Əhməd Ələkbər oğlu Quliyev – Lənkəran Dövlət Universitetinin baş müəllimi



Yüklə 17,6 Kb.
tarix18.05.2023
ölçüsü17,6 Kb.
#116014
növüQaydalar
referat 3925


Əhməd Ələkbər oğlu Quliyev – Lənkəran Dövlət Universitetinin baş müəllimi
2. Ölkə əhalisinin Fövqəladə hallarda mühafizəsinin əsas prinsip və üsulları
Fövqəladə hallarda mühafizəni təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir. Tədbirlərin konkret məzmunu əməyin təhlükəsizliyi, mülki müdafiə üzrə tələblər, yanğın və radiasiya təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri ilə müəyyən edilir.
Bu vəzifələrin yerinə yetirilməsində Respublikanın bütün dövlət, təsərrüfat, hərbi orqanları və ictimai təşkilatları, eləcə də hər bir vətəndaşı fəal iştirak etməlidir. Bunun üçün respublikanın bütün əhalisi əvvəlcədən, müntəzəm və hərtərəfli surətdə mühafizə tədbirlərinə hazırlaşmalıdır. Bu sahədə göstərilən fəaliyyət məqsədyönlü olmalı, hamı üçün məcburi sayılan prinsiplərə əsaslanmalıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 28 dekabr tarixli 700 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri” məhz bu məqsədə qulluq edir .
Fövqəladə hallarda əhalinin mühafizəsinin əsas prinsipləri bunlardır:
1) Mühafizə Azərbaycan Respublikasının bütün ərazisində ərazi-istehsalat prinsipi üzrə təşkil edilir. Bu o deməkdir ki, əhalinin mühafizəsi respublikanın bütün ərazisində, Naxçıvan Muxtar Vilayətində, digər şəhər, rayon, qəsəbə və kəndlərdə müvafiq İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Regional Şöbələrinin xətti ilə istehsal və qeyri-istehsal obyektlərində onların rəhbərlərinin təşkilatçılığı ilə həyata keçirilir;
2) Mühafizə tədbirlərinin qabaqcadan planlaşdırılması, iqtisadi və sosial inkişaf layihələrində nəzərdə tutulması və yerinə yetirilməsi;
3) Mühafizə tədbirlərinin diferensial (fərqli) surətdə aparılması; bu o deməkdir ki, görüləcək tədbirlərin xarakteri və həcmi şəhərlərin və təsərrüfat obyektlərinin siyasi, iqtisadi və hərbi əhəmiyyətindən, həmçinin yerli şəraitdən asılı olaraq müəyyən edilməlidir.
4) Mühafizə tədbirlərinin kompleks halında yerinə yetirilməsi; adətən, fövqəladə halların nəticələrindən yalnız bir üsulla qorunmaq mümkün olmur, eyni zamanda müxtəlif üsul və vasitələrdən əlaqəli surətdə istifadə etmək lazım gəlir və bu da mühafizənin etibarlılığını təmin edir.
5) Mülki müdafiə tədbirlərində respublikanın bütün vətəndaşlarının iştirakının təmin edilməsi; bu prinsip hər bir adamdan öz təhlükəsizliyi üçün şəxsi məsuliyyət daşımağı, mülki müdafiə siqnallarını bilməyi və bu siqnallar üzrə düzgün fəaliyyət göstərməyi, kollektiv və fərdi mühafizə vasitələrindən istifadəni bacarmağı, habelə fövqəladə hallarda davranış və fəaliyyət qaydalarına riayət olunmasını tələb edir. Bütün bunlara isə mülki müdafiə biliklərini əhaliyə müntəzəm və fasiləsiz öyrətməklə nail olmaq mümkündür.
Sülh dövründə əhalinin fövqəladə hadisələrdən mühafizəsi üçün vacib əhəmiyyətli tədbirlərə daxildir :
1) Etibarlı xəbərdarlıq sisteminin yaradılması;
2) Mühafizə qurğuları ehtiyatlarının yaradılması;
3) Kombinasiya üsulu ilə köçürmə tədbirlərinin planlaşdırılması, köçürülən əhalinin qəbulu və yerləşdirilməsi üçün şəhərdənkənar zonaların hazırlanması;
4) Əhalinin fərdi mühafizə vasitələri ilə təchiz edilməsi;
5) Mühafizə üsullarının əhaliyə ümumi və icbari qaydada öyrədilməsi;
6) Ərzaq məhsullarının və suyun radioaktiv, kimyəvi, bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi;
7) Radiasiya, kimyəvi və bakterioloji müşahidələrin, kəşfiyyat və laboratoriya nəzarətinin təşkili;
8) Rejimli və sanitariya-gigeyena tədbirlərinin, radiasiya əleyhinə tədbirlərin həyata keçirilməsi.
Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsullarına daxildir:

  1. Mühafizə qurğularında daldalanmaq;

  2. Fərdi mühafizə vasitələrindən istifadə etmək;

  3. Təhlükəli zonalardan köçmək.

15.10.2014
Yüklə 17,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin