Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq

  Qatırquyruğular və plaunlar. Qıjıkimilərin əhəmiyyəti

Yüklə 2.02 Mb.
Pdf просмотр
səhifə6/23
tarix04.05.2017
ölçüsü2.02 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23

11. 
Qatırquyruğular və plaunlar. Qıjıkimilərin əhəmiyyəti
Sporlu  bitkilərin  digər  nümayəndələri  qatırquyruğu  və  plaunlardır.  Onların 
sporlarından və yarpaqlarından dəri yanıqları zamanı, böyrək xəstəliklərinin 
müalicəsində istifadə edirlər. 
· Qatırquyruğu və plaunların qıjılarla hansı oxşarlığı ola bilər?
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Qatırquyruğunun quruluşu
İşin məqsədi: Qatırquyruğunun quruluş xüsusiyyətlərini aydınlaşdırmaq.
Təchizat: Lupa, qatırquyruğu bitkisi və ya onun herbarisi.
İşin gedişi: 1. Qatırquyruğunu diqqətlə nəzərdən keçirin. 2. Onun orqanlarını 
müəyyən edin və bitkinin şəklini çəkin. 3. Mamırlarla qatırquyruğunun quru-
luşu arasında hansı fərqlər var?
Qatırquyruğular. Çoxillik ot bitkiləridir. Tar-
lalarda, meşə və bataqlıqlarda, adətən, nəm tor-
paqlarda  yaşayır.  Daha  geniş  yayılmış  nüma-
yəndəsi  çöl  qatırquyruğudur.  Onun  torpaqda 
budaqlanan uzun, şaxələnmiş kökümsovu olur. 
Kökümsovdan iki tip zoğ – yay və yaz zoğu əmə-
lə  gəlir.  Yaşıl  rəngli  yay  zoğu  budaqlanan  bu-
ğumlu  gövdəyə  malikdir.  Onun  hər  buğumun-
dan  üzərində  pulcuqşəkilli  yarpaqlar  olan  bu-
daqcıqlar çıxır. Yay zoğu fotosintez edir və onun 
kökümsovunda  ehtiyat  qida  maddəsi  toplanır. 
Yay  zoğu  quruduqdan  sonra  kökümsovlar 
qışlayır. Yazda  onlardan  qonur  rəngli  yaz  zoğ-
ları  inkişaf  edir.  Onlar  fotosintez  etmir  və  kö-
kümsovlarda toplanmış ehtiyat qida maddəsinin 
hesabına  qidalanır.  Qonur  zoğların  təpəsində 
Qonur yaz zoğu
Yaşıl yay 
zoğu
spordaşıyan sünbülcüklər əmələ gəlir. Sünbülcüklərdə sporlar yetişir. Ye-
tişmiş sporlar külək vasitəsilə ətrafa səpələnir. 
Plaunlar. Əsasən, iynəyarpaqlı  meşələrdə rast gəlinir. Çoxillik və həmi-
şəyaşıl bitkidir. Geniş yayılmış nümayəndəsi sancaqşəkilli plaundur. Onun 
uzun və sürünən gövdəsi dik qalxan və haçavari budaqlanan budaqcıqlar 
əmələ  gətirir.  Gövdəsi  başdan-başa  açıq-yaşıl  rəngli  kiçik  yarpaqcıqlarla 
Çöl qatırquyruğu
Yetişmiş  sporlar  külək  vasitəsilə  yayılır.  Cücərən  spordan  əlverişli 
şəraitdə kiçik, yaşıl rəngli cinsi nəsil – protal  inkişaf edir. 
Protal  sərbəst  halda  yaşayır  və  torpağa  rizoidlər  vasitəsilə  yapışır. 
Onun alt hissəsində yerləşən xüsusi orqanlarda spermatozoid və yumurta 
hüceyrə  inkişaf  edir.  Spermatozoidlər  qamçılarının  köməyi    ilə    yağış 
suyu və ya şeh damcısında hərəkət edərək yumurta hüceyrə ilə birləşir. Bu 
zaman  mayalanma  baş  verir  və  nəticədə  ziqot  əmələ  gəlir.  Ziqotdan 
inkişaf edən yeni cücərti özü fotosintez edənə qədər protalın hesabına qi-
dalanır. Müəyyən dövrdən sonra ondan  yetkin bitki inkişaf edir. 
örtülür. Plaunun dikduran gövdəsində yayda ki-
çik və sarı sporlar yaranır. Sporlar küləklə ətra-
fa yayılır. Plaunların bir çox növləri azsaylıdır 
və qorunur. 
Qatırquyruğuların  və  plaunların  çoxalması, 
qıjılarda olduğu kimi, suyun iştirakı ilə gedir.
Qıjıkimilərin əhəmiyyəti. Məhv olmuş qədim 
qıjıkimilərin qalıqlarından daş kömür yataqları 
əmələ  gəlmişdir.  Daş  kömürdən  yanacaq  kimi 
istifadə edilir. Ondan, həmçinin, metaləritmədə 
istifadə edilən koks qazı, anilin boyası, ətriyyat 
sənayesində istifadə olunan maddələr və s. alı-
nır. Qıjıkimilərdən həm də dərman bitkisi kimi 
istifadə edilir. Məsələn, təbabətdə qıjıların kö-
kümsovundan  qurd  xəstəliklərinin  müalicəsin-
də,  çöl  qatırquyruğundan  isə  böyrək  xəstəlik-
Sancaqşəkilli plaun
lərinin müalicəsində və qankəsici kimi istifadə olunur.
Səhv cümlələri  müəyyən edin:  
 
1. Erkək qıjının yarpaqları, kökümsovlu gövdəsi, 
kökləri və rizoidləri olur. 2. Çöl qatırquyruğunun sporları yaz zoğları üzərində 
əmələ gəlir. 3. Çöl qatırquyruğu birillik bitkidir. 
5. Mamırların, plaunların,
qatırquyruğuların və qıjıların cinsiyyətli çoxalmasında əsas amil suyun olma-
sıdır.
4. Daş kömür yataqları məhv 
olmuş qədim qıjıların qalıqlarından əmələ gəlmişdir. 
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  

2
2
31
30
 
BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
İbtidai və ali sporlu bitkilər
1. Bitki ilə bitki qrupları   arasında uyğunluğu müəyyən edin:   
 
1. Ulva, 2. Sfaq-
num, 3. Xlamidomonada, 4. Qatırquyruğu, 5. Erkək qıjı,  6. Plaun, 7. Quş mamırı,  
8. Spirogira,  9. Laminariya, 10. Xlorella. 
2. Bitki qruplarına uyğun gələn termin və anlayışların nömrələrini cədvəlin müvafiq 
sütunlarına yazın:  
 
1. Kökümsov, 2. Protonema, 3. Tallom, 4. Sporangi,  5. Zoosporlar,  
6. Xromatofor,  7. Qutucuq, 8. İşığahəssas gözcük,  9. Spordaşıyan sünbülcük.
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
А) Qıjıkimilər; В) Mamırlar;  С) Yosunlar.
Yosunlar  
Mamırlar  
Qıjıkimilər
ÜMUMÌLÄÅDÌRÌCÌ TAPÅIRIQLAR
1. Şəkildə gördüyünüz hansı 
yosundur? Rəqəmlərlə onun hansı 
hissələri göstərilmişdir?
1
2
3
2. Düzgün anlayışları seçin: 
 
3. Spirogira, sfaqnum və qatırquyruğu bitkiləri üçün ümumi əlaməti göstərin: 
1) Mamırın qeyri-cinsi və cinsi nəsli ayrı-ayrılıqda 
inkişaf  edir. 2)  Yetkin  sfaqnum  bitkisinin  rizoidləri  olmur. 3)  Qıjının  cavan 
yarpaqlarının  ucu  spiralvari  burulmuşdur.  4)  Qatırquyruğular  birillik  bit-
kilərdir.  5) Bitkilərin əksəriyyəti heterotrof  hesab olunur.
А)  rizoidlərin  olması,  В)  köklərin  olması,  С)  gövdənin  olması,  D)  sporlarla 
çoxalma,  Е) toxumla çoxalma.
Təbiətdə                             
İnsan həyatında
Yosunların əhəmiyyəti
1)  Gövdəsi  torpağa  rizoidlər  vasitəsilə  bərkidilir.  2)  Kökümsovu  torpaqda 
yerləşir.  3) Sporları qutucuqda əmələ gəlir.  4) Sporları yarpağın alt tərəfində 
yerləşən  sporangilərdə  yaranır.  5)  Spordan  cücərti  inkişaf  edir.  6)  Torpağın 
bataqlıqlaşmasına səbəb olur. 7) Mayalanmadan sonra ziqotdan xüsusi orqan – 
qutucuq inkişaf edir.
5. Cədvəli tamamlayın:
Mamırlar 
Qıjıkimilər
4.  Göstərilən  əlamətlərin  hansıları  yetkin  mamırlar  və  ya  qıjıkimilər  üçün 
səciyyəvidir?  
12. 
Çılpaqtoxumlular şöbəsi
Şam  ağacı  latınca  “pinus”  adlandırılır.  Onun  mənası  isə  “qaya”  deməkdir. 
İynəyarpaqlı şam, həqiqətən də, dözümlü və möhkəm ağacdır. Onun torpaqda 
şaxələnən  güclü  kök  sistemi  yağış  sularının  torpağı  yuyub  aparmasının 
qarşısını alır və bitkinin güclü küləklərə davam gətirməsinə şərait yaradır. 
· İynəyarpaqlı ağacların daha hansı xüsusiyyətləri sizə tanışdır? 
Toxumlu bitkilərin ümumi əlamətləri. Mamır və qıjıkimilərdən fərqli 
olaraq, toxumlu bitkilər toxumla çoxalır. Onların toxumlarında rüşeym 
ehtiyat qida maddəsi ilə təmin olunur və əlverişsiz şəraitdən toxum qabığı 
ilə mühafizə edilir. Toxumlu bitkilərə çılpaqtoxumlular və örtülütoxum-
lular aiddir.
Çılpaqtoxumlular.  Əksəriyyətinin  yarpaqları  nazik  iynəşəkilli  və  ya
pulcuqşəkilli
. Onların budaqlarında şəklini dəyişmiş, zoğ hesab edilən qozalar 
olur.  Qozalarda    toxumlar  yetişir. Toxumlar  qoza  pulcuqlarında  çılpaq 
yerləşdiyinə  görə  çılpaqtoxumlular  adlandırılır.  Çılpaqtoxumluların 
nümayəndələrinə  adi  şam,  Eldar  şamı,  küknar,  qaraşam,  Sibir  şamı, 
ardıc, sərv və s. kimi bitkilər aiddir.
 
 (sərv və tuya ağaclarında), bəzilərində isə (ginqko) enliyar-
paqlıdır
Adi şam – quraqlığa davamlıdır.  Gövdəsindəki qısa zoğlar üzərində 
cüt-cüt yerləşən iynəşəkilli yarpaqları xaricdən möhkəm dəriciklə ortül-
müşdür.  Dəricikdə  ağızcıqların  sayı  az  olduğundan  yarpaqları  suyu 
qənaətlə  buxarlandırır.  Yarpaqları  2-3  il  yaşayır,  sonra  qısa  zoğlarla 
birlikdə tökülür. Şam ağacı işıqsevəndir. Qumlu, bataqlıq və çürüntüsü 
 
İşin məqsədi: Şam ağacının yarpağının 
və qozasının quruluşunun aydınlaşdırılması.
Təchizat: Şam ağacının budağı, qozaları, lupa, xətkeş.
İşin gedişi: 1. Şam ağacının yarpağını və qozasını nəzərdən keçirin. Onları öl-
çün və rənginə diqqət yetirin. Yarpağın formasını və zoğun üzərində yerləşmə 
qaydasını müəyyən edin. 2. Qozaların xarici görünüşünə və qozada pulcuqların 
yerləşməsinə diqqət yetirin. Müşahidələrinizə əsasən əldə etdiyiniz məlumat-
ları cədvəldə qeyd edin.
Nəticəni müzakirə edin: 
Şam ağacı çinar, palıd, alma 
kimi ağaclardan nə ilə 
fərqlənir?
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Şam ağacının yarpaq və qozasının 
ümumi quruluş xüsusiyyətləri 
3
-cü
 f e sil
Ali toxumlu bitkilər
Rəngi
Forması
Zoğ üzərində yerləşməsi
Ölçüsü
Qoza
Yarpaq
Xüsusiyyətləri
1 __
2 __
3 __

33
32
 
az olan torpaqlarda bitə bilir. Şamlarda kök sistemi yaxşı inkişaf etmiş 
olduğundan kökü torpağın dərinliyinə gedir.
Adi küknar – kölgəyədavamlı və rütubətsevəndir. 
ları adi şam  yarpaqlarından qısa olur və 5-7 il yaşayır. Əsasən, qida mad-
dələri ilə zəngin olan torpaqlarda bitir. Onun kökü torpağın dərinliyinə 
getmir, yan kökləri torpağın üst qatlarına yayılır. 
Eldar şamı – quraqlığa dözümlüdür. Torpağın münbitliyinə tələbkar 
deyil. Adi şamdan fərqli olaraq, qollu-budaqlıdır və iynə yarpaqları 2-3 
dəfə uzundur. Azərbaycanda küçə və parkların yaşıllaşdırılmasında geniş 
istifadə edilir.
Hazırda çılpaqtoxumlulardan qaraçöhrə, Eldar şamı, qarmaqvari şam 
və ardıcın bəzi növləri “Qırmızı kitab”a salınmışdır. Onların qorunması 
və çoxaldılmasına diqqət yetirmək lazımdır.
İynəşəkilli yarpaq-
1. Cədvəli doldurun:
Düzgün cavabları qeyd edin: 
1. Yalnız çılpaqtoxumlu bitkilərdə şəklini dəyişmiş zoğ  - qoza olur.
2. Qıjıkımılər çılpaqtoxumlulardan daha yüksək inkişaf səviyyəsinə malikdir.
3. Şam ağacının iynəşəkilli yarpaqları 1 il yaşayır.
4. Küknar meşələri qaranlıq, şam meşələri isə işıqlı olur.
5. Çılpaqtoxumluların meyvəsi qoza adlanır.
6. Eldar şamı torpağa çox tələbkardır.
Müqayisə olunan əlamətlər    
Şam 
Küknar
1. İşığa münasibəti
2. Torpağa və rütubətə tələbkarlığı
3. İynəyarpaqların yaşama müddəti  
2. Üç doğru cavabı seçin:  
Çılpaqtoxumlular üçün nə səciyyəvidir? А) To-
xumla çoxalma. В) Qozaların olması. С) Əksəriyyətində iynəşəkilli yar-
paqların olması. D) Əksəriyyətində saplaqlı yarpaq ayasının olması.
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Eldar 
şamı
Adi şam
Adi küknar
2
3
2
3
Adi şam  
Adi  küknar
1
1
13. 
Çılpaqtoxumluların çoxalması və əhəmiyyəti
İri  şam  ağacları  ilə  əhatələnmiş  məktəb  həyətində  şagirdlər  yaz  yağışından 
sonra yaranmış və səthi qəribə sarımtıl tozla örtülmüş gölməçələri gördükdə 
təəccübləndilər.  “Bəlkə  kükürd  yağışı  yağmışdır?”  –  deyə  kimsə  dilləndi. 
Şagirdlərin heç biri bunun səbəbini aydınlaşdıra bilmədi. 
· Sizcə, bu toz nədən yarana bilər?
Şəkillərə diqqətlə baxın. Burada şam və küknar ağaclarının dişi   qozaları ( ), 
qoza  pulcuğu  ( )  və  toxumları  ( )  göstərilmişdir.  Bu  bitkilərin  qozalarını 
müqayisə edin. 
– Sizcə, onların toxumları  necə yayılır və yayılmaq üçün hansı uyğunlaşmalara 
malikdir? 
1
2
3
Çılpaqtoxumluların  çoxalması.  Çılpaqtoxumluların,  məsələn, adi 
şam  ağacının  çoxalması  belə  baş  verir.  Yazda  birevli  bitki  olan  şam 
ağacının cavan budaqlarında iki cür – dişi və erkək qoza yetişir. Dişi qoza-
ların hər pulcuğu üzərində iki yumurtacıq, erkək qozada isə iki tozcuq 
kisəsi    olur.  Erkək  qozadakı  yetişmiş  tozcuqlar  külək  vasitəsilə  dişi 
qozalarda olan yumurtacıqların üzərinə düşür. Tozlanmadan sonra dişi 
qozanın  pulcuqları  qapanır.  Tozlanmadan  müəyyən  müddət  keçdikdən 
sonra mayalanma baş verir. Mayalanmada yalnız bir yumurta hüceyrə və 
spermi iştirak edir. Yaranan ziqotdan rüşeym inkişaf edir. Qozalar yetiş-
dikdə  qonur  rəng  alır. Yetişmiş  qozaların  pulcuqları  aralandıqda  onun 
içərisindən  pərdəvari  qanadcığa  malik  toxumlar  tökülür.  Onlar  külək 
vasitəsilə  yayılır  və  əlverişli  şəraitdə  cücərərək  yeni  bitkiyə  başlanğıc 
verirlər. 
Çılpaqtoxumluların əhəmiyyəti   Digər bitkilər kimi, çılpaqtoxumlu-
lar da üzvi maddə yaradır, karbon qazını udur və oksigeni buraxır. Onlar 
həm də havanı ozonla zənginləşdirir və havadakı bakteriyaları məhv edən 
xüsusi  maddələr  –  fitonsidlər  ifraz  edir.  Çılpaqtoxumluların  əksəriy-
yətində  kök  sistemi  yaxşı  inkişaf  etdiyi  üçün  torpaqların  eroziyadan 
qorunmasında geniş istifadə edilir. Çılpaqtoxumlulardan xammal kimi də 
istifadə olunur. Onlar tikinti materialı kimi işlədilir. Gövdələrindən kim-
yəvi üsulla süni ipək, kağız istehsal olunur. Bunlardan, həmçinin, ski-
pidar,  kanifol,  müxtəlif  vitaminlər,  Sibir  şamının  toxumundan  isə  yağ 
alınır. 

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə