EcoVision


Qarsda Heydər əliyev adına anadolu



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə16/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   12   13   14   15   16   17   18   19   ...   95
Qarsda Heydər əliyev adına anadolu 

texniki-peşə liseyi istifadəyə verilib

Azərbaycan  Respublikasının  Prezidenti  İlham 

Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tay-

yib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqve-

laşvili açılış mərasimində iştirak ediblər.

Türkiyənin  Milli  təhsil  naziri  Nəbi  Avcı  çıxışında 

bu məktəbin istifadəyə verilməsini dövlətlərimiz ara-

sında  qardaşlıq  və  dostluq  münasibətlərinin  gözəl 

nümunəsi adlandıraraq deyib: “Bu məktəb ölkələrimiz 

və  xalqlarımız  arasındakı  sarsılmaz  əlaqələrin  güc-

lü  nişanəsidir”.  Nəbi  Avcı  məktəbin  qurulmasın-

dakı  xidmətlərinə  görə  azərbaycanlı  qardaşlarına 

minnətdarlığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında qar-

daş Türkiyədə yenidən olmağından, qədim türk tor-

pağı Qarsa gəlməkdən qürur duyduğunu deyib. Ulu 

öndər Heydər Əliyevin adının bu məktəbə verilməsinə, 

həmçinin  Qarsda  ümummilli  liderin  xatirəsinin  əziz 

tutulmasına  görə  minnətdarlığını  bildirib.  Heydər 

Əliyevin Türkiyə–Azərbaycan əlaqələrinin inkişafında 

müstəsna rol oynadığını deyən Prezident İlham Əliyev 

ulu öndərin “Bir millət, iki dövlət” kəlamının bu gün 

dövlət  başçılarının  timsalında  daha  da  gücləndiyini 

diqqətə  çatdırıb.  Bu  gün  Türkiyənin  dünyada  güc 

mərkəzinə  çevrildiyini  deyən  dövlətimizin  başçı-

sı  ölkələrimiz  arasında  bütün  sahələrdə  əlaqələrin 

sürətlə  inkişaf  etdiyini  vurğulayıb,  təhsil  sektorunda 

da əməkdaşlığın gücləndiyini deyib.

Türkiyə  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğan  liseyin 

açılışı münasibətilə təbriklərini çatdırıb, yüksək stan-

dartlara  uyğun  inşa  edilən  bu  məktəbin  tikintisində 

əməyi  olan  hər  kəsə,  xüsusilə  də  Prezident  İlham 

Əliyevə  təşəkkürünü  bildirib.  “Heydər  Əliyevin  adını 

ölkəmizin hər yerində yaşatmağa çalışacağıq”,– deyən 

Türkiyə  dövlətinin  başçısı  bütün  bunların  xalqları-

mız və ölkələrimiz arasındakı dostluq və qardaşlığın 

nümunəsi olduğunu vurğulayıb.

Minillik mədəniyyətlərin qovuşduğu məkan kimi 

Qarsın türk tarixində böyük əhəmiyyətinin olduğu-

nu deyən Rəcəb Tayyib Ərdoğan vətən, fədakarlıq, 

qalibiyyət kimi ümummilli məfhumların Qarsın tim-



15

salında daha dolğun əks olunduğunu diqqətə çatdı-

rıb.  Çıxışlardan sonra Azərbaycan Prezidenti İlham 

Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və 

Gürcüstan  Prezidenti  Giorgi  Marqvelaşvili  liseyin 

rəmzi  açılışını  bildirən  lenti  kəsiblər.  Azərbaycan, 

Türkiyə və Gürcüstan prezidentləri liseyin həyətində 

ağac əkiblər.




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin