Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix07.01.2017
ölçüsü4,67 Mb.
#4525
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   51

 II  
BÖLMƏ 
MƏDƏNİYYƏT TARİXİ 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
105
I FƏSİL 
İBTİDAİ İCMA VƏ QƏDİM DÖVR MƏDƏNİYYƏTİ 
 
2.1.1. İbtidai icma dövrü mədəniyyəti 
 
Arxeoloqlar qədim insanların hazırladıqları müxtəlif alətlər əsasən ibtidai dövrü daş və metal (mis, tunc 
və dəmir) dövrlərinə görə mərhələləşdirirlər. 
Daş dövrü qədim (paleolit), orta (mezolit) və yeni (neolit) daş dövrü kimi mərhələlərə bölünür. Daş 
dövrünün təxmini xronoloji sərhədləri e.ə. 2,5-3 milyon ildən – e.ə. VI min illiyi nəzərdə tutur. Paleolit, öz 
növbəsində üç dövrə: aşağı, orta və yuxarı (və ya son) paleolitə bölünür. Daş dövrü mis və tunc dövrü ilə əvəz 
olunur ki, sonuncu b.e.ə. III-II minillikləri  əhatə edir. Daha sonra (b.e.ə. I minilliyin əvvəli) dəmir dövrü 
başlanır. 
İbtidai insan torpaq və heyvandarlıqla məşğul olmuşdur. Bundan öncə isə, o, minillər  ərzində öz 
dolanışığını üç yolla: yığıcılıq, ovçuluq və balıqçılıqla təmin etmişdir. 
İbtidai cəmiyyətin tarixi amerikalı etnoqraf L.Q.Morqanın «Qədim cəmiyyət» adlı tədqiqatında öz əksini 
tapmışdır. Aparılan tədqiqatlar bir daha sübut edir ki, insan təkcə  təbiətin tərkib hissəsi olmamış, o həm də 
incəsənət vasitəsilə özünü formalaşdırmış  və kamilləşdirmişdir. Bunu sübut edən bir çox dəlillər mövcuddur. 
Xüsusilə, dünya arxeologiya elminin mütəxəssisləri bu haqda yetərincə misallar göstərmək iqtidarındadırlar. 
1836-cı ildə  Şaffoda (Vyana departamenti) məşhur arxeoloq Eduard Larte tərəfindən xüsusi rəsmlərlə 
cizgilənmiş lövhəciklərin tapıntısı bu sahədə  ən dəyərli nümunələrdəndir. O, həm də La Madlendə (Fransa) 
mamont təsvirini də tapmışdır. 
Ən erkən mərhələdə incəsənətin səciyyəvi xüsusiyyəti sinkretizmdir (yunanca – synkretimos – birləşmə – 
müxtəlif baxışların əlaqəsi). 
Dünyanın bədii şəkildə dərk edilməsi «homo sapiens»-in (ağıllı insanın) formalaşmasına güclü təkan oldu. 
Arxeoloqların kəşfləri nəticəsində məlum olur ki, incəsənət əsərləri əmək alətlərinin hazırlanmasından çox so-
nra, təqribən milyon ildən sonra yaranmağa başlayıb. 
Paleolit, mezolit və neolit dövrü abidələri ibtidai insanların  əsas diqqətinin, məhz nəyə yönəldiyini 
göstərir. Qaya üzərindəki cizgi və rəsmlər, daş, gil və ağacdan hazırlanmış heykəllər, qablar üzərindəki ovçuluq 
səhnələrinin təsvirləri insanların heyvanlar haqqındakı düşüncələrini sübut edir. Paleolit, mezolit və neolit 
dövrünün əsas təsvir obyekti vəhşi heyvanlardır. 
Sonuncu paleolit dövrünə aid olan ilk təsviri sənət əsərləri Orinyak (Fransa) mədəniyyətinə aid edilir. Daş 
və sümükdən hazırlanan qadın fiqurlarına da məhz bu dövrdə  təsadüf olunur. Bu cür «venera»lara Fransa, 
İtaliya, Avstriya, Çexiya, Rusiya və dünyanın digər regionlarında rast gəlmək olar. 
Bunlarla eyni vaxtda mamont, fil, at, maral kimi heyvanların ümumiləşdirilmiş – ifadəli təsvirlərinə  də 
rast gəlirik. Xüsusilə, bu heyvanlara aiddir. 
Qaya rəsmləri və fiqurlar ibtidai insanların təfəkkür tərzini öyrənməyə imkan verir. Məsələn, ovçunun 
mənəvi qüvvələri təbiət qanunlarını dəf etməyə yönəldilir. Bundan ibtidai insanın bütün həyatı asılıdır. 
İbtidai incəsənətin əsas bədii xüsusiyyətini simvolik forma və təsvirin şərti xarakteri təşkil edirdi. 
Yuxarı paleolit rəngkarlığına mağara təsvirləri aid edilir. Ən qədim abidələr Qərbi Avropada tapılmışdır. 
1879-cu ildə ispan arxeoloqu M.Sautuola Altamır mağarasında (İspaniya) paleolit dövrünün rəngkarlıq 
təsvirlərini kəşf etdi. 1895-ci ildə Fransanın Lya Mut mağarasında ibtidai insanın çəkdiyi rəsmlər tapıldı. 1901-
ci ildə A.Breyl Fransada Vezera düzənliyində Le-Kombatel mağarasında mamont, bizon, maral, at, ayı 
təsvirlərini tapır. Burada təsvirlərin sayı 300-ə qədərdir, həmçinin insan təsvirləri də üstünlük təşkil edir. Həmin 
ildə arxeoloq Pestroni Le Kombateldən çox da aralı olmayan Fon de Qomda 40 vəhşi at, 23 mamont, 17 maral 
təsvirlərindən ibarət olan «rəsm qalereyasını» kəşf edir. Daş dövrünün palitrası çox kasıbdır, burada dörd əsas 
rəng – qara, ağ, qırmızı və sarı üstünlük təşkil edir. Ağ və qara rənglərdən isə nadir hallarda istifadə olunub. 
Eyni dövrləri ibtidai musiqiyə də aid etmək olar. Hərəkət, jest, mimika və səslər ibtidai musiqini yaradan 
əsas elementlər idi. 
Son paleolitdə  əldə edilən musiqi alətləri xüsusi maraq doğurur. Çernovitsk vilayətində Dnestrin sağ 
sahilində Moldova düşərgələrindəki qazıntılar zamanı arxeoloq A.P.Çernış son paleolitin ortasına aid olan 
mədəni təbəqədə şimal maralının buynuzundan hazırlanmış 21 sm uzunluğunda fleyta tapmışdır. 
İbtidai incəsənətin əsas sahəsini ornament təşkil edir. Paleolit dövründə o çox geniş  tətbiq olunmuşdur. 
Hələ XIX əsrdə Mezin paleolit düşərgəsində (Ukrayna) daş və sümük alətlər üzərində həndəsi ornamentlər aşkar 
etmişdir. Həndəsi naxışlar qolbaq və digər müxtəlif fiqurlar üzərində öz təcəssümünü tapmışdır. Bu cür 
ornamentlər əyri xətt və cizgilərdən ibarətdir. 
Abstrakt naxışlarla ibtidai rəssamlar təbiəti əks etdirmiş, onun surətini yaratmışlar. 
Bir çox tədqiqatçılar belə güman edirlər ki, yuxarı paleolit incəsənəti təkcə sənətdən ibarət deyil, o həm də 
ibtidai insanların dini-magik görüşlərini əks etdirir. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
106
İbtidai mədəniyyətin bir qədər sonrakı  mərhələləri mezolit, neolit və ilk metal alətlərin hazırlanması 
dövrünə  təsadüf edir. İbtidai insan təbiətdən  əldə etdyi hazır məhsullarla yanaşı  əməyin digər formalarını – 
ovçuluq, balıqçılıq, əkinçilik və heyvandarlıqla də məşğul olmağa balşayır. Yeni daş dövründə insan tərəfindən 
ilk dəfə odadavamlı gil kəşf edilir. İnsanlar öz məqsədləri üçün ilk növbədə  təbiətdən alınan daş, ağac və 
sümükdən istifadə edirdilər. Torpaqla məşğul olanlar gildən hazırlanmış qabların üzərini naxışlayırdılar. 
Neolit və tunc dövründə ornament daha da çiçəklənməyə başlayır. Buradakı təsvirlər mürəkkəb anlayışları 
ifadə edir. Dekorativ-tətbiqi sənətin və bir çox növləri – keramika və metalın yenidən işlənməsi formalaşmağa 
başlayır. 
Tunc dövründən başlayaraq yırtıcı heyvan təsvirləri tədricən aradan çıxmağa başlayır. Hər yerdə quru 
həndəsi sxemlər vüsət tapır. Məsələn, Azərbaycan, Dağıstan, Orta və Mərkəzi Asiya dağlarında keçi profilləri 
üstünlük təşkil edir. İnsanlar petroqliflərin (petroqlif – yunan sözü olub, petros – daş, glirhe – kəsmə; qaya 
təsvirləri.) yaradılmasına daha az səy göstərirlər. 
B.e.ə. III minilliyə, tunc dövrünün erkən çağına aid olan Şimali Qafqaz mədəniyyəti Maykop adını 
almışdır.  Bu  ad  məşhur Maykop kurqanı abidəsinə uyğun adlandırılmışdır. Maykop mədəniyyəti Taman 
yarımadasının şimal-qərbindən Dağıstanın cənub şərqinə qədər yayılmışdır. 
İbtidai cəmiyyətin sonlarına doğru bədii peşələr və sənətlər geniş vüsət tapmağa başlayır: bürüncdən, qızıl 
və gümüşdən müxtəlif məmulatlar hazırlanır. 
İbtidai dövrün sonlarına yaxın memarlığın yeni-yeni növləri - qalalar yaranmağa başlayır. Bu cür tikililər 
kobud surətdə cilalanmış nəhəng daşlardan hazırlanır. Belələrinə Avropanın bir çox yerlərində və Qafqazda rast 
gəlmək olur.  
B.e.ə. I minilliyin II yarısından Avropanın meşəlikləri boyu məskunlaşma başlayır. Məskunlaşma 
nəticəsində düşərgə, kənd və şəhərlər yaranırdı. 
Düşərgələr daha çox daş və tunc dövrünə aiddir. «Düşərgə» anlayışı şərtidir. Bu anlayış «məskunlaşma» 
termininə daha yaxındır. Pompey, Troya və Herkulanumda daş dövrünə aid ovçu düşərgələrinə rast gəlmək olar 
ki, bunları ən qədim şəhərlərə də aid etmək olar. 
Məskunlaşma olan yerlərdə  dəfn mərasimi də  həyata keçirilir. İbtidai dövrün dəfn abidələri iki növə – 
qəbirüstü tikililərə (kurqan, meqalitik, sərdabə) və heç bir tikilisi olmayan qrunt qəbirlərə bölünür. 
İbtidai mədəniyyətə aid əsas məqamlardan biri də dini təsəvvür və dünyagörüşdür. Bunlar əsasən animizm 
magiya, fetişizm, totemizm, erotik ayinlər, dəfn ayinləridir. 
İbtidai mifik təsəvvürlər animizmdə (latınca anima - ruh) təcəssüm tapmışdır. Bu terminin elmi mahiyyət 
kəsb etməsi ingilis etnoloqu E.B.Teylorun (1832-1917) fundamental əsəri olan «İbtidai mədəniyyət» kitabından 
başlayır. Bu nəzəriyyənin əsas mahiyyətini bədəndən ayrılmış «ruh» ideyası təşkil edir. Əcdadlarımızdan bizə 
miras qalmış yuxugörmə  və yuxuyozma, qarabasma (qallyüsinasiya), letargiya yuxusu və digər anlaşılmaz 
məqamlar animizmin əsas mövzusudur. 
Dini təsəvvürlərin, mərasim və ənənələrin inkişaf prosesi məhz animizmdən başlamışdı. 
Ruhun təbiəti haqqında animistik təsəvvürlər ibtidai insanın ölümə, dəfnə ilkin münasibətlərinin 
müəyyənləşməsinə kömək etmişdir. 
Dinin ən qədim forması magiya (yunanca – megeia – sehrbazlıq hesab edilir. Bu forma qarğış və adətlər 
rituallarını, rəmzi fəaliyəti əks etdirir. 
Din tarixi problemləri arasında magiya hələ də tam aydın olmayan problemlərdəndir. Bir çox alimlər, o 
cümlədən ingilis dinşünas və etnoloqu Ceyms Frezer (1854-1941) magiyanı dinin sələfi hesab edirdi. İbtidai və 
qədim xalqların ayinlərini tədqiq edərək o, psixoloji təsəvvürlərdən irəli gələrək magik üsul və yolların 
təsnifatını tərtib etmişdi. 
Alman etnoloq və sosioloqu A.Firkandt (1867-1953) magiyaya dini təsəvvürlərin inkişaf mənbələrindən 
biri kimi yanaşır. 
Magiyanın növlərinin təsnifatı da mövcuddur: ziyankar, hərbi, cinsi (məhəbbət), sağlamlıq, qoruyucu, me-
tereoloji və digər ikinci dərəcəli növlər. 
Magiyanın bir çox növləri müasir dövrdə də tətbiq edilir. Magiyanın bir növü olan fetişizm (fransızca fe-
tiche – talisman, amulet, idol) fövqəltəbii xüsusiyyətləri ilə  dərk edilən qeyri-canlı  əşyalara inam və etiqadı 
təmsil edir. Fetişlər - etiqad obyektləri – daş, ağac və s-dir. Onlar həm təbiət mənşəli, həm də insan tərəfindən 
yaradılmış ola bilər. 
Müasir dinlərdə də fetişizm geniş yayılmışdır: məsələn, xristianlarda ikonalara etiqad belələrindəndir. 
Etiqadın digər bir növü isə canlı və ağaclara olan sitayişdir ki, buna totemizm deyilir (Totem - şimali hin-
dularda «əcdad, soy» deməkdir). 
Totemizmin irsi, fratrial (yunanca - qardaşlıq), qrup, cinsi və  fərdi növləri vardır. Tədqiqatçıların 
əksəriyyətinin fikrincə, fratrilər daha qədim hesab edilir. Fratrilər (icmanın bir neçə qruplara bölünməsi) daha 
kiçik nəslin qruplara bölünməsini nəzərdə tutur. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
107
Totemdən bütün nəsil və onun hər bir üzvünün taleyi asılı idi. Müxtəlif sehrli hərəkətlər etməklə ondan 
bütün nəslin dolanışığı üçün xahişlər olunur. Çox güman ki, məhz bir çox mağara təsvir və rəsmləri totemizmlə 
bağlı olmuşdur.  
Otuz min illik arxaik mədəniyyət itməmişdir. İbtidai əcdadlarımızın bizə miras olaraq adət-ənənələr, sim-
vol və abidələr, stereotiplər qalmışdır.  İbtidai inamlar bütün dünya xalqlarının dinlərində qorunub 
saxlanılmışdır. 
İbtidai dövr incəsənəti dünya mədəniyyətinin gələcək inkişafı üçün baza olmaqla Qədim Misir, Şumer, 
İran, Hindistan, Çin incəsənətinin təşəkkülündə əhəmiyyətli dərəcədə rol oynamışdır. 
 
 
2.1.2. Misir mədəniyyəti 
 
Qədim Misir mədəniyyəti təşəkkül tapmış ən ilkin mədəniyyət mərkəzlərindəndir. O təxminən b.e.ə. IV 
minilliyin sonundan b.e.ə. 332-ci ilədək yaşamışdır. Misirin dövlət kimi formalaşması b.e.ə. IV minillikdə 
başlamışdır. Artıq yeni minilliyin əvvəllərində Nil çayının  şimal və  cənubunda 40-dan artıq  şəhər yaranmağa 
başlayır. Minilliyin II yarısında iki iri dövlət birliyi: mərkəzi Buto olan Şimali (Aşağı)  şahlıq və  Cənubi 
(Yuxarı) şahlıq mövcud olur.  
Bir çox əsrlər  ərzində Misir dövlətində insanlar müxtəlif allahlara sitayiş etmiş  və dini ayinlər icra 
etmişdir. Müxtəlif sayda allahlar təbiət qüvvələri və ictimai hadisələri tərənnüm edirdi. Ay – qadın, torpaq və 
hava isə kişi allahları kimi təcəssüm tapmışdır. Baş Allah - Günəş allahı Hepri və ya Heprer adlandırılırdı. 
Qədim misirlilərin allahlarının sayını söyləmək çətindir. Əsas allahlar su, torpaq, dünya ruhunu təcəssüm 
etdirən Ptax hesab edilirdi. Öküz Misirdə  səcdə edilən heyvanlardan biri hesab edillərək güc və məhsuldarlıq 
rəmzi kimi təsəvvür edilirdi. Öküzlərə etiqad ən zəngin və əlamətdar ayinlərdən biri hesab edilirdi. Apis öküzü 
«ülvi təcəssüm» hesab edilərək Ptaxa xidmət edir və məhsuldarlıq rəmzi kimi tanınırdı. 
Qədim misirlilər, həm də  ağac və bitktlərə sitayiş edirdilər. Bunların içərisində  şanagüllə (lotos) bitkisi 
xüsusilə seçilirdi. Qədim misirlilər fərz edirdilər ki, şanagüllə  hələ ibtidai dövrdə mövcud olmuşdu. Onlar 
torpağın özünü də Allah hesab edir və onun təbii qüvvəsinə inanırdılar. 
Misir çoxallahlığının mövcudluğu ayrı-ayrı  qəbilə  və icmaların vahid mərkəzləşmiş Dövlət  ətrafında 
birləşməsinə ciddi əngəl idi. B.e.ə. XIV əsrdə yaşamış firon IV Amenxotep təkallahlılıq ideyası ilə dini islahat-
lar aparmaq cəhdi göstərməyə çalışdı. O, yeni dövlət ayinini elan etdi ki, bu da Aton allahının (Günəş allahı) 
varlığını  nəzərdə tuturdu. Dövlətin paytaxtını isə, Axetanon (müasir Əl-Əmər), elan edərək öz adını Exnaton 
qoydu. 
Qədim misirlilər ruhun ölməzliyinə inanır və bu onların dini dünyagörüşlərinin doktrinasını  təşkil edirdi. 
Ölməzliyə  cəhd ölümdən sonrakı dini ayinlərin təşəkkülünə  əsaslı  zəmin yaratdı. Bu dini ayinlər Qədim Misir 
tarixində heyrətamiz rol oynamağa başladı. Bu nəinki dini və mədəni həyatda, o cümlədən ölkənin siyasi, iqtisadi 
və  hərbi tarixində başlıca amilə çevrildi. Məhz bu doktrinanın  əsasında qədim misirlilərdə belə bir dini əqidə 
formalaşmağa başladı ki, ölüm məqbuldur, lakin gözəl həyat  əbədi ola bilər, çünki insanın dirilməsi baş verir. 
Misirlilərin dini təsəvvürlərinə görə insan müxtəlif keyfiyyətlərə xasdır və bunlar belə adlandırılır – insan vücudu, 
- Sax, onun kölgəsi Şunt, adı Ren və s. Bunların içərisində insanın ruhu olan Ka başlıca yer tutur. Məhz Ka ölmüş 
cəsədə qovuşaraq insanın dirilməsinə kömək edir. 
Ölümdən sonrakı həyatın başlıca şərti, misirlilərə görə cəsədin saxlanması hesab edilirdi. Bu qayğı mu-
miya hazırlanması  sənətinin təşəkkülü üçün başlıca  şərt oldu. Ölümdən sonrakı dövrdə insan bədəninin uzun 
müddət saxlanması üçün xüsusi sərdabələrin tikilməsi vacib hesab edildi. Misirlilər belə  qənaətdə idilər ki, 
ölməz və incə ruhun yenidən əvvəlki, öz doğma yerinə – bədəninə gəlişi digər nəzərlərdən yayınmaq və qorun-
maq üçün piramidalar daha əlverişlidir. 
Məşhur piramidalar Qədim Misir mədəniyyətinin möhtəşəm abidələri hesab edilir. B.e.ə. III-II minillikdə 
piramida və allahlar üçün ehramlar daşdan tikilirdi. Piramidalar firon və tanınmış adamlar üçün tikilir, kasıblar 
üçün bu ayin yerinə yetirilmirdi. Firon və ya digər varlı insanın bədəni Misirin isti və quru iqlimində 
mumiyalaşdırılaraq bir neçə yüzillik ərzində qorunurdu. Belə faktlar Misir cəmiyyətində insanların qeyri-
bərabərliyini sübuta yetirirdi. 
Arxeoloqlar yüzə  qədər piramida aşkar etmiş olsalar da, onların heç də hamısı dövrümüzədək gəlib 
çatmamışdır. Piramidaların bir qismi hələ qədim dövrdə dağılıb itmişdir. Ən erkən çağlarda inşa edilən piramida firon 
Coserin adı ilə bağlı olub, 5 min il bundan qabaqkı dövrə aid edilir. O pilləli olub, aya qalxan pilləkəni xatırladır. Onu 
İmxotep adlı memar düşünüb hazırlamışdır. 
Öz ölçüsünə və şöhrətinə görə tanınmış piramidalardan biri Gizədəki firon Xeopsun şərəfinə ucaldılandır. 
Bu piramida 20 il ərzində yüz minlərlə insan əməyi nəticəsində ərsəyə çatmışdır. Piramidanın daxili ölçüsü hər 
hansı bir Avropa kilsəsinin yerləşə biləcəyi həcmdə olub, hündürlüyü 146,6 m, sahəsi 55 min.kv.m əhatə edir. 
Xeops ehramı hər birinin çəkisi təxminən 2-3 ton olan iri əhəng daşlarından ibarətdir. Alimlər belə bir tikintiyə 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
108
təxminən 2 300 000 daşın sərf olunmasını hesablamışlar. Gizədəki Xeops ehramı ilə yanaşı Xefren və Migerin 
piramidaları öz möhtəşəmliyi ilə yer kürəsinin 7 möcüzəsindən biri hesab edilir. 
E.ə. II minillikdə ehramlar artıq daşdan deyil, kərpicdən tikilməyə başladı. E.ə. I minilliyin əvvəllərinə 
yaxın fironların sərdabələri yad insanlardan gizlədilsə də bütün bunlar oğurluğun qarşısını ala bilmədi. Belə ki, 
sərdabələrin oğurlanması Qədim Misir tarixinin bütün dövrlərində baş verirdi. 
Misirin təsviri və monumental sənəti bütövlukdə bu ölkənin mədəniyyətini əhatə etmiş oldu. 
Əzəmətli tikinti sayılan Xatşepsutun xeyrat məbədi (Dey əl-Bəhridə) 200 heykəltəraşın sənətkarlığını 
təzahur etdirirdi. Misirlilər ehram, məbəd və sarayların qarşısında sütunların tikilişinə xüsusi fikir verirdilər. Ra 
allahının şərəfinə ucaldılan və yuxarı hissəsi mislə örtülmüş yüksək daş sütun belələrindəndir. Belə sütunlar çox 
vaxt heroqliflərlə  də  bəzədilirdi. Dini məbədlərin yanında və ya önündə sfinkslərin yerləşdirilməsi də 
özüməxsus səciyyə  kəsb edirdi: insan başlı bu şirlər daşdan yonulurdu. Sfinksin başı fironu təmsil edərək, 
bütövlükdə müdriklikdən, Misir hökmdarının sirli aləmindən xəbər verirdi. 
Qədim Misir tarixində ən böyük sfinks b.e.ə. III minilliyin I yarısında tikilərək bu günədək cəsarətlə He-
fren ehramını qoruyur. Bu sfinksi tədqiq edən müasir mütəxəssislər müəyyən ediblər ki, bu əzəmətli heykəl 
bütöv bir qayadan yonulmuşdur. Heykəlin başı insan başından 30 dəfə çox olub, bədəninin hündürlüyü, 57 m-ə 
çatır. E.ə. XVI əsrdə, şirin ön caynaqları arasında məbəd inşa edilmişdir. Bu sfinks həm də fövqəltəbii gücü ilə 
insanlarda qorxu hissi də yaradır. 
Qədim Misir mədəniyyətinin digər gözəl və tanınmış, möhtəşəm abidələrindən biri də firon III Amenem-
xetin heykəli, firon III Senusertin başı, ağa Xunenin heykəlləridir. E.ə. II minillikdə yaradılan «Firon Tutanxa-
mon gənc arvadı ilə bağda» səhnəsi sənətşünasların fikrincə dövrün və ümumiyyətlə, dünya təsviri sənətinin 
nadir nümunələrindəndir. 
Qədim Misir sənətinin möhtəşəm nümunələrindən biri b.e.ə. I minilliyə (b.e.ə. XIV əsr) aid olan IV 
Amenxotepin arvadı – Nefertitinin heykəl portretidir. Bu sənət  əsəri dünya təsviri sənət tarixində  ən unikal 
qadın təsviri hesab edilir. 
Qədim Misir təsviri sənəti parlaq və təmiz rəngləri ilə fərqlənirdi. Memarlıq tikililəri, sfinkslər, heykəllər, 
relyeflər xüsusi rənglərlə boyanırdı. Boyalar əsərlərə xüsusi ahəngdarlıq bəxş edirdi. Qədim Misir sənətkarları – 
rəssamlar, heykəltəraşlar, memarlar təbiət və həyatı incə şəkildə qavramağa və dərk etməyə qadir idilər. Məhz 
buna görə Misirdə dekorativ-tətbiqi  sənət də yüksək səviyyəyə çatmışdır. Bu sənət sahəsinin  əsas aparıcı 
nümunələri - alebastr, büllur, taxta və fil sümüyündən hazırlanmış istər məişət və zərgərlik abidələridir. Qablar, 
dolçalar, qızıl qolbaq, sinə boyunbağıları və üzüklər ən bahalı və zəngin daş-qaşla bəzədilirdi. Bütün bunlarla 
yanaşı, Qədim Misir təsviri və monumental sənət tarixində bir-neçə kanon özünü göstərmişdir. Bunlardan ən 
başlıcası insan bədənlərinin səth təsviri, çiyinlərin fırlanması, ayaq və qurşağın obrazlılığıdır. Həndəsi dekora-
tivlik bəzəklərin simmetrik paylanması ilə kompozisiyada ciddi nizam yaradırdı. Bütün insan fiqurları 
sükunətdədir. Buradakı pozalar, həddən artıq  şərti səciyyə  kəsb edir, bu şərtilik rənglərdə  də özünü göstərir: 
qadın fiqurları – sarı-çəhrayı, saçlar qara, geyim isə ağ olduğu halda, kişi təsvirlərində qırmızı-qəhvəyi rəng da-
ha üstünlük təşkil edir. Bütün bunlar sübut edir ki, rəssamın ixtiyarı və sərbəstliyi xeyli məhdud idi. Bu qanu-
nauyğunluqlar özünü heykəl nümunələrində də aşkar təzahür etdirir. 
Bütün bu kanonlara baxmayaraq Qədim Misir təsviri və monumental sənəti bəşər tarixində yeni bir hadisə 
idi. Bunun içərisində musiqi, ədəbiyat, yazı və elm də var idi. Qədim Misir yazı mənbələri içərisində dövrümüzə 
qədər gəlib çatanları allahlara dualar, təsərrüfat xarakterli mənbələrdir. Bədii ədəbiyyat nümunələrinə b.e.ə. II 
minilliyə aid olan qədim mətnləri göstərmək olar. Bunlar müxtəlif janrlarda təzahür tapırdı: hakim və 
müdriklərin oğul və  şagirdlərinə  nəsihətləri, cadugərlər və tilsimlər haqqında müxtəlif çoxsaylı nağıllar, 
mahnılar, qarğışlar, povestlər, əyanların həyatlarını əks etdirən yazılar – belələrinə aiddir. 
Misirin musiqi mədəniyyətinin tarixi dünyada daha qədimdir. Musiqi qədim misirlilərin bütün həyat və 
məişətini – dini mərasimlərini, kütləvi bayramlarını müşayiət edirdi. Buraya rəqs, pantomima, dramatik səhnə 
və ədəbi nümunələr daxil idi. 
Qədim Misirdə musiqi «xi» - yəni zövq, ləzzət alma mənasında işlədilirdi. Musiqi həm də sirli, tilsimli, magik 
xüsusiyyətlər kəsb etdiyindən musiqi alətləri tembrə görə deyil, məhz mistik əlamətlərinə görə seçilirdi. İnsanları, 
xəstələri musiqi ilə sağaltmağın mümkünlüyü haqqındakı ideyalar da məhz misirlilərə aid idi. 
Bütün bunlarla yanaşı, qədim misirlilər elmə də xüsusi diqqət yetirirdilər. Elmi biliklərin formalaşması və 
təbliğində bu qədim xalqın dünya tarixində çox böyük xidməti olmuşdu. Elm ona görə vacib və zəruri idi ki, 
onsuz nə təsərrüfatı, nə inşaatı, nə hərbi, nə ölkəni, nə də ailəni və məişəti idarə etmək mümkün deyildi. 
Məsələn, riyaziyyatın geniş vüsət tapması ilk növbədə praktik tələbatlardan irəli gəlirdi: çünki bu 
sahədəki elmi biliklərin sayəsində yerölçənlərin, inşaatçıların işinə xeyli dərəcədə köməklik göstərilirdi. Nil 
çayının te-tez daşması  sərhədlərin ölçülməsini, onların dəqiqləşdirilməsini zəruri etdiyindən riyazi biliklərin 
inkişaf və təkmilləşdirilməsi aktuallıq kəsb edirdi. Riyaziyyat elmində ən böyük nailiyyət onluq hesablama sis-
teminin yaradılması idi. 
Qədim misirlilər təsərrüfat işlərinin düzgün və fəsillərə uyğun aparılması üçün dəqiq təqvim tərtib etdilər 
ki, bu da dünya miqyasında ən böyük nailiyyətlərdən biri hesab olunur. Təqvim səma cisimlərinin hərəkətinə 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
109
müvafiq tərtib olunaraq ilin başlanmasını ən parlaq ulduz olan Siriusun çıxışı ilə əlaqələndirirdi. Bütün il 365 
günü əhatə edən 3 mövsümə və hər mövsüm 4 aya bölünürdü. Misirlilər həm də ilk dəfə ulduz kataloqu, ulduzlu 
ayın xəritəsini tərtib etmişlər. Su saatının icadı da qədim misirlilərə məxsus idi. 
Başlıca və mühüm nailiyyətlər təbabətdə  də  əldə edilmişdi. Meyidlərin mumiyalaşdırılması sahəsindəki 
uğurlar insan anatomiyası, daxili orqanların hərtərəfli öyrənilməsi üçün ən başlıca səbəb oldu. Misir təbabətinin 
ən böyük uğuru, həm də qan dövranı və ürək haqqında nəzəri biliklərin yayılmasındadır. Diş, göz həkimləri ki-
mi dar ixtisaslar formalaşmağa başladı. 
Coğrafi xəritələrin tərtibi sahəsində də qədim misirlilərin xüsusi xidməti olmuşdur. 
Beləliklə, Qədim Misir tarixində və mədəniyyətdə əldə olunan nailiyyətlər ümumbəşəri xarakter daşıyaraq 
dünya sivilizasiyasının inkişafına xidmət etmiş oldu. 
 
 
2.1.3. Mesopotamiya mədəniyyəti 
 
Mesopotamiyanın ilk sakinləri təxminən b.e.ə. 40-cı minillikdə  məskunlaşmışlar.  İnsan qruplarının bir 
hissəsi mağaralarda yaşayaraq dağ keçisi və qoyunlarının ovu ilə  məşğul olurdu. Yalnız b.e.ə. X minillik 
müəyyən dəyişikliklərlə müşayiət olunur – insanlar torpaqla işləməyə başlayaraq oturaq həyat tərzinə keçirlər. 
Bu həyat şəraiti onların özləri üçün komalar, çiy kərpicdən evlər inşa etməsinə imkan yaradır. Beləliklə, b.e.ə. 
VII minillikdə artıq Mesopotamiya ərazisində torpaqla məşğul olanlar məskunlaşmağa başlayır. Cəmiyyətin 
bundan sonrakı inkişafı sürətlə tərəqqiyə doğru irəliləyir. 
B.e.ə. IV-III minillikdə ilk şəhər-dövlətlər yaranmağa başlayır: Ur, Uruk, Kiş, Laqaş, Nippur, Akkad 
belələrindəndir.  
Şəhərlərin çoxu şumerlər tərəfindən qoyulduğu üçün həmin mədəniyyəti  şumer mədəniyyəti kimi 
adlandırmaq qəbul edilmişdir. Şumerlərin irqi mənşəyi dəqiq məlum deyil. Aparılan arxeoloji qazıntılar zamanı 
tapılan kişi və qadın təsvirləri onların Aralıq dənizi və Qafqaz irqinə  mənsub olması haqqında ehtimal irəli 
sürməyə  əsas verir. Şumer mədəniyyətinin mövcudluq tarixi b.e.ə. IV minillikdən III minilliyin I yarısına 
qədərdir. B.e.ə. XXIV-XX əsrlərdə Akkad şəhərinin təsirinin güclənməsi nəticəsində bu mədəniyyət şumerlərin 
varisi kimi inkişaf etməyə başlayır. 
Tarixi mənbələrdə hər iki mədəniyyət İkiçayarası mədəniyyəti kimi qəbul edilmişdir ki, bu da ilk növbədə 
həmin dövlətlərin Dəclə  və  Fərat çaylarının arasında yerləşməsi ilə izah edilir. «Mesopotamiya» sözü yunan 
dilindən tərcümədə  «İkiçayarası» mənasını verir. Mədəniyyət tarixində bunu çox vaxt Şumer-Akkad 
mədəniyyəti kimi tanımaq da qəbul edilmişdir. Şumer-Akkad mədəniyyətinin, həm də belə adlandırılması digər 
vacib bir məqamla da izah edilir: şumerlər və Akkad şahlığı sakinləri müxtəlif dillərdə danışaraq, həm də ayrı-
ayrı yazıya malik idilər. 
Akkad dilini alimlər afroasiya dillərinin semit qrupuna aid edirlər. Akkad yazısı üzrə ən qədim mənbələr 
gil lövhələr üzərində olub, b.e.ə. XXV əsrə təsadüf edir. 
Bu yazıdan xeyli əvvəl mövcud olan şumer yazısı daha qədimdir. Şumer haqqında məlumatlar bir də onu 
deməyə imkan verir ki, qədim sakinlər öz fikirlərini sim və ağac kəsikləri üzərində müxtəlif təsvirlərin verilməsi 
ilə də bildirmişlər. 
Yazı Şumer-Akkad mədəniyyətinin ən böyük nailiyyəti idi. Babillər tərəfindən o, bütün Ön Asiyada - Su-
riya və İranda geniş yayılmağa başlamışdır. 
Yazı  əsasında  şumerlər bəşər tarixində ilk poema sayılan «Qızıl  əsr»i, ilk elegiyanı (mərsiyə tipli şer) 
yaratmışlar, dünyada ilk dəfə biblioqrafik kataloq tərtib etmişlər.  Şumerlər, həmçinin tibbə aid reseptləri top-
layaraq xüsusi toplu hazırlayan ilk xalq olmuşlar. 
Şumerlərin dini görüşləri allahlara sitayiş üzərində qurulmuşdu. Belə ki, bu xalqın ən güclü allahları An, 
Enlil və Enki idi. An – Səma allahı olub, digər allahların atası hesab edilirdi, bütün insanlar hər bir işdə ona 
müraciət edirdilər. An allahı Uruk şəhərinin hamisi hesab edilirdi. 
Enlil külək, hava, bütövlükdə  səma ilə yer arasındakı  məkanın allahı hesab edilirdi. Onun baş  məbədi 
Nippur  şəhərində yerləşirdi. Enki (akkadlarda Ea) Eredu şəhərinin müdafiəçisi olub, okean və sualtı dünyanı 
təmsil edirdi. Ümumiyyətlə, suya etiqad qədim ikiçayarası sakinləri üçün mühüm rol oynayırdı. Suya münasibət 
eyni cür deyildi. Su həyat, xeyirxahlıq, məhsuldarlıq rəmzi kimi əhəmiyyət kəsb edirdi. Digər tərəfdən isə, ona 
dağıdıcı, fəlakət gətirici qüvvə kimi də yanaşırdılar. 
Qədim İkiçayarası sakinlərinin etiqad etdikləri allahlardan biri də Ay allahı olan Nanna (akkadlarda Sin) 
hesab edilirdi. O Ur şəhərinin hamisi, oğlu Günəş allahı olan Utu (akkadlarda Şamaş) isə Sippar və Larsa 
şəhərlərinin hamisi hesab edilirdi. 
Uruk  şəhərinin allahı olan İonna (akkadlarda İştar) məhsuldarlıq ilahəsinə  səcdə edərək ona məhsul və 
hərbi nailiyyətlər qazanmaqda kömək olurdu. Bu allah ağac-qadın obrazlarında tez-tez iəsvir olunurdu. Onun əri 
Dummuz (akkadlarda Tammuz) Enki allahının oğlu idi. O, su allahı kimi tanınaraq, bitki aləmini təmsil edirdi. 
Axirət dünyasının allahı isə Nerqal hesab edilirdi. 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
110
Şumer-akkad panteonu ilahələri böyük allahların arvadları kimi çıxış edərək ölümü və yeraltı dünyanı 
təmsil edirdi. Daha tanınmış allah-ana-Ninxursaq və Mama, həkim ilahəsi Qula hesab edilirdi. 
Zaman keçdikcə qədim Şumer-Akkad mədəniyyəti sakinləri allahlara olan münasibətlərini dəyişdirirdilər. 
Belə ki, b.e.ə. III minillikdə bu münasibət özünü əyani formada daha aydın təzahür etdirdi: belə ki, An-
hakimiyyət ideyasını, Enki-müdriklik və bilik allahı kimi təzahür olunmağa başlayır. Tədricən allahlar göy 
cisimlərilə əlaqəndirilməyə başlayır: Utu-Günəş, Nerqal-Mars, İnanna-Venera və s. ilə əlaqələndirilir. Beləliklə, 
bu hadisə, göy cisimlərinə etiqad və sitayişin əsasını qoymuş oldu və astrologiyanın formalaşması üçün zəmin 
yaratdı. 
Şumer-Akkad dini görüş  və  təsəvvürləri bütövlükdə Mesopotamiya mədəniyyətinə güclü təsir göstərir, 
ədəbiyyat və incəsənətin inkişafında mühüm əhəmiyyət kəsb edirdi. Ədəbiyyatda əfsanələr xüsusi yer tutmağa 
başladı.  Şumer və akkadlar öz ədəbi mənbələrini  şifahi xalq yaradıcılığı  məhsulu kimi yazıya köçürmüşlər. 
Dünyanın yaradılmasında baş Allah hesab edilən Enlilin əmələrindən bəhs edən  əfsanə  ən maraqlı  ədəbi 
mənbələrdən hesab olunur. Əfsanədə söylənilir ki, o, bir-birinə bitişik yaşayan  ər-arvad An və Ki allahlarını 
ayırmış  və bunun nəticəsində Göy və Yer əmələ  gəlmişdir. Bundan sonra isə, Nippur şəhərini inşa edərək 
allahları burada məskunlaşdırmışdır. 
Qədim  şumer-akkad  ədəbi nümunələrinin bir çoxu gil lövhəciklər üzərində  həyata keçirilmiş  və müasir 
tədqiqatçılar bunların əksəriyyətini oxuya bilmişlər. Xüsusilə, XIX əsrdə Qərbi Avropa tədqiqatçıları bu sahədə 
böyük kəşflər etmişlər. Bu mətnlərin çoxu dini məzmun kəsb edirdi – yəni onlar allahlara himn, dua, dini miflər 
və  əfsanələrlə  təzahür olunurdu. Bundan başqa, məbədlərdə hökmdar sülalələrinin siyahısı da özünəməxsus 
tapıntılardan hesab edilir. Belələrindən  ən qədimi  şumer dilində kahinlər tərəfindən yazılmış Ur şəhərinin 
siyahısıdır. 
Babil kahini Beros (b.e.ə. III əsr) bu siyahılardan istifadə edərək qədim  Şumer-Akkad tarixinin ümumi 
icmalını tərtib etmişdir. Berosun tərtib etdiyi mənbədən belə aydın olur ki, Babillilər öz ölkələrinin tarixini iki 
dövrə – «nuh əyyamı»na, «nuh əyyamı»ndan sonrakı dövrə bölürlər. Beros «nuh əyyamı» dövrünədək 10-a 
yaxın hökmdar adını çəkərək, hökmranlıq müddətini 432 min illə ifadə edir. «Nuh əyyamı»ndan sonrakı dövrün 
təəssüratı da fantastik məzmun kəsb edir. 
Yunanca yazan Berosun bu işləri hamı  tərəfindən qəbul edilir. Müdrikliyinə görə Afinada ona abidə 
ucaldılmışdır. 
Şumer ədəbiyyatının möhtəşəm abidəsi Gilqameş haqqında olan silsilə mətnlərdir. Gilqameş Uruk şəhərinin 
əfsanəvi şahı hesab edilir. O, b.e.ə. XXVIII əsrdə hakimiyyətdə olmuşdur. Əsərdə Gilqameş Ninsu allahının oğlu 
kimi təsvir edilir. Burada onun vəhşi insan olan Enkidu ilə dostluğu və ölməzliyin sirrinin öyrənilməsi ilə əlaqədar 
qəhrəmanın başına gələn əhvalatlar əks olunur. 
Gilqameş dastanı dünya ədəbiyyatının tərəqqisi güclü təsirə malik idi. Digər dastan «Enmerkar və Aratta 
hökmdarı» dastanıdır ki, burada e.ə. III minillikdə baş verən hadisələrin təsviri xüsusi yer tutur. «Enmerkar və 
Aratta hökmdarı» dastanı hər iki hökmdar arasında baş verən mübahisə şəklində təsvir edilir. Buradakı hadisələr 
hakimiyyət üstundə, dünya malı üstündə olan mübarizələrdən bəhs edir. İnsanların işlərinə ilahə  və allahlar da 
sirayət edir. Dastan çox məzmunlu bir ədəbi əsərdir. Həmin dastan dünya ədəbiyyat tarixinə ilk dastan tipli əsər 
kimi daxil olmuşdur. 
«Uruk və Aratta» dastanında Aratta hökmdarı Enmerkafdan onun hakimiyyətinin tanınmasını tələb edir. 
Bu tələbin yerinə yetirilməsi ətrafında cərəyan edən hadisələr dastanın əsas süjetini təşkil edir. 
Əldə olunan digər dastanlardan «Luqalbanda və Enmerkar», «Luqalbanda və hurrum»un adlarını çəkmək 
olar. 
Mesopotamiya  ədəbiyyatı nümunələrinə qeyri-dini səciyyə  kəsb edən hekayə, nağıl, ibarə, zərb – 
məsəlləri də aid etmək olar. Bu ədəbi nümunələrdə həyat və məişətin müxtəlif cəhət və hadisələri təsvir olunur. 
İbrətamiz hekayələr xüsusi müstəsnalıq təşkil edir. Məsələn, «Ağanın qul ilə söhbəti» adlı hekayədə ayrı-ayrı 
zümrələrdən olan insanların – ağa ilə qulun ünsiyyətində tərbiyəvi məqamlar mühüm əhəmiyyət kəsb edir. Belə 
məzmunda olan digər hekayə də - «Müdrik Axikar haqqında» adlı əsərdə də tərbiyəvi məqamlar xüsusi yer tu-
tur. Nəsihət xarakteri daşıyan bu əsərdə 100-ə yaxın tərbiyəvi səciyyəyə malik qeydlər var. Bu nəsihətlər bütün 
zamanlar üçün, həmçinin müasir dövr üçün də çox ibrətamizdir. Onlardan bəzilərinə diqqət yetirək: 
1.
 
«Sirri açma. Sarayda eşitdiyin hər bir söz qoy sənin qəlbində çürüsün». 
2.
 
«Ağıllı adamla daş daşımaq, axmaqla şərab içməkdən yaxşıdır». 
3.
 
«Ağıllı adama qulaq asmaq, isti havada sərin su içmək kimi bir şeydir». 
4.
 
«Heç kəsə ayağını basmağa qoymağa imkan vermə, sonra boynuna minən bilər». 
5.
 
«Öz sahibini tərk edən və sənin arxanca gedən iti daşla qov!» və s. 
Bu nəsihətlər əsərdə dövlət xadimi Axikarın Nalana olan sözlərindəndir. 
Mesopotamiyanın memarlıq və incəsənəti də dövrünə görə mühüm əhəmiyyət kəsb edirdi. Dini xarakterli 
tikililər – əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin 
bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə 
ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
111
kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər (zikkuratlar) İkiçayarası 
mədəniyyətinin orijinal memarlıq nümunəsi idi. 
İkiçayarası  mədəniyyəti heykəltəraşlığı üçün e.ə. III minilliyə aid fiqurlar daha səciyyəvidir. Hökmdar 
Qudeanın və Hammurapinin heykəl təsviri buna misaldır. 
Tətbiqi sənət növ\ləri içərisində  zərgərlik, silahqayırma, daşdan hazırlanan güldanlar üstünlük təşkil 
edirdi. 
Şumer-Akkad sivilizasiyasının varisi Babilistan hesab edilirdi. Onun mərkəzi Babil şəhəri («Babil» - 
«Allahın qapısı deməkdir) hesab edilirdi. Babilistan hakimiyyətinin çiçəklənməsi dövrü I Babil nəslindən hesab 
edilən Hammurapinin hökmranlığı (e.ə. 1792-1750) müddətinə təsadüf edir. Onun hakimiyyəti dövründə Babi-
listan ön Asiyada birincilik qazanaraq kiçik şəhərdən yüksək iqtisadi, siyasi və  mədəni mərkəzə çevrildi. 
Məşhur Qanunlar külliyyatı da məhz onun hakimiyyəti dövründə meydana çıxdı. Külliyyat 2 metrlik daş 
üzərində gil yazı ilə yazılmışdır. Bu qanunlarda Babil şahlığı sakinlərinin təsərrüfat, məişət və mədəni həyatı, 
əxlaq və  mənəviyyatı  əks olunurdu. Külliyyat 282 maddədən ibarət olub, akkad dilinin babil ləhcəsində 
yazılmışdır. Bu qanunlar bütünlükdə qədim Şərq hüququnun tədqiqi üçün əhəmiyyətli mənbədir. Hammurapinin 
qanunlar külliyyatı üç hissədən – giriş, qanunlar və nəticədən ibarətdir. Giriş və nəticə hissəsində bu qanunların 
tərtibinin əsas məqsədi öz izahını tapır. İzahda, həmçinin qeyd olunur ki, qanunların tərtibinin əsas məqsədi və 
səbəbi ədalət, haqqın öz yerini tutması olmuşdur. Qanunlar həm də güclü zəifi incitməsin deyə hazırlanmışdır. 
Qanunda mülki məsələlərə daha çox üstünlük verilmişdir. 
Babil mədəniyyətinin inkişafında dini əqidə və baxışlar vacib yerlərdən birini tuturdu. Mesopotamiyanın 
dini həyatında ən böyük yenilik b.e.ə. II minillikdə şumer-babil allahları içərisində Babil şəhərinin allahı hesab 
edilən Marduka baş allah kimi etiqad edilməsi oldu. 
Şumer allahları kimi babil allahları da çoxsaylıdır. Onlar hökmdarın himayəçisi kimi təbliğ olunurdu. Ona 
görə də, bu allahları insaniləşdirirdilər: insanlar kimi, onlar da müvəffəqiyyətə can atır, mənfəət məqsədi güdür, 
öz işlərini, ailələrini bunun əsasında qururdular. Onlar da adi adamlar kimi yeyir, içir və insanlara xas bir sıra 
mənfi və müsbət keyfiyyətlərə malik idi. 
Babil kahinlərinin təliminə əsasən insanlar gildən hazırlanmışlar ki, allahların xidmətində dursunlar. Məhz 
ona görə də allahlar insanların taleyini müəyyən edirdilər. Yalnız kahinlər allahın iradəsini bilmək iqtidarında 
idi: kahinlər ruhları çağırmaq, allahlarla ünsiyyətdə olmaq və göy cisimlərinin hərəkəti nəticəsində  gələcək 
haqqında məlumat vermək iqtidarında idilər. 
Planet və ulduzların hərəkətinə güclü maraq bu qədim ölkədə astronomiya və riyaziyyat elmlərinin 
tərəqqisinə güclü təsir göstərdi. Bunun əsasında vaxtın - saniyə və dəqiqələrin 60-lıq sistemi müəyyən olundu. 
Babil astronomları  bəşər tarixində ilk dəfə Günəş  və Ayın dövretmə qanunlarını hesablamış, Günəş 
tutulmalarının qanunauyğunluqlarını müəyyən etmişlər. Qədim babillər bütün bunları misirlilərin müşahidələri 
əsasında aparmışlar. 
Alimlərin elmi bilik və  tədqiqatları magiya və falçılıq ilə bağlı idi; elmi biliklər kimi falçılıq, magiya 
formulları müdriklərin, alimlərin üstün cəhətlərindən hesab edilirdi. Ona görə  də  qədim Babil sakinləri bir 
kahinə, bir də hökmdarlara sözsüz tabe olurdular. 
Babilistanın dini dünyagörüşündə ölüm və ölümdən sonrakı həyat ən başlıca mövzulardan biri hesab edi-
lirdi. Qədim babillər belə dərk edirdilər ki, ölümündən sonra insan «qayıdışı olmayan ölkəyə» düşür və orada 
əbədi olaraq yaşayır. Onun dirilməsi qeyri-mümkündür. Ölünün məkanı - işığı, qidası olmayan çox kədərli bir 
məkandır. Rəhmətə gedənlər insana xas şən əhval-ruhiyyəni daha heç vaxt yaşaya bilməyəcəklər. Bu vəziyyətə 
bütün kəslər, yəni maddi həyatda müxtəlif statusa malik olanların hamısı məhkumdur. 
Mesopotamiya sakinləri belə təsəvvür edirdilər ki, canlı ilə ölmüş insanlar arasında bir əlaqə mövcuddur: 
ölülər sağ olanlara hər hansı bir məsləhət verir, onları  bəladan hifz edir. Ona görə  də sağ olan insanlar öz 
ölülərinə çox yaxın idilər; çox vaxt ölüləri qəbiristanlıqda deyil, yaşayış evlərinin döşəmələrinin altında dəfn 
edirdilər. 
Sağ  və ölü insanlar haqqında belə  təsəvvürlər  şəxsi allahın-ilunun olması haqqında inamı daha da 
möhkəmləndirirdi. İnsanla ilu arasında özünəxas əlaqə mövcud idi: nəsildən nəslə ilu atanın bədənindən maya-
lanma zamanı oğula keçirdi. 
Bu kimi dini dünyagörüş qədim İkiçayarası sakinlərinin monumental incəsənətində də təzahür olunmağa 
başladı. Burada ən başlıca yeri allahlara həsr olunmuş  məbədlər tuturdu. Məbədlər mədəni və  təsərrüfat 
mərkəzləri kimi Mesopotamiya şəhərlərində mühüm yer tuturdu. Məbədlərə məxsus torpaq sahələrində idi. Bu-
rada yüzlərlə kəndli və məbəd qulları çalışırdı. Burada emalatxana, arxiv, kitabxana və məktəblər təşkil olunur, 
onlar yaxın və ya uzaq ölkələrlə ticarət əlaqələri qururdu. 
Məbədlərin tikilişi zamanı allahın möhtəşəmliyi ideyasına xüsusi diqqət yetirilirdi. Burada da pilləli 
məbədlərə - zikkuratların tikilişinə diqqət verilirdi. Belələrindən  ən məşhuru Babildəki Marduk allahına ithaf 
edilmiş məbəddir. Bu məbəd haqqında hətta İncildə də qeydlər var. 
Məbədin daxilinin baş hissəsini üzəri qiymətli ağac növü, qızıl və fil sümüyü lövhələri ilə örtülmüş 
allahın heykəli bəzəyir. Buraya yalnız kahinlərin az hissəsinin daxil olmasına icazə verilirdi. Digər sakinlər isə, 
Bu derslik behruzmelikov.com saytindan yuklenmisdir

 
112
bu heykəli yalnız təntənəli bayram və mərasimlərdə bütün yol boyu gəzdirilən zaman seyr etmək şərəfinə malik 
idilər. 
Ümumilikdə götürüldükdə babil sənətinin memarlıq nümunələri dövrümüzə  qədər çox az sayda gəlib 
çatmışdır. Bunu təkcə elə onunla izah etmək olar ki, İkiçayarası ərazisi daşlarla kasad olduğundan, günəş altında 
qurudulmuş  kərpiclərin tətbiqinə daha geniş yer verilmişdir ki, bu da zamanın sərt sınaqlarından 
müvəffəqiyyətlə çıxmaqdan məhrum idi. 
Memarlıqda daha çox gümbəz, arka, birləşdirici tavanlar kimi elementlərin tətbiqi üstünlük təşkil edirdi. 
Babil təsviri sənətində  vəhşi heyvanların – şir və öküzün təsvirinə tez-tez rast gəlmək olur. Tel-Əsmərdə 
mərmərdən hazırlanmış kişi fiqurları sənət nöqteyi-nəzərindən qiymətli hesab olunur. 
Babil mədəniyyətini inkişaf etdirən assuriyalılar b.e.ə. VIII əsrdə Babilistanı özlərinə tabe etdilər. 
Nineviyadakı sarayda alimlər Assuriya hökmdarı Aşşurbanipal (b.e.ə. VII əsr) dövrünə təsadüf edən və həmin 
dövr üçün çox zəngin sayılan kitabxana tapmışlar. Burada on minlərlə mixi yazı mətnləri əldə olunmuşdur. Belə 
güman edilir ki, həmin kitabxana vaxtilə babil, o cümlədən qədim şumer ədəbiyyatlarını özündə cəm etmişdir. 
Yeganə savadlı hökmdar olan Aşşurbanipal maarifpərvər, xüsusi təhsil almış bir şəxs olduğundan qədim yazı 
abidələrinin toplayıcısı idi. Onu qədim İkiçayarası mədəniyyətindən 2 min ildən artıq zaman kəsiyi ayırsa da, o 
qədim gil lövhəciklərin dəyərini dərindən dərk edir və ona görə də bunları toplayaraq mühafizə edirdi. 
Qeyd edək ki, təhsilə malik olmanı digər Assur hökmdarlarına xas olan əsas keyfiyyət digər ölkə  və 
dövlətləri özünə tabe etmək cəhdi idi. 
Assur mədəniyyətində incəsənət, xüsusilə təsviri sənət daha çox inkişaf edirdi. B.e.ə. I minillikdə Assu-
riya təsviri sənətində  qələbə  əzmini, təcəssüm etdirən obrazlara üstünlük verilirdi. Bu baxımdan qanadlı 
öküzlərin təsviri xüsusi məna kəsb edirdi. Öküzlər insan sifətli, parlaq gözlü beş dırnaqlı təsvir olunurdu. II Sar-
qonun sarayında (b.e.ə. VII əsr) təsvir edilən öküz belələrindəndir. Memarlıq tikililərində heyvanların – şir, 
dəvə, atların təsvirləri üstünlük təşkil edir. 
Assuriya saraylarına xas olan təsvirlərin məzmununa qüdrətli hökmdar, kinli, amansız  şah obrazı daha 
xasdır. Assuriya incəsənətində hökmdar qəddarlığının təsviri dünya sənət tarixində daha orijinal görünür. 
Assuriyalıların mənəviyyatındakı bu qəddarlıq, görünür, onların yüksək olmayan dini təsəvvürləri ilə bağlıdır.  
Yeni Babil 200 min əhalisi olan Qədim Şərqin ən iri şəhərlərindən biri hesab edilirdi. Şəhərin 24 böyük 
prospekti, böyük məşhur «Babil» qülləsi mövcuddur ki, hazırda o, dünyanın 7 möcüzəsindən birini təşkil edir. 
Bu qüllə 7 pilləli 90 m hündürlüklü zikkuratdır. Qüllənin  ətrafındakı yaşıllıq trassı da 7 möcüzədən biridir – 
bunları «Semiramidanın asılı bağları» adlandırırlar. 
B.e.ə. VI əsrdə Babilistana farslar hücum edir: şəhər məğlub olur və onu təntənəli surətdə fars İran şahı 
Kir idarə etməyə başlayır. Farslar babillərin dini ənənələrinə – bayram və  mərasimlərinə hörmətlə yanaşdılar. 
Kir rəsmi surətdə Babil şahlığını  İran hökuməti tərkibi  şərtilə saxladı  və ölkənin sosial strukturunda ciddi 
dəyişiklik etmədi. Ölkə yenə də Misir, Suriya, Kiçk Asiya ilə ticarət əlaqələrini davam etdirirdi. Babilistan hər 
kəsin mənsub olmaq istədiyi məkanlardan birinə çevrildi. 
Beləliklə, Mesopotamiya mədəniyyəti ibtidai dövr və qədim dünyanın ən sivil mədəniyyətlərindən biri he-
sab edilir. 
 
 
2.1.4. Fələstin, Finikiya və Suriya mədəniyyəti 
Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin