556
Nəhayət cəmiyyət hansı davranış normaları və qaydalarının pislənildiyini
də bilir.
Bununla əlaqədar cəmiyyətdə şəxsiyyətin etalon kimi qəbul etməli
olduğu idealların formalaşması istiqamətində gərgin iş gedir.
Bundan
əlavə cəmiyyət şəxsiyyətlərin fəaliyyətinin çoxsaylı «xüsusi» modellərini
işləyib hazırlayır.
Cəmiyyət inkişaf etdikcə onun şəxsiyyət üçün yaratdığı imkanlar da
durmadan genişlənir. Başqa sözlə cəmiyyətin və şəxsiyyətin inkişafı bir-
birindən ayrılmazdır. Bu, iki tərəfli vahid proses kimi çıxış edir.
4. Dəyərlərin mahiyyəti və təsnifatı
Cəmiyyət və şəxsiyyət dəyərlərdən ayrılmazdır
. Tarixin keçid
dövrlərində dəyərlərin rolu xüsusilə artır. Buradan aydındır ki,
müasir
cəmiyyətin keçid xarakteri onda baş verən hərtərəfli və əsaslı
dəyişikliklər, dəyərlərin öyrənilməsinə zərurət yaradır. Bu həm də ona
görə
vacibdir ki, müasir ictimai həyatda özünü göstərən böhran,
qeyri-
stabillik, sosial sarsıntı halları ən„ənəvi dəyərlərin yenidən mə„nalandırıl-
ması ilə müşayiət olunur.
Dəyərlər haqqında tə„lim (aksiologiya) fəlsəfənin ayrılmaz tərkib
hissəsidir.
Bəllidir ki, insanlar real faktları, hadisələri və onların
xassələrini
qavramaqla məhdudlaşmırlar. Onları həm də xoşa gəlmə, sevgi, bəyənmə
və sair hisslər vasitəsilə qiymətləndirirlər. Bütün bunlar ümumilikdə
insanların zövqünə uyğun olaraq razılıq və ya narazılıq əhvalı yaradır. Bu
və ya digər əşya bizim nəzərimizdə təkcə özünün malik olduğu obyektiv
xassələrinə
görə deyil, həm də bizim ona münasibətimizə görə müəyyən
dəyər kəsb edir. Insanların ətrafdakı əşyalara bu münasibəti həm onların
xassələrinin qavranılmasını, həm də bizim
zövqümüzün xüsusiyyətlərini
birləşdirir. Buna görə demək olar ki,
Dostları ilə paylaş: