Dersin Adı


Dielektrikləri metal və yarımkeçiricilərdən fərqləndirən xarakterik xüsusiyyətlər



Yüklə 1,78 Mb.
səhifə2/6
tarix03.11.2022
ölçüsü1,78 Mb.
#67293
1   2   3   4   5   6
Slayd - 1 - Dielektriklər fizikasının əsasları

Dielektrikləri metal və yarımkeçiricilərdən fərqləndirən xarakterik xüsusiyyətlər

Maddələrin dielektrik və keçiricilərə bölünməsi tam şərtidir. Keçiricilər kimi dielektriklər də elektrik cərəyanını keçirir, bunların elektrik keçiriciliyi çox kiçikdir (sərbəst yük-lərin miqdarı az olduğuna görə), lakin həmişə sıfırdan fərqlidir.

Təbiətdə bir qrup materiallar mövcuddur ki, elektrikkeçiriciliyinə görə dielektriklərlə keçiricilər arasında aralıq vəziyyət tutur ¬– bunlar yarımkeçiricilərdir. Bunlarla yanaşı, eyni material bir şəraitdə özünü dielektrik, digər şəraitdə isə keçirici kimi apara bilər. Belə ki, bir sıra dielektriklər (məs., şüşə, əksər kristallar) yüksək temperaturlarda keçiriciyə çev-rilir, metallar isə, yüksək temperaturlarda qazvari hala keçir və dielektrik olur.

Yarımkeçiricilər (məsələn, germanium, silisium) çox aşağı tempuraturlarda dielektrik xassələri əldə edir. Bəzi zəif dielektriklər sabit elektrik sahəsində özünü keçirici kimi aparır, yəni kifayət qədər kiçik zaman kəsiyində (saniyələr, dəqiqələr) onların sərbəst yükləri xarici elektrik sahəsini tam ekranlayır və dielektrikin daxilindəki sahə sıfır olur. Belə dielektriklər dəyişən elektrik sahəsində isə özlərini tipik dielektrik kimi aparır (əgər sərbəst yüklərin yerdəyişməsi elektrik sahəsinin dəyişməsinə nisbətən zəif olarsa).

Dielektrikləri metal və yarımkeçiricilərdən fərqləndirən xarakterik xüsusiyyətlər

Qeyd olunanlarla yanaşı, dielektrik, keçirici və yarımkeçiricilərin bir-birindən kəskin fərqli xarakteristik xüsusiyyətləri də vardır.

Dielektrikə bütöv bir mühit kimi baxılan makroskopik nəzəriyyədə onların elektrik xassələri (yüksək elektrik müqaviməti və polyarlaşma qabiliyyəti) onunla izah olunur ki, metallardan fərqli olaraq, onlarda sərbəst elektronlar çox azdır (otaq temperaturunda ). Müqayisə üçün metallarda sərbəst elektronların konsentrasiyası praktiki olaraq atomlarınkı qədərdir ( ).

1.1Elektrik xassələri

Dielektrik və metallar bir-birindən həm elektrik və optik, həm də istilik və mexaniki xassələrinə görə də fərqlənir.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin