Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi ci IL tarixi saylı əmri ilə təsdiq edilmişdir


Müstəqil iş üçün sual və tapşırıqlar



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə46/48
tarix25.02.2022
ölçüsü0,98 Mb.
#53079
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   48
Müstəqil iş üçün sual və tapşırıqlar: 


1.Mədəniyyət müəssisələrində tətbiq edilən təlim üsullarına aid  misallar 

   gətirin. 

2.Təlim  üsullarını hər kəs öz  ixtisası əsasında izah etsin. 

3.Təlim üsullarına verilən müasir  tələblər. 

 

 

 



 


TƏRBİYƏ İLƏ ÖZÜNTƏRBİYƏ 

 PROSESESİNİN DİALEKTİKASI 

 

Şəxsiyyətin formalaşması müxtəlif amillərin ziddiyyətli təsiri əsasında baş verir. Bura, həmçinin xarici 

və daxili təsirlər, onlar arasında olan dialektik vəhdət və ziddiyyət daxildir. İnsanların mənəviyyəti, əxlaqı 

və digər keyfiyyətləri bu təsirlər əsasında formalaşır, baş verir. Xarici ziddiyyətlər dedikdə pedaqoji təsirlər 

nəticəsində baş verən ziddiyyətlər başa düşülür. Pedaqoji təsirlər o zamansəmərəli nəticə verir ki, o tərbiyə 

olunanların  daxili  aləminə  təsir  etsin,  mənəviyyətini  hərəkətə  gətirsin.  Meyilləri  gətirməsi  deməkdir, 

tərbiyənin tərbiyə olunanı özünə nəzər salmaga, malik oldugu adətləri təhlil etməyə məcbur etsin deməkdir. 

Tərbiyə  hər  bir  tərbiyə  olunanı  lazimi  qaydada  hərəkət  edib  etmədiyini  üzərində  düşünməyə  məsbur 

etməlidir.  Bu  təhrik  etmə,  düşündürmə  və  nəzarət  özüntərbiyənin  əsasını  təşkil  edir.  Özünü  dərk  etmə, 

özünü başa düşmə özüntərbiyənin ilk əsas pilləsidir.Özünü dərk edən insanın özünü yenidən tərbiyə etməsi 

ondan həm də iradi güc tələb edir. Yəni insan lazım olan zəruri 2 hərəkətləri icra etməyi öyrənməyə məcbur 

etməlidir.Çünki  insanın  malik  olduğu  hərəkət  və  davranışlar  yeni  qaydada  hərəkət  etməyə  mane  olur, 

fəaliyyəti  məhtudlaşdırır.  Bu  isə  insanın  hərəkət  və  davranışlarında  ziddiyyətlərin  meydana  gəlməsinə 

səbəbəb olur. 

Bu daxili hərəkətə gəlmə isə özüntərbiyyənin, özüntərbiyə meyillərinin əsasını yaradır. İnsan özünü, hərəkət və 

davranışlarına nəzər salır, təhlil edir. Müsbət və mənfi keyfiyyətlərini dərk edir. Mənfi keyfiyyətlərini aradan qaldırmaq 

arzusu yaranır. Özündə müsbət keyfiyyətlər olmasını istəyir. Bu isə tərbiyənin özüntərbiyə metodudur. 

Özünütərbiyə sistemli təlim müəssəsilərində düz istiqamətdə, yeni cəmiyyətin tələbləri  istiqamətində 

aparılır. Belə ki hər şagird və ya tələbə kənar tərbiyə təsirləri ilə yaranmış adət və münasibətlərin düzgün 

olmadığını, həm cəmiyyət həm də özü üçün yararsız olduğunu dərk edir və bu adətlərin dəyişdirilməsi üçün 

şüurlu  səy  göstərir.  İstehsal  prosesində  isə  artıq  bu  özüntərbiyə  motivləri  dəyişir.  Bu  dəyişmə  isə  həm 

neqativ həm də pozitiv istiqamətdə gedə bilər. Belə özüntərbiyə prosesində mühit əsas rol oynayır. Beləki 

fəaliyyətə başlayan şəxs malik olduğu bilikləri yeni fəaliyyət üsulları ilə tətbiq etməyə səy göstərir. Onun 

fəaliyyətinə  isə  müəssədə  müxtəlif  münasibətlər  yaranır.  Bura  həm  rəsmi  iş  münasibətləri  həm  də  qeyri 

rəsmi münasibətlər aiddir. Belə münasibətlər  həm obyektiv həm də subyektiv xarakter daşıyır. Tətbiq edilən 

ideya,  fəaliyyat  üsulu  müəssəsinin  mənafeyinə  uyğun  olmadıqda  o  qəbul  edilmir,  ümumi  işin  xeyrinə 

olduqda  isə  qəbul  edilir.  Bu  «  qəbul  edilməmə  »  obyektiv  səbəbfərddə  müxtəlif  münasibət  yaradır.  Bu 

münasibət hər kəsə özünə və özünün malik olduqlarına yenidən nəzər salmağa məcbur edir. Fərd dərk edir 

ki, özündə yeni keyfiyyətlər formalaşdırılmalıdır. Bu tələb obyektiv olub ımüəyyən mənada onun həyatını 

müəyyən  edir.  Bəzən  isə  ona  qeyri  obyektiv,  subyektiv  səbəblər  mane  olur.  Bu  vəziyyət  də  şəxsiyyətdə, 

onun rəftar və davranışında yeni keyfiyyətlər yaradılmasına səbəb olur. 

Özüntərbiyə  məktəb  illərindən  başlanır.  Beləki  aparılan  bütün  tərbiyə  işi  özüntərbiyə  tələbləri 

yaratmalıdır.  Hər  şagird  verilən  əxlaqi  tələbi  özünün  hərəkət  və  davranışlarında  formalaşdırmağa 

çalışmalıdır.  Bu  formalaşdırma  səyi,  fəaliyyəti  özüntərbiyədir.  Özüntərbiyə,  göründüyü  kimi,  insanların 

daxili  səyləri  ilə  bağlıdır.  Bu  daxili  səylər  isə  xariji  təsirlərin  məzmunu  ilə  şərtlənir.  Daxili  səy  həmdə 

insanların  risixi  inkisi  ilə  vaglıdır.  İnsan  öz  pisixi  inkişafına  nəzarət  etdikdən  sonra  özüntərbiyə  başlanır. 

Ona görədə insanların şüurlu surətdə özüntərbiyəsi yetkinlik, insanın özündərk etməsi dövründən başlanır. 

Özündərketmə  dövründə  tələbat  özüntərbiyə  metoduna  çevrilir.  Ancaq  həyat,  yaşamaq,  yəni  özüntərbiyə 

obyektiv,  real  həyatı  təlabata  sevrilir.  O,  yenidən  tərbiyə  vastələri  axtarır,  özündə  yeni  keyfiyyətlər 

formalaşdırmanın zəruriliyini dərk edir. Bunun üsün zəruri olan tələbatlar özüntərbiyə motivinə çevrilə bilər. 

Bu  tələblər  insanların  yaşadığı  və  fəaliyyət  göstərdiyi  maddi  həyyatdan  doğan  tələbatlardır.  Məhz  bu 

tələbatlar əsasında insanlar öz hərəkət və davranışlarında yeni keyfiyyətlər formalaşdırır. Artıq şəxsiyyət öz-

özündə yeni əxlaqi keyfiyyətlər formalaşdırmağa səy göstərir. Bu isə özüntərbiyəni tərbiyyədən fərqləndirən 

əsas və başlıca şərtdir. 

Özüntərbiyə  formalaşdırılacaq  əxlaqi  keyfiyyətlərlə,  cəmiyyətin  tələb  etdiyi  yeni  keyfiyyətlərlə  – 

şəxsin malik olduğu adət və rəftarlara, o imkanlara uyğun gəldikdə daha asanlıqla baş verir. 

Özüntərbiyə  anlayışı  geniş  mənada  özüntəhsil  anlayışını  da  əhatə  edir.  Dar  mənada  isə  tərbiyə 

cəmiyyətin və fəaliyyətin tələbi əsasında özüntərbiyəni mənəvi  keyfiyyətlərin formalaşdırılması və ya hər 

hansı  əxlaqi  keyfiyyətin  adət,  davranış,  rəftarında  çıxarması  prosesidir.  Özüntərbiyənin  özündərketmə, 

özünü məcbur etmə , özünənəzarət, özünü ələalma kimi anlayışları mövjutdur. 

        Özüntərbiyə rəhbərlik

Özüntərbiyə rüşeyimləri tərbiyyənin ilk mərhələlərindən başlanır. Yəni verilən tərbiyə tələbləri şüurlu surətdə 

mənimsədildikjə,  uşağın  özü  tərəfindən  transformasia  edildikjə  özündərketmə,  özünü  məjbur  etmə  meyilləri  ilə 

başlanır. Bu prosesə məhz müəllim rəhbərlik etməlidir. Müəllim tərbiyə tələbləri verdikjə uşaq şəxsiyyətinə, onun 

güjünədə  mürajiət  etməlidir.  Yəni  tərbiyəçi  və  müəllim  tərbiyə  tələbləri  ilə  tərbiyə  olunanın  fəaliyyətinə  elə 



istiqamət verilməlidir ki, onlarda müstəqillik, təşəbüskarlıq, yaradıjılıq fəallıq yaransın.Bu təsirlər həmsinin tərbiyə 

olunanda öz - özündə səylə işləmə arzusu və ona daxili tələbatda yaratmalıdır. Bu isə tərbiyyəçinin tərbiyyələndirmə 

fəaliyyəin  əsasını təşkil edir. 

Mədəniyyət  müəssisələrində  isə  bu iş  daha böyük  ustalıq,  pedaqoci  ustalıq  və  takt  tələb  edir.  Beləki 

mədəniyyət  müəssələrində  marağa  görə  birləşən  müxtəlif  yaş  qururlarında  bu  işin  aparılma  səviyyəsi  də 

müxtəlif olur. Yaşlılardan ibarət bu iş daha mürəkkəb olur. Beləki dövrün aktual istimai – siyasi problemləri 

insanların əxlaqına müxtəlif şəkildə təsir göstərir. İnsanlarda düzgün münasibət formalaşdırmaq, problemli 

situatsiyaları düzgün dərk etdirmək rəhlərdən xüsusi birliklər pedaqoci ustalıq tələb edir. Beləki, tərbiyyəsi 

mövsut şəraiti obyektiv şəkildə təhlil etməli, şəxsi özünə nəzar salmağa, özü – özünü hərəkət və fəaliyyətini 

təhlil  etməyə  məjbur  etməlidir.  Şəxsiyyət  özünü  təhlil  edərək  öz  nöqsanlarını  dərk  etməli  və  ya  özünün 

doğru bildiyi, amma jəmiyyət və ətraf mühit tərəfindən qəbul edilməyən səhv davranış və ya hərəkətlərini 

görməli  başa  düşməlidir.  Anjaq  bundan  sonra  şəxs  də  özünütərbiyə  etmə  arzusu  və  meyli  yarana  bilər. 

Özüntərbiyə  bütün  dövrlərdə  mövjudı  olmuşdur.  Xüsusən  inqilablar  və  yenidənqurma  dövürlərində  buna 

böyük ehtiyyajlar yaranmışdır. Beləki köhnə ijtimai münasibətlər əsasında formalaşmış şəxs yəni jəmiyyətin 

tələblərinə  jətin  alışır,  onda  çaşqınlıq  yaranır,  yəni  tələbləri  qəbul  edə  bilmir.  Mədəniyyət  müəssələri, 

injəsənət  müəssələrinin  tərbiyyəvi  fəaliyyəti  belə  vəziyyətdə  daha  çox  aktuallıq  kəsb  edir.  Mədəniyyət 

müəssələrində  aparılan  tədbirlər  vastəsi  ilə  yeni  əxlaqi  tələblər,  ijtimai  münasibətlərin  mahiyyəti  təhlil 

edilməli, onun daxili mənzərəsi insanlara dərk etdirilməlidir. Yeni münasibətlərin qəbul edilərək insanların 

mənimsəməsinə düzgün istiqamət verilməlidir. Hər bir yeni ijtimai münasibətlər isə yeni əxlaqi keyfiyyətlər 

yaradır və jəmiyyət üzvlərindən bu keyfiyyətləri mənimsəməyi, ona uyğun hərəkət etməyi tələb edir. Odur 

ki, özüntərbiyə ijtimai xarakter daşıyır, onun məzmunu jəmiyyətin dəyişməsilə bərabər gedir. İşgüzar, kamil 

və  hərtərəfli  şəxs  isə  mühit  və  onun  yeni  tələbləri  ilə  ayaqlaşmağa,  özündə  zəruri  keyfiyyətlər 

formalaşdırmağa,  lazım  olmayanları  aradan  qaldırmağa  çalışır.  İjtimai  həyat  hadisələrində  fəal  iştirak 

etməyə  ona  bu  və  ya  digər  şəkildə  təsir  göstərməyə  çalışır.  Bu  isə  əsasən,  insanın  özünün  həyata  olan 

münasibətini  başa  düşdükdən,  dərk  etdikdən  sonra  başlanır.  Həyatın  insana  verdiyi  tələbləri,  şəxs  özü  – 

özünə verməyə başlayır. 

Özüntərbiyə təlabatının əmələ gəlməsində subyektiv səbəblər, amillərdə mühüm rol oynayır. Subyektiv 

şərtlər  dedikdə  formalaşmış  adətlər,  rəftarlar,  əxlaqi  anlayışlar,  ümumi  inkişaf  səviyyəsi,  iradi 

keyfiyyətlər,maraq,  meyl  və  sairə  başa  düşülür.  Bu  keyfiyyətlər insanların fərdi  keyfiyyətlərindən təzahür 

edir.  Özüntərbiyə  stimulları  maddi  və  mənəvi  olmaqla  iki  yerə  bölünür.  Maddi  stimullu  insanların  əmək 

fəaliyyəti və iqtisadi tələbləri ilə bağlı olan stimullardır. Bu stimullar özüntərbiyyədə əsas rol oynayır. 

Mənəvi  stimullara  isə  insanların  mənəviyyata  olan  tələbatlarından  doğan    stimullar  daxildir.  Mənəvi 

stimullar da insanların həyatdakı mövqeyindən doğur, maddi təminatla bağlı olur. 

Müstəqil iş üçün sual və tapşırıqlar. 

1.Özüntərbiyə stimulları hansılardır. 

2.Mühit özüntərbiyəyə nejə təsir edir. 

3.Mədəniyyət müəssələrində hansı özüntərbiyə imkanları vardır. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin