Dünyanın ən iri beynəlxalq hava limanları-əsasən ABŞ-da yerləşir. Bu ölkədə illik sərnişin daşınması 25 mln. nəfərdən artıq olan 15 liman fəaliyyət göstərir (bu tip dünyada cəmisi 27 təyyarə limanı mövcuddur). Bunlara Xartfild (Atlanda) - 82 mln. nəfər sərnişin, Oxara (Çikaqo) – 74 mln. nəfər, Los-Ancelos - 67 mln. nəfər, Dallas – 62 mln. nəfər, San Fransisko – 42 mln. nəfər, Denver – 40 mln. nəfər, Las Veqas – 39 mln. nəfər, Sent-Pol (Minnevpolis) – 38 mln. nəfər, Finiks – 37 mln. nəfər, Detroyd – 37 mln. nəfər, Hyuston – 36 mln. nəfər, Nyu-York (Nyuark) – 35 mln. nəfər, Mayami – 35 mln. nəfər, Kennedi (Nyu–York), Sent– Luis və Orlando hava limanları hər biri – 31 mln. nəfər sərnişin daşıyır. Bu tip hava limanlarından digər ölkələrdə, məsələn, Böyük Britaniyada Hitrou (London) - 65 mln. nəfər, Qetvik (London) – 32 mln. nəfər, Almaniyada Reyn–Mayn (Frankfurt) –
49 mln. nəfər, Yaponiyada Xaneda (Tokio) – 56 mln. nəfər, Fransada Şarl De Qoll (Paris) – 48 mln. nəfər, Kanadada Toronto – 29 mln. nəfər, İspaniyada Madrid – 33 mln. nəfər, Niderlandda Amsterdam – 40 mln. nəfər, Koreya Respublikasında Kimpo (Seul) – 37 mln. nəfər, Sinqapurda Çanqe – 29 mln. nəfər və Çində Syanqan – 33 mln. nəfər sərnişin daşınır.
Dostları ilə paylaş: |