260
Lakin bu o demək deyildir ki, insanın bioloji təbiətini nəzərə almamaq
olar. Xüsusilə də müasir elmi -texniki inqilab əsrində insan biologiyasına
laqeyd münasibət yol verilməzdir. Belə ki, indiki
şəraitdə elmi-texniki
inkişaf insanın mövcudluğu və fəaliyyətinin bioloji əsaslarına ciddi pozu-
cu tə‟sir göstərir. Müxtəlif əsəb-psixiki streslərin çoxalması, ətraf mühitin,
suyun, havanın və torpağın çirklənməsi insanın özünün bioloji növ kimi
gələcək mövcudluğunu ciddi təhlükə altına alır. Buna görə də insanda bi-
oloji və sosial tərəflərin nisbəti məsələsini yeni tərzdə mə‟nalandırmaq
tələb olunur. Doğrudur, başqa canlılarla müqayisədə insanın ətraf mühitin
müxtəlif amilləri və şəraitinə uyğunlaşmaq imkanları daha genişdir. Lakin
nəzərdə tutulmalıdır ki, bu imkanlar sonsuz deyildir, tükənə bilər. Indiki
texniki sivilizasiya insanın əmək fəaliyyətinin
müxtəlif sahələrində və
ünsiyyət prosesində artmaqda olan əsəb gərginliyi, psixoloji yük, ürək-
damar xəstəlikləri, psixiki pozuntuların sayının çoxalması
ilə müşahidə
olunur. Təhlükəli cəhət həm də budur ki, insan çox vaxt ətraf mühitdə baş
verən dəyişikliklərin ona güclü mənfi tə‟sirini birdən birə və bilavasitə
hiss etmir. Həmin tə‟sir bir müddət geçdikdən sonra özünü biruzə verir.
Bu isə onlara qarşı vaxtında mübarizə aparılmasını, qüvvələrin və
imkanların səfərbər edilməsini çətinləşdirir. Deyilənlərdən bir daha aydın
olur ki, insanda bioloji tərəfin rolunu lazımi qiymətləndirmək son dərəcə
zəruridir.
Insanda
bioloji
və
sosial
tərəflərin
nisbətini
düzgün
müəyyənləşdirmək o qədər də asan məsələ deyildir. Insana xalis kulturolo-
ji səpkidə yanaşma və yaxud dar bioloji baxımdan yanaşma labüddən bi-
oloji ilə sosialın nisbətinin bəsit izahına gətirib çıxarır. Bu
əsas üzərində
də insanın bioloji tərəflərinin şişirdilməsi (panbioloqizm) və yaxud da so-
sial amillərin mütləqləşdirilməsi (pansosioloqizm) kimi səhvlər özünü
göstərir. Buna arxalananlar insanın sosial nöqsanlarını onun qarşısı
alınmaz bioloji keyfiyyətləri ilə izah edirlər.
Insanda sosial ilə biolojinin vəhdəti ona ümumi mə‟nada hərtərəfli
və kompleks yanaşmağı vacib şərti hesab olunmalıdır. Yuxarıda qeyd
olunduğu kimi təxminən 30-40 min il bundan əvvəl yaranmış zəkalı insan
bioloji təkamülün nəticəsidir. Bəs bioloji təkamül bundan sonra da davam
edirmi? Başqa sözlə desək, o vaxtdan özünü göstərən sosial həyatın yeni
təşkili formaları (əmək fəaliyyəti, mədəniyyətin inkişafı, həyat tərzindəki
dəyişikliklər) bioloji təkamülə tə‟sir etmişdirmi?
Bu suallara cavab verərkən göstərilməlidir ki, insanda təkamül
daim baş verən prosesdir. Amma bu daha çox, onun sosial həyatına aiddir.
Bioloji təkamülə gəlincə isə qeyd olunmalıdır ki,
insan heyvanlar
aləmindən ayrıldıqdan sonra o özünün həlledici rolunu tədricən itirməyə
başlayır. Adi bir misal gətirək. Sağlamlığı o qədər də möhkəm olmayan
261
adamlar təbabətin nailiyyətlərindən istifadə etməklə ömrünü müəyyən
qədər uzadır və ictimai həyatda fəal iştirak edə bilirlər. Bu onu göstərir ki,
sosial həyatda təbii seçmənin miqyası və gücü xeyli azalır. Belə ki, tibbi
yeniliklər və həyatın sosial təşkili fərdi bioloji
dəyişkənliyə zəiflədici
tə‟sir edir. Məsələn XIX əsrin ortalarına doğru vərəm xəstəliyindən
ölənlərin sayı hər milyon nəfərə 4000 nəfər olmuşdursa, hazırda bu
göstərici 13 nəfərə enmişdir. Bu o deməkdir ki,
vərəmə müqavimət
göstərmə üzrə təbii seçmə demək olar ki, dayanmışdır. Eyni fikri bir sıra
başqa xəstəliklər haqqında da söyləmək olar.
Hazırda təbii seçmə gedişində yaranan genetik dəyişikliklər zəif
şəkildə özünü göstərir. Müxtəlif insan qrupları arasında genetik yaxınlıq
çoxdur. Digər tərəfdən, bəşəriyyətin sosial və mədəni təkamülü
nəticəsində insanların həyatında böyük dəyişikliklər baş verməkdədir.
Insanların həyat şəraitinin yaxşılaşması, onların sağlamlığına birbaşa tə‟sir
göstərir.
Dostları ilə paylaş: