Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 4,48 Mb.
Pdf görüntüsü
səhifə12/58
tarix21.03.2017
ölçüsü4,48 Mb.
#12158
1   ...   8   9   10   11   12   13   14   15   ...   58

124 

downloaded from KitabYurdu.org



mayenin 9/10-nun geriyə sorulmasını təmin edir. Qalan maye limfa 

damarlarına daxil olur. 



11.7.

 

Kapillyar qan dövranı 

Kapillyarlarm arterial  hissəsində qan təzyiqi venoz hissə-

sindən çox olub 15-25 mm. Hg. st.-na bərabərdir. Bu təzyiqin fərqi 

hesabına  qan  kapillyarlardan  arterial  hissəyə  filtrasiya  olunur  və 

venoz hissəyə reabsorbsiya olunur. Belə ki, kapillyarlarm daxilinə 

və xaricinə istiqamətlənən təzyiq fərqi (18 və 21 mm. Hg.st) 7mm. 

Hg.st  təşkil  edir.  Bu  təzyiq  kapillyarlarm  venoz  ucunda  olan 

reabsorbsiya  təzyiqidir.  Arterial  ucdan  filtrasiya  olunmuş  maye 

sorulduqdan sonra, mayesinin qalan hissəsi limfaya daxil olur. 

Qandakı  oksigenin  və  qida  maddələrinin  toxumalara  və 

toxumalarda əmələ gələn son məhsulların və karbon iki oksi- din 

qana keçməsi kapillyarlarda baş verir. 

Kapillyarlarda  qanın  hərəkət  sürəti  saniyədə  0,3-0,5mm 

təzyiq  isə  25-30  mm  civə  sütunu  təşkil  edir.  Hər  bir  kapillyarın 

uzunluğu 0,3-0,7mm-ə, diametri orta hesabla 

8

 mikrona bərabərdir. 



Kapillyarlarm sayı son dərəcə çox olub, bir neçə milyarda çatır və 

səthi bədən səthindən 1500 dəfə çox, 3000 m

2

-dir. 


Kapillyar qan dövranını qurbağanın üzgəc pərdəsində və ya 

dilində daha yaxşı müşahidə etmək olar. Bu məqsədlə hərəkətdən 

salınmış  qurbağanı  tənzifə  büküb,  yastı  mantarm  üzərinə  elə 

qoyurlar ki, onun dal pəncəsi mantarın küncündəki dəliyin üzərinə 

düşsün. Üzgəc pərdəsini bu dəliyin üstünə toxumanın bütövlüyünü 

pozmadan  sancaqla  bərkidirlər.  Həmin  yastı  mantar  lövhəni 

mikroskopun  masası  üzərinə  qoyub  üzgəc  pərdəsində  böyük  və 

kiçik  böyüdücülərin  köməyilə  kapillyar  qan  dövranını  müşahidə 

edirlər. 

Mikroskopun altında kapillyarlarm sıx toru və orada arası 

kəsilmədən  axan  qan  görünür.  Böyük  okulyarın  köməyilə 

kapillyardan keçən eritrositlərin yastılaşmasını da müşahidə etmək 

olar. 

Arteriollarda təzyiqi artırdıqda kapillyarlarm sayı da 



125 

downloaded from KitabYurdu.org



çoxalır. Arteriollar bir növ «kran» qolunu oynayıb, kapill- yarların 

fəaliyyətini tənzim edirlər. 

Dəridəki  arterio-venoz  anostomozlar  kapillyar  qan 

dövranının tənzimləyicisi kimi, ətraf mühitin temperaturu 35°- dən 

yuxarı qalxdıqda ya 15°-dən aşağı endikdə açılır və arteri- ollardan 

venalara  qanın  axını  bərpa  olunur.  Bu  isə  qanın  qız-  ması  və  ya 

soyumasının qarşısını alır. 

11.8.

 

Limfa sistemi 

Limfa sistemi - venaların endotel təbəqəsindən əmələ gələn 

limfa sistemi interstisial mayeni və ya hüceyrəarası mAyeni qana 

qaytaran damarlar torudur (şəkil 8 B). 





 

Şəkil  8.  Limfa  sistemi. 



A.  Mikrosirkulyator  səviyyədə  quruluş.  B.  Limfa 

sisteminin anatomiyası. V. Limfa kapillyarları. 1 - qan kapillyarları; 2 - limfa kapillyarı; 

3 - limfa düyünləri; 4 - limfa qapağı; 5 - kapillyarönü ar- teriola; 6 - əzələ lifi; 7 - sinir; 8 

- venula; 9 - endoteli; 10 - qapaqlar; 11 - dayaq filamentlər. 

126 

downloaded from KitabYurdu.org



Skelet  əziblərinin  mikrosirkulyator  damarları.  Arteriol- 

ların genişlənməsi ilə arteriola söykənmiş limfa kapillyarları onlar 

və əzələ lifləri tərəfindən sıxılır (yuxarıda). Arteriolların daralması 

zamanı  (B)  əksinə  olaraq  limfa  kapillyarları  genişlənir  (aşağı). 

Skelet  əzələlərində  limfa  kapillyarları  qan  ka-  pillyarlarından 

çoxdur. 


Böyük qan dövranının qapalı damarları açiq limfa sistemi 

ilə birlikdə boş venaya açılır. Lakin limfa sisteminin kor çıxıntı ilə 

qurtaran qapalı mühiti hissəsi limfa kapillyarları ilə başlayır. Sonra 

limfa kapillyarları birləşərək limfa damarlarını, onlarda birləşərək 

sağ  və  döş  limfa  axacağını  əmələ  gətirir  və  vidacı  venanın 

körpücükaltı  venaya  açıldığı  yerdə  ürəyin  sağ  qulaqcığına  açılan 

boş  venaya  açılır.  Limfa  damarları  boyunca  bədənin  müəyyən 

nahiyəsində  limfa  düyünləri  yerləşir.  Limfa  düyünlərində  ağ  qan 

cisimləri, leykositlər, xüsusilə, lim- fositlər, eritroblastlar yaranır və 

limfaya hüceyrəarası maye vasitəsilə daxil olmuş xəstəlik törədən 

mikroblardan  və  zərərli  maddələrdən  limfanı  təmizləyir.  Limfa 

düyünləri bioloji filtir- süzgəc rolu oynayır. 

Limfa sistemi vasitəsilə qan cərəyanına qayıtmış mayenin 

həcmi gündə 2-3 1 təşkil  edir.  İri molekulyar kütləyə malik  olan 

maddələr (hər şeydən əvvəl zülallar) hüceyrəarası mayedən ancaq 

xüsusi quruluşu olan limfa kapillyarları vasitəsilə absorbsiya oluna 

bilər. 

Limfanın  mənşəyi  haqqında  iki  nəzəriyyə  irəli  sürül-



müşdür: 

1)

 



Süzülmə nəzəriyyəsi. Limfa qan kapillyarlarınm daxili 

və  xarici  hidrostatik,  həmçinin  osmos  təzyiqləri  arasında  fərq 

olduqda  qanın  maye  hissəsinin  kapillyarlardan  süzülməsi 

nəticəsində  əmələ  gəlir.  Əgər  hər  hansı  orqandan  gələn  venanı 

sıxsaq,  bağlasaq,  ya  ona  təzyiq  etsək,  kapillyarlarda  qan  təzyiqi 

yüksək  olduğu  üçün  limfanın  miqdarı  xeyli  çoxalır.  Histamin, 

peptonlar,  ekstraktlar,  öd  və  s.  qana  yeridilməsi  zamanı  süzülmə 

yolu  ilə  limfanın  əmələ  gəlməsi  xeyli  sürətlənir.  Bu  maddələr 

əsasən kapillyarlarm keçiriciliyini artırır. 

2)

 



Sekretor nəzəriyyə. Limfanın əmələ gəlməsinə səbəb 

127 

downloaded from KitabYurdu.org



kapillyarların  divarlarını  təşkil  edən  hüceyrələrin  fəal  sekretor 

fəaliyyətidir. Limfanm əmələ gəlməsində əsas proses süzülmə- dir. 

Lakin  kapillyarların  divarlarındakı  hüceyrələr  də  müəyyən 

maddələr ifraz etməklə limfanm yaranmasında fəal rol oynayırlar. 



Limfanın  tərkibi.  Limfanm  xüsusi  çəkisi  1017-yə  qədər 

olub, qələvi reaksiyalı, sarımtıl rəngli maye olub, əsas plazma- dan, 

yəni  onun  tərkibində  amin  turşusu,  yağlar,  qlükoza,  CO

2

,  sidik 



cövhəri, 94-95% su, zülal, albumin, fribronogen və s. ida- r ətdir. 

Bağırsaqlardan  axan  limfada  südü  xatırladan  yağlar, 

qaraciyərdən  axan  limfada  zülallar,  endokrin  vəzilərdən  axan 

limfada  hormonlar  çox  olur.  Limfa  qan  kimi  laxtalana  bilir. 

Qaraciyərdə olan limfanm 100 ml-də 6 qr-dan çox bağırsaqda olan 

100 ml limfada 4 qr-dan çox zülal olur. Döş axacağında olan 100 

ml limfada zülal 3-5 qr təşkil edir. Yağlı qida qəbul etdikdən sonra 

döş axacağında yağın miqdarı 2% arta bilər. Limfa kapillyarlarının 

divarından  limfaya  daxil  olan  bakteriy-  alar  limfa  düyünlərində 

parçalanıb və zərərsizləşdirilib xaric edilirlər. 

Limfa  kapillyarlarının  daxilində  olan  qapaqlar,  limfanm 

ürəyə doğru hərəkətində əsas rol oynayır. Limfa kapillyar- larmın 

divarı  -  yarımkeçirici  membrandır,  ona  görə  də  suyun  bir  hissəsi 

hüceyrəarası  mayeyə  (toxuma  mayesi)  ultrafıltrasiya  yolu  ilə 

qayıdır. Kolloid-osmotik təzyiq, həm limfa ka- pillyarlarında, həm 

də  intersistial  mayedə  eynidir,  lakin  hidro-  statik  təzyiq,  limfa 

kapillyarlarmda  hüceyrəarası  mayenin  hid-  rostatik  təzyiqindən 

yüksək  olur,  bu  isə  mayenin  ultrafıltrasiya-  sına  və  nəticədə 

limfanm  qatılaşmasma  səbəb  olur.  Bu  proseslərin  nəticəsində 

zülalların qatılığı üç dəfə artır. 



Limfanın  hərəkət  mexanizmi.  İbtidai  heyvanlarda  - 

reptililərdə  limfanın  hərəkətinə  yığıla  bilən  limfa  ürəklərinin 

divarlarında  olan  əzələ  qatı  yığılaraq  limfanı  hərəkət  etdirir. 

Damarların bu genişlənmiş hissəsinə limfa ürəkləri deyilir. 

Limfa  damarlarının  təqəllüsü  zamanı  limfanm  hərəkəti 

ancaq bir istiqamətdə olur. Çünki limfa damarlarında da ve- 



128 

downloaded from KitabYurdu.org



nalarda  olduğu  kimi  qapaqlar  vardır.  Bu  qapaqlar  limfanı  ürəyə 

doğru buraxır və geri axmasına mane olur. Limfanm ürəyə doğru 

hərəkətinə  döş  qəfəsində  yaranan  mənfi  təzyiq  və  əzələlərin 

yığılması  səbəb  olur.  Gün  ərzində  insanın  döş  limfa  axacağı  ilə 

qana  1200-1600  ml  limfa  qayıdır.  Limfa  çox  yavaş  hərəkət  edir. 

Belə  ki,  atın  boyun  limfa  damarında  limfanm  hərəkət  sürəti 

dəqiqədə  240-300  mm-dir.  Fizioloji  eksperimentlər  vasitəsilə 

böyük  limfa  damarlarına  gələn  simpatik  sinir  liflərini 

qıcıqlandırmaqla limfa damarlarında gedən dəyişiklikləri müşahidə 

etmişlər. 

Ağrı  qıcığı,  karotid  sinusda  təzyiqin  artması  və  bir  çox 

orqanların  reseptorlarının  qıcıqlandırılması  zamanı  limfa  cə-

rəyanının reflektoru dəyişilməsi müəyyən edilmişdir. 

Hirudin,  histamin,  adenozin  trifosfat  kimi  kimyəvi 

maddələr limfa damarlarına genəldici təsir göstərir. 

Əzələ  və  orqanların  hərəkəti  limfa  kapillyarlarını  sıxır. 

Arteriolların genişlənməsi (a) onlarla əzələ lifləri arasında yerləşən 

limfa  kapillyarlarının  sıxılmasına  səbəb  olur,  bununla  giriş 

qapaqları bağlanır. Arteriolların sıxılması (b) zamanı, əksinə giriş 

qapaqları açılır və intersistal maye limfatik kapillyar- lara daxil olur 

(şəkil 8 A.B.). 

Hüceyrəarası  təzyiqi  artıran  hər  hansı  bir  amil  həmçinin 

limfanm  hərəkətini  də  yüksəldir.  Qan  kapillyarlarının  ke- 

çiriciliyinin  artması,  kapillyarlarda  təzyiqin  artması,  plazmada 

kalloid-osmotik  təzyiqin  artması,  hüceyrəarası  mayedə  kallo-  id-

osmotik təzyiqin artması və s. ümumiyyətlə təzyiqin 0 mm. Hg.st. 

yüksək olması limfa cərəyanını 20 dəfə artırır. 

Qeyd  etdiyimiz  funksiyanın  yerinə  yetirilməsində  ən  fəal 

iştirakçı limfa nasoslarıdır. Belə ki, limfa damarlarından olan döş 

axarında limfa nasosu 50-dən 100 mm.Hg.st. qədər təzyiq yaradır. 

Sakit  vəziyyətdə  döş  axarından  saatda  100  ml  qədər,  sağ  limfa 

axarından isə 20 ml qədər limfa keçir. Hər gün qan cərəyanına 2-3 

1 limfa daxil olur. 

129 

downloaded from KitabYurdu.org



11.9. Damarlarda qanın cərəyanının tənzimi mexanizmi 

Təsir  qüvvəsinə  görə  damarın  iki  cür  hərəki  sinirləri  var: 

damar  daraldan  -  vazokonstruktor  və  damar  genəldən  - 

vazodilatator  sinirlər.  1842-ci  ildə  A.P.Valter  qurbağanın  aşağı 

ətraflarını  innervasiya  edən  oturaq  sinirlərinin  simpatik  liflərini 

kəsdiklə  pəncə  damarlarının,  1851-ci  ildə  Klod  Bernar 

adadovşanının  boynunda  simpatik  sinirlərdən  birini  kəsdikdə  isə 

müvafiq  tərəfdə  qulağın  qan  damarlarının  genəldiyini  müşahidə 

etmişdir.  A.P.Valterin  və  K.Bernarın  bu  təcrübələri  ilə  qan 

dövranının tənzimi haqqında təlimin əsası qoyulmuşdur. 

K.Lüdviq apardığı təcrübədə təbil telini (shorda tüm- rani) 

qıcıqlandırarkən  tüpürcək  ifrazının  artdığını  və  buna  müvafiq 

tüpürcək  vəzi  damarlarının  genəlməsinə  təsir  etdiyini  müşahidə 

etmişdir. Bu təcrübə parasimpatik sinirin damar ge- nəldici təsirini 

göstərən ilk eksperimentdir. 

Qanda  PO

2

,  PCO


2

,  H


+

  qatılığmm,  süd  turşusu,  piruvat  və 

bəzi  digər  metabolitlərin  dəyişməsi  damarların  divarına  lokal 

(nahiyəvi)  təsir  edir.  Bu  təsir  damarların  divarında  olan  təzyiqə 

cavab verən xemoreseptorlar, həmçinin baroreseptor- lar tərəfindən 

sinir siqnallarına çevrilir və uzunsov beyindəki damarların hərəki 

mərkəzinə  nəql  olunur.  Mərkəzi  sinir  sisteminin  cavabını 

damarların  divarında  və  ürək  əzələsində  olan  saya  əzələ 

hüceyrəsinin  hərəki  vegetativ  innervasiyası  reallaşdırır.  Bundan 

başqa 


damarların 

divarında 

(vazokon-striktor- 

lar 


və 

vazodilatatorlar)  saya  əzələ  hüceyrələrinin  güclü  humo-  ral 

tənzimləmə sistemi və endotelin keçiriciliyi mövcuddur. Tənzimin 

aparıcı ölçüsü - sistemli arterial təzyiqdir. 



Öz-özünə  tənzim.  Toxuma  və  orqanların  (şəkil  2  B)  qan 

cərəyanını tənzimləmə qabiliyyəti öz-özünə tənzim adlanır. Çoxlu 

orqanların  damarları  qan  cərəyanını  nisbətən  sabit  saxlayan, 

damarların  müqavimətini  dəyişəcək  perfuziya  qan  təzyiqini 

kompensasiya edən daxili qabiliyyətə malikdir. 

Avtotənzim  mexanizmi  böyrəklərdə,  müsariqədə,  skelet 

əzələlərində, beyində, qaraciyərdə və ürək əzələsində fəaliyyət 

130 

downloaded from KitabYurdu.org



göstərir. 

Miogen  öz-özünə  tənzim.  Avtotənzim  saya  əzələ  hücey-

rəsinin  hissəvi  yığılma  cavabına  əsaslanır  -  bu,  miogen  av- 

totənzimdir.  Damarlarda  təzyiq  yüksəlməyə  başlayan  kimi  da-

marlar  dartılır.  Onun  damarı  əhatə  edən  saya  əzələ  hüceyrələri 

yığılır.  Qan  cərəyanının  azalması  damar  genəldici  maddələrin 

toplanmasına  səbəb  olur  və  damar  genəlir  (vazodilatasiya).  Qan 

cərəyanı  yüksələn kimi  bu maddələr  yox olur və vəziyyət  damar 

tonusun  saxlanmasına  səbəb  olur.  Temperaturun  artması  birbaşa 

damar  genəldici  təsir  edir.  Metabolizm  yüksəlməsi  nəticəsində 

toxumalarda  temperaturun  artması,  həmçinin  süd  turşusu  və  K

+

 

ionları beyin və skelet əzələlərinin damarlarını genəldir. Adenozin 



ürək  əzələsinin  damarlarını  genəldir  və  noradrenalinin  damar 

daraldan (vazokonstruktor) təsirinə mane olur. 

2

-nin  baş-beyin  sütununun  damar  hərəki  mərkəzinə 



təsiri simpatik sinir sistemini fəallaşdırır və nəticədə bədənin bütün 

sahələrində skelet əzələləri müstəsna olmaqla, damarların ümumi 

daralmasına  səbəb  olur.  Bu  isə  arteriya  divarının  əzələ  qişasının 

daimi təqəllüs halında qalmasına, yəni mənfəz- lərinin daralmasına 

səbəb olur. Bu vəziyyət arterial tonus adını almışdır. 



Damar fəaliyyətinin tənzimində beyin qabığının rolu. İn-

sanda  beyin  qabığının  damar  fəaliyyətinə  təsirini  şərti  refleksin 

köməyilə öyrənmək olar. Bunun üçün əvvəlcə şərtsiz qıcıq verilir, 

bir  neçə  saniyə  sonra  şərti  qıcıqdan  istifadə  edilir  və  təcrübə  bir 

neçə  dəfə  təkrar  edilir.  Bunun  üçün  pletizmoqraflya  üsulu  tətbiq 

edilir.  Əvvəlcə  insanın,  ya  hər  hansı  heyvanın  ətraflarından  biri 

pletizmoqrafa yerləşdirilir (şəkil 2 B). Sonra onu isti və ya soyuq 

su  ilə  doldurub  cihaz  manometrlə  birləşdirilir.  Suyun  təsirindən 

ətrafın  damarları  genəlir  və  ya  büzülür.  Qey-  dedici  isə  bunu 

komoqrafda yazır. Termiki faktordan ibarət şərtsiz qıcığı hər hansı 

şərtsiz  qıcıqla  (səs,  işıq  və  s.)  quraşdırdıqda  və  bir  neçə  dəfə 

təkrarladıqdan sonra təkcə şərti qıcıq damar reaksiyasını dəyişdirir 

(şəkil 9). 

Beyin qabığının təsirini digər bir təcrübədə də göstər- 

131 

downloaded from KitabYurdu.org



mək olar. Yarışdan qabaq və ya startdan əvvəl idmançıların 

qan təzyiqi yüksəlir, ürək fəaliyyəti və damarların tonusu artır. 

Beyin qabığı qan damarlarına qabıqdan retikulyar for- 

masiyaya gələn impulslar vasitəsilə təsir edir. Bunu K.M.Bıkov 

və əməkdaşları şərti refleks yolu ilə isbat etmişlər. 

00* 



zən

g - 

 _____  63*C, 

Şəkil 9. Termiki qıcıqlandırıcı ilə zəng səsinin quraşdırılması 

zamanı şərti damardaraldıcı refleks. 

Damar  genəldici  maddələrə  asetilxolin  və  adenozin  tri- 

fosfat turşusu, histamin də aiddir. 

Histamin  başqa  damarlara  təsir  etməyərək  ancaq  ka- 

piyarlan genəldir. 



11.10.

 

Qan dövranının humoral tənzimi 

Sinirdən  başqa  qanda  sirkulyasiya  edən  bioloji  fəal 

maddələr ürək-damar sisteminin bütün şöbələrinə təsir edərək onun 

fəaliyyətini  dəyişir.  Damar  genişləndirici  humoral  maddələrə 

(vazodilatatorlara)  kinin,  VİP,  qulaqcıq  natriyuretik  amil 

(atriopeptin),  lakin  damar  daraldan  humoral  maddələrə 

vazkonstriktorlara  -  vazopessin,  noradrenalin,  adrenalin  və 

anqiotenzin II aid edilir. 

Kinin  -  daxili  orqanlarda  saya  əzələ  hüceyrələrinin 

yığılmasına, damarlarda isə saya əzələ hüceyrələrinin boşalmasına 

və  arterial  təzyiqin  enməsinə,  kapillyarların  keçiriciliyinin 

artmasına, tər və tüpürcək vəziləri və mədəaltı vəzinin ekzok- rin 

hissəsində qan cərəyanının yüksəlməsinə təsir edir. 

Atriopeptin - yumaqcıqlarda fıltrasiyanı artırır, vazo- 



'iifr

 

132 

downloaded from KitabYurdu.org


pressin və reninin isə sirkulyasiyasını tormozlayır. 

Noradrenalin  və  adrenalin.  Noradrenalin  -  güclü  damar- 

daraldan amildir, adrenalin az damardaraldıcı təsirə malik olmaqla, 

bir sıra damara vazadilitator təsiri göstərir (məsələn, ürək əzələsinin 

qüvvətli yığılma fəaliyyəti zamanı adrenalin tac atreriyalarını, beyin 

damarlarını və bronxları genişləndirir. Lakin skelet əzələləri dərinin 

arteriyalarının, 

ağciyərlərin, 

qarm 


boşluğu 

damarlarının 

daralmasına səbəb olur. Stress və əzələ işi noradrenalinin simpatik 

sinir  sisteminin  ucundan  toxumalara  ifrazını  stimulyasiya  edir  və 

ürəyə  oyandırıcı  təsir  edir,  vena  və  arteriolların  mərfəzinin 

daralmasına səbəb olur. 



Angiotenzinlər.  Böyrəklərin  qanla  təmin  olunması  azalan 

kimi renin sintezi artır. Böyrəklərdən qana keçir və arteri- olların 

daralmasına  səbəb  olur.  Angiotenzin  II  damardaraldı-  cıdır. 

Angiotenzin  II,  angiotenzin  I-dən,  o  da  öz  növbəsində, 

angiotenzinogendən renin təsiri ilə yaranır. 

Vazopressin (antidiuretik hormon, ADH) damargenəl- dici 

təsirə  malikdir.  Hipotalamusda  vazopressinin  sələfi  sintez  olunur, 

akson vasitəsilə hipofızin arxa payına nəql olunur və oradan qana 

daxil  olur.  Vozopressin  böyrək  borucuqlarında  reabsorbsiyanı 

artırır. 

Bağırsaqların selikli qişasında və həmçinin baş-beynin bəzi 

sahələrində  əmələ  gələn  serotinin  (5-  hidrooksitriptamin)  də 

damardaraldıcı humoral  faktorlara aiddir. Böyrəküstü vəzin qabıq 

maddəsinin  hormonlarından  biri  də  -  kortikosteron-  dur. 

Kortikosteron  kapillyarların  keçiriciliyini  normal  səviyyədə 

saxlayır. 

Adrenalin və vazopressin damarları  büzərək qan təzyiqini 

yüksəldir (şəkil 10). 

 

Şəkil 10. İtin qan təzyiqinə adrenalinin təsiri. 

X - azan sinirləri kəsilmiş itin venasına 1 mq adrenalinin yeridilməsi. 

133 

downloaded from KitabYurdu.org



11.11.

 

Qan dövranına sinir sistemi tərəfindən nəzarət 

Ürək-damar  sisteminin  funksiyasının  tənzimi  əsasında 

uzunsov beynin neyronlarının tonik fəaliyyəti saxlanılır. Hansı ki, 

fəallıq hissi reseptorların -baro və -xemoreseptorlardan daxil olan 

afferen  impulsların  təsiri  altında  dəyişir.  Uzunsov  beynin  damar 

hərəki  mərkəzi  baş-beynin  qanla  təmini  azalan  zaman  MSS  - 

yuxarıda duran şöbələrinin stimuləedici təsirinə məruz qalır. 

Damar  afferentləri.  Baroreseptorlar  ürəyə  yaxın  olan  iri 

venaların divarı və aorta qövsündə xüsusilə daha çox olur. Bu sinir 

ucları azan sinirin tərkibinə daxil olan liflərin terminalından əmələ 

gəlib. 


İxtisaslaşmış  sinir  strukturları.  Qan  dövranının  ref- 

lektoru  tənzimində  karotid  sinusu  və  karotid  cismi  (şəkil  11,  12) 

həmçinin ona oxşar törəmələri olan aorta qövsü, ağciyər sütunu, sağ 

körpücükaltı arteriya iştirak edir. 



Şəkil 11. İnsanda karotid sinisun yerləşməsi. 

1 - a. carotis sommunis; 2 - bulbus saroticus; 3 - a. carotis interna; 

4 - a. carotis externa; 5 - Herinq siniri; 6 - dil-udlaq siniri. 

Beləliklə,  xüsusi  damar  refleksləri  damarın  özündə  olan 

reseptorlardan  gələn  impulslar  vasitəsilə  meydana  çıxır.  Belə 

reseptorlarla  zəngin  olan  damar  sahələrinə  aorta  qövsü,  ümumi 

yuxu arteriyasının xarici və daxili yuxu arteriyalarına şaxə 

 

134 

downloaded from KitabYurdu.org


ləndiyi yer, boş venaların sağ qulaqcığa açıldığı yer və s. aiddir. Bu 

sahələr reseptor elementlərlə zəngin olduğundan damar refleksogen 

zonaları adım almışdır. 

Karotid  sinus  ümumi  yuxu  arteriyasının  şişginli  olan 

nahiyəsinə  yaxın  yerləşir  və  çoxlu  baroreseptorlara  malik  olur. 

Ürək-damar  sistemi  fəaliyyətini  tənzim  edən  impulslar  mərkəzə 

daxil  olur.  Karotid  sinusun  baroreseptorların  sinir  ucları  lifin 

terminalı,  sinus  sinirin  (Herrinq)  tərkibinə  -  dil-udlaq  sinirinin 

tərkibinə daxil olur. 

Karotid cismi Pco

2

 və P


02

, həmçinin qanın PH dəyişməsini 

qeyd  edir.  Oyanma  sinaps  vasitəsilə  afferent  sinir  lifinə,  onun 

vasitəsilə  ürəyin  və  damarların  fəaliyyətini  tənzim  edən  mərkəzə 

daxil olur. Karotid cismindən, afferenti lifi azan və sinus sinirinin 

tərkibinə daxil olur. 



onurğa 

beyni ^ hiss sinirhri 

dəridə hissedici 



sinir ucları 

j/ 


arterıvalara vaxın 

\ hissedici siniri 

\

 

a/JL 

NƏQLETMƏ

 >>- 

uc

ları 

Yüklə 4,48 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin