552
Odur ki, insan özünü əmtəə kimi və yaxud həm satıcı, həm də əmtəə kimi
hiss edir. Belə şəraitdə insan nə öz şəxsi həyatı ilə, nə də xoşbəxtliyi ilə
maraqlanmır. O yalnız satıla bilən qabiliyyətini itirməməyinn qayğısına
qalır. From bu vəziyyət üçün şəxsiyyəti günahlandırmır.
O göstərir ki,
şəxsiyyətə bazar xarakteri verən situasiyaya ayrı- ayrı fərdlər nəzarət et-
mir. Fərd belə şəraitə yalnız müəyyən müddətdə müqavimət göstərə bilər.
Əsas məsələ cəmiyyətin bu şəraitə münasibətindədir. Cəmiyyət nəticə
etibarilə insanların özünəhörmət hissinin və müstəqilliyinin
itirilməsinə
razı olmamalıdır.
Bazar oriyentasiyalı şəxsiyyətdə yaradıcılıq meyli azalır. Bu isə
cəmiyyətdə böhranlı vəziyyət yarada bilir. Çünki yalnız yaradıcılığa malik
şəxsiyyət sözün geniş mənasında mədəniyyəti inkişaf etdirməyə və
zənginləşdirməyə qadirdir.
3. Cəmiyyət və şəxsiyyətin inkişafı
Şəxsiyyət konkret- tarixi xarakter daşıyır.
Hər bir tarixi mərhələ
öz xarakterinə uyğun şəxsiyyət tipini formalaşdırır
. Bu tamamilə təbi-
idir, çünki şəxsiyyət real tarixi prosesin, ünsiyyətin, əmək və yaradıcılığın
subyektidir. Cəmiyyət inkişaf edib təkmilləşdikcə şəxsiyyət qarşısında bu
istiqamətdə müəyyən tələblər qoyulur. Başqa sözlə şəxsiyyət də, əməkdə,
ünsiyyətdə, idrak və yaradıcılıqda özünü reallaşdıraraq inkişaf edir.
Şəxsiyyətin inkişafı hər şeydən əvvəl onun qabiliyyətlərinin təkmilləşməsi
və tələbatlarının yüksəlməsi deməkdir.
Şəxsiyyətin sosial inkişafı gedişində həm də onun psixiki
təkmilləşməsi özünü göstərir. Bu iki tərəf qarşılıqlı təsir edərək biri
digərini zənginləşdirir. Həmin prosesdə şəxsiyyəti psixoloji baxımdan
səciyyələndirən göstəricilər sosial- tarixi məzmunla tamamlanır. Məsələn
intellektual cəhətdən yetkin şəxsiyyət yüksək vətəndaşlıq keyfiyyətlərinə,
əqidə sabitliyə malik olur. O özünün mənafe və istəklərini başqa insanlar-
la, kollektiv və bütövlükdə cəmiyyət ilə əlaqələndirməyə çalışır. Belə
şəxsiyyət özünün sosial əhatəsində olan ustanovkaları, rəyləri və baxışları
fərdi formada təzahür etdirir. Yəni
o bunlara yeni məzmun verir, onları
tamamlayır və inkişaf etdirir.
Eyni sözləri emosional cəhətdən yetkin şəxsiyyət haqqında da
demək olar. Əvvəla, bu yetkinlik şəxsiyyətin sosial fəallığının həlledici
təsiri altında formalaşır. Digər tərəfdən o,
fərdin gerçəkliyə real
münasibətlərində, özünənəzarət qabiliyyətində, hisslərinin sabitliyində,
uğurlar kimi uğursuzluqlara da dözə bilmək bacarığında təzahür edir.
Şəxsiyyətin sosial yetkinliyi onun başqa
insanlar ilə münasibətlərdə
553
göstərdiyi xeyirxahlıqda, özünün müstəqil davranış xəttini işləyib
hazırlamaqda, kollektivin rəyi ilə hesablaşmaqda əks olunur.
Şəxsiyyətin bioloji, psixoloji və sosial inkişafı bir- birilə vəhdətdə
çıxış edir. Lakin bu vəhdət daxilində sosial inkişaf müəyyən üstünlüyə
malikdir. Ümumilikdə bu üç tərəfin əldə etdiyi səviyyə ictimai- tarixi pro-
sesin sürəti ilə müəyyən edilir.
Şəxsiyyətdə sosial ilə biolojinin vəhdəti onun istedadlılıq
keyfiyyətində daha aydın görünür. Öz mahiyyətinə görə istedad insanın
təbii imkanları ilə əməyinin birləşməsi deməkdir.
Alimlərin
hesablamalarına görə insanın əqli qabiliyyətlərinin 70-80%-i genetik
amillərlə şərtlənir. Bioloji əlamətlər şəxsiyyətin əsəb proseslərinə,
temperamentinə, xarakterinə və digər psixiki xassələrinə əhəmiyyətli təsir
göstərir.
1
Dostları ilə paylaş: