«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə40/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   36   37   38   39   40   41   42   43   ...   149
«Doqquz Bitik» s-ras-

Vəng adlı toponimlər Ġsmayıllı, Kəlbəcər və Vank, Vanklu Qarabağ bölgələrində vardır. 
Bu sözdəki -g/-k samiti cəmlik bildirən -q samiti də ola bilər. Belə ki, digər türk dillə-
rindən fərqli olaraq, azər və Kıprıs türkcəsində I Ģəxsin cəmində (bizik, aldıq) və ono-
mastikada  olan  həmin  -q  samiti  vaxtilə  Balkandan  Van  hövzəsinə  gələn  hay-erməni 
dilinə də keçmiĢdir. Bu, haydilli qaynaqlarda yer və boy adlarında əks olunur: Quqark 
«gögərlər», Kaspk «kaspilər», Kanqark «kəngərlər» və s.    
19
 M. Qıpçaq (Novruzov) Ordubad adında abad sözünü görən alimlərə etiraz edib, düzgün 
olaraq, adın ordu+bad sözləri ilə yarandığını və fars dilinə keçən bad sözünün yenidən 
abad formasında bumeranq kimi geri qayıtdığını yazır (Новрузов, 1987, 180-182). 
20
 ТУ, 167. 


 
73 
Boy
 
(bod)
 
sözünün
 
ĢəkilçiləĢmiĢ
 
bu
 
variantı  Qırğız  elində
 
qırxoğul 
boylarından biri olan uzunbut  etnonimi (uzun-but), Azərbaycanda Soltan-
bud  (soltan-bud),  Ağcabədi  (ağca-budu)  toponimləri  əks  etdirir.  Qədim 
Azərbaycan ərazisində asur qaynaqları Sanqibut, Karsibut, Saqbut, Qızıl-
bud  bölgələrinin  adını  qeyd  etmiĢdir.  Bu bölgələr  «zəngi  yurdu»,  «karsi 
yurdu», «saqa yurdu», «qızıl yurdu» olduğu üçün həmin but sözü ilə veril-
miĢdir.
21
 Hətta, asur yazısı Bit-Sanqi və Bit-Sanqibut formalarını da qeyd 
etmiĢdir, yəni Sanqi-but türk dili modeli, Bit-Sanqi isə asur dili modelidir.  
Beləliklə,  bat  formantından  fərqli  olaraq,  but  boyadına  qoĢulur  və 
sumer yazısındakı E, asur dilindəki bit sözlərinin vəzifəsini daĢıyır. Asur 
yazılarında Bit-Baru, Bit-BurutaĢ, Bit-Aqusi, Bit-Kapan toponimləri baru, 
burutaĢ, aqusi etnonimlərini ortaya çıxardır ki, bunlar da qədim bor/börü, 
börüdaĢ,  oquz,  qapan  türk  boyadlarına  uyğun  gəlir.
22
 Tonyukuk  abidəsi 
«Türksir bodun yerintə bod kalmadı» (Türk-sir xalqı yerində boy qalmadı) 
cümləsi ilə bodun (xalq) və bod (boy) sözlərini aydın əks etdirir. 
Ön Asiya izoqlosları içində -ba/-ma,
 
-be/-me/-pe,
 
-bi/-pi,
 
-bu/-mu al-
lomorfları ilə görünən -bi Ģəkilçisi də diqqəti çəkir. Belə ki, bu Ģəkilçini 
əks etdirən qədim toponimlər əsasən Azərbaycan ərazisinə düĢür:
23
 Belə 
adlar  sırasında  azər  xalqının  tarixində  aparıcı  yer  tutan  kaspi  və  azərbi 
                                                 
21
 Bu adlardakı but  sözünü  izah  etmək  üçün  bəzi  alimlər qədim  Qızılbud/Qızılbund 
adını Culfa bölgəsindəki Soltanbud dağı və Beyləqan ərazisindəki Sultanbud təpəsi ilə 
müqayisə edib, bunda/buda sözcüyünün «dağ» anlamı daĢıdığını güman edir və qədim 
Qızılbud adını «qırmızı dağ» kimi verirlər (AT, 1996, 42); Bu yanlıĢ izah baĢqa bir tarix 
kitabında da vardır. Burada Qızılbuda «qırmızı təpə»,
 
Sanqibuta
 
isə «üç
 
ayaqlı
 
dağ qolu» 
anlamı verilmiĢdir
 
(AT,
 
1994,
 
100-101); Əlbəttə,
 
təmiz
 
türkcə olan sanqibut (zəngi boyu) 
ilə qızılbud (qızıl boyu) adlarında but sözcüyünün düzgün anlaĢılmaması bu  yanlıĢ  yo-
zumları ortaya çıxarmıĢdır. Qızılbud hər hansı bir «qırmızı» dağın deyil, qızıl boyları ya-
Ģayan böyük bir bölgənin adıdır, buradan axan çaya da Qızıl-üzən demiĢlər. Ġ. M. Dyako-
nov  da  bu  bölgə  adının  qədim  qaynaqda  qeyd  olunmuĢ  Qizinkissi  formasının  Qızılbud 
ilə eyni ola bilməsini ehtimal etmiĢdir
 
(Дьяконов,
 
1956, 202). Məsələyə alim fəhmi ilə 
düzgün yanaĢan tarixçi
 
əgər türk etnonimlərinə
 
qoĢulan but
 

 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin