269
yaradarkən təbiətdən fərqli olaraq ona ruh vermişdir. Buna görə də təbiət
insandan aşağıda durur. Bir sıra hallarda isə təbiət, hətta şər qüvvələrin
mənbəyi hesab olunur və göstərilirdi ki, insanın həyatı ilahidən gələn
əsasın, yə‟ni ruhun, günah mənbəyi olan təbiiyə qarşı mübarizəsi
deməkdir. Nəticədə təbiətə son dərəcə mənfi münasibət geniş yayılmışdı.
Bununla yanaşı orta əsrlərdə təbiətə başqa bir münasibət də mövcud idi:
Həmin baxışa
görə təbiəti anlamaq, ona ilahi qüvvə tərəfindən verilmiş
sehrli mahiyyəti açmaq cəhdi müəyyən rəğbətlə qarşılanırdı. Belə hesab
olunurdu ki, təbiət allah tərəfindən insanlara göndərilən cansız daş
kitabdır. Əgər müqəddəs yazılı kitablarda allahın iradəsi birbaşa əks
olunmuşdursa, belə kitablarda o öz ilahi hikmətini daşlara həkk etmişdir.
Avropada intibah dövründə təbiətə tamamilə başqa cür baxış səciyyəvi
olmuşdur. Orta əsrlərin asketizminin əksinə olaraq bu dövrdə təbiət
gözəllik, sevinc və əyləncə mənbəyi hesab edilməyə başladı.
Bir qədər
sonralar isə (məsələn romantizm bədii fikrində) təbiət korlanmış bəşəri
sivilizasiyaya qarşı duran sığınacaq hesab olunur və göstərilirdi ki, təbii
vəziyyətdən sosial həyata keçilməsi bütün bədbəxtliklərin mənbəyidir.
Yeni dövrün fəlsəfi fikrində təbiət üzərində hökmranlıq etmək, təbiəti
mümkün qədər daha çox istismar etmək cəhdi əsas yer tutmuşdur. Bu
məqsədlə də həmin dövrdə elm və texnika tərəfindən təbiətin sirlərinin
öyrənilməsinə diqqət yetirilirdi.
Qeyd edək ki, təbiətə onun ne‟mətlərinə
israfçı münasibət, ona yalnız istehlak mövqeyindən yanaşılması uzun
müddət, XX əsrin ortalarına qədər davam etmişdir. Yalnız bu vaxtdan
etibarən aydın olmağa başladı ki, insanın elmi -texniki qüdrəti artdıqca
onun təbiət ilə münasibətlərini düzgün tənzim etmək çox zəruridir.
Nəticədə təbiətə onun sərvətlərinə ehtiyatla yanaşılması, onun üçün
mə‟suliyyətin artması özünü göstərir. Başqa sözlə deyilsə, insan -təbiət
münasibətlərinin xarakterinin dəyişilməsi bu münasibətlərin ağıllı, şüurlu
əsasda, harmonik şəkildə qurulması zərurəti özünü göstərir.
«Təbii mühit» anlayışı bütün dövrlərdə
cəmiyyəti əhatə edən ətraf
şəraiti göstərir. Lakin bəşəriyyətin inkişafı gedişində bu anlayışın əhatə
dairəsi və məzmunu da genişlənir. Müasir dövrdə təbii mühit anlayışı
təkcə yerdəki təbii şəraiti deyil, həm də geniş miqyasda fəth edilməyə
başlanmış olan kosmosu əhatə edir.
Təbii mühit biosfera cəmiyyətin mövcudluğu və inkişafının zəruri
şərtidir. Biosfera bütün canlı orqanizmləri, onların yaşadığı
mühiti həyat
fəaliyyəti məhsullarını əhatə edir. O atmosferin müəyyən hissəsini təşkil
edir. Biosfera hidrosfera və litosferanın yüksək inkişaf etmiş hissəsidir.
Bunların hər üçündə maddələrin və enerjinin dövranı baş verir. Biosfera
özünə məxsus mövcudluq və inkişaf qanunları olan bütöv bir sistemdir.
Maddələrin və enerjinin dövranı onun mövcudluğunun mühüm qanunu-
270
dur. Biosferadakı qanunauyğunluqların qarşılıqlı tə‟sirinin öyrənilməsi
insanın ona səmərəli tə‟sir göstərməsinin zəruri şərtidir.
Dostları ilə paylaş: