1. Texnoloji inhisarçılıq
- istehsal proseslərinin tex-
nologiyası və bundan irəli gələn müvafiq iş rejimi ilə bağ-
lıdır. Bu tipli inhisarlarda müəyyən kəşflər, elmi-texniki
nailiyyətlər, mütərəqqi texnologiyalar, patentlər onların
ixtiyarında və istifadəsində olduğundan, başqalarına nisbə-
tən daha yüksək mənfəət əldə edə bilirlər. Məsələn, yeni
istehsal olunan bir avtomobilin, dərmanın, mobil telefonun
patenti konkret hansı şirkətə, korporasiyaya məxsusdursa,
şübhəsiz həmin qurum texnoloji cəhətdən öz sahəsində in-
hisarçı sayılacaqdır.
Lakin müasir inteqrasiya və qloballaşma, habelə
"açıq iqtisadiyyat modeli" şəraitində bu hal müvəqqəti bir
xarakter daşıyır. Çünki, kəskin bazar rəqabət mühitındə
yenilik və mütərəqqi texnologiya, qısa dövr ərzində digər
daha mükəmməli ilə əvəz olunur.
207
2. İstehlakçı inhisarçılığı
(monopsoniya), bazarda
çoxlu sayda satıcı olduğu halda, yalnız bir alıcının olduğu-
nu nəzərdə tutur. Buna misal kimi pambıq, yun, çay, bara-
ma, mürəkkəb mexanizmlər, xüsusi avadanlıqlar, dağ-mə-
dən sənayesində istifadə olunan ağır yük maşınlarını gös-
tərmək olar ki, nəticədə yüksək mənfəət əldə etmək imka-
nı yaranır.
3. Təşkilati inhisarçılıq,
istehlakçı birliklərin forma-
laşdırılması, müxtəlif sahələr üzrə, yaxud sahələrarası,
yaxud da regional (bölgə) qurumların, təşkilatların yara-
dılması ilə səciyyələnir. Bu istiqamət bütövlükdə iqtisa-
diyyatın inhisarlaşma səviyyəsinin yüksəlməsini təmin et-
sə də, milli iqtisadiyyatlar üçün müəyyən problemlər yara-
dır.
4. İdarəetmə inhisarçılığında
dövlət və onun müva-
fiq orqanları, ölkənin təsərrüfat həyatının konkret subyekt-
ləri kimi iqtisadiyyatın müxtəlif istehsal-xidmət dairəsi
sahələrinin tənzimlənməsində, habelə fəaliyyətində iştirak
edirlər. Bu meyl, inzibati-amirlik sistemlərinə və totalitar
siyasi-ictimai quruluşlara xas olan bir cəhətdir.
ç)
İqtisadçılar və mütəxəssislər arasında uzun illər-
dən bəri mübahisələr davam etməkdədir ki, istər tarixən
keçdiyi ziddiyyətli inkişaf yolu və onun müəyyən (konkret
mərhələləri, istərsə də müasir iqtisadi inteqrasiya, qlobal-
laşma prosesləri, tədricən vahid dünya təsərrüfat siste-
minin formalaşması baxımından, inhisar birliklərinin müx-
təlif şirkətlərinin rəqabət mühitindəki fəaliyyəti öz sosial-
iqtisadi nəticələrinə görə, bütövlükdə cəmiyyət üçün nə
dərəcədə səmərəlidir? .
Bir qrup iqtisadçının fikrincə, onların öz texniki-tex-
noloji və investisiya imkanlarından daha səmərəli, habelə
208
uzaqgörənliklə istifadə edərək, mənfəətini artırmaq nami-
nə, bu işlərə müsbət təsir göstərirlər. Bu tərəqqinin üstün-
lüklərini ABŞ
Dostları ilə paylaş: |