Əli Şamil Türkçülüyün qurbanları (Qazaxıstan) Bakı 2014 Redaktor: Səfalı Nəzərli


Sanjar Djafar oğlu Asfan­diyarov Rabiqa xanımı Serali qızı Lapuna ilə birlikdə Sankt Peterburkda



Yüklə 9,67 Mb.
səhifə23/35
tarix02.01.2022
ölçüsü9,67 Mb.
#2389
1   ...   19   20   21   22   23   24   25   26   ...   35
Sanjar Djafar oğlu Asfan­diyarov Rabiqa xanımı Serali qızı Lapuna ilə birlikdə Sankt Peterburkda

-1937-ci illərdə SSRİ EA Qazaxıstan fi­lialında tarix-arxeologiya ko­missiyasında şöbə müdi­ri, Filial direktorunun müa­vini işləyən, ali məktəb­lərdə dərs deyən, professor Sandjar Asfandiyarov gizli fəaliyyətini də davam et­dirir, ətrafina daha çox elmi kadrlar toplayır.

Qazaxıstanın yaxın ta­ri­xinə dair bir neçə sanballı əsər ya­zan Sandjar Asfandiyarov əleyhinə 1937-ci ildə kampaniya başla­yır. Həmin ilin avqustun 22-də onu həbs edərək istintaqa başlayırlar. Sentyabrın 27-də isə Almatı şəhər Partiya Komitəsinin bürosu onu kommunist partiyası sıra­larından azad edir. İki gün sonra çap olunan “Kaza­xıstanskoye pravda” qəzet onun əleyhinə kəskin məqalə yazır.

KQB tərəfindən həbs edilən Sandjar Asfandiyarovu uzun və işgəncəli istintaqdan sonra 1938-ci il fevralın 25-də güllələyirlər. Alimin ölümünü ailəsindən və qohumlarından gizli saxlayırlar.

Sandjar Asfandiyarov güllələndikdən sonra Smolndakı Müqəddəs Qızlar İnstitutu bitirmiş, xanımı Rabiqanı da xalq düşmən arvadı kimi 8 il həbs cəzasına məhkum edərək Karelya SSR-dəki həbs düşərgələrindən birinə göndərirlər. Sandjar Asfandiyarovun qızlar Aliya və Dilya (Adolat) başsız qalır. Xalq düşməni adı ilə həbs edilən və güllələnən



insanların yaxınları, qo-hum­ları da təqib edildiyindən, həbsxanalara gön-də rildiyin­dən uzun müddət bir birin­dən xəbər belə tuta bilmirdilər. Sandjar Asfan­diyarov güllə­lən­dikdə 17 yaşında olan kiçik qızı Dilyanı (Adolat) nənəsi təqibdən qorumaq üçün Moskvaya göndərir. O, Moskvada bir müddət Xarici Dillər İnstitutunu bitirmiş böyük bacısı Aliyanın yanında qalır. Müharibə başladıqda isə Moskvada yaşamaq çətin­ləş­diyinə, dinc əhalinin bir qismini Türküstana və Sibirə köcürdüklərinə görə Dilyan (Adolat) Sanjarın Daşkənddə yaşayan bacıları Gülüsüm və Anelin yanında köçməli olur. O dövrdə həkim işləyən Gülüsüm xanımın xalq arasında hörməti böyük olur. O, nəinki qardaşı qızına yardımçı olur, hətta 1943-cü ildə Rabiqa həbsdən döndükdən sonra kiçik qızı Dilyanı (Adolat) yanına köçməsinə və Daşkəndə yaşamasına köməklik göstərir.

1958-ci ilin maya ayının 27-də isə SSRİ Ali Məhkəməsi ona bəraət verir.

Sovetlər Birliyi dağıldıqdan sonra Qazaxısdanda Əbülxair xan fondu yaradılır. Fond xanın nəslindən olanları axtaraıb haqqlarında məlumat toplayır. Fondun çağrışı ilə Dilyanın (Adolat) Daşkənddə yaşayan qızı, 1944-cü ildə anadan olmuş Sofiya Temurbay qızı Sultanova Almatıya gəlir və ailə üzvləri, qohumları haqqında bildiklərini fondun əməkdaşlarına söyləyir. O bildirir ki, anası 1976-cı ildə 55 yaşında korbağarsağından əməliyyat edilərkən dünyasını dəyişib. Sofiya Temurbay qızı Sultanova 1966-cı ildə Daşkənd Dövlət Universitetının Biologiya Fakültəsini bitirir və orada Muxambet Sultanovla ailə qurur. Bu evlilikdən bir oğulları və bir qızları olur. Oğlanları hazırda Rusiyada, qızları isə onunla bilikdə Daşkənddə yaşayır.



Qohumlarının verdiyi bilgiyə görə Aliyə Moskvada bir yəhudiyə ərə gedir, ondan Maşa adlı bir qızı da olur. Bu ailə sonralar İsrailə köçür. “Kazaxstanskaya pravda” qəzeti 2013-cü il iyulin 13-də, 232-ci (27506) sayında dərc olunmuş bir məqalədə Sandjar Asfandiyarovun nəvəsinin vətənə dönmək istəyindən söz açılır.

Sovetlər dağıldıqdan və Qazaxıstan azadlığına qovuş­duq­dan sonra Sandjar Asfandiyarov adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.Qazaxıstan SSR nazirlər Sovetinin 11 fevral 1989-cu il qərarıyla Sandjar Asfandiyarovun vaxtilə dərs dediyi və rektor işlədiyi Tibbi İnstitutuna onun adı verilir, 1928-1937-ci illərdə yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulur, Almatada bir küçə onun adı ilə adlandırılır.

 

(TRT “Türkiyənin səsi” və Azərbaycan İctimai Radiosunun birgə hazırladığı, hər gün Bakı vaxtı ilə saat 12.00-13.00 arasında efirə gedən “Qorqud Ata” proqramında “Türk dünyasının məşhurları” rubrikası ilə 2013-ci il yanvarın 18-də efirdə səsləndirilmiş verlişin mətni (www.trtazerbaycan.com)


Yüklə 9,67 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin