"Dövlət qeydiyyatına alınmışdır" Azərbaycan Respublikasının


AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN TEXNİKİ VƏZİYYƏTİNƏ NƏZARƏTÇİ



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə4/188
tarix28.02.2023
ölçüsü0,92 Mb.
#85979
1   2   3   4   5   6   7   8   9   ...   188
10-2 - FƏHLƏ PEŞƏLƏRİ VƏ İŞLƏRİN VAHİD TARİF-İXTİSAS SORĞU KİTABÇASI (hissə 1)

AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN TEXNİKİ VƏZİYYƏTİNƏ NƏZARƏTÇİ
İşin xüsusiyyəti.
4-cü dərəcə
Avtomobillərin, qoşquların, motosikletlərin, motonartın, aeroxizəyin, traktor bazasında quraşdırılmış mexanizmlərin, xətdən dayanacaqlara
qayıdan, eləcə də təmirdən və texniki xidmətdən sonra yol maşınlarının texniki vəziyyətinə nəzarət və yoxlama.
Müvafiq qeydə alınmaqla avtonəqliyyat vasitələri zədələndikdə texniki və normativ sənədlərin, təmir və ya nasazlıqların düzəldilməsi üçün
sifarişlərin rəsmiləşdirilməsi.
Texniki tələblərdə nəzərdə tutulmuş bütün işləri görməklə təmirdən və son quraşdırmadan sonra avtonəqliyyat vasitələrinin qovşaq və
aqreqatlarının qəbulu və nəzarəti.


Bilməlidir: avtomobillərin, qoşquların, motosikletlərin, motorollerlərin, motonartın, aeroxizəklərin, traktor bazasında quraşdırılmış
mexanizmlərin və yol maşınlarının quruluşunu; xətdən qayıdan və onların aqreqat və qovşaqlarının təmirini apardıqdan sonra bu nəqliyyat
vasitələrinin qəbuluna qoyulan texniki tələbləri və qaydanı; nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinə, aqreqatlarının və qovşaqların
təmirinə gələn reklamasiya sənədlərinin tərtib olunmasını.
5-ci dərəcə: avtomobillərin texniki vəziyyətinin yoxlanılması işini yerinə yetirdikdə.
7. 
AYAQQABI TƏMİZLƏYƏN
 
İşin xüsusiyyəti.
1-ci dərəcə
Müştərinin iştirakı ilə ayaqqabının təmizlənməsi, ayaqqabıya içlik qoyulması, ayaqqabının çirkdən təmizlənməsi, ayaqqabıların üzərinə
bərabər qalınlıqda xüsusi şotka ilə krem çəkilməsi, çəkmələrin üzünü yumşaq şotka və məxmər ilə parıldayana qədər silinməsi. Ustadan
ayaqqabıların təmiri üçün furnitur və ona qulluq etmək üçün başqa əşyaların alınması və müştərilərə satılması. Görülən işlər üçün pulun alınıb
müəssisənin kassirinə təhvil verilməsi, köşkün yığışdırılması.
Bilməlidir: ayaqqabının təmizlənmə üsul və qaydalarını, xırda təmir növlərini, ayaqqabı çeşidlərini, işin qiymətlərini, sanitariya və gigiyena
qaydasını, furnitur və ayaqqabının xırda təmiri üçün əşyaların çeşidini.
2-ci dərəcə: ayaqqabının xırda təmir işlərini yerinə yetirdikdə.
8. 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin