7.3. Dünyanın əsas dəniz nəqliyyatı marşrutları və iri limanları
Dünyanın bir çox dəniz sahilli ölkələrində güclü infrastruktura malik beynəlxalq yük daşımaları infrastrukturu və iri dəniz limanlarının yaradılmasına imkan vermişdir. Məlumdur ki, dünyada ən güclü infrastruktura malik beynəlxalq dəniz nəqliyyatı qovşaqları Atlantik okeanında formalaşdırılmışdır. ABŞ ilə Qərbi Avropa arasında, Aralıq dənizi ilə, Şimal və Norveç dənizləri arasında olan istiqamətlər üzrə iri həcmdə yükdaşıma əməliyyatları dövriyyəsi diqqəti cəlb edir. Digər iri dəniz nəqliyyatı infrastrukturuna malik olan Sakit okeanın payına beynəlxalq dəniz daşımalarının 25 %-i düşür. Bu okeanda ABŞ və Kanadanı Şərqi və Cənub-Şərqi Asiya ilə birləşdirən Sakit okean istiqamətini, ABŞ-ın Atlantik okean sahillərini Havay adaları ilə Panama kanalı hesabına Yaponiyanı birləşdirən istiqamətlərini, Avstraliya ilə Yaponiya və Şərqi Asiyanın digər ölkələrini birləşdirən Transokean istiqamətlərinin güclü potensialını göstərmək mümkündür. Dəniz gəmiçiliyi ilə yükdaşımalarda üçüncü yeri Hind okeanı tutur və onun payına dünya dəniz daşımalarının 15%-ə qədəri düşür. Süveyş kanalı vasitəsilə Avropadan Asiya və Avstraliyaya həyata keçirilən beynəlxalq yükdaşımaları xüsusi önəm kəsb edirlər.
Dünya dəniz limanlarının ümumi sayı bir sıra mənbələrdə 10-15 mindən çox göstərilsə də, bununla belə beynəlxalq yükdaşımalarda mühüm əhəmiyyət kəsb edən limanların sayının 2200 -2250 olduğu bildirilir. Bu limanlardan 900-ü Avropada, 500-ü Amerikada, 400-ü Asiyada və qalanları digər ərazilərdə fəaliyyət göstərirlər. İri dəniz limanlarına xas olan əsas xüsusiyyətlər, onların müxtəlif yükləri qəbul edə bilməsi, yerləşdirməsi, qruplaşdırması və sortlaşdırması imkanlarının olmasıdır.
Dünyanın ən iri limanlarıdan- illik yük dövriyyəsi 100 mln. tondan çox olan bir qrup universal dəniz limanlarına misal olaraq,
Sinqapur(illik yük dövriyyəsi 325 mlnton), RotterdamNiderland(320), Yeni Orlean-ABŞ(225), Şanxay-Çin(185), Syanqan-Çin (175), Tiba-Yaponiya (170), Hyuston-ABŞ (160), Naqoya-Yaponiya (155), Ulsan-Koreya (150), Antverpen-Belçika
(130), İnçxon-Koreya (120), Pusan-Koreya (115), İokoqamaYaponiya (115), Qaosyun – Tayvan (115), los-Anceles – ABŞ
(115) və sairləri göstərmək olar.
Məlumdur ki, dünya ölkələrinin beynəlxalq daşımalarda əsas potensiallarının göstəricilərindən biri də geniş imkanlara malik yükdaşıma gəmiləri parkının olmasıdır. Yaponiyada gəmilərin sayı 8650, Panamada – 6140, ABŞ-da – 5640, Rusiyada – 4700, Çində - 3290, Sent-Vinsent və Qrenadada – 2440, Koreyada- 2430, Norveçdə - 2360, Filippində-1950, Sinqapurda – 1750, Liberiyada – 1630, Maltada – 1570, Kiprdə -1560, Yunanıstanda – 1500, İtaliyada – 1400, Baham adalarında – 1300, Türkiyədə 1150, Danimarkada – 1050, Almaniyada – 1030, Hindistanda –
970, Tayvanda – 680, Malayziyada – 630 və sairləri qeyd etmək olar.
Dostları ilə paylaş: |