Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   48
 

 


PEDAQOJİ  PROSESDƏ  ÖZÜNTƏHSİL 

 

Biz  əvvəlki    dərslərimizdə    öyrəndik  ki,    təhsil  dar  və  geniş  mənada    işlənilir.  Geniş  mənada  təhsil 



insanların həm sistemli təlim müəsisələrində müəyyən  dövr ərzində, həm də bütün ömrü boyu bilik, bajarıq 

və  vərdişlərə  yiyələnmə  prosesini,  yəni  həm  də  özüntəhsil  əhatə  edir.    Özüntəhsil  sistemli  təlim 

müəssisələrində,  müəyyən  mənada,  müəllimin  rəhbərliyi  altında  təhsillə  paralel  aparılır.  Müəllimin 

rəhbərliyi  altında  aparılan  təhsil-bilik,  bacarıq  və  vərdişlərə  yiyələnmə    insanların  həyata  və  vərdişlərə 

yiyələnmə  həyata    hazırlanması  işinə  xidmət  etdiyi  üçün,  onları  mütləq  müstəqilliyə,  müstəqil  şəkildə 

biliklərə yiyələnmə və onu tətbiq etməyə hazırlanmalıdır. Sahibkarlığa istinad edən müasir  iqtisadi-ictimai 

quruluş  da    insanlarda    müstəqilliyin  inkişafını,  müstəqil  şəkildə  biliklərə  yiyələnmə  bacarığının  

formalaşdırılmasını aktual bir tələb kimi qarşıya  qoyur. 

Çünki  istehsalın  yüksək  texnika,  kompyuterlə  idarə  edilməsi,  texniki    idarəetmənin  sürətli  inkişaf  

özüntəhsilin aktuallığını bir daha artırır.   

Sistemli təhsil müəssisələrində təlim, mənimsəmə elə  aparılmalıdır ki, bu istənilən zaman  özüntəhsil 

üçün    bazaya  çevrilə  bilsin.  Daha  doğrusu  təhsil  nəticə  etibarilə  öz  yerini    özüntəhsilə  versin.  Deməli,  

özüntəhsil  təhsil  sisteminə  daxildir,  ümumi  təhsilin    davamıdır,  özüntəhsildə  təhsil  kimi  ictimai-iqtisadi  

tələblərlə bağlıdır, məhsuldar qüvvələrin inkişafı ilə əlaqədardır.  Məhsuldar qüvvələrin inkişafı  insanlarda 

yeni bilik, bacarıq və vərdişlər  formalaşdırılması  tələbləri meydana  çıxarır ki, bu da insanları  özüntəhsilə 

məcbur edir. 

Bu  həmçinin    cəmiyyətin  pedaqoji  proses  qarşısında  qoyduğu  tələblərdən  də  irəli  gəlir.  Hərtərəfli  

inkişaf  etmiş  şəxsin  keyfiyyətlərindən  biri  də  onun  öz    ixtisasını  istədiyi  zaman  dəyişə  bilməsi,  ixtisasına 

şüurlu yanaşaraq  təkmilləşdirə  bilməsi, yeni zəruri bilik, bacarıq və vərdişlərə  müstəqil şəkildə bilməsidir. 

Daima öz inkişafının qayğısına qala bilməsidir.  

Özüntəhsil insanların yüksək şüurluluq və dərk etməsi, idraki fəallığı əsasında baş verir. Obyektiv aləm  

hadisə  və  faktlarının  dərk  olunması  onların  daxili  inkişaf  qanunlarının  mənimsənilməsi,  təhlil-tərkib 

olunması, insanın həmin hadisə və faktı tam dərk etməsi deməkdir. Bu həmçinin o deməkdir ki həmin dərk 

olunmuş  elmi  həqiqətdən,  qanundan  insan  lazım  olduqda  istifadə  edə  bilər.  Həmin  bilikləri  istehsalın, 

təsərrüfatın  müxtəlif  sahələrinə  tətbiq  edə  bilər.  Bu  tətbiq  etmə  prosesi  isə  insandan  yaradıjılıq,  əməyin 

təkmilləşdirilməsi  meyli  isə    təşəbbüskarlığı,  yeni    məlumatlar,  elmi  biliklərə  yiyələnmə  tələbatı  yaradır. 

Yeni məlumatlara yiyələnmə isə özüntəhsil motividir. İnsan ona lazım olan fakt və hadisəni, elmi məlumatı 

öyrənmək  üçün  yenidən  təhsilə  qoşulur.  Deməli  özüntəhsil  yüksək  şüurluluq  və  idraki  fəallıq,  dərk  etmə 

əsasında mümkün  olur. Həmçinin bu proses əvvəlki təcrübə və intelektual səviyyə əsasında baş verir.  Şəxs, 

fərd  malik  olduğu    imkanlara  istinad  edərək    özündə  yeni  keyfiyyətlər,  bilik  və  bacarıqlar  formalaşdırır. 

Yeni,  müstəqil  yiyələnilmiş  biliklər,  bacarıqlar    motivlərdən  asılı  olaraq  müxtəlif  şəkildə  həyata    keçirilə 

bilər;  tam  yeni  bilik  bacarıq  və  vərdişlər  və  ya  mövcüd  bilik,  bacarıq  və  vərdişlərin  yeni  formalara  

salınması,  təkmilləşdirilməsi.    Bu  motivlər  insanların    həyati  –  zərurətindən  və  ya  mağarağından    doğan  

tələblərlə bağlıdır. Özüntəhsildə həyat üçün  zəruri olan motivlər daha çox üstünlük təşkil edir. Bu motivlər 

insanların  həm  iqtisadi  həm  də  ictimai  mövqeyi  ilə  bağlı  olur.  İnsanların  qarşılaşdığı  iqtisadi  ehtiyaclar, 

səmərəli  iqtisadi    münasibətlərdən  dağan  özüntəhsil  daha    şüurlu  və    intensiv  şəkildə  aparılır.  Çünki  bu 

insanların  daxili  və  maddi  marağından  doğan,  şüurlu sürətdə  dərk  olunan  özüntəhsil,  yenidən  mənimsəmə 

prosesidir.  

Özüntəhsil  prosesinin  müxtəlif  motivləri  mövcuddur.  Bunlardan    bilavasitə  işi  ilə  bağlı  olan 

yeniliklərin  tətbiqi,  fəaliyyəti  ilə  –yəni  işi  ilə  bağlı  olan  yeni  problemin  meydana  çıxması;  işinin  uzun 

müddət    müşahidəsi  və  təhlili  ilə  bağlı  olaraq  yeni    təkmilləşdirmə  maraqlarının  meydana  çıxması  və  s.  

göstərmək olar. 

İş  sahəsi,  fəaliyyətin  əsası  ilə    bağlı  olan  yeniliklərin    öyrənilərək  tətbiq  edilməsi,  müəyyən  mənada 

məcburi  və  zəruri  özüntəhsildir.  Yenilikləri  öyrənərək  işinə    tətbiq  etmə  cəmiyyətin  tələbidir.  Hər  bir 

vətəndaş  işçi  işindəki  yenilikləri  izləməli,  onu  işinə  tətbiq  etməyi  öyrənməlidir.  Bu    müasir  sahibkarlığa 

istinad  edən  cəmiyyətdə  daha  çox  aktuallıq  kəsb  edir.  Beləki,  yenilikləri  dərk  edərək  işinə  tətbiq  edə 

bilməyən şəxs  istehsala, maddi nemətlər istehsalına mənfi təsir  göstərdiyinə görə işdən azad edilir. 

Bəzən  fəaliyyət  prosesində  müəyyən  çətinliklər,  problemlər  meydana  çıxır.  Bu  problemin  həlli, 

çətinliyin  aradan  qaldırılması    işçidən  həmin  iş  prosesinin,  fəaliyyətin  elmi  əsaslarını  öyrənməyə,  təhlil-

tərkib edərək müqayisələr aparmağa məcbur edir. Bu zaman işçi müstəqil şəkildə öyrənir, elmi araşdırmalar 

aparır,  yeni  nəticələr  çıxarmağa  çalışır.  Bu  mənimsəmənin,  özüntəhsilin  müvəffəqiyyətində  sistemli  təhsil  

müəssisələrində  yiyələnmiş  bilik,  bacarıq  və  vərdişlər  böyük  rol  oynayır.  Müstəqil  işləmə  bacarığı, 

mənbələrdən səmərəli istifadə, biliklərini tətbiq edə bilmək özüntəhsildə böyük əhəmiyyətə malikdir. 



Marağa  görə  özüntəhsildə  yaradıcılıq  və    təşəbbüskarlıq  əsas  motiv  rolunu  oynayır.  Yaradıcılıq  

meylinə  malik  insanlar  daim  axtarır,  öyrənir,  işində  yeniliklər  etməyə    çalışırlar.  Bu  insanların  daxili  

tələbləri  əsasında  baş  verən  özüntəhsildir,  öyrənmədir.  Daxili  öyrənmə,  araşdırma  tələbi  insanları  narahat 

edir,  uzun  müddət  bir  yerdə  oturmağa  qoymur,  axtarışlar  aparmağa  məcbur  edir.  Bu  zaman  insan    həm  

bildiklərinə,  malik      olduqlarına  nəzər  salır,    onu  artıq  yeni      nöqteyi-nəzərdən  təhlil  edir,  öyrəndikləri  ilə 

bağlayır,  yeni  nətijələr,  qənaətlər  çıxarmağa  çalışır.    Bu  proses  özü  insanların  öyrəndiklərinə,  insanların 

idraki  fəallığına yeni məna verir. Əgər sistemli təhsil müəssisələrində hər hansı bir elmi  məlumat məcburi  

öyrədilmişsə,  bu  yeni  şəraitdə,  yəni  əvvəl    öyrənilmiş  məlumata  yenidən təcrübi  baxış  şəraitinində  həmin 

məlumat  yeni  məna  kəsb  edir.  O,  həyatiləşir,  doğmalaşır,hər  kəsin    doğrudan  da  xüsusi  malına  çevrilir. 

Fəaliyyətin bu cür təşkili isə əvvəl  öyrənilmişlərdən yeni şəraitdə istifadə etmə, özüntəhsil və  yeni fəaliyyət 

üsulları  müəyyən etmə üçün imkan yaradır.  

İndi  özüntəhsilə  tərif  verərək: 

Özüntəhsil  şəxsiyyətin müstəqil yolla bilik, bacarıq və vərdişlərə yiyələnməsi prosesidir. 

Əgər  təlim  müəllimin  rəhbərliyi  altında  təhsil  alma  prosesidirsə,  özüntəhsilin  müəllimin  rəhbərliyi 

olmadan, müstəqil şəkildə təhsil alma prosesidir. 

Özüntəhsilin aşağıdakı formaları mövcüddür: fərdi,qrup,kollektiv. 

Fərdi  özüntəhsil  şəxsiyyətin  heç  kəslə  ünsiyyətdə  olmadan  təkbaşına  bilik,  bacarıq  və  vərdişlərə  

yiyələnməsidir. Bu  təhsil prosesində şəxsiyyət öz  əvvəlki təhsil  bazasına, yaradıcılıq və müxtəlif işləmə 

bacarığına  əsaslanır. Fərdi təhsilin əsas üstün cəhətlərindən biri ondan ibarətdir ki,  şəxsiyyət öz ideyalarını, 

fikirlərini sərbəst şəkildə heç kəsin  müdaxiləsi olmadan  təfəkkür   süzgəcindən keçirir, təhlil, tərkib edir. 

Fərdi  təhsil  tam  və  təkminləşmiş  adamlar  tərəfindən  daha  müvəffəqiyyətlə  həyata  keçirilir.  Bu  həmçinin 

fərdin  daxili tələblərindən irəli  gələn təhsil prosesidir. Hər kəs müəyyən bir sahəyə aid ciddi maraq göstərir və 

bu maraq onu yenidən öyrənməyə gətirib çıxarır. Məsələn alimin, elmi işinin müstəqil  təhsili və ya tədqiqatı, ali 

təhsili  mütəxəssislərin  ixtisaslarının tələb etdiyi şəxsi təhsil və s. buna misal ola bilər. Bundan əlavə hər bir şəxs 

öz  maraq  və  meylinə  uyğun  ədəbiyyat  üzərində  işləyir,  istədiyi  şəraitdə  istədiyi  material  üzərində    işləmək 

imkana malik olur. Digər tərəfdən müasir iqtisadi vəziyyət də insanları yenidən öyrənməyə, öz üzərində yenidən 

işləməyə  məcbur    edir.  Bəzən  sənət    seçmə  təsadüfü  xarakter  daşıyır.  Ali    təhsili  və  ya  orta  ixtisas    təhsilini 

bitirdikdən və istehsalatda atıldıqdan sonra gənc müəyyən edir ki, düzgün sənət seçməyib, və yaxud da seçdiyi 

sənət onun intellektual, fiziki və ya maddi imkanları ilə uyğun  gəlmir. Bu vəziyyətdə özüntəhsilin tələbi yaranır. 

Mövcud  bilik, bacarıq və vərdişlərə yiyələnməyə başlanır. Belə halda seçim səmərəli və uyğun şəkildə aparılır. 

Bütün yüxarıda qeyd  edilənlərlə yanaşı fərdi təhsilin çatışmayan cəhətləri də mövcuddur. Belə ki, əgər 

fərdin  müstəqil  işləmək  bacarığı  yoxdursa,  o  bu  işin  öhdəsindən  çətin  gəlir  və  bəzən  pessimizmə  qapılır. 

Bəzən isə adamlar müstəqil  işləməyin priyom və metodlarını bilmirlər. Müstəqil təhsil alan fərd çox zaman 

işi müvəffəqiyyətlə icra  edib etmədiyini bilmir. 

Ona görə də fərdi təhsil hər kəsdən möhkəm iradə, işküzarlıq, əməksevərlik, tələb edir. Digər tərəfdən 

fərdi təhsilin müvəffəqiyyətlə yerinə  yetirməsi fərdi təhsillə kollektiv təhsilin əlaqələndirilməsini tələb edir. 

Belə  halda fərdlər  qarşılıqlı  sürətdə  bir-birini  yoxlayır,  nöqsan  cəhətləri izə  çıxarır,  bir-birinin  təcrübəsini  

öyrənirlər və s. 

Özfəaliyyət birlikləri,  təkmilləşdirmə kursları, xüsusi tip dərnəklər, nəzəri konfranslar, seminarlar və s. 

kollektiv özüntəhsil məşğələləridir. Kollektiv özüntəhsilin bu növləri qədim tarixə malikdir. 

Məsələn,  XIII-XX  əsrlərdə  Qərbdə,  Rusiyada,  Şərq  ölkələrində  bu  qəbilədən  olan  dərnəklər  və 

məşgələlər mövcud olmuşdur. Kollektiv özüntəhsilin  məşğələləri demək olar. Çünki dərnək və seminarların 

xüsusi rəhbəri olur.  

Müəyyən məsələlərdə kollektiv üzvlərinə istiqamət və məsləhət verirlər. 

Öyrənmə,  iş,  fəaliyyət  müstəqil, təklikdə  baş    versə  də,  nəticələrin    müzakirəsində  kollektivin  bütün 

üzvləri iştirak edirlər. Təlim metodları həm də özüntəhsil metodları kimi çıxış edir.  

Kitab  üzərində  iş,  mənbələrdən  istifadə,  müqayissə,  problemli  izah,  radio  və  televiziya    verlişlərini 

dinləmək, xüsusi çalışmalar, əzbərləmə və s.  Metodlarından özüntəhsil metodu kimi istifadə edilir. 

Təhsil  kimi    özüntəhsilin  məzmunu  da  cəmiyyətin  iqtisadi  inkişafı  ilə  müəyyən    edilir.  Müxtəlif  

ictimai-iqtisadi  dövrlərdə  özüntəhsilin    məzmunu,  ona  verilən  tələblər    müxtəlif  olmuşdur.  Müasir  dövrdə   

özünütəhsilin  məzmunu bir sıra  şərtlər əsasında müəyyən  edilməlidir.  

Məzmun  müəyyən    edilərkən  fərdin  şəxsi  marağı  və  meyli,  şəxsiyyətin  fəaliyyət  göstərdiyi  iş  sahəsinin  xüsusiyyətləri  , 

gündəlik ictimai siyasi hadisələr və s. nəzərə alınmalıdır.  

Bəzən özüntəhsili müstəqil işlərlə qarışdırırlar. Müstəqil iş müəllimin rəhbərliyi ilə, təhsil alanın yaradıcılıq və 

müstəqillik  qabiliyyətlərini  yoxlamaq  və  inkişaf  etdirmək  məqsədilə  tətbiq  edilir.  Məsələn  orta  məktəblərdə 

şagirdlərin  çıxışlar və referatlar hazırlanmaları, xüsusi  məqsədli çalışmalar üzərində işləmələri öz arzu və  meylinə 

uyğun olan elm sahəsində müstəqil öyrənmələri və s. ali məktəblərdə yoxlama və kurs işləri, labarator məşğələlər,  



çertyoj işləri və s. Bu işlərin hamısına məhz müəllim rəhbərlik edir. Amma özünün yaradıcılıq və müstəqillik eyni 

məsələ  üzərində    lazım  gəldikdə  uzun  müddət  işləmə  müəssisələrinə  görə  müstəqil  işlər  özüntəhsilin  maddi  

bazasını təşkil edir. Şəxsiyyətin özüntəhsilin müvəffəqiyyəti ilk növbədə onun məcburi təhsil  prosesində  qazanmış 

olduqları    iradi  keyfiyyətlər  dözümlülük,  yaradıcılıq,  müxtəlif  mənbələrdə  müstəqil  işləmə  qabiliyyətlərinə 

yiyələnmə  səviyyəsindən asılıdır.  

Şəxsiyyətin özüntəhsilində kitabxanalar da əhəmiyyətli rol oynayır. Elmi-kütləvi və digər  kitabxanalar 

şəxsiyyətin  müstəqil  təhsili  üçün  hər  cür  şərait  yaradır.  Müstəqil  çalışan  şəxs    kitabxana  vasitəsilə  özünə 

lazım olan bütün ədəbiyyatları əldə edir. Bu isə onlara  müstəqil işləmək üçün imkan yaradır. Digər tərəfdən 

kitabxana işçiləri müstəqil  təhsillə məşqul olan,  amma kitabdan istifadə də çətinlik çəkənlərə kömək edir, 

onlara  kitabdan    istifadə,  təhsil  aldığı  sahə  üzrə  ədəbiyyat  seçə  bilmək  işlərində  kömək  edir,  istiqamət 

verirlər.  

Deməli,  kütlələrin  müstəqil  təhsili  üçün  şərait  yaratmaq,  kitabxana  və  onun    işçilərinin  bir  nömrəli 

vəzifəsidir.  

Mərkəzi  kitabxanalarda  müstəqil  təhsil  alanlara  kitab  seçmə,  kitablardan  istifadə,  kitabların  alma, 

istifadə  etmə,    kataloqlardan  istifadə,  kitabları    qaytarma,  qaydaları  da    öyrədilir  ki,  bu  da  heç  bir  (təhsil 

müəssisələrindən başqa) təhsil müəssisələrində əvvəlcədən fərdlərə  öyrədilməyib. 

Kitabxanalar  orta  və  digər  təhsil    müəssisələrinin,  şagird  və  tələblərinə,  müstəqil  öyrənmək  işində 

yardım edən əsas müəssisədir. Kitabxanaların  müxtəlif istiqamətlərdə, mövzularda, apardığı işlərdə iştirak 

etmək  üçün  şagirdi  və  tələbələr  axtarışlar  aparır,  müəyyən  məsələləri  öyrənməyə    çalışırlar  ki,  bu  da  öz 

növbəsində özünütəhsildir. 

Özüntəhsilin həyata keçirilməsində mədəniyyət müəssisələri əhəmiyyətli yer tutur. Belə ki, mədəniyyət 

müəssisələri  şəxsiyyətin  hərtərəfli  fəaliyyəti  və  o  cümlədən    özüntəhsil  üçün    geniş  imkan  və  şəraitə  

malikdir.  Bu  isə  mədəniyyət  müəssisələrinin  funksiyaları,  onların  qarşısında  duran  vəzifələrlə  bağlıdır. 

Mədəniyyət  müəssisələrinin vəzifəsi bilavasitə insanların asudə vaxtlarını səmərəli təşkil etmək və bununla 

da  onlarda  cəmiyyətin    keyfiyyətləri    formalaşdırmaq,  onların  yaradıcı  qabiliyyətlərini  daha  da  inkişaf 

etdirməkdən ibarətdir.    

Mədəniyyət  müəssisələrində  təşkil  edilmiş  dərnəklər,  texniki  yaradıcılıq  birlikləri,  müxtəlif  klublar, 

özfəaliyyət kollektivləri insanların müstəqil  təhsilinə, onların yaradıcılıq imkanlarının inkişaf və tətbiqinə 

xidmət  edir.  Məsələn:  Texniki  yaradıcılıq  dərnəkləri  (gənc    radistlər,  gənc  texniklər  və  s.)  texnikanın 

müxtəlif  sahəsinə  maraq  göstərən  adamları  birləşdirir.  Belə  dərnəklərdə  hər  kəs    marağlandığı  sahə  üzrə 

müstəqil  fəaliyyət göstərir, əldə etdiyi nəticəni və ya onda yaranmış ideyanı həmin  dərnəkdə tətbiq edir.  

Mədəniyyət müəssisələrində hər kəs onu maraqlandıran sahə üzrə – elmi texniki  ictimai- siyasi, bədii 

yaradıcılıq  təsərrüfat  –  idarə  və  s.  –  yaradılmış  qruplarda  birləşir,  öz    yaradıcılıq  qabiliyyətlərini,  təhsilini 

inkişaf etdirirlər. 

Yaradılmış özfəaliyyət kollektivləri şəxsiyyətin özünütətbiqinin ən yüksək faktorudur.  

Belə ki, özfəaliyyət kollektivləri hər kəsə öz bacarıq və qabiliyyətlərini nümayiş etdirməyə geniş imkan 

və şərait yaradır. 

Belə kollektivdə şəxsiyyətin həmçinin qabiliyyət və bacarıqları, nəzəri səviyyələri daha da  təkminləşir 

və inkişaf etdirilir. 

Müstəqil təhsil prosesində  təkmilləşdirmə kursları da əhəmiyyətli yer tutur.  Təkminləşdirmə kursları 

bir  tərəfdən  şəxsiyyətin  ixtisas  üzrə  müstəqil  hazırlığını  yüksəldir    və    təkmilləşdirir,  digər  tərəfdən  isə 

ixtisasa    verilən  yeni  tələbləri,  yeni  kəşfləri  bilavasitə  işə  tətbiq  etmə  yollarını  başa  salır.  Ona  görə  də 

istehsalın,  kənd  təsərrüfatını,  qeyri-istehsal  sahələrinin  bütün  işçiləri  vaxtaşırı  olaraq    təkmilləşdirmə 

kurslarından keçirlər. 

Müxtəlif tip teatırlarda da özüntəhsil imkanları genişdir. Məsələn:Tələbənin öyrəndiyi  hərifi və təcrübi  

məsələlər yeni formada tələb edilir. Rejissorun tələblərini aktyor dərk etmək üçün düşünür, onu bildikləri ilə 

müqayisə edir, əlaqələndirir, yenisini öyrənməyə cəhd edir, və yaxud hər bir yeni rolu aktyor yaşından və iş 

stajından  asılı  olmayaraq,  öyrənmək,  yəni  personajın  sözlərini  əzbərləyir,  onun  psixoloji  xüsusiyətlərini  

dərk  etməyə  çalışır,  əxlaqi  və  ictimai  görüşlərini,  mövqeyini  dərk  etməyə  çalışır.    Bu  aktyor  fəaliyyətinin 

əsasını təşkil edir, onun inkişafını təmin edir. Bu həmçinin teatrşünasa da aiddir. Hər bir rol haqqında söz 

demək, onu təhlil edərək  münasibət bildirmək hər bir teatşünasdan həm tamaşaya qoyulan  əsəri dərindən 

dərkı etməyi, həm də aktyoru öyrənməy tələb edir. Bu isə müəyyən mənada özüntəhsildir. 




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin