Dərs vəsaitində elektrik stansiyaların və yarımstansiyaların əsas avadanlıqları: güc transformatorları, cərəyan və gərginlik transformatorları, açarlar, reaktorlar, ayırıcılar, ayıranlar vəqısaqapayanlar nəzərdən keçirilir



Yüklə 0,94 Mb.
səhifə7/19
tarix27.12.2023
ölçüsü0,94 Mb.
#198996
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   19
Avadanlıqlar

MÜHAZİRƏ 5

3.2. Hava açarları
Hava açarlarında qövs aralığının deionlaşması söndürücü kameradan metal dəlikdən atmosferə çıxan sıxılmış hava selində baş verir. Qövs aralığı dəliyin oxu boyunca yerləşmişdir.
Güclü hava açarlarında havanın təzyiqi 2-4 MPa olur. Havanın axma sürəti kanalın en kəsiyindən asılıdır. Ən kiçik sürət kamerada olur.
Hava açarının söndürmə qurğusunun aça biləcəyi ən böyük cərəyan havanın təzyiqindən, dəliyin en kəsiyinin sahəsindən və bərpa olunan gərginliyin sürətindən asılıdır. Təzyiqin və dəliyin en kəsiyinin sahəsi artdıqca açarın açma qabiliyyəti artır. Bununla yanaşı havanın sərfi, resiverin həcmi (açarın özülündə yerləşən sıxılmış hava ehtiyatı olan polad silindr) və klapanların ölçüləri artır. Son vaxtlara qədər hava açarlarında havanın təzyiqi 2 MPa-dan çox olmurdu. Ən yeni açarlarda 4 MPa təzyiqdə işləyir və yüksək açılma qabiliyyətinə malikdirlər. Təcrübə göstərir ki, bir aralıqlı sönmə qurğusu olan hava açarı 2 MPa təzyiqdə 55-60 kV gərginliyə uyğundur, 4 MPa təzyiqdə isə 110-125 kV gərginliyə uyğun gəlir. Daha yüksək nominal gərginliklər üçün açarlar dövrələrin çoxqat kəsilməsi, ardıcıl qoşulmuş bir neçə sönmə qurğuları ilə hazırlanır.
Hava açarlarının konstruksiyaları çox müxtılifdir. Onlar aşağıdakı əsas qruplara bolünə bilər: 1) boşala bilən sönmə kameraları və ayıranlarla olan açarlar; 2) ayıranları olmayan hava ilə dolmuş açarlar.
Boşala bilən sönmə kameraları və ayıranlarla olan açarlar köhnə konstruksiyalara aiddir. Ayıran açarın sönmə qurğusu ilə ardıcıl qoşulan əlavə kommutasiya qurğusudur. Ayırana tələbat boşala bilən sönmə kameraları, yəni sıxılmış havanın qısa müddətdə, yalnız açılma prosesidə daxil olduğu kameraları olan açarlarda yaranır. Bu halda yaranan aralıq qövsün sönməsinin optimal şəraitinə uyğun olur, lakin qövs söndükdən və üfürmə başa çatdıqdan sonraaralığın elektrik möhkəmliyini təmin etmir.
Hava ilə doldurulmuş açarlarda (şəkil 3.2) ayırmalar olmur. Lakin bu açarlatın əsas fərqi ondadır ki, kontakt sistemli sonmə qurğusu (əsasən iki aralanma ilə) torpaqdan izolə edilmiş və havaötürəndən keçməklə resiverə birləşmiş kiçik metal çəlləyə yerləşdirilir. Çəllək həm “açılmış”, həm “qoşulmuş” halda tam təzyiq altında olur. Boşaldıcı kameralı açarlar üçün xarakterik olan resiverin çıxış borusu üzərində üfürmə klapanı burada olmur. Onun əvəzinə çəlləkdən atmosferə işlənmiş qaz üçün klapan nəzərdə tutulur. Açılma prosesində qövssöndürücü kontaktlar aralanır və eyni vaxtda qaz klapanı da açılır. Aralıqda yaranan qövslər hava seli ilə yardımçı elektrodlara tərəf üfürülür. Elektrodlar havanın çəlləkdən çıxdığı ucluqdada yerləşirlər. Qövsün sönməsi hava ilə dolmuş kameralarda (çəlləklərdə), boşaldıcı kameralı konstruksiyalara nisbətən, daha effektiv olur.
Hava açarlarının aşağıdakı üstünlükləri vardır: yanğın və partlayış təhlükəsizliyi; tez işə düşmə; yüksək açma qabiliyyəti; xəttin tutum cərəyanlarını etibarlı açması; qövssöndürən kontaktların az yeyilməsi; qövssöndürən kameralara asan giriş; iri hissələrdən seriyalar yaratmaq; xarici və daxili quraşdırmaya yararlı olması.
Hava açarlarının nöqsanları: kompressor qurğusunun vacibliyi; bir sıra detal və hissələrin mürəkkəbliyi; nisbətən baha olması; cərəyan transformatorlarının quraşdırılmasının çətinliyi.

Şəkil 3.2. Hava açarının xarici görünüşü (BHB-200 tipli): 1- resiver; 2-dayaq kolonkaları; 3-intiqal qurğusu; 4-rezistorlar;


5- iki aralıqlı sönmə kamerası; 6-gərginlik bölücü kondensatorlar; 7- idarə şkafı


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin