386
Indi cəmiyyətimizdə baş verən çox mühüm dəyişikliklərdən biri
ölkənin dünya təsərrüfatına inteqrasiyası prosesidir.
Sovet rejimi
dövründə ölkə sün‟i surətdə dünya bazarından təcrid olunmuşdu. Bu,
buraxılan
məhsulun keyfiyyətinə, rəqabət qabiliyyətinə mənfi tə‟sir
göstərmiş və digər inkari nəticələr doğurmuşdur. Müasir dövrdə dünya
iqtisadiyyatından təcrid olunmuş heç bir ölkə inkişaf edə bilməz. Hazırda
baş verən təsərrüfat həyatının qloballaşması, elmin beynəlmiləlləşməsi,
ictimai inkişafda informasiyanın rolunun artması
prosesləri ölkələr
arasında hərtərəfli əlaqələrin yaradılmasını tələb edir.
Indiki şəraitdə ölkə
nə qədər çox açıq xarakter daşıyırsa, onun inkişafı üçün bir o qədər
geniş imkanlar yaranır.
Bu münasibətdə Azərbaycanın nailiyyətləri
şəksizdir. Müstəqillik əldə etdikdən sonra respublikamızın dünya birliyinə
qovuşması xətti ardıcıl surətdə yerinə yetirilməkdədir.
Yuxarıda qeyd olunduğu kimi bazar münasibətləri şəraitində
dövlətin iqtisadiyyatı tənzimedici fəaliyyəti aradan qalxmır, qalmaqda
davam edir
. Bu fəaliyyət qanunverici, icraedici və nəzarətedici dövlət
orqanlarının bazar münasibətləri sistemini yaxşılaşdırmaq, onu
sabitləşdirmək və konkret şəraitə uyğunlaşdırmaq məqsədi güdən tədbirlər
sistemini əhatə edir. Dövlətin həyata keçirdiyi tənzimləmə funksiyası
nəticə e'tibarilə həm bazar
mexanizminin təkmilləşməsinə, həm də
əhalinin geniş təbəqələrinin mənafeyinin qorunmasına xidmət edir.
Dövlət hər şeydən əvvəl bazarda iştirak edən istehsalçıların və
istehlakçıların hüquqlarını qorumaq vəzifəsini öz öhdəsinə götürür. Bun-
dan əlavə o mülkiyyət hüququnu qaydaya salan qanunvericilik aktları
qəbul edir və həyata keçirir. Birinci növbədə isə xüsusi mülkiyyətin
hüquqlarını müdafiə edir. Zəmanəmizin tanınmış filosofu K.Popper
yazmışdır: «…bazar münasibətlərinə əsaslanan
və müəyyən qədər seçim
azadlığına malik olan sənaye cəmiyyəti hüquqi sistem və qanunun
hakimiyyəti olmadan ağlasığmazdır».
1
Dövlət həm də intellektual mülkiyyət, bankların və digər sahələrin
fəaliyyəti haqqında qanunlar verir. Sonra, dövlətin oğurluğa, zorakılığa,
ölüm hallarını aradan qaldırmağa yönələn qanunvericilik aktları da bazarın
fəaliyyətinin yaxşılaşmasına şərait yaradır.
Bundan əlavə o bazar mexanizminin normal fəaliyyətini tə'min
edən hüquqi institutlar və normalar üzərində nəzarət həyata keçirir. O həm
də iqtisadi cinayətləri və pozuntuları aradan qaldırmaqda mühüm rol oy-
nayan məhkəmə sistemi yaradır, qanunlara əməl olunmasına tə'minat ve-
rir. Deyilənlərlə yanaşı dövlət bazar rəqabəti
şəraitində biznesin düzgün
aparılmasına kömək edir, bu sahədə rast gəlinən dələduzluq və rüşvət
1
Поппер К. Открытое общество и его враги. М.,1992, т.1., с.8.
387
hallarını, korrupsiya elementlərini aradan qaldırmağa çalışır.
O həm də
müəyyən sahələrdə inhisarların yaranmasına qarşı çıxır.
Dövlətin əmək bazarına tənzimləyici tə'siri də çox mühümdür. O
əmək haqqının minimum səviyyəsini müəyyən edir və onu daim
yüksəltməyə çalışır, yeni- yeni iş sahələri yaratmaqla məşğulluğu
yaxşılaşdırmağa və işsizliyi ixtisara salmağa sə'y göstərir. Işsizlərə
müəyyən müavinət verilməsini tə'min edir.
Dostları ilə paylaş: