasına üzv seçilən Sanjar Asfandiyarov, sonra Daşkənd Sovetinin deputatı, Türküstan Quberniyası Müsəlman Şurasının üzvü kimi ictimai-siyasi fəaliyyət göstərir. Həmin illərdə o, Türküstanın Rusiyadan ayrılaraq müstəqil yaşaya biləcəyinə inanmır. Buna görə də vətəninin xoşbəxt gələcəyini Rusiyanın tərkibində görür.

Hərbi həkim və Çerniyayevski polku Müsəlman bürosunun üzvü olan və Daşkənd Sovetinə Köhnəşəhər seçki dairəsindən müsəlman deputatı seçilən Sanjar Asfandiyarov boşeviklərin səkkiz saatlıq iş günü, əsarətdə olan xalqlara azadlıq, sosial bərabərlik, torpaqların kəndilərə verilməsi, söz və vicdan azadlığı kimi şüarlarına aldanır. Onlarla birgə çalışır, xalqının xoşbəxtliyini bolşeviklərin hakimiyyətə gəlməsində görür. Bolşeviklərin də yerli xalqlardan olan Sanjar kimi savadlı və işgüzar kadrlara böyük ehtiyacı vardı.



Odur ki, Sanjar Asfan­diyarovu Türküstan Muxtar Sovet Sosialist Respub­li­ka­sın­da səhiyyə komissarı, son­ra da torpaq və su tə­sər­rüfatı komis­sarı vəzifə­si­nə tə­yin edirlər. 1919-1920-ci il­­lərdə nazir iş­ləyən Sanjar As­­fandiyarov Tu­rar Risku­lov­la dostlaşır. Par­tiya, sovet işin­də rəhbər vəzifələr tutan qa­zax xalqının bu iki mü­ba­riz oğlu­nun dost­lu­ğu və məs­lək­daş­lığı ömür­lə­rinin sonu­na kimi davam edir.

1923-1925-ci illərdə Türküstan MSSR Xalq Komis­sar­lığında Torpaq və Su Təsərrüfatı şöbəsinin müdiri, Rusiya Kommunist (bolşeviklər) Partiyası Türküstan Vilayət Komitəsinin məsul katibi, RK(b)P Mərkəzi Komitəsinin Orta Asiya bürosunun üzvü olan Sanjar Asfandiyarov xalqına divan tutulduğunun şahidi olur. Özü rəhbər vəzifədə işləsə də, rusların çarizm dövründəki kimi xalqına yuxarıdan aşağı baxılmasının, hüquqlarını tapdamasının qarşısını ala bilmir. Odur ki, hakimiyyətdən narazı olan rəhbər işçilər və ziyalıların qurduqları gizli təşkilata daxil olur.



İdarəetmədən narazılığını hiss edən hakim dairələr onu vətənin­dən, çevrəsindəki yaxın adamlarından və məslək­daşların­dan uzaqlaşdıraraq Moskvaya rəhbər işə aparırlar.

Sandjar Asfandiyarov Moskva Dövlət Universi-tetinin professoru, N.Nəri-manov adına Şərqşünasılq İnstitutunun rektoru oldu-ğu müddətdə Sovetlərin yeritdiyi siyasətdən narazı qalan rəhbər partiya-sovet işçilərilə yaxından tanış olur. RSFSR Xalq Komissarlar Şurası sədrinin müavini işləmiş Turar Rıskulovla, Özbəkistan K(b)P Mərkəzi Komitəsinin katibi işləmiş Rahimbayovla, Kırım MSSR Xalq Kommisarlar Şurasının sədri işləmiş Şuqu Əmirəsənlə, RSFSR Xalq Maarif Komisarlığının əməkdaşı olmuş Xaris Jumanqulovla, Dağıstan MSSR Xalq Maarif Komissarı işləmiş Toxo Qodi, Qaraçay-Çərkəz İcraiyyə Komitəsinin sədri işləmiş Ömər Əliyevlə, Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının xalq torpaq komissarı işləmiş Dadaş Bünyadzadə, Azərbaycandan Mərkəzi İcraiyyə Komitəsinin sədri işləmiş Soltanməcid Əfəndiyevlə, xalq maarif komissarı Mustafa Quliyev, ali müktəblərdə dərs deyən, elmi idarələrdə çalışan, məşhur professor Bəkir Çobanzadə və b. ilə birlikdə Vahid Türk-Tatar Respublikası qurmağı planlayırlar. Bu adamların hər birinin rəhbərlik etdiyi gizli quruplarda da onlarla ziyalı, tələbə, rəhbər partiya-sovet işçisi, hərbçi olur.

Sandjar Asfandiyarovu Moskvadan uzaqlaşdıraraq Qazaxıstana göndərirlər. 1928-1931-ci illərdə Qazaxıstan Pedaqoji İnstitutunun rektoru və tarix kafedrasının müdiri işləyən Sandjar Asfandiyarov 1931-1933-cü illərdə Qazaxıstan MSSR səhiyyə komissarı və Qazaxıstan Tibb İnstitunun rektoru vəzifələrində çalışır.

1933-1934-cü illərdə Qazaxıstan MSSR Xalq Maarif Komissarının müavini işləyən Sandjar Asfandiyarovu rəhbər partiya-sovet işindən uzaqlaşdırıb elmi-tədqiqat sahəsinə göndərirlər. Bu o demək idi ki, sovetlərin ona inamı və eti-barı azalmışdı.

1


Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin