Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07. 08. 2014-cü il tarixli 869 nömrəli əmri ilə təsdiq

Məqsəd: Kif göbələklərinin quruluşunun öyrənilməsi Təchizat

Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix04.05.2017
ölçüsü2,02 Mb.
#16557
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

Məqsəd: Kif göbələklərinin quruluşunun öyrənilməsi
Təchizat: Lupa, mikroskop, kifli çörək parçası.
İşin  gedişi:  1.  Çörək  üzərindəki  kifə  əvvəl  adi  gözlə,  lupa,  sonra  isə  mikros-
kopun  köməyi ilə baxın. 2. Onun xarici görünüşünü təsvir edin. Gördüklərinizi 
dəftərinizə çəkin.
Nəticəni müzakirə edin: 1. Bu göbələklər papaqlı göbələklərdən nə ilə fərqlə-
nir?  2. Kifin əmələ gəlməsi hansı şəraitdə baş verir?
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Kif göbələklərinin quruluşu
b
a
с
 Penisil göbələyindən bakteriyalara qarşı işlədilən penisillin maddəsi 
(antibiotik) alınır. Ondan ağciyər iltihabında, angina, difteriya zamanı və 
digər xəstəliklərin müalicəsində istifadə edilir.
Maya göbələkləri. Birhüceyrəli göbələklərdir ( ). Təbiətdə şəkər olan 
mühitdə rast gəlinir. Tumurcuqlanma yolu ilə çoxalır.
c
Saprofit göbələklər
Parazit göbələklər. Göbələklərin bəziləri müxtəlif orqanizmlərdə pa-
razitlik edir. Məsələn, çovdar mahmızı ( ), 
və pas göbələkləri, 
əsasən, taxıllarda parazitlik edərək, məhsuldarlığı aşağı salır.  
Ağacların zədələnmiş yerlərinə bəzən parazit qov göbələyinin ( ) spor-
ları  düşərək  mitseli  əmələ  gətirir.  Mitseli  ağacın  üzvi  maddələri  ilə  qi-
dalanır və meyvə cismini əmələ gətirir. Çoxillik meyvə cismi at dırnağına 
bənzəyir. Ağac məhv olduqda belə onu tərk etmir. Onun alt hissəsindəki 
borucuqlarda yerləşən sporangilərdə sporlar yetişir. 
d
g
sürmə ( ) 
e
Kif göbələkləri. Bunlara mukor və penisil aiddir.   Mukor   göbələyi ağ 
kif  şəklindədir  ( ).  Onun  şaxələnmiş  mitselisi  uzun,  çoxnüvəli  hücey-
rədən ibarətdir.  Sporları xüsusi  strukturlarda  – sporangilərdə yaranır. 
Mukorun sporangisi başcıqşəkillidir. 
Penisil  göbələyi  çoxhüceyrəlidir  ( ). Yaşıl  kif  əmələ  gətirir.  Sporları 
salxımcıqşəkilli sporangilərdə yaranır. 
a
b
g
Parazit 
göbələklər
e
d
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
Göbələyin adı
Qidalanma tipi 
(saprofit və ya parazit)
Təbiətdə və insan 
həyatında əhəmiyyəti
Mukor  göbələyi
Penisil göbələyi
Maya göbələkləri
Sürmə göbələyi
Qov göbələyi
 
Cədvəli tamamlayın:

Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
1.   Düzgün cavabı seçin: 
 
a) Penisil/qov kimi kif göbələyindən dərman hazırlanır. 
b)  Maya  göbələyi  sporla/tumurcuqlanma  ilə  çoxalır.  c)  Taxıl  bitkiləri  üzərində 
mukor/sürmə göbələyi parazitlik edir.   d) Mukorun mitseli hüceyrəsi çoxnüvəli/ 
birnüvəli olur. e) Qov/pas göbələyinin meyvə cismi ağacın gövdəsində inkişaf edir. 
2. Penisil göbələyi və ya maya göbələyinin istifadəsi barədə təqdimat hazırlayın. 
57
56
 
BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Bakteriyalar, göbələklər, şibyələr
2
2
24. 
Şibyələr
Rəvayətə görə, səhrada uzun müddət yol gedən və aclıqdan üzülmüş adamlar 
qumun  üzərində  ağ  rəngli  topacıqlar  görürlər.  Çarəsizlikdən  onları  yeyir  və 
nəticədə  sağ  qalırlar.  Sonradan  ağ  rəngli  topacıqların  quru  şibyə  parçaları 
olduğu müəyyən edilmişdir.  
· Siz şibyələr haqqında nə bilirsiniz?
Şibyələr  xüsusi  toxuma  və  orqanlara  malik  deyil.  Оnların  tallomu 
simbioz  şəklində  yaşayan  iki  orqanizmdən  –  heterotrof  göbələkdən  və   
avtotrof yosunlardan  (və ya sianobakteriyalardan) ibarətdir.
Şibyələrin  quruluşu.  Şibyə  tallomunun  qabıq  qatını 
göbələk hifləri əmələ gətirir. Tallomun daxili hissəsində mitselilər arasında 
əksər hallarda yaşıl yosunlar (və ya sianobakteriyalar) yerləşir. 
Həyat tərzi. Şibyələr quraqlığa və soyuğa davamlıdır. Bu xüsusiyyətlər 
onlara bir çox orqanizmlərin yaşaya bilmədiyi yerlərdə yayılmasına imkan 
verir.
sıx  dolaşmış 
İşin məqsədi: Şibyələrin daxili quruluşunu öyrənmək.
Təchizat: Mikroskop, əşya və örtük şüşələri,  su, stəkan, şibyə hissəciyi. 
İşin gedişi: 1.  Şibyə hissəciyindən kəsik götürərək onu su damcısının içərisinə 
qoyun  və  mikroskopla  baxın.  2.  Preparatda  göbələk  hifi  və  yosunu  taparaq 
onların şəkillərini çəkin.
Nəticəni müzakirə edin: 1. Preparatda nə müşahidə etdiniz? 2. Göbələk hifi və 
yosun tallomda necə yerləşmişdir? 
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi. 
Şibyə tallomunun quruluşu
Şibyələrin  qidalanması.  Yo-
sunlar  fotosintez  prosesini  hə-
yata keçirərək tallomu üzvi mad-
dələrlə, göbələklər isə su və mi-
neral  maddələrlə  təmin  edir. 
Bunlardan hər iki orqanizm qar-
şılıqlı  istifadə  edir.  Şibyə  rütu-
bəti bütün bədən səthi vasitəsilə 
uda bilir. İşıq düşmədikdə foto-
sintez  getmədiyi  üçün  tallom 
məhv olur. 
Yuxarı 
qabıq qatı 
Yosunlu 
sahə 
Yosunlar
Göbələk 
mitseliləri
Aşağı qabıq 
qatı 
İnkişafı.  Şibyədə  fotosintez  prosesi  zəif  gedir  və  üzvi  maddələr  az 
əmələ gəlir. Nəticədə onların tallomu zəif böyüyür. İl ərzində tallomları 
bir neçə mm-ə qədər böyüyə bilir. Məsələn, maral mamırı ildə 1-3 mm-ə 
qədər böyüyə bilir.  
Şibyələrin  çoxalması.  Şibyələr  sporlarla  və  ya  tallomun  hissələrə 
bölünməsi yolu ilə çoxala bilir. Qopmuş tallom hissələrindən yeni şibyələr 
inkişaf  edir.  Bəzi  hallarda  şibyə  tallomunun  daxilində    göbələk  və 
yosunlardan ibarət  hüceyrə qrupları əmələ gəlir. Bu qrupların böyüməsi 
nəticəsində  tallom  dağılır  və  onlar  küləklə  ətrafa  yayılaraq  yeni  şibyə 
tallomuna başlanğıc verir.
Müxtəlifliyi. Xarici görünüşünə görə şibyələr qazmaqşəkilli, yarpaq-
şəkilli və kolşəkilli olur. 
Şibyə tallomunun  quruluşu
Şibyələrin müxtəlif  formaları
Qazmaqşəkilli 
(Divar ksantoriyası)
Yarpaqşəkilli 
(Parmeliya  şibyəsi)          
Kolşəkilli
(Maral mamırı)
Şibyələrin  yayılması  və  əhəmiyyəti.  Şibyələr  bitkilər  bitməyən  yer-
lərdə  –  qayaların  üzərində  ilk  məskunlaşan  (pioner)  orqanizmlərdir. 
Onlar turşu ifraz edərək qaya süxurlarını əridir, məhv olduqda isə çürü-
yərək torpaqəmələgəlmə prosesində iştirak edir. Şibyələr havanın çirk-
lilik dərəcəsinin göstəricisi (indikator) rolunu oynayır. Onlar çirklənmiş 
havada, xüsusən kükürd qazı olan  yerlərdə yaşaya bilmir. Bəzi şibyələr-
dən  kimya  sənayesi  üçün  boyaq  maddələri,  lakmus,  bəzilərindən  qida   
maddəsi  kimi,  İslandiya 
  isə  müxtəlif  xəstəliklərin  müali-
cəsində  istifadə  olunur.  Maral  mamırı  şimal  ölkələrində  maralların 
yemini təşkil edir.
mamırından
Düzgün fikirləri seçin: 
1) Şibyələr bitkilər aləminə  aiddir. 
2) Şibyələr  torpaqdan suyu köklərinin köməyi ilə mənimsəyir. 
3) Şibyə tallomunu yosunlar üzvi maddələrlə, göbələklər isə su və mineral 
duzlarla təmin edir. 
4) Şibyələr sürətlə inkişaf edir.

1. Sözlərin şifrələrini açın və ondan keçilən mövzuya aid onun mahiyyətini əks 
etdirən cümlələr düzəldin: 
izombis, itsilem, nusoy, kəbölgə, cərüyeh
2. Suallara cavab verin: 
a) Məktəblilər sənaye müəssisəsinin yaxınlığındakı meşəyə getdilər və burada 
heç bir şibyəyə rast gəlmədilər. Bu hadisə nəyi göstərir?
b) Belə deyirlər ki, şibyələr ağac gövdələrində yaşayaraq parazitlik edir. Bu 
fikrə münasibətinizi bildirin. 
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
58
 
BİTKİLƏR, BAKTERİYALAR VƏ GÖBƏLƏKLƏR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
Bakteriyalar, göbələklər, şibyələr
ÜMUMÌLÄÅDÌRÌCÌ TAPÅIRIQLAR
1. Düzgün cavabı seçin: 
 
1) Şampinyon/qov göbələyinin meyvə cismi borulu olur.
2) Göbələkləri öyrənən elm mikologiya/zoologiya adlanır. 
3) Maya göbələkləri sporlarla/tumurcuqlanma yolu ilə çoxalır.
4) Qida məhsulları üzərində kif əmələ gətirən çovdar mahmızı/mukor 
göbələyidir.
5) Göbələklər sporlarla/toxumlarla çoxalır.
6) Penisil/çovdar mahmızı kif göbələyidir.
2. Uyğunluğu müəyyən edin: 
a) Birhüceyrəli orqanizmlərdir; 
b) Birhüceyrəli və çoxhüceyrəlidir; 
c) Meyvə cisimləri var; 
d) Qidalanma xarakterinə görə həm avtotrof, həm də heterotrofdur;  
e) Hüceyrələrində formalaşmış nüvəsi yoxdur;
 f) Yalnız heterotrof yolla qidalanır.
А) Göbələklər       
4. Düzgün ifadələri seçin: 
1) Şibyələr rütubət çatışmazlığına qarşı həssasdır; 
2) Bəzi şibyələrdən qida məhsulu kimi istifadə edirlər; 
3) Şibyə orqanizmində yosun, göbələyi mineral maddələrlə təmin edir; 
4) İri şəhərlərdə çoxlu şibyə olur; 
5) Şibyə orqanizmində göbələk yosunu üzvi maddələrlə təmin edir; 
6) Şibyələr ibtidai bitkilərdir. 
В) Bakteriyalar 
3. Cədvəli tamamlayın. 
Yaşama 
mühiti
Təbiətdə 
əhəmiyyəti
İnsan həyatında 
əhəmiyyəti
Çürümə bakteriyaları
Torpaq bakteriyaları
Xəstəliktörədən bakteriyalar
Adı

25.
 Birhüceyrəlilər yarımaləmi. 
      Sarkomastiqoforlar və infuzorlar tipi
5
-ci
 f e sil
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
Birhüceyrəlilərlə tanış olmaq üçün gölməçə suyundan 
götürüb 
mikroskopla  baxmaq  kifayət  edər.  Bu  damcıda  olan  canlıların  bəziləri 
suda yavaş, digərləri isə sürətlə üzür, bəzən isə diyirlənərək hərəkət edir.
 bir damcı 
·Birhüceyrəlilər nəyin köməyi ilə hərəkət edir?
·Bu canlıları hansı ümumi xüsusiyyət birləşdirir?
Fäaliyyät – 
Fäaliyyät – 
Laboratoriya iåi.
 İnfuzor-
Məqsəd: İnfuzor-tərliyin quruluş xüsusiyyətlərinin və həyat fəaliyyətinin öy-
rənilməsi.
Təchizat:  İçərisində  infuzor-tərlik  olan  maye  (yaxud  hazır  preparatlar),   
mikroskop, əşya və örtük şüşələri, pipetlər. 
İşin gedişi: 1. İçərisində tərliklər olan mayedən bir damcı 
tökərək üzərini örtük şüşəsi ilə örtün. 2. Preparata baxaraq infuzor-tərliyin bə-
dən  formasına  diqqət  yetirin.  3.  Gördüklərinizi  dərslikdəki  şəkillə  müqayisə 
edin. 4. İnfuzor-tərliyin şəklini çəkin.
Nəticəni  müzakirə  edin:  İnfuzor-tərliyin  quruluş  xüsusiyyətləri  və  hərəkəti 
barədə nə deyə bilərsiniz?
tərliyin quruluşu və həyat 
fəaliyyəti
əşya şüşəsi üzərinə 
HEYVANLAR ALƏMİNİN 
MÜXTƏLİFLİYİ
Heyvanlar  aləmi  birhüceyrəli  və  çoxhüceyrəlilər  yarımaləminə  bölü-
nür. 
Birhüceyrəlilər. Bədənləri bir hüceyrədən ibarətdir. Onların əksəriy-
yəti kiçikölçülüdür və adi gözlə çətin seçilir. Bütün həyati proseslər bir 
hüceyrə daxilində gedir. Əlverişsiz şəraiti sista halında keçirir. Müxtəlif 
mühit şəraitində   yaşayır, bəzi növləri isə parazit həyat tərzi sürür. Bir-
hüceyrəlilər bir neçə tipə bölünür.
Sarkomastiqoforlar tipi. Sarkomastiqoforların iki sinfi var: sarkodin-
lər və qamçılılar.  
Sarkodinlər sinfi. Geniş yayılmış nümayəndəsi adi amöbdür ( ). Adi 
amöb çirklənmiş durğun və şirin su hövzələrinin və gölməçələrin dibində 
yaşayır. Daim formasını dəyişən, bədəni yarımşəffaf, selik topası şəklin-
dədir, xaricdən plazmatik membranla (1) əhatə olunmuşdur. Onun hücey-
rəsində bir nüvə (2), bir ifrazat vakuolu (3) və qidanın miqdarından asılı 
olaraq müxtəlif sayda həzm vakuolu (4) olur. Hüceyrəsi yalançı ayaqlar 
(5) əmələ gətirir.
 
a
59
3

1
2
3
4
5
6
3
3
61
60
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
1. Sistematik kateqoriyalara uyğun gələn adları 
müvafiq çərçivələrdə yerləşdirin: 
Sarkomastiqoforlar, Kirpikli infuzorlar, 
Sarkodinlər, Qamçılılar, Adi amöb,  İnfuzorlar, 
Yaşıl evqlen,  Birhüceyrəlilər, İnfuzor-tərlik.
2. Düzgün cavab variantını seçin:
– Birhüceyrəlilər əlverişsiz şəraiti sista /ziqot halında keçirir. 
– İnfuzor-tərliyin/amöbün iki nüvəsi olur.
– Yaşıl evqlendə fotosintez prosesi işığahəssas gözcükdə/xloroplastlarda gedir.
– İnfuzor-tərlik kirpikciklərin/qamçının köməyi ilə hərəkət edir.
–  Volvoks  koloniyasını  əmələ  gətirən  hüceyrələrin  hər  birinin  bir/iki  qamçısı 
olur.
Yarımaləm 
Tip  
Sinif
Növ
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Qamçılılar  sinfi.  Nümayəndəsi  dur-
ğun sularda yaşayan yaşıl evqlendir ( ). 
Amöbdən fərqli olaraq, hüceyrəsi xaric-
dən  nisbətən  bərk  qılafla  (1)  örtüldü-
yündən  bədəni  nisbətən  sabit  formalı 
olur.  Evqlendə  hərəkətə  xidmət  edən   
tək qamçı (2) olur. Onda, həmçinin, bir 
ədəd işığa həssas “qırmızı gözcük” (3), 
tək ifrazat vakuolu (4), bir ədəd böyük 
nüvə  (5)  və  fotosintezdə  iştirak  edən 
xlorofilə  malik  20–25  ədəd  xloroplast 
(6) olur.
Yaşıl  kürəcik  şəklində  olan  volvok-
sun ( )  diametri 1 mm-ə çatır. Volvoks-
da  kürəciyin  əsas  hissəsini  həlməşik 
maddə  təşkil  edir.  Koloniyada  bir-biri 
ilə  sitoplazma  çıxıntıları  ilə  birləşmiş 
1000-ə  qədər  armudşəkilli  hüceyrə 
olur. Hüceyrəsi evqlenə oxşasa da, on-
dan fərqli olaraq, bir ədəd xloroplastı və 
iki  ədəd qamçısı olur. 
İnfuzorlar  tipi.  İnfuzorların  bir 
neçə sinfi var. Tipin daha geniş yayılmış  
nümayəndəsi kirpikli infuzorlar sinfinə 
mənsub  olan  infuzor-tərlikdir  ( ). 
hüceyrə  qılafı  (1)  nisbətən  bərk 
olduğundan,  sabit  bədən  formasına 
malikdir.  Bədən  səthində  10-15  minə 
qədər  kirpik  (2)  olur.  Bədən  daxilində 
iki  ifrazat  vakuolu  (3)  və  iki  nüvəsi 
(böyük və kiçik) vardır. Böyük nüvə (4) 
bütün həyati proseslərdə – qidalanma, 
tənəffüs,  maddələr  mübadiləsi  və  s., 
kiçik nüvə (5) isə yalnız cinsi prosesdə 
iştirak  edir.  Bədənin  kənarında  həm-
çinin  novşəkilli  hüceyrəvi  ağız  (6)    və 
tullantı dəliyi  (7) vardır.
b
c
d
 
Onun
Sarkodinlər sinfi
Qamçılılar sinfi
Kirpikli infuzorlar sinfi
a
b
c
d
Uyğunluğu müəyyən edin:
a) Daimi bədən forması olmayan birhüceyrəli orqanizm
b) İki ifrazat vakuolu olur. c) Həm heyvan, həm də bitki 
kimi qidalanan orqanizm. d) Hərəkət üçün bir qamçısı 
olur.  e) Yalançı ayaqları olur. f) Novşəkilli hüceyrəvi 
ağzı olur. 
A) Adi amöb
B) Yaşıl evqlen 
C) İnfuzor-tərlik
Öyrändiklärinizi tätbiq edin  
Öyrändiklärinizi tätbiq edin  
1
2
3
4
5
2
3
4
5
6
7
1
26. 
Birhüceyrəlilərin həyat fəaliyyəti və müxtəlifliyi
Birhüceyrəlilər tam bir 
orqanizm kimi fəaliyyət 
göstərir. 
· Onlarda hansı həyati prosesləri  
müşahidə etmək olar?
· Bu proseslər nəyin köməyi ilə baş verir?  
Cədvəli dəftərinizə köçürün. Müxtəlif siniflərin nümayəndələri barədə məlu-
matlardan istifadə edərək cədvəli tamamlayın.
Nəticəni müzakirə edin: 
prosesləri arasında hansı əlaqə var?
Birhüceyrəlilərin quruluşu ilə onların həyati 
Heyvanın adı
Hərəkət strukturu
Nüvənin sayı
İfrazat vakuolunun sayı
“Qırmızı gözcüyün” olması
Sarkodinlər sinfi   Qamçılılar sinfi   İnfuzorlar sinfi
Birhüceyrəlilərin əsas həyat fəaliyyətinə hərəkət, qidalanma,  ifrazat, 
tənəffüs, qıcığa cavab  və  çoxalma funksiyaları aiddir. 
Fäaliyyät
Fäaliyyät
Birhüceyrəlilərin hərəkəti. Müxtəlif  strukturların köməyi ilə hərəkət edir.
Yalançı ayaqlar  – amöbün bədənində sitoplazmanın müxtəlif istiqamətlərə 
axması nəticəsində  yaranır. Hərəkətdə və qidanın tutulmasında iştirak edir.
Qamçı – evqlen və volvoksda bədənin ön hissəsində yerləşir. Spiralvari burulma 
nəticəsində irəliyə doğru hərəkət edir. 
Kirpiklər – infuzor-tərlikdə onların birgə fəaliyyəti sayəsində hərəkət baş verir.
Birhüceyrəlilərin əsas həyat fəaliyyəti

1
2
3
4
5
6
3
3
61
60
HEYVANLAR ALƏMİNİN MÜXTƏLİFLİYİ /
 Birhüceyrəlilər və çoxhüceyrəlilər yarımaləmi
1. Sistematik kateqoriyalara uyğun gələn adları 
müvafiq çərçivələrdə yerləşdirin: 
Sarkomastiqoforlar, Kirpikli infuzorlar, 
Sarkodinlər, Qamçılılar, Adi amöb,  İnfuzorlar, 
Yaşıl evqlen,  Birhüceyrəlilər, İnfuzor-tərlik.
2. Düzgün cavab variantını seçin:
– Birhüceyrəlilər əlverişsiz şəraiti sista /ziqot halında keçirir. 
– İnfuzor-tərliyin/amöbün iki nüvəsi olur.
– Yaşıl evqlendə fotosintez prosesi işığahəssas gözcükdə/xloroplastlarda gedir.
– İnfuzor-tərlik kirpikciklərin/qamçının köməyi ilə hərəkət edir.
–  Volvoks  koloniyasını  əmələ  gətirən  hüceyrələrin  hər  birinin  bir/iki  qamçısı 
olur.
Yarımaləm 
Tip  
Sinif
Növ
Öyrändiklärinizi yoxlayın
Öyrändiklärinizi yoxlayın
Qamçılılar  sinfi.  Nümayəndəsi  dur-
ğun sularda yaşayan yaşıl evqlendir ( ). 
Amöbdən fərqli olaraq, hüceyrəsi xaric-
dən  nisbətən  bərk  qılafla  (1)  örtüldü-
yündən  bədəni  nisbətən  sabit  formalı 
olur.  Evqlendə  hərəkətə  xidmət  edən   
tək qamçı (2) olur. Onda, həmçinin, bir 
ədəd işığa həssas “qırmızı gözcük” (3), 
tək ifrazat vakuolu (4), bir ədəd böyük 
nüvə  (5)  və  fotosintezdə  iştirak  edən 
xlorofilə  malik  20–25  ədəd  xloroplast 
(6) olur.
Yaşıl  kürəcik  şəklində  olan  volvok-
sun ( )  diametri 1 mm-ə çatır. Volvoks-
da  kürəciyin  əsas  hissəsini  həlməşik 
maddə  təşkil  edir.  Koloniyada  bir-biri 
ilə  sitoplazma  çıxıntıları  ilə  birləşmiş 
1000-ə  qədər  armudşəkilli  hüceyrə 
olur. Hüceyrəsi evqlenə oxşasa da, on-
dan fərqli olaraq, bir ədəd xloroplastı və 
iki  ədəd qamçısı olur. 
İnfuzorlar  tipi.  İnfuzorların  bir 
neçə sinfi var. Tipin daha geniş yayılmış  
nümayəndəsi kirpikli infuzorlar sinfinə 
mənsub  olan  infuzor-tərlikdir  ( ). 
hüceyrə  qılafı  (1)  nisbətən  bərk 
olduğundan,  sabit  bədən  formasına 
malikdir.  Bədən  səthində  10-15  minə 
qədər  kirpik  (2)  olur.  Bədən  daxilində 
iki  ifrazat  vakuolu  (3)  və  iki  nüvəsi 
(böyük və kiçik) vardır. Böyük nüvə (4) 
bütün həyati proseslərdə – qidalanma, 
tənəffüs,  maddələr  mübadiləsi  və  s., 
kiçik nüvə (5) isə yalnız cinsi prosesdə 
iştirak  edir.  Bədənin  kənarında  həm-
çinin  novşəkilli  hüceyrəvi  ağız  (6)    və 
tullantı dəliyi  (7) vardır.
b
c
d
 
Onun
Sarkodinlər sinfi
Qamçılılar sinfi
Kirpikli infuzorlar sinfi
Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin