Dünyagörüşü və yaradıcılıq Dünyagörüşü


Yaşama və göstərmənin sintezi



Yüklə 44,64 Kb.
səhifə5/12
tarix02.01.2022
ölçüsü44,64 Kb.
#40670
1   2   3   4   5   6   7   8   9   ...   12
3-cü fənn

Yaşama və göstərmənin sintezi

Biosfer tərkibi, strukturu və energetikası canlı orqanizmlərin birgə fəaliyyəti ilə təyin olunan Yer örtüyü. "Həyat sahələrindən biri" olan Biosfer haqqında təsəvvürləri ilk dəfə J.B. Lamark formalaşdırmış və ona diqqət yetirmişdi ki, Yerin üst səth qatlarındakı, praktiki olaraq, bütün mineral maddələr orqanizmlərin həyat fəaliyyətinin məhsuludur.

1875-ci ildə E. Zyuss Yeri bir neçə təbəqəyə ayırmış, onların arasında Yer qabığı (litosfer) və hidrosfer ilə yanaşı, Biosferi hüdudları daxilində həyat mövcud olan təbəqə kimi göstərmişdi. Bir çox xarici alimlər Biosferi məhz yer səthində orqanizmlərin həyat fəaliyyəti sferasında olan nazik təbəqə kimi qəbul edirlər. Biosfer haqqında daha tam təsəvvürləri V.İ. Vernadski işləyib hazırlamışdır. O, əsas ideyaları 1926-cı ildə "Biosfer" kitabında ifadə etmiş və sonra bütün həyatı boyu diqqətini bu terminlə bağlı anlayışların və qanunauyğunluqların təhlilinə yönəltmişdir.

Vernadski və onun davamçılarının fikrincə, Yer səthinin yalnız canlı orqanizmlərin fəal inkişaf etdiyi sahələri deyil, həmçinin Yerin canlılar toplusunun həyat fəaliyyətinin izləri aşkar olunan digər təbəqələri də Biosferin tərkibinə daxil edilməlidir. Beləliklə, Biosfer atmosferin ozon qatına qədər (20–25 km) olan bir hissəsini, litosferin bir hissəsini (xüsusən aşınma gedən qabığı) və bütün hidrosferi əhatə edir. Onun aşağı sərhədi orta hesabla quruda 2–3 km və okeanın dibində 1–2 km dərinə düşür.

Biosfer haqqında təlimdə mərkəzi yeri V.İ. Vernadskinin bütün canlı orqanizmlər (heyvanlar, bitkilər, mikroorqanizmlər) toplusu kimi başa düşdüyü və onların elementar kimyəvi tərkibi, kütləsi və enerjisinin miqdarca ifadə edildiyi "canlı maddə" anlayışı tutur.

Enerjini toplayan və saxlayan canlı maddənin müntəzəm yenidən yaradılması Biosferin daha vacib funksiyasıdır. Hamısı birlikdə götürülən canlı orqanizmlər Biosferin təxminən 2,5 mlrd. illik tarixində Günəş enerjisini toplayıb Yerin kimyəvi enerjisinə transformasiya etməsi (yer qabığındakı maddələrin yenidən paylanması və yeni kimyəvi birləşmələrin yaranması üçün çox böyük iş görən sərbəst enerji) kosmik miqyaslı planetar hadisədir.

Biosfer yer qabığının geol. tarix ərzində həyat təkamülünün bütün mərhələlərində canlı maddənin təsirinə məruz qalmış sahələrini əhatə edir. Onlarda canlı maddə və yaranmasında canlı orqanizmlər iştirak etməyən mineral maddələrlə ("hərəkətsiz maddə") yanaşı, mütləq biogen və biokos maddələr iştirak edir. Biogenlərə canlı orqanizmlər tərəfindən yaranmış və yenidən emal olunmuş, məs., əhəngdaşı, kömür, neft, atmosfer oksigeni aiddir. Biosferin biokos komponentləri həm orqanizmlərin, həm də abiotik amillərin iştirakı ilə yaranır.





  1. Yüklə 44,64 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin