Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir



Yüklə 0,94 Mb.
səhifə2/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19
Avadanlıqlar

Ayıranlar və qısaqapayanlar.İstehlakçıların qəbuledicilərinin gücünün artması ilə əlaqədar 35-220 kV gərginlik bilavasitə şəhərlərin zavod və fabriklərinin ərazilərinə verilir. Bu gərginliklərin açarlarının qabarit ölçüləri böyük, qiyməti çox olur. Bununla əlaqədar elektrik təchizatının sadə sxemləri tərtib edilmişdir, burada YG açarları böyük otaq tələb etməyən sadə və ucuz aparatlarla – ayıranlar və qısaqapayanlarla əvəzlənir.


Məhdudlaşdirici aparatlar


Məhdudlaşdırıcı reaktor – induktivlik makarasıdır, o QQ cərəyanını məhdudlaşdırmaq və paylayıcı qurğunun şin yığımında lazımı gərginliyi saxlamaq üçündür. Reaktorlar yüngül tipli açarların və gigər yüksək gərginlik aparatların yüngül tiplərindən istifadə etməyə, həmçinin elektrik qurğusunun etibarlığını artırmağa imkan verir. Cərəyanməhdudlaşdırıcı reaktorlarla yanaşı YG qurğularında digər təyinatlı reaktorlar da (şuntlayıcı, yük, qövssöndürücü və s.) tətbiqini tapmışdır.
Boşaldıcılar – elektrik qurğusunda kommutasiya və atmosfer ifratgərginliklərində gərginliyi məhdudlaşdırır. O aparatların və avadanlıqların elektrik izolyasıyasının elektrik möhkəmliyinə verilən tələbi azaldır və elektrik qurğusunun qabarit ölçülərini kiçildir və qiymətimi aşağı salır.


Ölçü aparatlari

Bu qrupa YG-li cərəyan və gərginlik transformatorları daxildir. Onlar YG-li güc dovrələrini cərəyan dövrələrini ölçü cihazları və rele mühafizəsinin cərəyan dövrələrinindən və gərginlik dövrələrindən izolə edir. Bundan başqa onlar YG-li güc dövrələrinin müxtəlif nominal cərəyanları və nominal gərginliklərini cərəyanın və gərginliyin standart qiymətlərinə (1A, 5A, 100V) çevirə bilirlər.




KPQ (komplekt paylayıcı qurğular) - YG aparatlarının məcmusu olub (açarlar, ayırıcılar, cərəyan transformatorları, gərginlik transformatorları, reaktor və s.) enerji selinin idarəsini və qəza rejimlərindən mühafizəni təmin etməyə imkan verirlər. KPQ aparat zavodunda hazırlanır və yarımstansiyaya hazır halda verilir. KPQ özəklərinin müəyyən yığımı imkan verir ki, quraşdırma yerində müəyyən tipli sxem ilə YG-li paylayıcı qurğu yığılsın. KPQ paylayıcı qurğunun quraşdırma vaxtının kəskin azalmasına imkan verir, elektrik qurğusunun etibarlı işini yüksəldir, aktiv materialların və əməyin sərfini azaldır.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin