EcoVision


naxçıvan Muxtar respublikası ali Məclisinin



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə24/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   20   21   22   23   24   25   26   27   ...   95
naxçıvan Muxtar respublikası ali Məclisinin 

Sədri türkiyə Silahlı Qüvvələrinin nümayəndə 

heyəti ilə görüşüb

Aprelin  23-də  Naxçıvan  Muxtar  Respublikası  Ali 

Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Si-

lahlı  Qüvvələrinin  Tibb  Xidməti  rəisi,  Gülhanə  Hərbi 

Tibb  Akademiyasının  rəisi  general-polkovnik  Ömər 

Paç və onu müşayiət edən nümayəndə heyəti ilə gö-

rüşüb.

Ötən  dövrdə  hərbi  sahədə  uğurlu  əməkdaşlığın 



qurulduğunu  diqqətə  çatdıran  Ali  Məclisin  Sədri 

qarşılıqlı  səfərlərin  bu  baxımdan  əhəmiyyətini  qeyd 

edib. Naxçıvanda ordu quruculuğu sahəsində həyata 

keçirilən  tədbirlərdən  danışan  Ali  Məclisin  Sədri 

Türkiyə Silahlı Qüvvələrinin bu sahədəki xidmətlərini 

diqqətə çatdırıb, xüsusilə hərbi tibbi xidmətin təşkili 

sahəsində  bundan  sonra  da  əməkdaşlığın  davam 

etdirilməsinin vacibliyini vurğulayıb.

Səmimi  qəbula  görə  minnətdarlıq  edən  Türkiyə 

Respublikası  Silahlı  Qüvvələrinin  Tibb  Xidməti 

rəisi,  Gülhanə  Hərbi  Tibb  Akademiyasının  rəisi  ge-

neral-polkovnik  Ömər  Paç  Naxçıvanda  olmaqdan 

məmnunluğunu bildirib. Ömər Paç Naxçıvan Muxtar 

Respublikasında ordu quruculuğu sahəsində görülən 

işləri  yüksək  dəyərləndirib,  Naxçıvan  səfərinin 

əməkdaşlıq üçün yeni imkanlar açacağına əminliyini 

ifadə  edib.  Söhbət  zamanı  Azərbaycanın  Naxçıvan 

Muxtar  Respublikası  ilə  Türkiyə  arasında  hərbi  tib-

bi əməkdaşlıq sahəsində bundan sonra da qarşılıqlı 

səylərin göstəriləcəyi qeyd olunub.




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin