A zərbaycan Dövlət İqtisad Universiteti Layihə işi unec biznes Məktəbi Fənn: Kiber Hüquq Müəllim



Yüklə 99,01 Kb.
səhifə1/8
tarix07.01.2024
ölçüsü99,01 Kb.
#202894
  1   2   3   4   5   6   7   8
Kiber Hüquq


A zərbaycan Dövlət İqtisad Universiteti

Layihə işi


UNEC Biznes Məktəbi

Fənn: Kiber Hüquq
Müəllim: Əliyev Əkbər
Mövzu: Kommersiya sirrlərinin kiberməkanda mühafizəsinin təmin edilməsi hüquqi praktika və mümkün risklər.
Magistrantlar: Qasımov Səbinə
Qəhrəmanov Qəhrəman
Zeynallı Lalə
Həşimli Kərim
Kurs: II kurs
Qrup: A22.22
Qış semestri (2023)

Bakı 2023



Plan

Giriş..........................................................................................................................3



1.Kiberməkanda təhlükəsizliyin əsasları və prinsipləri.......................................4
2.Kiberməkanda kommersiya sirrlərinin hüquqi mühafizəsinin təmin edilməsi...................................................................................................................11
3.Kibermünaqişədə effektivliyin əldə edilməsi şərtləri.......................................15

Nəticə və təkliflər.....................................................................................................20


Ədəbiyyat siyahısı...................................................................................................21


Giriş.
Son illər informasiya kommuniksiya texnologiyaları (İKT) elə sürətlə inkişaf edir ki, onun sonrakı fəsadları cəmiyyət tərəfindən gec müəyyən edilir və situasiyanın qaydaya salınmasına yetərincə vəsait, zaman və bilik sərf etmək lazım gəlir. İnternet genişlənir, yəni, şəbəkəyə daha çox serverlər qoşulur, informasiya çoxalır, istifadəçilərin sayı artır. Kompüter şəbəkələrinin genişlənməsi kibermünaqişələrdə şəbəkə texnologiyalarının imkanlarından daha geniş istifadə etməyə, şəbəkə istifadəçilərin fəaliyyətlərində koordinasiyanın, əhatəliliyin və mürəkkəbliyin artmasına şərait yaradır. Bu isə kibermünaqişələrin çoxalmasına, onların daha təcrübəli və müasir İKT vasitələri ilə təmin olunmuş istifadəçilər tərəfindən aparılmasına səbəb olur.
Kiberməkanda fəaliyyət göstərən gizli sosial şəbəkələrin həyata keçirdikləri mütəşəkkil cinayətkarlıq dövlət və cəmiyyətə qarşı, ilk növbədə isə ölkə iqtisadiyyatına dağıdıcı təsir gücünə malikdir. Bu gün kiberməkanda “qaranlıq veblər” (dark webs), “gizli iqtisadiyyat” (underground economy), gizli şəbəkə (covert network) kimi yeni problemlər yaranmışdır. Gizli şəbəkələr heç bir dövlət tərəfindən nəzarət olunmayan şəbəkələrdir və insan alveri, kibercinayətkarlığın və terrorizmin yayılmasında əsas əlaqələndirici vasitədir. Eyni zamanda kibermünaqişələrdə bu şəbəkələrdən geniş istifadə olunmaqdadır.
Müasir İKT-nin müxtəlif sahələrə tətbiqi kiberməkanda yeni növ fəaliyyətlərin – şəbəkə müharibəsinin, kiberhücumun, kibercinayətkarlığın, kibermünaqişələrin, kiberterrorizmin və buna bənzər bir sıra xoşagəlməz hadisələrin yaranmasına səbəb olmuşdur. Yuxarıda sadalanan informasiya əməliyyatları yüksək dərəcədə təsiretmə və çox az ehtimalla aşkar olunma qabiliyyətinə malik olduqlarından, bu gün kiberməkanda milli informasiya təhlükəsizliyinin təmini məsələsi çox aktualdır.

Yüklə 99,01 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin