Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ


DİGƏR IMAMLARIN ŞİƏLƏR HAQQINDA FİKİRLƏRİ



Yüklə 0,94 Mb.
səhifə11/44
tarix28.12.2021
ölçüsü0,94 Mb.
#17072
1   ...   7   8   9   10   11   12   13   14   ...   44
XALİD BİN VƏLİD
Onlar Allahın qılıncı, Islamın cəngavəri, onun müzəffər, mübarək ordularının komandanı Xalid ibn Vəlidə də ləkə yaxmışlar. Qümmi və başqaları qeyd edirlər ki, Xalid Malik ibn Nüveyrənin üzərinə yalnız və yalnız Malikin arvadı ilə evlənməkdən ötrü hücum etmişdir.

Onlar onun haqqında bir uydurma da danışırlar. Qümmi həmin uydurmanı belə nəql edir: "Əbu Bəkrlə Əli arasında ixtilaf düşür, mübahisə edirlər. Əbu Bəkr öz mənzilinə qayıdır və adam göndərib Öməri yanına çağırır. Sonra ondan soruşur: — Bu gün Əlinin bizimlə rəftarını gördünmü? Vallahi, əgər belə davam etsə, o, bizim işlərimizi korlayacaq. Onun haqqında nə fikirdəsən? Ömər deyir: — Fikrim odur ki, onun öldürülməsini əmr etməliyik. Əbu Bəkr deyir: — Onu kim öldürər? Ömər cavab verir: — Xalid ibn Vəlid. Onlar Xalid üçün adam göndərirlər. Xalid onların yanına gəlir. Ona deyirlər ki, biz sənə böyük bir iş tapşırmaq istəyirik. O cavab verir ki, mənə istədiyiniz işi, lap Əli ibn Əbu Talibi öldürməyi də tapşıra bilərsiniz. Onlar deyirlər: — Elə istədiyimiz də budur. Xalid deyir: — Onu nə vaxt öldürüm? Əbu Bəkr deyir: — O, məsciddə olanda namaz vaxtı onun yanında dayan, elə ki mən salam duası oxudum, dur onun boynunu vur. Xalid deyir: — Oldu. Bütün bunları Əsma bint Əmis eşidir. O, Əbu Bəkrin arvadı idi. Əsma öz cariyəsinə deyir ki, Əlinin və Fatimənin mənzilinə get, məndən onlara salam söylə, Əliyə de ki, səni öldürmək üçün sui-qəsd hazırlayırlar, mənim ona nəsihətim budur ki, aradan çıxsın. Cariyə onların mənzilinə gəlir və Əli əleyhissəlama deyir: — Əsma bint Əmis sizin hər ikinizə salam göndərir və deyir ki, adamlar səni öldürmək üçün sui-qəsd hazırlayırlar. Nəsihətim budur ki, aradan çıxasan. Əli əleyhissəlam deyir: — Get ona de ki, Allah onları öz istədiklərinə çatdırmayacaq.

Sonra ayağa qalxıb namaza hazırlaşır, məscidə gəlir və Əbu Bəkrin arxasında dayanıb namaz qılmağa başlayır. Xalid ibn Vəlid də qılıncı öz üstündə onunla yanaşı namaz qılır. Əbu Bəkr təşəhhüd duasını oxumaq üçün oturanda dediyinə peşman olur, fitnədən, Əlinin qəzəbindən və zəhmindən qorxur. Salam duası oxumağa cəsarət etməyib fikirləşməyinə davam edir. Onun yubanmasını görən adamlar elə zənn edirlər ki, o, səhv edib. Sonra Xalidə tərəf dönüb deyir: — Xalid, mənim buyurduğumu etmə, əssəlamü əleyküm və rəhmətühü və bərəkatühü. Əmirəlmöminin əleyhissəlam deyir: — Xalid, o sənə nə buyurub? Xalid deyir: — O mənə sənin boynunu vurmağı buyurmuşdu. Əli: — Sən bunu edərdinmi? — deyə soruşur. Xalid deyir: — Bəli, Allaha and olsun. Əgər deməsəydi ki, buyurduğumu etmə, salam duasından sonra səni öldürəcəkdim. Belə olduqda Əli onu götürüb yerə çırpır. Adamlar onun başına yığışır. Ömər deyir: — Kəbənin ağasına (Allaha) and olsun ki, onu öldürəcək, qoymayın! Adamlar deyirlər: — Ya Əli, sən Allah, səni bu qəbrin sahibinə and veririk, onu burax. Əli də onu buraxır. Onun dediyinə görə, Əli Ömərə tərəf dönür, onun yaxasından yapışıb deyir: — Ey filan-filan olmuş, Rəsulullah səlləllahü əleyhi və alihinin əhdi olmasaydı və bir az əvvəl Allahdan yazı gəlməsəydi, sənə bildirərdim ki, bizdən hansımızın arxası daha zəif, tərəfdarlarının sayı daha azdır... O bunu deyib evinə yollandı”.77


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin