Hava nəqliyyatının dünya nəqliyyat sistemində əhəmiyyəti
Hava nəqliyyatı dünya iqtisadi proseslərinin inkişafının sürətləndirilməsində beynəlxalq nəqliyyat sisteminin tərkib və mobil, operativ, sürətli sahəsi kimi mühüm əhəmiyyət kəsb edir.
Bu nəqliyyat vasitəsi yüklərin və sərnişinlərin ünvanlarına və mənzil başlarına çatdırılmasında ən yüksək sürətə və çoxlu sayda üstünlüklərə malikdir. Bununla belə, hana nəqliyyatının maya dəyərinin yüksək olması əsas çatışmayan cəhət kimi xarakterizə olunur. Digər tərəfdən, hava şəraitindən asılı olaraq, bu nəqliyyat sisteminin işində çətinliklər yarana bilər. Başqa bir amil isə, bu nəqliyyat vasitəsi ilə kütləvi yüklərin iri həcmdə daşınması qeyri mümkündür. Bununla əlaqədar olaraq, hava nəqliyyatından əsasən tez xarab olan yüklərin, tibbi preparatların, operativlik tələb edən xüsusi yüklərin və s. daşınmasında daha çox istifadə olunur.
Dostları ilə paylaş: |