Dünyagörüşü və yaradıcılıq Dünyagörüşü



Yüklə 44,64 Kb.
səhifə12/12
tarix02.01.2022
ölçüsü44,64 Kb.
#40670
1   ...   4   5   6   7   8   9   10   11   12
3-cü fənn

2. Diqqət hadisəsi mühüm idrak prosesi olan hafizənin nəinki bir sıra ixtiyari proseslərinin mahiyyətini düzgün başa düşməyə, həm də onları məqsədə uyğun surətdə təşkil etməyə imkan verir.

Fəaliyyətin məqsədindən asılı olaraq, eləcə də diqqətin ixtiyarı şəkildə tənzim edilmə səviyyəsindən asılı olaraq bu psixi hadısənin 3 növünü fərqləndirmək olar:

1. Qeyri-ixtiyarı diqqət

2. İxtiyari diqqət

3.İxtiyari diqqətdən sonrakı diqqət

Qabaqcadan qarşıya qoyulmuş məqsədlə, heç bir xüsusi niyyətlə bağlı olmayan və iradi cəhd etməyən diqqətə qeyri-ixtiyari diqqət deyilir. Qeyri-ixtiyari diqqət zamanı insandan xüsusi səy tələb olunmur. Qeyd etmək lazımdır ki, hər bir hadısə və ya qıcıqlandırıcı qeyri-ixtiyarı diqqət yaratmır, bunun üçün qıcıqlandırıcının bəzi xüsusiyyətləri olmalıdır:

1. Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri

2. Qıcıqlandırıcının yeniliyi və qeyri-adiliyi

3. Obyektin hərəkətdə olması

İxtiyarı diqqətin yaranması insanın xüsusi niyyəti və məqsədi ilə bağlıdır. Qarşıya qoyulmuş şüurlu məqsədlə bağlı əmələ gəlib və müəyyən iradi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir.

İxtiyari diqqətin əmələ gəlməsi üçün bir sıra şərtlər vardır:

1. Fəaliyyətin yüksək səviyyədə yerinə yetirilməsi üçün borc və məsuliyyəti aydın dərk etmək

2.İcra edilən işin və ya fəaliyyətin məqsədini tam dərk etmək

3. Adəti iş şəraitinin olması 

4. Əlavə maraqların yaranması

Diqqət onunla xarakterizə olunur ki, o nə dərəcədə bu və ya digər obyekt üzərində mərkəzləşə bilir. Diqqətin nə qədər obyekti əhatə edə bilməsi, bir obyektdən digərinə nə dərəcədə asanlıqla, ya da çətinliklə keçə bilməsi və s bu kimi cəhətlər isə diqqətin xüsusiyyətləri ilə bağlıdır.




Yüklə 44,64 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin