Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin


Polixromiya – memarlıq, ornament, heykəltəraşlıq, plakat  üçün səciyyəvidir. •  Harmoniya



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə32/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   36
I brahimov T I Tsviri incsntin nzr

Polixromiya – memarlıq, ornament, heykəltəraşlıq, plakat 
üçün səciyyəvidir.
• 
Harmoniya – təsviri sənətin rəngkarlıq növünə xas rəng-
ton ahəngidir (uyğunluğu).
Ogüst Renuar. (1841- 1919)
“Mulen de la Garlettə ziyafət”, 1876.
Orso Muzeyi, Paris. Fransa.


100
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
• 
Kolorizm – naturaya bənzəmə prinsipinə əsaslanır və 
rəngkarlıqda, nadir hallarda dekorativ-tətbiqi incəsənətdə 
ifadə olunur.
Rənglərin insan psixologiyasına təsiri və ümumi simvolikası. 
Rənglərlə bağlı insanlar müxtəlif fikirdə olsalar da, nəfəs alma, qan 
dövranı, nəbz, əzələ fəaliyyəti rənglərə görə dəyişir. Rənglər insa-
nı fəallaşdıra, sakitləşdirə, həyəcanlandıra, üşüdə və ya isidə, nara-
hatlıq və ya rahatlıq gətirə bilər. İsti rənglər sarı, qırmızı, narıncı, 
qəhvəyidir. Soyuq rənglər yaşıl, mavi, bənövşəyi və bozdur. Soyuq 
rənglər qan dövranının azalmasına, damarların genişlənməsinə 
səbəb olur. İsti rənglər isə əksinə, qan dövranının artmasına, nara-
hatlığın çoxalmasına səbəb olur. Parlaq rənglər aktivlik hissi verir. 
Tutqun rənglər isə istirahət və rahatlıq hissi bəxş edir.
 – neytral rəngdir, lakin bütün rənglərin sintezindən əmələ 
gəlmişdir. Ağ, günəş şüalarını olduğu kimi əks etdirir. Bu ba-
xımdan ağ rəng, şəffaflığı, saflığı, sabitliyi əks etdirir. Onda həm 
işıq parıltısı, həm də buz soyuqluğu var. Toy günü gəlinlərin bu 
rəngdə geyinməsi də bu təmizliyə işarədir. Ağ rəngə üstünlük 
verən insanlar hadisələrin mərkəzində olmaq istəyən, həyatsevər, 
işgüzar insanlar olurlar.
QARA. Qara rəng günəş şüalarını içinə çəkir və çölə hər hansı 
bir rəng buraxmır. Qara, şüuraltı olaraq, başqalarında maraqlı 
və qəribə təəssürat oyatmaq istəyənlərin rəngidir. Belə insanlar 
öz həssaslığını boğmağa çalışır. Cəsur, təşəbbüsə meylli, sağlam 
xarakterli olurlar. Bu rəng tez inciyən insanlar üçün müdafiə ro-
lunda çıxış edir. Qara rəngdən həddən artıq istifadə həyatın in-
karına, xaosa, boşluğa gətirib çıxara bilər. Gördüyümüz hər han-
sı bir işdə diqqətimizin dağılmamasını istəyiriksə, qara rəngdən 
istifadə etməliyik. Kinoteatrlarda baxılan kinoya diqqətin cəlb 
olunması üçün bütün işıqlar söndürülür və ətraf qaranlıq olur. 
Lentlərin yuyulması zamanı lentlərin yanmaması üçün oradakı 
şərait qaranlıq olmalıdır.



Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin