Dərslik Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2015,80 səh


Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir



Yüklə 373,03 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix25.04.2017
ölçüsü373,03 Kb.
#15723
1   2   3   4

Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:

— Dövlət vergiləri; 

— Muxtar Respublika vergiləri; 

— Yerli vergilər (bələdiyyə vergiləri).

Dövlət vergiləri dedikdə Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan

Respublikasının bütün ərazisində ödənilməli olan vergilər nəzərdə tutulur.



Muxtar Respublika vergiləri dedikdə Naxçıvan Muxtar Respublikasının Vergi

Məcəlləsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən

edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər nəzərdə tutulur.

Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə Vergi Məcəlləsində və müvafiq qanunla

müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin

ərazilərində ödənilən vergilər nəzərdə tutulur.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən xüsusi vergi rejimi tətbiq edilə

bilər. Xüsusi vergi rejimi dedikdə müəyyən dövr ərzində vergilərin hesablanması və

ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.

Vergilərin ödənilməsi Azərbaycan vətəndaşlarının konstitusiya öhdəliyidir.

Azərbaycan Respublikasında vergilər pul vahidimiz olan manatla hesablanır və

ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən

qanunla müəyyən olunmuş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və

vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar

olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri

ödəməyə məcbur edilə bilməz.


Dövlət vergilərinə aşağıdakılar aiddir:

— Fiziki şəxslərin gəlir vergisi; 

— Hüquqi şəxslərin mənfəət vergisi; 

— Hüquqi şəxslərin əmlak vergisi; 

— Hüquqi şəxslərin torpaq vergisi və s.

1.  Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vergilərin ödənilməsinin

vacib olmasını əsaslandırın.

2.  “Vergi dövlətin gəlir mənbəyidir” adlı təqdimat hazırlayın.

3.  Vergidən yayınma hallarının mənfi tərəflərini izah edin.

4.  Vergi iqtisadiyyatın tərkib hissəsidir fikrini əsaslandırın.

5.  Vergilər Nazirliyinin gördüyü işlər barədə araşdırma aparın.


1. MÜNASİBƏTİ NECƏ QURURUQ

Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilir. Bunların içərisində sual-cavab və

mülahizələr xüsusi yer tutur.

Bəs insanlar nəyin naminə ünsiyyət yaradırlar?

İnsanlararası münasibətlərdə ümumi cəhətlər hansılardır?

Ünsiyyət insanlar arasında qarşılıqlı münasibətlərin olmasını nəzərdə tutur.

İnsanlararası münasibətlər ünsiyyət prosesində yaranmaqla yanaşı, məhz bu

prosesdə də formalaşır.

Psixoloqlar qarşılıqlı münasibətləri formal və qeyri-formal olmaqla 2 yerə bölürlər.

Formal ünsiyyət müəyyən rəsmi qaydalarla məhdudlaşır. “Müəllim - müəllim”,

“direktor - müəllim”, “baş həkim - tibb bacısı”, “şöbə müdiri - elmi işçi” və s.

arasındakı münasibətlər formal xarakter daşıyır. Qeyri-formal münasibətlər rəsmi

qaydalarla məhdudlaşmır. Bu cür münasibətlər dostlar, yoldaşlar, qohumlar,

valideynlər və s. arasındakı münasibətlərdir. Lakin bununla belə, istənilən

müəssisədə formal münasibətlər qeyri-formal münasibətlərə keçə bilər. Çox vaxt

bu cür münasibətlər simpatiya* üzərində qurulur.



Sinifdə ən çox kimlərlə ünsiyyət qurursunuz? Buna səbəb nədir? 

Ünsiyyət qurduğunuz şəxslərlə ümumi cəhətlərinizi nədə görürsünüz?

İnsanların tələbatları, fəaliyyət növləri, maraqları, istəkləri, sosial yönümləri,

potensial imkanları, dünyaya baxışları, əqidələri, əməksevərliyi, ünsiyyət

mədəniyyəti və s. onları bir-birinə yaxınlaşdırır.

Simpatiya - bir adama və ya bir şeyə qarşı rəğbət, meyil və cazibədir.


Psixoloqlar hesab edirlər ki, bəzən temperament tipləri və xarakterləri müxtəlif olan

uşaqlar daha yaxşı münasibət qura bilirlər.



Psixoloqların fikrincə, 4 temperament tipi var: sanqvinik, xolerik, fleqmatik və

melanxolik. Bu temperament tiplərini qrup daxilində araşdıraraq yoldaşlarınızın

temperament tipini müəyyənləşdirin və aşağıdakı sualı cavablandırın:

- Hansı temperament tiplərinə aid olan uşaqlar bir-biri ilə daha yaxşı ünsiyyət

qururlar? Fikirlərinizi qruplarda müzakirə edib əsaslandırın.

Sanqvinik

Bu tipə aid insanlar zirək və diribaş olurlar. Tələskəndirlər. Oturaq işi

sevmədiklərindən daim hərəkətdədirlər. Ətrafda baş verənlər onların diqqətindən

kənarda qalmır. Hər şeyə maraq göstərirlər və onların maraq obyektləri tez-tez dəyişir.

Böyük həvəslə başladıqları işi asanlıqla yarımçıq qoya bilirlər. İstənilən şəraitə,

vəziyyətə tez uyğunlaşa bilirlər. Son dərəcə emosionaldırlar. Onlar tez sevinib, tez də

kədərlənirlər. Bu tip insanlar təsir altına tez düşürlər.

Xolerik

Bu tipə aid insanlar son dərəcə coşqun və kəmhövsələdirlər. İstənilən məsələyə dərhal

reaksiya verirlər. Bu xasiyyətlərinə görə ətrafdakılarla yola getmir, tez-tez münaqişəyə

girirlər. Adətən, səbirsiz, tündməcaz insanlardır. İnadkardırlar. Sanqvinikdən fərqli

olaraq, maraqları sabit və davamlıdır, başladıqları işi sona çatdırırlar. İstənilən

problemlə üzləşdikdə özlərini itirmir, asanlıqla vəziyyətdən çıxış yolu tapırlar. Bu tipə

aid olan insanlar sadiqdirlər, yaxınlarına son dərəcə bağlı olduqlarına görə onlar üçün

mühiti dəyişmək çox çətindir. Düşdükləri yeni mühitə uzun müddət alışa bilmirlər.

Fleqmatik

Bu tip insanlar qaradinməz, sakit, təmkinli olurlar. Söhbətcil deyillər. Çox çətinliklə

söhbətə qoşulurlar. Heç bir tip fleqmatik qədər təmkinli deyildir. Onları

həyəcanlandırmaq və yaxud hirsləndirmək elə də asan məsələ deyil. Bu tip istənilən

halda hadisələrə hamıdan gec reaksiya verir. Bu xüsusiyyətlərinə baxmayaraq,

psixoloqların fikrincə, fleqmatik tip insanlar mehriban və istiqanlıdırlar. Sadəcə, onları

yaxından tanımaq üçün vaxt lazımdır. Vaxt keçdikcə alışdığı insanlara qarşı diqqətli və

mehriban olurlar. Həmişə rəfiqələrini, dostlarını arayan bu qəbildən olan insanlar

vaxtilə incik düşdüyü insanlara qarşı sayğısız yanaşmırlar.

Melanxolik

Bu tip insanlar sakit, ancaq həssasdırlar. Onlar heç nəyə biganə qalmırlar. Elə bu

səbəbdən onlara münasibətdə ən kiçik diqqətsizlikdən belə tez inciyirlər. Kiçik bir

qanqaraldıcı hadisəni uzun müddət unuda bilmirlər. Dönə-dönə bu hadisəni xatırlayır,

kədərlənir, öz aləmlərində ölçüb-biçirlər. Heç bir tip onlar qədər "yüz ölç, bir biç"

məsəlinə riayət etmir. Ən çox özlərindən narazı olduqlarından heç bir bacarıqlarını

dəyərləndirmirlər. Özlərinə tənqidi yanaşırlar. Elə bu səbəbdən də bacardıqları işin

belə öhdəsindən gələ bilmirlər. Bədbin fikirlər onları tez ruhdan salır. Bir qayda

olaraq, başladıqları iş yarımçıq qalır.

Siz artıq ömrünüzün ən gözəl çağını - yeniyetməlik dövrünü yaşayırsınız. Bu dövrdə

həyatın ən önəmli məqamlarından birini ünsiyyət prosesi təşkil edir. Buna görə də

yeniyetmələr daha fəal ünsiyyətə can atır, müəyyən məlumatları ötürür və qəbul

edirlər.

Lakin onu da unutmaq olmaz ki, bu yaş dövründə sizin hələ maraqlarınız tam

formalaşmayıb və ona görə də müxtəlif insanlarla münasibətlərinizdə daha ehtiyatlı

davranaraq təsir altına düşməməlisiniz.

Unutmayın ki, böyüklərlə münasibətdə təmkinli davranıb, onlarla əməkdaşlığa hazır

olduğunuz kimi, öz yaşıdlarınızla münasibətlərdə də xoşagəlməz davranışlara yol

verməməlisiniz.


Özünüz özünüzlə dost olmaq istəyirsinizsə, vaxtaşırı öz hərəkətlərinizi təhlil

edin.

Ünsiyyət mədəniyyətinin özü də insanlar arasındakı münasibətlərdə başlıca rol

oynayır. Xeyirxahlıq, dinləmə mədəniyyəti, təmkinlilik, mehribanlıq, hörmətcillik,

nəzakətlilik, empatiya* bacarığı ünsiyyət mədəniyyətinin əsasını təşkil edir.

İnsanlararası münasibətlər, əsasən, bir-birini tamamlayır, bəzi hallarda isə

konfliktlərə, münaqişələrə səbəb olur.



Münaqişələrin yaranma səbəblərini və bu zaman əməl etməli olduğunuz davranış

qaydalarını yadınıza salın.

Yalnız məktəb direktoru, sinif rəhbəri, valideynlərinizlə deyil, sinif yoldaşlarınız, yaxın

qohumlarınız, yaşıdlarınızla da münasibətdə ünsiyyət mədəniyyəti gözlənilməlidir.

1.  İnsanlar arasında yaranan münaqişələrin idarə olunması üçün göstərilən

yollardan biri də mübahisənin genişlənməsinə yol verməməkdir. Mübahisələr

hansı səbəblərdən yarana bilər və bu mübahisələrin yaranmaması üçün nələrə

diqqət edilməlidir?

2.  Zaur və Həsən mübahisə edirdi. Onların mübahisəsi davaya çevrildi. Həsənin

atası hadisə yerinə gəlib Zauru tutub saxlamağa çalışdı. Sizcə, o, düzgün hərəkət

etdimi? Fikrinizi açıqlayın.

Empatiya - özünü başqa insanın və ya canlının yerində hissetmə bacarığı,

başqasının dərdinə şərikolma hissi.



2. İNSANLARARASI MÜNASİBƏTLƏR

Mütəxəssislərin bir qismi belə hesab edir ki, insanlar dünyaya gələndə onların

beyinləri ağ kağıza bənzəyir. Ancaq vaxt keçdikcə hətta eyni valideynlərin övladları

belə müxtəlif xasiyyətli olur, insanlara münasibətlərinə görə bir-birindən

fərqlənirlər. Hətta onların bir qismi dahi, bir qismi isə cani olur.

Sizcə, buna səbəb nədir? 

İnsanlararası münasibətlərdə ümumi cəhətlər nə üçün əhəmiyyətlidir?

Bildiyiniz kimi, insanlar xarakterlərinə görə bir-birilərindən fərqlənirlər. “Yaxşı adam”

və ya “pis adam” adlandırdığımız insanlar da xarakterlərinə görə fərqlənirlər.

İnsanların bir-birinə uyğun xarakterləri onlar arasında dostluq, yoldaşlıq, sevgi,

rəğbət kimi hislərin yaranmasına səbəb olur.

İnsanların xarakterləri fərqləndiyi kimi onların digər insanlara qarşı münasibətləri də

fərqlidir.

İnsanların bəzi xüsusiyyətlərini nəzərə alaraq onları qruplaşdırmaq mümkün

olmuşdur.

Kollektivə və digər insanlarla münasibətə görə

məsuliyyətli, qayğıkeş, laqeyd, təvazökar

Əməyə münasibətə görə

əməksevər, zəhmətkeş, tənbəl, zirək

Özünə münasibətə görə

lovğa, şöhrətpərəst, eqoist

Əşyalara münasibətə görə

səliqəli, pinti


Bu əlamətlər bir-biri ilə üzvi surətdə bağlıdır. Xarakterik əlamətlər, nəinki uşaq

yaşlarında, bütün ömür boyu inkişaf edir.



Kiçik yaşdan hazırkı yaşa qədər xarakterinizdə və insanlara qarşı münasibətinizdə baş

verən dəyişiklikləri müzakirə edin.

İnsanların bir-birinə münasibətlərinin formalaşmasında ailənin, bağçanın, məktəbin,

ümumiyyətlə, cəmiyyətin rolu danılmazdır.

İnsanların hisləri çox müxtəlif və rəngarəngdir. Bu da onların ətrafdakı insanlara

münasibətlərinin müxtəlif olmasına imkan yaradır.

Ali hislər insanın yüksək inkişafının məhsuludur. Bu hislər məzmunca ən zəngin

hislərdir. Bura əxlaqi, zehni və estetik hislər daxildir.

İnsanlararası münasibətlərdə hər kəs öz məsuliyyətini hiss etməlidir. “Məsuliyyət”

dedikdə öz qərarlarına, hərəkətlərinə və əməllərinə görə cavabdehlik başa düşülür.

Əgər dostlar, yoldaşlar arasında soyuq münasibət yaranarsa, onu həll etməyə

çalışın.

Problemli məsələnin həllinə doğru 6 addım:

Ehtiyac və tələbatları müəyyən edin

Siz nə istəyirsiniz? Nəyə həqiqətən ehtiyacınız var?

Problemi müəyyən edin.

Problem nədən ibarətdir?

Problemin müxtəlif həlli yollarının müəyyən

edilməsinə dair düşünün.

Problemi hansı yolla həll etmək olar?

Qərarı qiymətləndirin.

Nəyə nail olacağam?

Qərarın ən yaxşı həlli yolunu tapın.

Problem həll olundu. Qərar səni razı saldımı?

Qərarın nə ilə nəticələndiyini yoxlayın.

Deyə bilərik ki, problem həll olunub?

Daim mədəni ünsiyyətə çalışın. Çünki mədəni ünsiyyət zamanı heç kəs alçalmır,

incimir, nüfuzdan düşmür.

1.  Sinif yoldaşlarınızı xasiyyətlərinə görə qruplaşdırın və cütlüklər yaradın.

2.  Dost seçərkən hansı ümumi cəhətlərin olmasına önəm verirsiniz?

Ümumi cəhət

Nə üçün əhəmiyyətlidir?

 

 



3. VƏZİFƏLƏRİMİZ VƏ MƏSULİYYƏTİMİZ

Hər gün səhər tezdən məktəbə tələsirsiniz. Ev tapşırıqlarım hazırlamayanda, demək

olar ki, bütün gün narahat olursunuz. Təbii ki, bu çox vaxt sizin məsuliyyətinizdən

irəli gəlir. Bir şagird kimi dərslərinizi yaxşı oxumaqla yanaşı, sizin bir çox vəzifələriniz

və məsuliyyətləriniz də vardır.

Sizcə, vəzifə və məsuliyyətin insanın həyatında hansı mühüm rolu vardır?

Bildiyimiz kimi, ayrı-ayrı insanlar bir-birinin köməyi ilə işləyirlər. Bunun nəticəsində

bir-birinin iş və fəaliyyətindən istifadə edərək öz həyat və məişət ehtiyaclarını təmin

edirlər. Müşahidə aparsanız, görərsiniz ki, insan bədəninin hər bir üzvü

özünəməxsus bir işi yerinə yetirir, eyni zamanda başqa üzvlərin fəaliyyətindən də

bəhrələnir. Yəni bir üzv digər üzvün fəaliyyətinə kömək edir. Əgər insan

orqanizmində hər bir üzv yalnız özü üçün çalışsa, qanunauyğunluq pozular.

Təsəvvür edin ki, cəmiyyətin ayrı-ayrı üzvlərinin fəaliyyəti cəmiyyətin birgə

fəaliyyətinə kömək edir. Bu zaman hər bir kəs öz vəzifə və məsuliyyətini dərk edir.

Yəni insan öz vəzifəsini cəmiyyətin mənfəəti ilə yanaşı istəməli və öz işi və

fəaliyyətlərindən cəmiyyətin faydalanmasını nəzərə almalıdır. İnsan zəhmətindən

bəhrələnsin ki, hamıya faydalı olsun, özü də bu cəmiyyətdən fayda əldə edə bilsin. O

həmçinin hamının hüququnu müdafiə etməlidir ki, öz hüquqlarını da müdafiə edə

bilsin.


Vəzifə insanın zəruri olan haqlı davranışıdır. İnsanın davranış normaları cəmiyyətin

və başqa insanların maraqlarına uyğun olmalıdır. Cəmiyyət, əsasən, insanlar

arasında yaranan davranış qaydaları ilə idarə olunur. Davranış qaydalarının bir

qismi dövlət tərəfindən müəyyən olunur və qanunlarda öz əksini tapır. Onların

pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Davranış qaydalarının bir qismi isə

əxlaq normalarına əsaslanır.



Yol hərəkəti qaydalarına uyğun davranışlara aid nümunələr göstərməklə cəmiyyətdə

bu qaydaların zəruri olmasını əsaslandırın.

Dövlət tərəfindən müəyyən olunan qaydalar, əsasən, səlahiyyətli orqanlar

tərəfindən icra edilir.

Vətəndaşların konstitusiya ilə müəyyən edilmiş vəzifələri vardır. Hər bir şəxs

Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa

şəxslərin hüquq və azadlıqlarına hörmət etməli, qanunla müəyyən edilmiş vəzifələri

yerinə yetirməlidir.


Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı vəzifələrimiz var?

Hüquqsuz vəzifə, vəzifəsiz hüquq yoxdur. Hüquq və vəzifələr bir-birindən

ayrılmazdır.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vətəndaşların vəzifələri

müəyyən edilmişdir. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs hüquq və

azadlıqlarından irəli gələn vəzifələr daşıyır.

Azərbaycan Respublikasının Konstitusiyasında vətənin müdafiəsi vətəndaşın

vəzifələrindən biri kimi nəzərdən keçirilir. Vətənin müdafiəsi vəzifəsi məcburi hərbi

xidməti və ya onu əvəz edən alternativ xidmətlə əvəz olunmasını nəzərdə tutur.

Məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsi vətəndaşın

vəzifələri sırasına Vətənin müdafiəsini aid edir:

1.  Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada



vətəndaşlar hərbi xidmət keçirlər.

2.  Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən



edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol

verilir.

Sağlam yaşamaq üçün ətraf mühitin qorunması bəşəriyyətin ən mühüm

vəzifələrindən biridir.

Təbiəti qorumaq, onu mühafizə etmək, sağlam nəsil böyütmək üçün ətraf mühiti

qorumaq borclarımızdan biridir. Bu baxımdan Azərbaycan Respublikasının

Konstitusiyasının 78-ci maddəsində göstərilir ki, ətraf mühitin qorunması hər bir

şəxsin borcudur.

Digər bir borc isə vergilərlə bağlıdır. Bu, Azərbaycan Respublikasının

Konstitusiyasının 73-cü maddəsində öz əksini tapmışdır.

Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və

vaxtında ödəmək hər kəsin borcudur.

Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən

əlavə vergilər və başqa ödənişləri ödəməyə məcbur edilə bilməz.

Əxlaq normalarına aid olan davranış qaydaları isə illər boyu cəmiyyət inkişaf etdikcə

yaşayış mühitindən və həmçinin dindən asılı olaraq formalaşmışdır.

İnsan daim öz fikirlərinə nəzarət etməli, cəmiyyətə, ətraf mühit üçün faydalı

olmalıdır. Bu faydalılığın nəticəsində normal cəmiyyət yaranır ki, bu da insanın

ətrafındakılara qarşı olan vəzifələrinin əhəmiyyətini artırır. Həmçinin insan öz

sağlamlığına daim fikir verməli, digər insanlara kömək etməlidir.



İnsanın özü qarşısındakı vəzifələrindən başqa, ailəsi, qohumları və digər insanlar

qarşısında olan mühüm mənəvi vəzifələri də vardır. Bunlardan ən başlıcası ata və

ana, həmçinin ailə qarşısında duran vəzifələrdir. Ata və ana övladı dünyaya gətirən,

onu böyüdüb boya-başa yetirən və tərbiyə verən şəxslərdir. Biz bütün həyatımız və

uğurlarımız üçün valideynlərimizə borcluyuq. Ata və anaya qarşı olan fədakarlıq və

sevgi hisləri bütün insanlara qarşı olmalıdır.

İnsanın ailəsi qarşısındakı vəzifələri ilə yanaşı, onun mənafeyini daim düşünən

dövləti qarşısında da vəzifələri vardır. İnsan ailəsini sevdiyi kimi, millətinə də xidmət

etməli, millətini sevməli və onun mənafeyini qorumalıdır. Millətin, ölkənin tərəqqisi,

inkişafı üçün daim çalışmalıdır.

1.  Vəzifələrimizə aid nümunələr göstərməklə təqdimat hazırlayın.

2.  İnsan mənəviyyatının formalaşmasında vəzifə və məsuliyyətin əhəmiyyətini

qiymətləndirin.

3.  İnsanın mənəviyyatına təsir edən amillərdən biri olan məsuliyyətin əhəmiyyətini

faktlara əsasən əsaslandırın.

4.  “Vəzifə və məsuliyyətimiz mənəviyyatımızı formalaşdırır” başlığı altında esse

yazın.


4. MƏNİM MƏNƏVİ BORCUM

Sultan Hüseyn Bayqara Şah İsmayıl Xətaiyə bir məktub yazır və onu əyləncə məclisi

təşkil etməyə çağırır. Şah İsmayıl əyləncələrdən imtina edir və deyir: “Mənim buna

vaxtım yoxdur. Çünki Vətən torpağı dardadır. Gərək rahatlanmadan məmləkətimin

ətrafında at cövlan etdirəm”.

Şah İsmayıl Xətainin bu sözləri sizdə hansı hisslər oyadır?

Vətən müqəddəs və əbədidir. Vətənin müqəddəsliyi hər birimizin qəlbinə, ruhuna

ana laylası, ana zümzüməsi ilə daxil olur.

Ana vətənimiz Azərbaycan Cavanşir, Babək, Koroğlu, Qafur Məmmədov, Çingiz

Mustafayev, Mübariz İbrahimov kimi igidlər yurdudur. Azərbaycanın bu qəhrəman

övladı vətənin azadlığı naminə mübarizə aparmış, canlarını bu yolda qurban

vermişlər.

Öz xalqı, milləti üçün canından, qanından keçən, şərəfli həyat yolu ilə başqalarına

nümunə olan yüzlərlə vətən övladları vardır ki, onlar öz mənəvi borclarını vətən və

dövlət qarşısında ləyaqətlə yerinə yetirmişdir.



Öz xalqı və vətəni naminə mübarizə aparan qəhrəmanların və şəxslərin timsalında

mənəvi tərbiyə anlayışı haqqında fikir yürüdün.

İnsanın şəxsiyyət kimi inkişafına, formalaşmasına, müəyyən baxışlarının

yaranmasına təsir edən əsas amil tərbiyədir. İnsanın dəyişməz inkişafını təmin

edən, həyati dəyərləndirməni formalaşdıran isə mənəvi tərbiyədir. Mənəvi tərbiyə

insanlara, onun düşüncə və əməllərinə müsbət təsir göstərir və müsbət keyfiyyətlər

yaradır.


Sizcə, həmin keyfiyyətlər hansılardır? Müəyyənləşdirin.

Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi əsas

vəzifələrimizdən biridir. Hər bir insanın mənəvi aləmi vardır. Vətənə, xalqa sevgi və

s. mənəvi hislər insanın mənəvi borcunun formalaşmasına gətirib çıxarır. Mənəvi

borc bir şəxsin deyil, xalqın, hətta dövlətin üzərinə düşən vəzifə olmalıdır. Bu

baxımdan Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir

tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dini və

milli- mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Müstəqilliyimizin əldə

olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi

dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük

zəmin yaradır.

Heydər Əliyev iqtisadiyyat və siyasətlə yanaşı, elmə, mədəniyyətə, maarifə və sənətə

də qayğı göstərir, ziyalılarla daim dostluq edir, onların əməyini vaxtaşırı yüksək

qiymətləndirirdi. Ulu öndər milli-mənəvi dəyər olan ana dilinə daha böyük önəm

verirdi. Onun təşəbbüsü sayəsində “Müasir Azərbaycan dili” dərsliyinin Dövlət

mükafatına layiq görülməsi təkcə elmə yox, həm də ana dilinin inkişafına dövlət

qayğısının təzahürü idi. 1978-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul

edilərkən Əsas Qanuna Azərbaycan dilinin dövlət dili olduğunu bəyan edən xüsusi

maddənin salınması həmin dövr üçün çox böyük cəsarət sayılırdı.



“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” -

söyləyən Ulu öndər öz mənəvi borcunu yerinə yetirməklə Azərbaycan adını zirvələrə

qaldırmışdır.

Mətndə verilmiş Ulu öndər HeydəƏliyevin fikrini şərh edin.

Konstitusiyamızda demokratik, hüquqi, dünyəvi və unitar respublika qurulduğu

bəyan edilmişdir. Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqın milli-mənəvi

dəyərlərinə, o cümlədən dininə böyük hörmət və ehtiramla yanaşmışdır. Ulu öndər

sovet dövründə vəhşicəsinə sökülərək ləğv edilmiş


Bibiheybət məscidini yenidən bərpa etdirərək tikdirmişdir. Heydər Əliyev siyasətini

layiqincə davam etdirən Prezident İlham Əliyev də vətən qarşısında mənəvi borcunu

layiqincə həyata keçirir. Dinə hörmətlə yanaşan Prezident İlham Əliyevin təşəbbüsü

ilə ölkəmizdə dini bayramlar da digər bayramlar səviyyəsində qeyd olunur.



Mənəvi borcun bir hissəsi olan xeyriyyəçilik vətənə və xalqa olan sevginin

nümunəsidir.

Tarixən xalq və vətən qarşısında mənəvi borcunu yerinə yetirənlərdən biri də Hacı

Zeynalabdin Tağıyev olmuşdur. Xeyriyyəçiliklə məşğul olan bu şəxs 1901-ci ildə 300

min manat dəyərində vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbini tikdirir. Bu

bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Onun maarifpərvər xidmətləri

sayəsində ölkəmizdə qəzet və jurnallar çap edilməyə başladı. H.Z.Tağıyevin

köməkliyi ilə 1905-ci ildə yaradılmış Müsəlman Xeyriyyə Cəmiyyəti - ilk xeyriyyə

cəmiyyəti idi.



Daha hansı xeyriyyəçiləri tanıyırsınız? Onların gördüyü işləri nümunə gətirməklə

mənəvi borcu izah edin.

Bu gün hər bir kəsin dövlət, vətən qarşısında öz vətənpərvərlik borcu var. Vətəni

qorumaq, sevmək hər birimizin mənəvi borcudur. Bu gün hər biriniz oxumaqla,

sabah Azərbaycanın müstəqilliyini qorumaqla, müxtəlif sahələrdə çalışmaqla vətənə

borcunuzu verəcəksiniz.

Vətənpərvərliyi hər bir insan öz əməlində, öz sahəsində göstərə bilər. Musiqiçi yalnız

öz ifası ilə, bəstəkar öz bəstələri ilə, müəllim yetişdirdiyi şəxsiyyətlərlə, həkim şəfa

verdiyi insanlarla qane olmamalı, vətənini, dövlətini, millətini sevməli, ona xələl

gətirməməlidir. Dünyanın hansı ölkəsinə getsək, vətənimizi layiqincə təmsil etməyi

bacarmalıyıq.

“Biz öz milli-mənəvi dəyərlərimizə sadiqik, bu dəyərləri qoruyuruq, 

saxlayırıq, ənənələri yaşadırıq və bizim gücümüz də bundadır. ” 

İlham ƏLİYEV

1.  Xarici ölkədə keçirilən hər hansı bir tədbirdə iştirak etsəniz, doğma diyarımızı

necə tanıdardınız? Fikirlərinizi qrup daxilində müzakirə edərək çıxış hazırlayın və

təqdim edin.

2.  ”Mənim mənəvi borcum” mövzusunda esse yazın.

5. DİNİ-ƏXLAQİ DƏYƏRLƏR



Hər xalqın öz adət-ənənəsi, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-

mənəvi, dini dəyərlərimizə və adət-ənənələrimizlə fəxr edirik.

HeydəƏLİYEV

Sizcəəxlaqın formalaşmasında dinin rolu nədən ibarətdir? Müzakirə edin.

Xalqın mədəniyyətinin inkişafında və formalaşmasında tarixən yaranmış milli-

mənəvi dəyərlər mühüm rol oynayır. Hər bir xalqın mənəvi aləminin

formalaşmasına milli-mənəvi dəyərləri şərtləndirən dil, din və adət-ənənə kimi

amillər həlledici təsir göstərir.

Əxlaqi dəyərlər insanların bir-birinə sevgisi, məhəbbəti, şəfqəti, mərhəməti,

qarşılıqlı qayğı və yardımetmə hissidir. Əxlaqi dəyərlərin milli və ya coğrafi bölgüsü,

sərhədi yoxdur. Dünyada elə bir xalq, millət yoxdur ki, onlarda valideynə ehtiram,

böyüklərə hörmət, kiçiklərə, xəstə və kimsəsizlərə qayğı,


dövlətə, yaxınlara sevgi hissi tərbiyə edilməsin. Bu cür əxlaqi dəyərlərin təbliği

gələcəyin sağlam əxlaqlı cəmiyyətinə işarədir. Əxlaq insanlararası münasibətlər,

eləcə də insanların mənəvi həyat və fəaliyyətinin birliyindən formalaşmışdır.

Əxlaqi mədəniyyətin əsasını insanların maraqları, tələbat və xarakterdən ibarət

dəyərlər təşkil edir. Cəmiyyətin mədəniyyəti insanlann irsi keyfiyyət və

tərbiyələrindən, eləcə də bütövlükdə cəmiyyətin maddi rifahından asılıdır.

Biz lap kiçik yaşlanmızdan böyüklərdən, ata-anamızdan, müəllimlərimizdən “düz ol”,

“doğru hərəkət et”, “yalan danışma”, “insanlara hörmət et”, “başqalarının haqqını

əlindən alma”, “darda olan insanlara kömək et”, “sinif yoldaşlarına qarşı diqqətli ol”

və s. bu kimi əxlaqlı olmağımıza xidmət edən sözlər eşidirik. Müsbət cəhətlərə malik

olan insanlar əxlaqlı, namuslu, ləyaqətli insanlar hesab olunur.

Cəmiyyət qarşılıqlı hörmətə və ehtirama söykənərək inkişaf edir. Hər kəsin digərinə

hörmətlə yanaşması, ətrafındakılara tolerant münasibət göstərməsi əxlaqi dəyərlər

kimi qiymətləndirilir. İnsan azad olsa da, cəmiyyətdə özünüidarəetmə bacarığına

malik olmalı, əxlaqlı davranmaqla ətrafındakılara hörmət etməlidir.

Gündəlik həyatınızda (evdə, küçədə və məktəbdəəməl etməli olduğunuz davranış

qaydalarına aid nümunələr göstərin.

İnsanların əxlaqlı davranışı iradəyə əsaslanır. İradəli insanlar daim əxlaq qaydalarına

riayət etməklə başqalanna, əsas da gənclərə nümunə göstərirlər. Bəzən siz hər

hansı pis vərdişlərinizi özünüzdən uzaqlaşdırmaqda çətinlik çəkirsiniz. Lakin əxlaqlı

və tərbiyəli olmaq üçün böyük iradə sərf etməklə mənfi xüsusiyyətlərinizi aradan

qaldıra bilərsiniz. Müsbət əxlaqi keyfiyyətləri: əməksevərlik, təvazökarlıq, nəzakət,

xeyirxahlıq, səmimilik, vicdan, düzlük, cəsarət, mərdlik, öz səhvini etiraf etmək,

başqasının halına yanmaq və s. kimi müsbət xüsusiyyətləri özünüzdə

formalaşdırmağa çalışın. Mənfi əxlaqi keyfiyyətləri: xainlik, yalançılıq, yaltaqlıq,

namərdlik, paxıllıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük,

riyakarlıq, şöhrətpərəstlik və s. kimi pis vərdişlərdən uzaq olun.

Əxlaqi hislər şəxsiyyətin mənəvi tələbatları və maraqları ilə bağlıdır. Bu hislər

insanların düzgün addım atmasına və düzgün hərəkət etməsinə kömək edir. Bəzən

hər hansı bir hadisəni qiymətləndirmək məcburiyyətində oluruq. Bu zaman məhz

əxlaqi hislərin köməyi ilə qərarlar veririk. Vicdanımız ədalətsiz qərar çıxarmağımıza

mane olur.



İctimai nəqliyyatda əxlaq qaydalarına zidd olan hansı hadisələrlə qarşılaşmısınız? Bu

vəziyyətdə siz necə hərəkət edərdiniz?

Əxlaq normaları böyük bir tarixi dövr ərzində formalaşır. İnsanların tələbat və həyati

maraqlarını, eləcə də bir çox nəsillərin dini və dünyəvi təcrübəsini əxlaqi dəyərlər

özündə əks etdirir. Əxlaqi dəyərlərin formalaşmasında bütün digər amillər kimi

dinin də rolu danılmazdır. Din insanları daim əxlaqlı yaşamağa çağırır. Ona görə də

dinə belə tərif verilir: “Din insanların səadətə çatmaq üçün inanaraq həyatlarına

tətbiq etdikləri əxlaqi dəyərlərin cəmidir”.

Əxlaq anlayışının dində yeri çox böyükdür. Dinlərin təməli əxlaqdır. Həm çoxallahlı

dinlərin, həm də səmavi dinlərin əsasını əxlaq təşkil edir.

Zərdüşt dininin müqəddəs kitabı olan “Avesta”da tərbiyə insan üçün zəruri bilinən

ən mühüm həyati tələbat kimi nəzərdə tutulur. Hamının tərbiyəyə möhtac olduğu və

cəmiyyətin hər bir üzvünə ədəb-ərkan, yaxşı adətlər, davranış və rəftar tərzi

öyrədilməsi vacib bilinir. Zərdüşt peyğəmbər deyirdi: “İnsan kamilləşməyə

möhtacdır. O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız, cəfəng ideyalara

deyil, torpağa, vətənə fəda edirlər. Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb

insan kimi də ölənləri sevirəm. O adamları sevirəm ki, canına cəfa verir, özündən

sonra bir iz qoymaq istəyir. Fədakar adamları sevirəm, indi qədir-qiymətləri

bilinməsə də, sabaha tək onlar üzüağ çıxacaqlar. Gözü, könlü tox, mənəmlik

buxovundan azad adamları sevirəm”.

Göründüyü kimi, “Avesta” öz çağırışları ilə insanları mənəvi kamilliyə, əxlaqi saflığa

səsləyir. Zərdüşt peyğəmbər ailə və birgəyaşayış qaydalarına da çox mühüm dəyər

vermişdir. O bu barədə deyirdi: “Ey ərlik qızlar və ey yeznələr! Təmizkar dolanışıq

uğrunda qeyrətlə çalışmaqda bir-birinizdən qabağa düşün! Bu həyat gücü ilə

özünüzü xoş və şad edərsiniz”.



“Avesta ”dan verilmiş nümunəni təhlil edin və nəticə çıxarın.

“Musa hökmləri” kitabında göstərilir ki, Allah qorxusu insanları bəd əməllərdən,

cinayətkarlıqdan çəkindirir, vicdanlı işləməyə istiqamətləndirir. Digər dinlərdə

olduğu kimi, xristianlıqda da “öldürmə!”, “oğurlama!”, “tərbiyəsizlik etmə!” ifadələri

insanın mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır.

İslam dini elmin bir çox sahələrini - fəlsəfəni, siyasəti, hüququ, etikanı, məntiqi,

psixologiyanı, pedaqogikanı və s. birləşdirir. İslam dininin özüllərinin, xüsusən də

Qurani-Kərim və peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) hədislərinin zəngin

tərbiyəedici imkanları vardır. Valideynə hörmət, əxlaq,


vətən, məhəbbət, vicdan, təmkinli olmaq, mülayimlik, yaxşılıq, təvazökarlıq,

qonaqpərvərlik, həya, elm, şərəf və s. barədə Məhəmməd peyğəmbər (s.ə.s.)

qiymətli fikirlər irəli sürmüşdür. Qurani-Kərim bəşər övladma münasibətdə diqqətli

olmağı və onun qayğısına qalmağı, günahı bağışlamağı əsas cəhət, müsbət keyfiyyət

sayır: “Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən

yaxşıdır”.

Məhəmməd peyğəmbər (s.ə.s.) hədislərinin tərbiyəedici imkanları da genişdir.

Həzrəti Məhəmməd (s.ə.s.), hər şeydən əvvəl, beşikdən qəbrədək elm öyrənməyi

tövsiyə edirdi. İnsanın təşəkkül tapıb formalaşmasından danışarkən Məhəmməd

peyğəmbər (s.ə.s.) tərbiyəyə daha çox əhəmiyyət verirdi: “Heç bir ata öz övladına

gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz”. Peyğəmbərin (s.ə.s.) həmin fikri bu

gün də öz dəyərini saxlayır. Həzrəti Məhəmməd (s.ə.s.) oğul və qızlarına layiqli

tərbiyə verməyi, öz övladlarının əxlaqının saflaşdırılmasının qayğısına qalmağı ata-

anaların borcu saymaqla yanaşı, eyni zamanda övladlardan tələb edirdi ki,

valideynlərinə hörmət və ehtiram göstərsinlər, ehtiyac duyduqda kömək əllərini

onlara uzatsınlar (“Ömrün uzanmasını və ruzisinin artmasını istəyən kəs valideyninə

ehtiram etsin”, “Ata-ananıza ehtiram edin ki, övladlarınız da sizə hörmət qoysunlar”).

Məhəmməd peyğəmbər (s.ə.s.) gəncləri qocalara hörmət bəsləməyə, onların öyüd-

nəsihətlərini eşitməyə çağırırdı. Həzrəti Məhəmməd (s.ə.s.) mərhəmət və

yaxşılıqdan söz açarkən məzlumlara əl tutmağın vacibliyini göstərir; qeyd edir ki,

Allahın ən çox sevdiyi ev yetimə hörmət bəslənilən evdir.

Həmçinin belə bir fikir irəli sürülür ki, mərhəmət edənlərə Allah da mərhəmət edir.

Bu o deməkdir ki, insan xeyirxahlıq göstərirsə, nə vaxtsa bu onun qarşısına çıxır,

yaxşılığının əvəzi verilir. Həzrəti Məhəmməd (s.ə.s.) insanlara



tədbirli olmağı, bir iş görmək istəyəndə həmin işin nəticəsini düşünməyi məsləhət

bilirdi (“Bir iş görmək istəsən, sonunu düşün, sonu xeyirdirsə, ondan yapış, şərdirsə,

fikrindən daşın”).

İslam dininin əxlaqi dəyərlərinə münasibətinizi bildirin.

Sağlam düşüncəli, sağlam əxlaqlı insanların yetişdirilməsi ailədən başlayır. Ailə kiçik

bir dövlətdir. Hər bir dövlətin öz qayda-qanunu olduğu kimi, bir ailənin də öz

mövcudluğunu qoruyub saxlaması üçün əxlaqi dəyərlər əsasdır. Hər bir valideyn

övladma mükəmməl tərbiyə verməklə, onu əxlaqlı insan kimi yetişdirməyə çalışır.

Öz sevgisi, şəfqəti, mərhəməti və məhəbbəti ilə nümunə olmağa çalışır. Ehtiyacı

olan, qaçqın və məcburi köçkün ailələrinə yardım, böyüklərə hörmət və ehtiram,

kiçiklərə qayğının özü də əxlaqi dəyərlərin nümunəsidir.



Oxuduğunuz əsərlərdən nümunə gətirməklə insanlara edilən müxtəlif yardımların

əxlaqi keyfiyyət olmasını əsaslandırın.

Din insan təfəkkürünün məhsuludur. Dini ideyaların təbliğ olunduğu bütün

kitablarda əsas təməl əxlaqi dəyərlərdir. Əxlaqi dəyərlərin isə daha çox qorunduğu

və saxlandığı məkan ailədir. Bu baxımdan birgəyaşayış qaydalan insanları əxlaqi

cəhətdən saflaşdıran ən önəmli ünsürdür. Din vasitəsilə insanların vəhdət halında

yaşamasını və kollektivçiliyi, birgəyaşayışın insan üçün əhəmiyyətini öyrənirik. Əxlaq

qaydaları insanların uzunmüddətli həyat təcrübəsindən qaynaqlanan davranış

kodeksləridir*. “Nəyi etmək olar, nəyi etmək olmaz?” suallarına verilən cavablar hər

bir xalqın milli əxlaqi ideyalarından doğan və mentaliteti təsdiq edən amillərdir.

Böyüyən gənclik də istər dinlə, istər elmlə birgəyaşayışın faydalanın və əxlaqi

dəyərlərin formalaşmasının mahiyyətini anlamalı və birgəyaşayış qaydalarına əməl

etməlidir.

1.  Xristianlıqda əxlaqi normalara münasibət bildirin.

2.  İslam dinində əxlaqi normalara münasibət bildirin.

3.  Ailəyə və yaxınlara hörmət, ehtiram və qayğıkeşliyin dini-əxlaqi dəyərlərə

əsaslandığını izah edin.

4.  Dində qadına, anaya hörməəxlaqın bir hissəsidir fikrini faktlara əsasən şərh

edin.

Kodeks — qanunların sistemə salınmış toplusu, məcəllə; digər bir mənası isə



əxlaq, əqidə, görüş, adət normaları məcmusu.

1. SAĞLAM HƏYAT - SAĞLAM AİLƏ

Sxemi necə tamamlamaq olar?

Reproduktiv sağlamlığın qorunması nə üçün sağlam həyat tərzinin əsas şərti hesab

olunur?

Gənclərimizin təhsili, məşğulluğu, sağlamlığı daim dövlətin diqqət mərkəzindədir.

Sağlamlığın şərtlərindən biri olan reproduktiv sağlamlıq yalnız tibbi anlayış olmayıb,

eyni zamanda özündə sosial, mənəvi və psixoloji komponentləri birləşdirir.

Reproduktiv sağlamlıq - insanın fiziki, mənəvi və sosial rifah halıdır. Gənclərin

reproduktiv sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindəndir. Bu

gün reproduktiv sağlamlıq qlobal məsələlərdən biri hesab olunur. Xüsusi ilə

gənclərin ailə qurarkən rastlaşdığı çətinliklər, maddi və mənəvi ehtiyaclar, onların

sosial müdafiəsi böyük həssaslıq tələb edir.

Sağlam ailənin qurulması üçün vacib olan amillər hansılardır? Fikirlərinizi

yoldaşlarınızla müzakirə edin.

Hər birimiz tərbiyəni ailədə aldığımızdan gigiyenik tərbiyənin ilk təməli də məhz

burada qoyulur. Bəzən gənc anaların buraxdıqları səhvlər müəyyən xoşagəlməz

hallara səbəb olur. Uşaqların fiziki sağlamlığının bir qolu olan reproduktiv

sağlamlığa laqeyd münasibət bir çox ağır xəstəliklərə və hətta sonsuzluğa səbəb

olur.


Reproduktiv sağlamlığın qorunub saxlanması aşağıda göstərilən şərtlər daxilində

mümkündür.

Siz ömrünüzün ən gözəl çağını, yeniyetməlik dövrünü yaşayırsınız. Bu dövr bir

tərəfdən arxayınçılıq, digər tərəfdən də inamsızlıq dövrüdür. Bu dövrün necə

keçməsi sizin bu yeniliklərə hazırlığınızdan asılıdır.

Reproduktiv sağlamlığın təməli uşaq yaşlarında qoyulur, yeniyetməlik dövründə

güclü inkişaf edir və həyat boyu qorunub saxlanılır.


Yeniyetməlik dövründə qızların və oğlanların orqanizmində aşağıdakı ümümi

dəyişikliklər baş verir:



Boyda və çəkidə artım, əzələ sistemində inkişaf;

Cinsi yetişkənlik;

Səsin dəyişməsi (qızlarda nisbətən az);

Dərinin piy vəzilərinin aktivliyi, bəzən sızanaqların əmələ gəlməsi;

Qoltuqaltı tər vəzilərinin inkişafı.

Cəmiyyətin sağlamlıq göstəricilərindən biri olan reproduktiv sağlamlığın

qorunmamasını təhlükə hesab etmək olar. Çünki reproduktiv sağlamlığın

qorunması baxımından vacib olan şərtlərə əməl olunmazsa, sağlam nəsillərin

yaranması mümkün deyil.


Yüklə 373,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin