Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə1/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   297
psix


Psixologiya


Psixologiya


Ali pedaqoji məktəblərin bakalavr
pilləsi tələbələri üçün dərslik

Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin

elmi redaktorluğu ilə


B a k ı - 2007


Rəyçilər:Ə.Ə.Əlizadə – psixologiya elmləri doktoru, professor;
G.Tağıyeva – psixologiya elmləri namizədi, dosent;
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun psixologiya və yaş fiziologiyası şöbəsi.

Ali pedaqoji məktəblərin bakalavr pilləsi


tələbələri üçün dərslik

Dərslikdə «Psixologiya» proqramına (2005) müvafiq olaraq psixologiyanın predmeti və metodları, fəaliyyət və ünsiyyət, şəxsiyyət və qrupların psixologiyası, psixi proseslər və hallar, şəxsiyyətin fərdi psixi xassələri, yaş və pedaqoji psixologiyanın predmeti və vəzifələri, məktəbə daxil olanadək, kiçik məktəb yaşı, yeniyetməlik və ilk gənclik yaşı dövrlərində psixi inkişafın əsasları, tərbiyə, təlim, pedaqoji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası, məktəbə psixoloji xidmətin əsasları psixologiya elminin müasir nailiyyətlərinə uyğun şəkildə öz əksini tapmışdır.


Dərslik ali pedaqoji məktəblərin bakalavr pilləsi tələbələri üçün hazırlamışdır. Ondan magistrlər, müəllimlər və valideynlər də istifadə edə bilərlər.

Ön söz


İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, psixolo-


giya elmi ora nüfuz etməsin. Təsadüfi deyildir ki, dünya standartlarına görə müasir mütəxəssislərin psixoloji hazırlığı onun peşə hazırlığının zəruri tərkib hissəsi sayılır. Bu mənada ali pedaqoji məktəblərdə hazırlanan gələcək müəllimlərin dərin psixoloji hazırlığı diqqət mərkəzində dayanır. Məhz buna görə də dərslikdə gələcək müəllimlərin psixoloji hazırlığı üçün zəruri olan məlumatlar psixologiya elminin müasir nailiyyətlərinə uyğun şəkildə öz əksini tapmışdır. Bununla yanaşı olaraq dərslikdə pedaqoji fəaliyyətin müvəffəqiyyətini təmin edən psixoloji biliklərin bütün sahələrinin öz əksini tapmasına diqqət yetirilmişdir.
Dərslik 6 hissə və 26 fəsildən ibarətdir.
Birinci hissə psixologiyanın predmeti və metodlarına, psixika və şüurun inkişafına həsr olunmuşdur. Burada Azərbaycanda psixologiya elminin inkişafına xüsusi yer verilmişdir.
Dərsliyin ikinci hissəsində fəaliyyət və ünsiyyətin psixologiyası, üçüncü hissəsində şəxsiyyət, qruplar və şəxsiyyətlərarası münasibətlər öz əksini tapmışdır.
Psixi proseslərə və hallara həsr olunmuş dördücü hissədə diqqət, duyğular, qavrayış, hafizə, təfəkkür, təxəyyül, hisslər və emosional hallar, iradə haqqında geniş məlumat verilmişdir.
Dərsliyin beşinci hissəsində şəxsiyyətin fərdi-psixi xassələri: temperament, xarakter, qabiliyyətlər haqqında lazımi məlumatlar şərh olunmuşdur.
Dərsliyin altıncı hissəsi müəllim üçün zəruri olan yaş və pedaqoji psixologiyanın əsasları öz əksini tapmışdır. Burada ilk növbədə yaş və pedaqoji psixologiyanın predmeti və vəzifələri haqqında yığcam məlumat verməklə yanaşı məktəbə daxil olan və məktəb yaşı dövründə psixikanın inkişafı, tərbiyə, təlim, pedaqoji fəaliyyət və müəllim şəxsiyyətinin psixologiyası, məktəbə psixoloji xidmətin əsasları barədə zəruri məlumatlar ətraflı şərh olunmuşdur.
Tələbələri fəallaşdırmaq məqsədilə hər fəslin sonunda özünü yoxlamaq üçün sual və tapşırıqlar, referat, məruzə və müstəqil tədqiqat üçün mövzular, Azərbaycan və rus dillərində ədəbiyyat siyahısı verilmişdir.
«Psixologiya» dərsliyi müəlliflər kollektivinin əməyinin məhsuludur. Müəlliflər aşağıdakılardan ibarətdir:
Psixologiya elmləri doktoru, professor S.İ.Seyidov: 5-ci fəsil; psixologiya elmləri doktoru, pro­fessor M.Ə.Həm­zəyev: 1-ci fəsil (1, 2, 5-ci bölmələr), 3, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26-cı fəsillər; psixologiya elmləri namizədi, professor T.Ə.Mustafayev: 8, 9, 12-ci fəsillər; psixologiya elmləri doktoru, R.İ.Əliyev: 1-ci fəsil (3, 4-cü bölmələr), 2, 10-cu fəsillər; psixologiya elmləri namizədi, dosent A.Ə.Quliyev: 15, 16-cı fəsillər; psixologiya elmləri namizədi C.Q.Alıyev: 13, 14-cü fəsillər; baş müəllim M.Y.Məm­mədov: 11-ci fəsil; baş müəllim S.F.Əmiras­la­nova: 4, 6-cı fəsillər; baş müəllim Ş.İ.İslamova: 7-ci fəsil.
Öz faydalı təklifləri, irad və məsləhətləri ilə dərsliyin təkmilləşməsinə kömək edəcək xeyirxah oxuculara müəlliflər qabaqcadan öz minnətdarlıqlarını bildirirlər.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin