"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/188
tarix28.02.2023
ölçüsü0,92 Mb.
#85979
1   2   3   4   5   6   7   8   9   10   ...   188
10-2 - FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI (hissə 1)

BAĞBAN
İşin xüsusiyyəti.
3-cü dərəcə
Müəssisə və təşkilatların yaşıllaşdırılacaq sahələrində rəsm və eskizlər üzrə qazonların, klumb və sahələrin bədii tərtibatı. Əkiləcək
materialların hazırlanması. Xalçaya oxşar qazonların, çiçəkliklərin forma ilə kəsilməsi, ağac çətirlərinin və kolluqların biçilməsi. Ağacların soyuqdan
qorunması, əhəng məhlulunun çəkilməsi, calaqların və ağacların qopmuş yerlərinin bağ palçığı ilə malalanması. Toxum və şitil yığılması və növlərə
ayrılması. Oranjereya və parnik təsərrüfatının təşkili və aparılması. Parnik və oranjereyanın havasının dəyişdirilməsi, qızdırılması, səpin və bitkinin
üstünün örtülməsi. Yeşiklərin, dibçəklərin, rəflərin hazırlanması və onlara toxum əkilməsi. Cərgələrin qurulması, düzəldilməsi və boşaldılması.
Bilməlidir: aqrotexnikanın və botanikanın əsaslarını, bitkilərə aqrotexniki qulluq qaydalarını, ağac və kolların budama üsullarını, torpağın
becərilmə qaydasını və bitkiləri əkmək üçün hazırlıq işinin yerinə yetirilməsini, parnik, oranjereyanın və istilikxanaların istilik rejimini, bitkilərin
xəstəliyi ilə mübarizə üsulları və onların qarşısını almaq tədbirlərini.
2. 
BİLET SATICISI
İşin xüsusiyyəti.
3-cü dərəcə
Müxtəlif nəqliyyat (hava, dəniz, çay, dəmir yolu, avtomobil, şəhər elektrik nəqliyyatı və s.) üçün biletlərin, abunə biletlərinin, minik
talonlarının, jetonların, başqa sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi və satılması, teatrlara, kinoteatrlara, sirkə, klublara, parklara,
stadiona və başqa tamaşa yerlərinə əl ilə və bilet çap edən maşın və avtomatlardan, satışın avtomatlaşdırılmış sisteminin terminal aparatlarından
istifadə etməklə biletlərin satılması və yerlərin qabaqcadan saxlanılması. Kassada satılmış biletlər, abunə biletləri və minik talonları barədə və başqa
sərnişin və daşınma sənədlərinin qalığı haqqında məlumat verilməsi. Bilet çap edən, bilet satan və pul xırdalayan avtomatlara xidmət və
sərnişinlərin bilet çap edən avtomatlardan istifadə etməsi üçün pulun xırdalanması. Biletlərin (abunə biletlərinin) qabaqcadan sifariş ilə satışının;
başqa sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi. Pul vəsaitlərinin, sənəd blanklarının və başqa maddi sərvətlərin alınması, mühafizəsi və
təhvilinin müvafiq qayda ilə aparılması. Vətəndaşlar səfərdən, uçuşdan və s. imtina etdiyi hallarda biletlərin geri alınması və bilet pulunun onlara
qaytarılması.
Bilməlidir: sərnişin və baqajların müvafiq nəqliyyat növü ilə daşınması qaydasını, təyin edilmiş ödəmə və yığımların və tariflərin tətbiq
edilməsi, nəqliyyatın bir növündən başqasına keçdikdə səfər haqqının təzədən hesablanması qaydasını, səfər sənədlərinin formasını, biletlərin
güzəştlə satılması qaydasını; vaqonda, gəmidə, avtobusda tamaşa zallarında və s. oturacaq yerlərin sxemini, nəqliyyat qovşaqlarının uyğun
sxemlərini; nəqliyyat hərəkət cədvəlini və onun hərəkətinin əsas marşrutlarını, pul vəsaitlərinin, sənəd blanklarının və başqa maddi sərvətlərin
alınması, mühafizəsi və təhvil verilməsinə aid təlimatları.
3. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin