Dərslik mövcud proqram əsasında yazılaraq "Təsviri incəsənətin nəzəriyyəsi"nin



Yüklə 3,29 Kb.
Pdf görüntüsü
səhifə28/36
tarix13.12.2023
ölçüsü3,29 Kb.
#174827
növüDərslik
1   ...   24   25   26   27   28   29   30   31   ...   36
I brahimov T I Tsviri incsntin nzr

 
Əks kölgə
düşən və ya fərdi (öz) kölgənin üzərində yer alan, və 
predmetin yerləşdiyi müstəvinin reflekslərindən təcrid edilən 
hissəsidir. 
İşığın istiqamətinin formanın 
modelləşməsinə təsiri: 
1 – işıq, 
2 – yarımkölgə, 
3 – kölgə,
4 – refleks,
5 – düşən kölgə.
1, 2, 3 – işıqlanan hissə;
4, 5 – qaranlıq hissə
Mikelancelo Merizi da Karavaco. 
(1571-1610).
'Meyvə səbəti ilə cavan oğlan". 1593.
Borgeze qalereyası. Roma. İtaliya.


93
Mövzu 13 
Təsviri incəsənətdə işıq və kölgə
Jorj de La Tur.
“Mariya Magdalina”. 1638-1640
 LACMA muzeyi, Los Angeles ABŞ
Beləliklə, formanı düzgün yaratmaq üçün mütləq işıq fakto-
runun xüsusiyyətlərini müəyyənləşdirmək zəruridir. Burada işıq 
mənbəsini nə təşkil edir, təsvir olunan obyektə nisbətən harada 
yerləşir, şüalar hansı dərəcəli bucaq altında onun üzərinə düşür 
və necə əks olunur, şüalar hansı xüsusiyyətlidir (düz, birbaşa və 
ya yayılmış), kölgə hansı qaydada yaranır kimi məsələlərə fikir 
vermək lazımdır.
Təsviri incəsənət tarixində əsərin işıq-kölgə həlli ayrı-ayrı 
mərhələlərdə fərqli xüsusiyyətləri irəli sürüb. Belə ki, İntibah 
dövründən başlayaraq əsərlərdə “işıqlılıq” artmağa başlayır. Ka-
ravacco, Qrünevald öz əsərlərində güclü yan işıq effektindən 
istifadə ediblər.


94
Təsviri incəsənətin nəzəriyyəsi 
Telman İbrahimov
T
əsviri incəsənətdə rəng ən mühüm ifadə vasitələrdən 
biridir. Onun düzgün istifadəsi ilə əhval-ruhiyyəni kökləmək, ta-
maşaçıya güclü emosional təsir etmək mümkündür ki, bu amilə 
əsasən müxtəlif mədəniyyətlərdə müəyyən rəng simvolikası for-
malaşmışdır. Rənglərin insan psixikasına olan güclü təsiri haq-
qında Höte yazır: 
“...rənglər ruha təsir edir. Onlar bizi sakitləşdirən 
və ya həyəcanlandıran hiss oyatmağa qadirdilər.”
Məhz rənglərin 
qruplaşdırılması prinsipi də onların psixoloji təsiri ilə bağlıdır 
(isti-soyuq, statik, neytral). 
Predmetlərin əks etdirdiyi və ya şüalandırdıqları işığın spektral 
tərkibinə müvafiq formalaşan vizual təsəvvürlər rəng kimi tərif 
edilir. Predmetlərin rəngi yoxdur, biz rəngi ancaq predmetlərin 
üzərinə işıq düşəndə qavrayırıq. Bu halda, rəng üç amilin qarşı-
lıqlı təsirindən formalaşır: işıq mənbəyi, obyekt və müşahidəçi. 
Rəng bizdə müəyyən məkan hissinin yaranmasında da öz fizi-
oloji rolunu oynayır. İsti rənglər predmetləri bizə yaxışlaşdırır, 
soyuq rənglər isə onları uzaqlaşdırır. Mavilik çox olduqca bizi 
predmetdən ayıran hava və ənginliyi daha artıq hiss edirik. Məhz 
bu mənada rəng perspektivinin də olduğu bəlli olur.
Rəngin formalaşması işıq dalğasının uzunluğundan asılı-
dır. Ən uzundalğalı – qırmızı, ən qısadalğalı – bənövşəyidir. 
Rəngin qavranması predmetin işığın şüasını udub-əks etmək 
qabiliyyətindən asılıdır. 
Rəng nəzəriyyəsi onun baza prinsiplərinə əsaslanır. Burada ilk 
növbədə rəngin səciyyəvi xüsusiyyətini qeyd etmək vacibdir.
• 

Yüklə 3,29 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin