EcoVision


türkiyə və azərbaycan arasındakı sosial sahəyə



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə23/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   19   20   21   22   23   24   25   26   ...   95
türkiyə və azərbaycan arasındakı sosial sahəyə 

aid Birgə daimi Komissiyanın 8-ci iclası keçirilib

Ankara  şəhərində  Türkiyənin  Əmək  və  Sosial 

Müdafiə Nazirliyi ilə Azərbaycanın Əmək və Əhalinin 

Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) arasında əmək və 

sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Dai-

mi Komissiyanın 8-ci iclası keçirilib. 

İclas  çərçivəsində  S.Müslümov  və  Türkiyənin 

Əmək və əhalinin sosial müdafiəsi naziri Faruk Çelik 

arasında  görüş  olub.  Görüşdə  Azərbaycanın  Türkiyə 

və  Makedoniyadakı  fövqəladə  və  səlahiyyətli  səfiri 

Faiq Bağırov, Türkiyənin Əmək və sosial müdafiə nazi-

rinin müşaviri Ahmet Erdem də iştirak ediblər. F.Çelik 

Türkiyə  və  Azərbaycan  arasında  həm  ikitərəfli,  həm 

də  beynəlxalq  təşkilatlar  çərçivəsində  əməkdaşlığın 

yüksək  səviyyədə  olduğunu  vurğulayıb.  Nazir  əmək 

və sosial müdafiə sahəsində də əməkdaşlığın uğurla 

həyata  keçirildiyini,  əvvəllər  imzalanmış  sənədlərdə 

nəzərdə tutulan istiqamətlər üzrə konkret işlərin apa-

rıldığını, müsbət əməkdaşlıq təcrübəsinin əldə olun-

duğunu  bildirib.  O,  qarşıdakı  dövrdə  əməkdaşlığın 

daha da inkişaf etdirilməsinin vacibliyini, bu məqsədlə 

lazımi səyləri göstərəcəklərini qeyd edib.

Hər iki qurumun nümayəndə heyətlərinin iştirakı 

ilə keçən iclasda Birgə Daimi Komissiyanın ötən 7-ci 

iclasının Protokolunda müəyyən edilmiş vəzifələrin ic-

rası istiqamətində görülən işlərin nəticələri nəzərdən 

keçirilib.  İclasda  aparılan  müzakirələrin  yekunu  ola-

raq  F.Çelik  və  S.Müslümov  əmək  münasibətləri, 

məşğulluq,  sosial  müdafiə  sahələrində  əməkdaşlıq 

istiqamətlərini əhatə edən Protokolu imzalayıblar.




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin