EcoVision


türkiyə Prezidenti azərbaycanın



Yüklə 5,5 Mb.
Pdf görüntüsü
səhifə17/95
tarix02.01.2022
ölçüsü5,5 Mb.
#2200
1   ...   13   14   15   16   17   18   19   20   ...   95
türkiyə Prezidenti azərbaycanın 

Baş prokurorunu qəbul edib

Azərbaycan  Respublikasının  Baş  prokuroru  za-

kir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyətinin 

Ankaraya səfəri Türkiyə Cümhuriyyətinin banisi Mus-

tafa  Kamal  Atatürkün  dəfn  olunduğu  məqbərəni  – 

Anıtqəbri ziyarətlə başlayıb. Atatürkün məzarı önünə 

əklil qoyulub, xatirəsi yad olunub. 

Sonra  Türkiyə  Prezidenti  Rəcəb  Tayyib  Ərdoğan 

Baş  prokuror  zakir  Qaralovu  qəbul  edib.  Görüşdə 

Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə ol-

duğu  kimi,  hüquq-mühafizə  orqanları  arasında  da 

əməkdaşlığın  uğurla  inkişaf  etdiyi  bildirilib.  Səfər 

çərçivəsində Türkiyə Ali Məhkəməsinin Baş prokuroru 

Hasan Erbillə də görüş olub. 

Görüşdə  Türkiyə  Baş  Prokurorluğunun  strukturu 

və fəaliyyətini əks etdirən videomaterial nümayiş olu-

nub. Tərəflər qardaş ölkələrimizin prokurorluq orqan-

ları arasındakı əməkdaşlığa dair ətraflı fikir mübadiləsi 

aparıblar. 

Sonra  Azərbaycan  Respublikasının  Baş  Prokuror-

luğu ilə Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğu 

arasında anlaşma memorandumu imzalanıb. Tərəflər 

anlaşma  memorandumunun  imzalanmasını  mühüm 

hadisə kimi qiymətləndirərək, onun qardaş ölkələrin 

prokurorluq  orqanları  arasında  təcrübə  mübadiləsi, 

tədris  və  digər  sahələrdəki  əməkdaşlığın  daha  da 

genişlənməsinə xidmət edəcəyini bildiriblər. 

Azərbaycan  nümayəndə  heyəti  Türkiyə  Ali 

Məhkəməsinin  sədri  İsmail  Rüştü  Cirit  ilə  də  görü-

şüb.  zakir  Qaralov  Türkiyə  Ali  Məhkəməsinin  sədri 

vəzifəsinə  yeni  seçilən  Rüştü  Ciritə  Azərbaycan 

Respublikası  Ali  Məhkəməsinin  sədri  Ramiz  Rzaye-

vin  məktubunu  çatdırıb.  İsmail  Rüştü  Cirit  tezliklə 

Azərbaycana səfər edəcəyini bildirib. 

zakir  Qaralov  qeyd  edib  ki,  iki  qardaş  ölkə  ara-

sındakı hərtərəfli əməkdaşlıq əlaqələri dövlət başçıla-

rı İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi 

altında sürətlə inkişaf edir.




Yüklə 5,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin