Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə7/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   2   3   4   5   6   7   8   9   10   ...   58

64 

downloaded from KitabYurdu.org



deyilir. Belə ki, əvvəlcə qulaqcıqlar sistola vəziyyətində mə- 

dəciklər diastola vəziyyətində, sonra isə mədəciklər sistola, qu- 

laqcıqlar diastola vəziyyətində olur. Nəticədə ürək boşluğunda 

əmələ gələn təzyiq fərqi qanın qulaqcıqdan mədəciklərə, ordan 

damarlarla orqan, toxuma, hüceyrələrə və yenidən boş vena- 

larla ürəyin sağ qulaqcığına, ağciyər venaları ilə isə ürəyin sol 

qulaqcığına və mədəciklərə keçməsinə səbəb olur. 

Ürək tsiklinin fazaları ardıcıl olaraq şəkil 4-də, amma 

tsiklin müxtəlif vəziyyətində onun tam xarakteristikası şəkil- 5- 

də təsvir edilmişdir. 







 _____ J 

V- 


Mədəciklərindiastolası 

.. 


J

 

Şəkil  4.  Ürək  tsikli.  Sxem. 



A  -  qulaqcığın  sistolası.  B  -  İzovo-  lomik 

yığılma. C - tez qovulma. D - ləng qovulma. E - izovolomik boşalma. F -tez dolma. G - 

ləng dolma. 

I  faza  qulaqcıqların  sistolası.  (A,  davamı  01S).  Sinus 

düyünün  peysmeyker  hüceyrələri  depolrizasiya  edir  və  oyanma 

qulaqcıqların əzələsinə yayılır. EKQ-da P deşiyi qeyd olunur (şəkil 

5  aşağı  hissəsinə  bax).  Qulaqcıqların  yığılması  təzyiqi  artırır  və 

mədəciyə əlavə olaraq (öz axınından əlavə) qanın daxil olmasına 

səbəb  olur.  Bu  zaman  mitral  (taylı)  qapaqlar  açıq,  aorta  aypara 

qapaqları isə bağlı olur. Qulaqcıqların sistola fazası 0,1 san davam 

edir.  Normada  venalardan  qanın  75%-i  mədəciklərə  qulaqcıqlar 

yığılana qədər öz axını ilə, 25%-i isə 

 

 



 

65 

downloaded from KitabYurdu.org



qulaqcıqlar  yığılandan  sonra  daxil  olur.  Bu  zaman  mədəciklər 

diastola  vəziyyətində  olur.  Taylı  qapaqlar  açıq,  aypara  qapaqlar 

bağlı olur. 

 

Şəkil 5. Ürək tsiklin xarakteri. 



A - qulaqcığın sistolası. B - izovolemik 

yığılma. C - tez qovulma. D - ləng qovulma. E - izovolemik boşalma. F - tez dolma. G - 

ləng dolma. 

II faza mədəcikləri sistolası. (B-D, müddət 0,33S). Oyan-

ma dalğası AV-düyündən keçən Hiss dəstəsinə, Purkine liflərinə və 

ürək  əzələsinin  hüceyrələrinə  çatır.  Mədəciklər  in  de- 

polyarizasiyası  EKQ-da  QRS  kompleksində  özünü  əks  etdirir. 

Mədəciklərin yığılmasının başlanması mədəcikdaxili təzyiqin 

66 

downloaded from KitabYurdu.org



artması,  qulaqcıq-mədəcik  qapaqlarının  bağlanması  və  1  ürək 

tonunun yaranması ilə müşayiət olunur. Mədəciklərin sistolası iki 

dövrə:  1)  gərginləşmə,  2)  qanın  damarlara  qovulması  dövrlərinə 

bölünür. Mədəcik əzələsinin təqəllüsü asinxron - yuxarıdan aşağıya 

doğru tədricən və izometrik-bütün əzələ lifləri eyni vaxtda təqəllüs 

edir.  Bu  dövrün  əvvəlində  mədəciklərdə  təzyiq  60-65  mm  civə 

sütununa qədər olanda taylı və aypara qapaqlar bağlı olduğu üçün 

mədəciklər  müvəqqəti  olaraq  (0,04-0,06  san)  damar  sistemi  ilə 

əlaqəsini  kəsir.  Bu  dövrə  Şovo  intersis-  tolası  deyilir.  Sonra 

mədəciklərdə  təzyiq  yüksəlir,  sol  mədəcik-  də  115-125  mm  civə 

sütunu, sağ mədəcikdə isə 25-30 mm civə sütunu olur, yəni aorta 

və  ağciyər  arteriyasındakı  təzyiqdən  yüksək  olduğu  üçün  qan 

əvvəlcə  sürətlə  (0,05-01  san),  sonra  isə  ləng  (0,2  san)  damarlara 

qovulur. Beləliklə, mədəciklərin sisto- lası 0,3 saniyə müddətində 

baş  verir.  Bundan  mədəciklərin  gərginləşmə  dövrünə  0,05-0,08 

saniyə,  qanın  qovulma  dövrünə  isə  0,22-0,25  saniyə  vaxt  sərf 

olunur.  Bu  fizioloji  prosesi  mədəciklərin  sistolasım  daha  ətraflı 

aşağıdakı kimi izah etmək olar. 

/// faza - qulaqcıq və mədəciklərin bir yerdə ümumi pauzası 

və ardıcıl boşalması və ya mədəciklərin ümumi dias- tolası dövrünü 

əhatə edir. Bu zaman taylı qapaqlar bağlı olur. Aypara qapaqlar isə 

mədəciklərdən  qanın  tədricən  qovulması  başa  çatdıqdan  sonra 

bağlanır. Bundan sonra 0,08 san müddətində mədəciklərin damarlar 

ilə əlaqəsi kəsilir. Şovo intersisto- lası yenidən baş verir. 

Ümumi  diastola,  yəni  mədəciklərin  diastolası-protodi- 

astolik və izometrik diastola dövrlərinə bölünür. 0,04 saniyə çəkən 

protodiastolik  dövr  taylı  qapaqların  bağlı  olduğu  vəziyyətdə 

mədəciyin boşalmağa başlaması anından aorta və ağciyər arteriyası 

aypara  qapaqların  tam  bağlandığı  ana  qədər  davam  edir.  Bu 

vəziyyətdə həm taylı, həm də aypara qapaqlar 0,08 san bağlı olur. 

Lakin  bu  müddətdə  belə  mədəciklərin  boşalması  davam  edir  və 

izometrik  diastola  (gərginliyin  düşməsi)  dövrü  adlanır.  Tədricən 

boşalmanın  sonunda  mədəciklərdəki  təzyiq  qulaqcıqlardakı 

təzyiqdən  aşağı  düşür,  taylı  qapaqlar  açılır  və  qanın  venalardan 

mədəciklərə passiv dolması dövrü 

67 

downloaded from KitabYurdu.org



başlayır (0,3 san). Lakin bu qan aypara qapaqları bağlı olduğu üçün 

arteriya  damarlarına  keçə  bilmir.  Bundan  sonra  qulaqcıqların 

yığılması  nəticəsində  qanın  mədəciklərə  fəal,  aktiv  dolma  dövrü 

başlayır. I, II və III fazaların ardıcıllığı və həmin vaxt cədvəl 1-də 

verilmişdir. 

Cədvəl 1 

Qulaqcıqların 

sitolası - 0,lsan.

 

~

 

 

Mədəciklərin 



sistolası - 0,33 

san.

 

Gərginləşmə fazası - 0,08 san. 



Mədəciklər- 

dən 

qanın 

qovulması - 0,25 san.

 

Asinxron  təqəllüs  -  0,05  san.,  izometrik 



təqəllüs  -  0,03  san.  Qanın  sürətlə 

qovulması  -  0,12  san.  Qanın  tədricən 

qovulması - 0,13 san.

 

Mədəciklərin 



diastolası - 0,47 

san.

 

Protodiastolik dövr - 0,04 san. 



İzometrik  di-  astola  dövrü  - 

0,08  san.  Qanın  mədəciklərə 

dolma dövrü-0,25san.

 

Sürətlə dolması - 0,09 san. Tədricən 



dolması - 0,16 san.

 

Beləliklə,  qulaqcıqların  sistolası  (I  faza)  0,1  saniyə,  mə- 



dəciklərin sistolası (II faza) 0,3 saniyə, onların diastolası 0,5 saniyə 

davam  edir.  Bütün  ürəyin,  yəni  qulaqcıqlar  və  mədəcik-  lərın 

birlikdə diastolası III faza - 0,4 saniyə davam edir. Deməli, bir ürək 

döyünməsinə 0,8 saniyə vaxt sərf olunur. Normada sağlam adamın 

ürəyi bir dəqiqədə 70-75 dəfə döyünməlidir (şəkil 4 B). 

Izovolemik  (izometrik)  yığılma  dövrü.  (0,02-0,03  san 

müddətində). Mədəciklərin yığılmasından sonra onda təzyiq kəskin 

yüksəlir,  lakin  mədəcikdaxili  həcmdə  dəyişiklik  baş  vermir,  bu 

zaman  bütün  qapaqlar  sıx  bağlı  olur.  Məlumdur  ki,  bu  müddət 

ərzində  mədəciklər  yığılır,  lakin  qanın  qovulması  baş  vermir. 

«İzovolemik  (izometrik)  dövrün»də  ürək  mə-  dəciklərinin  əzələ 

liflərinin gərginliyi artır, lakin onlar qısalmır. 

Qanın qovulma dövrü (şəkil 4 C.D). Sol mədəcikdə təzyiq 

80  mm.Hg.st.  (sağ  mədəcikdə  8  mm.Hg.st.)  yüksək  olan  kimi, 

aypara qapaqlar açılır. Taylı qapaqlar bu zaman bağlı 

68 

downloaded from KitabYurdu.org



olur.  Qan  sürətlə  mədəcikləri  tərk  edir.  Qanın  70%-i  qovulma 

dövrünün  üçdə  birində  mədəciklərdən  vurulur,  qalan  30%-i  isə 

sonrakı üçdə ikisində aorta və ağciyər kötüyünə qovulur. Ona görə 

də birinci üçdə biri qanın tez qovulma dövrü (C), lakin qalan üçdə 

ikisi isə qanın ləng qovulma dövrü adlanır (D). 

Sistolanın sonu ürəyin II tonunun başlanması ilə eyni vaxta 

düşür.  Aypara  qapaqların  istiqamətində  qanın  geriyə  cərəyanı 

başlayır  və  onları  bağlayır.  Mədəciklərin  boşluğunda  təzyiqin  tez 

aşağı  düşməsi  və  qapaqların  bağlanması  ürəyin  II  tonunun 

yaranmasına  səbəb  olan,  onların  gərginləşmiş  hissələrinin 

titrəməsinə səbəb olur. 

Mədəciklərin  diastolası  (E-G).  0,47  san  müddətində  baş 

verir.  Bu  müddətdə  EKQ  sonrakı  PQRST  kompleksinin  baş-

lanmasına qədər əmələ gələn izoelektrik xətt qeydə alınır. 

İzovolemik  (izometrik)  boşalma  dövrü.  (E)  Bu  dövrdə 

bütün  qapaqlar  bağlıdır,  mədəciklərin  həcmi  dəyişməyib.  Təzyiq 

izometrik yığılma dövründə qalxdığı kimi demək olar ki, elə də tez 

aşağı düşür. 

Belə  ki,  mədəciklərin  diastolasında  qan  venoz  sistemdən 

qulaqcığa  daxil  olmaqda  davam  edir.  Qulaqcıqlarda  təzyiq  isə  öz 

maksimum səviyyəsinə yaxınlaşır. 

Dolma dövrü (FG). Tez dolma dövrü (F) — mədəciklərin 

qanla  tez  dolma  müddəti  dövrüdür.  Təzyiq  mədəciklərdə 

qulaqcıqlarda nisbətən azdır, qulaqcıq-mədəcik qapaqları açıq olur, 

qan  qulaqcıqdan  mədəciklərə  daxil  olur  və  mədəciklərdə  həcm 

yüksəlməyə  başlayır.  Mədəciklərin  qanla  dolmasının  ölçüsündən 

asılı  olaraq  ürək  əzələsinin  divarının  elastikliyi  və  dolma  sürəti 

azalır (ləngdolma dövrü, (G). 

Həcmlər. Diastola müddətində hər bir mədəciyin həcmi orta 

hesabla 110-120 ml-ə qədər artır. Bu həcm son diastolik həcm kimi 

məlumdur. Mədəciklərin sistolasından sonra qanın həcmi 70 ml-ə 

qədər azalır. Buna ürəyin vurğu həcmi deyilir. Mədəciklərin sistolası 

başa çatdıqdan sonra qalan son-sistolik həcm 40-50 ml təşkil edir. 

Əgər  ürək  əvvəlkinə  nisbətən  güclü  yığılarsa,  onda  son- 

sistolik həcm 10-20 ml azalır. Əgər distola müddətində ürəyə 

69 

downloaded from KitabYurdu.org



çoxlu miqdarda qan daxil olarsa, onda mədəciklərin son- diastolik 

həcmi  150-180  ml-ə  qədər  yüksələ  bilər.  Son  diastolik  həcmin 

summar  artması  və  son-sistolik  həcmin  azalması  ürəyin  vurğu 

həcmini normaya nisbətən iki dəfə artıra bilər. 



10.9.

 

Ürəkdə diastolik və sistolik təzyiq 

Sol mədəciyin mexaniki işi onun boşluğunda diastolik və 

sistolik təzyiq ilə təyin edilir. 

Diastolik təzyiq. Sol mədəcik boşluğunda diastolik təzyiq 

qanın  miqdarının  proqressiv  artması  ilə  yaranır;  sistoladan  əvvəl 

olan  təzyiqə  son-sistolik  təzyiq  deyilir.  Necə  ki,  yığılmayan 

mədəcikdə  qanın  həcmi  120  ml  çox  olmayana  qədər,  diastolik 

təzyiq  praktiki  olaraq  dəyişmir  və  bu  həcmdə  qan  sərbəst  olaraq 

qulaqcıqlardan mədəciklərə daxil olur. 



Sol  mədəcikdə  sistolik  təzyiq.  Mədəciklərin  yığılması  za-

manı  sistolik  təzyiq  hətta  az  həcmi  şəraitində  belə  artır,  lakin 

mədəcikdə həcm 150-180 ml olanda maksimuma çatır. Əgər həcm 

daha əhəmiyyətli dərəcədə artarsa, onda sistolik təzyiq düşür, belə 

ki, ürək əzələsinin liflərinin aktin və miozin fıla- mentləri həddən 

artıq dartılır. Normada sol mədəcik üçün maksimal sistolik təzyiq 

250-300  mm.Hg.st.  təşkil  edir.  Sağ  mədəcikdə  normada  sistolik 

təzyiq 60-80 mm.Hg.st. təşkil edir. 



10.10.

 

Ürəyin qovduğu qanın 

miqdarı (sistolik, dəqiqlik, 

sutkalıq həcm) 

Normal  halda  ürək  hər  dəfə  sistola  etdikdə  sağ  və  sol 

mədəcik eyni miqdarda 70-80 ml qan qovur. Sistola zamanı hər bir 

mədəciyin damarlara vurduğu qanın həcminə, ürəyin sistolik həcmi 

deyilir. Əgər ürəyin sistola zamanı qovduğu qanın miqdarını və bir 

dəqiqədə ürək döyünmələrinin sayını bilsək, onda dəqiqəlik həcmi 

təyin etmək asandır. Məsələn, sol mədəciyin sistola zamanı aortaya 

vurduğu qanın həcmi 75ml, ürək döyünmələrinin sayı isə 75-80-a 

bərabərdirsə onda ürəyin də 

70 

downloaded from KitabYurdu.org



qiqəlik həcmi (ÜDH) — sistolik həcm (SH)X ürək döyünmələrinin 

sayı.  Onda  dəqiqəlik  həcm  1)  75x75—5635ml—5,6/,  2) 

75x80=6000ml=6/  bərabər  olacaqdır.  Orta  yaşlı  adamlar  üçün  bu 

dəqiqəlik həcm 4-6/ bərabər olur. Bir gün müddətində isə 8-10 min / 

qan qovur. Ağır fiziki iş zamanı qovulan qanın həcmi 4-7 dəfə artır. 

İnsanda dəqiqəlik həcmi təyin etmək üçün klinikalarda bu həcmi Fik 

tərəfindən  təklif  olunan  üsuldan  istifadə  edirlər.  Fik  üsulunda 

dəqiqəlik  tutumu  tapmaq  üçün  arterial  və  venoz  qanda  oksigenin 

miqdarı  faizlə  fərqi  tapılır.  Sonra  bir  dəqiqə  ərzində  insanın  sərf 

etdiyi  oksigenin  həcmi  müəyyən  edilir.  Tutaq  ki,  bir  dəqiqədə 

ağciyərlərdən qana 400 ml oksigen daxil olmuş və oksigenin arterial-

venoz qan arasındakı fərqi 8%-dir, onda bir dəqiqədə ağciyərlərdən 

1QQ

'

4Q0



- = 5000 -ml qan keçməlidir. Qanın bu miqdarı dəqiqə- 

8

 



lik tutum hesab olunur. 

Hesablamalar göstərir ki, ürək dəqiqədə 60-80 dəfə vurarsa, 

sol mədəcik aortaya dəqiqədə 6, saatda 360, bir gündə 8,640 litr qan 

qovur. 70 il yaşayan adamın ürəyi təxminən 2.600 milyon dəfə vurur 

və  150.000  ton  qan  qovur.  Fiziki  işdə  ürəyin  vurğusu  xeyli  artır. 

Məsələn, yarış zamanı idmançıların ürəyi dəqiqədə 250 dəfədən çox 

vurur. 

Ürək vurğusunun sayı yaşla da əlaqədardır. Bir yaşa qədər 



uşaqlarda ürək vurğularının sayı dəqiqədə 100-200, 10 yaşda 90-120 

və daha yuxarı yaşlarda 60-80, qocalarda isə yenə də tezləşərək 90-

95-ə çatır. 

Ürəyin nasos funksiyasına nəzarətin əsasını 1) ürəyə axan 

qanın  həcminin  dəyişməsinə  ürəyin  xüsusi  tənzimləyici 

mexanizminin cavabı (Frank-Starlinqin qanunu), 2) ürəyin tezliyi və 

iş qüvvəsinin avtonom sinir sistemi vasitəsilə idarə 

olunması təşkil edir. 

Frank-Starlinq qanununa görə ürəyin əzələ lifləri ona daxil 



olan qanın hesabına nə qədər çox dartılarsa, ürəyin yığılma qüvvəsi 

bir o qədər çox olur və arterial sistemə bir o qədər çox qan daxil olur. 

Beləliklə,  ürəkdə  əzələ  lifinin  uzunluğunu  dəyişən  özünütənzim 

mexanizminin olması, ürəkdə het- 



7 1  

downloaded from KitabYurdu.org



rometrik özünü tənzimdən danışmağa imkan verir. 

Təcrübədə  (şəkil  6  A)  bunu  müşahidə  etmək  üçün 

F.Starlinqin  təkmilləşdirdiyi  ağciyər-ürək  preparatından  istifadə 

edilir. 


A

 

 

Şəkil  6. 



Frank-Starlinq  mexanizmi.  A  -  Eksperimentin  sxemi  («ürək-

ağciyər» preparatı). 1 - müqavimət kontrolu; 2 - kompression kamera; 3 - rezervuar; 4 - 

mədəciklərin həcmi. B - İnotrop effekt. 

Bunun  üçün  cərrahi  yolla  heyvanda  aorta  və  boş  venaları 

bağlamaqla  böyük  qan  dövranı  fəaliyyəti  dayandırılır.  Kiçik  qan 

dövranı isə zədələnməmiş şəkildə qalır. Aorta və boş venaya şüşə və 

rezin borulardan ibarət sistemlə əlaqələndirilmiş kanyula salmır. Sol 

mədəcikdən  aortaya  ötürülən  qan  bu  sistemlə  axaraq  əvvəlcə  boş 

venaya, sonra isə sağ qulaqcığa və sağ mədəciyə gəlir. Buradan isə 

kiçik qan dövranına keçərək oksigenlə zənginləşir və nəhayət, sol 

mədəciyə qayıdır. Beləliklə, ağciyər-ürək preparatı ürəyin  yükünü 

istənilən formada dəyişməyə imkan verir. 

Belə ki, ürəyə axan qanın miqdarı artdıqca ürək əzələsi daha 

çox  dartılır  və  onun  təqəllüs  qüvvəsi  çoxalır.  Nəticədə  ürəyin 

sistolik və dəqiqlik tutumu artır. Ürək əzələsinin bu xü 

72 

downloaded from KitabYurdu.org



susiyyətini «Ürək qanunu» (Frank-Starlinq qanunu) adlandırmışlar. 

Beləliklə, ürək əzələsinin təqəllüs qüvvəsi və sistolik tutum 

diastola zamanı mədəciklərin qanla nə dərəcədə dolmasından asılı 

ola bilər. 

Ürəyin fəaliyyəti əzələnin mexaniki olaraq genişlənməsi ilə 

deyil, sinir sistemi vasitəsilə tənzim edildiyi üçün Starlinqin «ürək 

qanunu»  məhdud  dərəcədə  əhəmiyyətlidir.  Ürəyin  dəqiqəlik  və 

sistolik  tutumu  onun  gördüyü  işdən  asılı  olaraq  dəyişə  bilər. 

Məsələn, əzələ işində dəqiqəlik tutum daha çox, yəni 25- 

30L-Ə 

qədər 


arta bilər. 

10.11.

 

Ürək tonları 

Stetofonedoskopla döş qəfəsinin sol yarısına qulaq asmaq, 

ürəyin iki tonunu eşitməyə imkan verir: 

Ürəyin  I  sistolik,  II  diastolik  tonu.  I  ton  mədəciklərin 

sistolasının  əvvəlində  qulaqcıq-mədəcik  qapaqlarının  bağlanması 

və vətər tellərinin çırpınıb gərginləşməsi ilə əlaqədar olur. Sistolik 

ton sürəkli, uzun və alçaq olur. II ton sistolanın sonunda aorta və 

ağciyər arteriyalarının aypara qapaqlarının bağlanması ilə əlaqədar 

olur. Diastolik ton qısa, yüksək və zildən eşidilir. 

I və sistolik ton 0,14S, 11-0,1 İS davam edir. Ürəyin II tonu 

I  tona  nisbətən  daha  yüksək  tezliyə  malik  olur.  I  və  II  tonların 

eşidilməsi  «tap-tup»  səslərinin  tələffüzünə  yaxın  olur.  I  və  II 

tonlardan başqa bəzən ürəyin patologiyasını əks etdirən əlavə III və 

VI tonlarda eşitmək olar. 

Ürək  tonlarının  dəqiq  analizi  elektron  cihazlarının  tət-

biqindən  sonra  mümkün  olmuşdur.  Əgər  döş  qəfəsi  üzərinə 

gücləndirici və ossiloqrafla birləşmiş həssas mikrofon yerləşdirsək, 

hərəkət edən fotokağız və ya fotoplyonkada ürək tonlarının yazısını 

almaq olar. Bu üsul fonokardioqrafıya adlanır. Fonokardioqramda 

qulaqda eşidilən birinci və ikinci tonlardan əlavə, iki zəif (üçüncü 

və dördüncü) ürək tonları da ayırd 



73 

downloaded from KitabYurdu.org



edilir. Üçüncü ton ikincidən 0,011-0,18 saniyə sonra meydana çıxır 

və mədəciklərin qanla aktiv dolması nəti-cəsində ürək divarlarının 

titrəməsini  əks  etdirir.  Dördüncü  ton  isə  birinci  tondan  əvvəl 

qulaqcıqların  diastolası  zamanı  mədəciklərin  qanla  passiv 

dolmasından əmələ gəlir. Bu zaman onlara küy əlavə olunur və ton 

təmiz eşidilmir. Buna səbəb qapaqların kip bağlanmaması və qanın 

geri qayıtmasıdır. 

Ürəyin tonlarına ayrı-ayrılıqda qulaq asmaq olar. Sis- tolik 

tona sol mədəciyin, yəni ikitaylı qapağın səsinə ürəyin zirvəsində 

məmə  xəttindən  1-1,5  sm  sağa  doğru  qulaq  asmaq  olar.  Sağ 

mədəciyin  və  üçtaylı  qapağın  səsinə  III,  VI  qabırğanın  döş 

sümüyünə birləşdiyi yerdə qulaq asılır. İkinci tona - diastolik tona, 

yəni aorta aypara qapaqlarının səsinə ikinci qabırğaarası nahiyədə 

döş sümüyündən sağda qulaq asmaq olar. Ağciyər arteriyası aypara 

qapaqlarının bağlanmasından əmələ gələn səsə II (döş) qabırğaarası 

nahiyədə, sol tərəfdə qulaq asmaq olar. 



10.12.

 

Ürəyin qanla təmin olunması 

Ürəyin divarını qanla sağ və sol vena (koranar) arteriyaları 

təmin  edir.  Hər  iki  vena  arteriyaları  aortanm  əsasından  (aorta 

qapaqlarının  kənarlarının  birləşdiyi  yerə  yaxın)  başlayır.  Sol 

mədəcyin  arxa  divarı,  arakəsmənin  bir  sıra  hissələri  və  sağ 

mədəciyin  çox hissəsi sağ vena arteriyası  ilə qanla təmin  olunur. 

Ürəyin qalan şöbələri qanı sol vena arteriyası vasitəsilə alır. 

Sol  mədəciyin  yığılması  (sistolası)  zamanı  ürək  əzələsi 

vena arteriyasını sıxır və ürək əzələsinə qanın daxil olması praktiki 

olaraq dayanır  - ürəyin  boşalması  (diastolası) və damar divarının 

aşağı  müqaviməti  zamanı  vena  arteriyasının  qanın  75%-i  ürək 

əzələsinə çatır. 

Adekvat koronar qan cərəyanı üçün qanın diastoliq təzyiqi 

60 mm.Hg.st. aşağı düşməlidir. 

Fiziki iş zamanı koronar qan təzyiqi güclənir, bu əzələ 

74 

downloaded from KitabYurdu.org



ni  oksigen  və  qidalı  maddələrlə  təmin  etmək  üçün  ürəyin  fəa-

liyyətinin artması ilə əlaqədardır. Koronar venası, ürək əzələsinin 

çox hissəsindən qanı toplayaraq koronar sinisuna və sağ qulaqcığa 

tökülür. Daha çox «sağ ürəkdə» yerləşən bir sıra nahiyələrdən qan 

birbaşa ürək kameralarına daxil olur. 

10.13.

 

Ürəyin işi və gücü 

Ürək  fəaliyyətdə  olduğu  zaman  gördüyü  iş  qanın  mə- 

dəciklərdən qovulmasına və damarlarda hərəkətinə sərf olunur. Bu 

zaman əmələ gələn enerjinin bir hissəsi damar divarında potensial 

enerjiyə,  digər  hissəsi  isə  hərəkət  edən  qanda  kinetik  enerjiyə 

çevrilir.  Digər  tərəfdən  ürək  qanı  qovduğu  zaman  müəyyən 

müqavimətə  rast  gəlir.  Buna  əsaslanaraq  ürəyin  işini  aşağıdakı 

formula ilə hesablamaq olar: 



PV

2

 



W - PR +

  — - — ;



 

burada: 


W-iş; 

P - dəqiqəlik tutum; 

R - orta qan təzyiqi; 

V - qanın hərəkət sürəti; g 

- ağırlıq gücünün sürəti. 

Tutaq ki, dəqiqəlik tutum 5.000 ml-ə, orta qan təzyiqi 200 

sm  su  sütununa,  qanın  orta  hərəkət  sürəti  50  sm/san-ə,  ağırlıq 

gücünün sürəti təxminən 1.000 sm/san-yə bərabərdir, onda 

PR=5000.200= 1.000.000 q.sm. və ya 10 kq/dəq. 

pv

2

 

ü—=5000750/2—2.1000=6250 q.sm=0.0625 kq, m/dəq. 

Göründüyü  kimi  sol  mədəciyin  göstərilən  müqavimətə 

qarşı sərf etdiyi iş, qanın hərəkət sürətinə sərf etdiyi işdən artıq olur. 

Ürəyin sağ mədəciyinə sol mədəcik qədər qan qovmasına 

baxmayaraq, ağciyər arteriyasında təzyiq 5 dəfə az olur, 



75 

downloaded from KitabYurdu.org



PV

2

 

odur ki, sağ mədəcik üçün PR=2kqm/dəq ---------  

2* 

ilə hesablamaq 



olar. 

Beləliklə,  ürəyin  işi  sakitlik  zamanı  10+2=12  kqm/dəq 

(117,6 c). 

Məşq  etmiş  idmançılar  intensiv  fiziki  iş  görərkən  ürəyin 

gücü dəqiqədə 65 kqm-ə və ya 38,2 kvt-a qədər arta bilər. 

Fəaliyyətdə  olan  ürəyin  gücü  70  kiloqram  çəkisində  olan 

adamı 6 saat ərzində 25-ci mərtəbəyə, 20 gün müddətində isə uca 

zirvəli Elbrus dağma qaldıra bilər. 



Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin