Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Mövzu 6. Beynəlxalq dəmir yolu daşımaları



Yüklə 175,75 Kb.
səhifə58/170
tarix02.01.2022
ölçüsü175,75 Kb.
#40093
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   170
SDU nəqliyyat

Mövzu 6. Beynəlxalq dəmir yolu daşımaları



    1. Dəmiryolunun yaranması tarixi və formalaşması prosesləri.

    2. Beynəlxalq dəmiryolu nəqliyyatı. 6.3. Beynəlxalq dəmiryolu nəqliyyatının mahiyyəti və əsas

xüsusiyyətləri. 6.4. Beynəlxalq dəmir yolu daşımaları Razılaşdırılması

qaiməsinin tətbiqilə dəmir yolu nəqliyyatında yüklərin daşınması üzrə Beynəlxalq Gömrük proseduru barədə Konvensiya.

    1. Dəmiryolçuların Beynəlxalq İttifaqı.

    2. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi.

    3. Bakı-Tbilisi-Qars dəmiryolu xətti.



6.1. Dəmiryolunun yaranması tarixi və formalaşması

prosesləri

XIX əsrin əvvəllərindən başlayaraq sənayenin inkişafı ilə əlaqədar olaraq agır yüklərin daşınması və uzaq məsafələrə sərnişinlərin daşınması üçün nəqliyyat vasitəsinin yaradılmasını zəruri etmişdi. Bu məqsədlərlə ilk dəmiryolu 1830-cu ildə İngiltərədə Liverpul-Mançester xətti istifadəyə verilmişdir. Daha sonra bu proseslər ABŞ-da inkişaf etmişdir. Bu ölkədə ilk dəmiryolu Çarlston və Oqasta şəhərlərini birləşdirmişdir. Fransada ilk dəmiryolu 1833-cü ildə, Almaniyada və Belçikada 1835-ci ildə, Rusiyada 1837-ci ildə çəkilmişdir.

O dövrdə dəmir yolu şəbəkəsinin genişlənməsi nəticəsində- 1850-1990-cü illər arasında dünyada 800 km dəmiryolu istifadəyə verilmişdir və artıq 1920-ci ildə dəmiryolunun uzunluğu 1,2 min. km-ə çatmışdır. Növbəti 70 il ərzində dünya dəmiryolu sistemi çox sürətli inkişaf yolu keçmiş və XXI əsrin əvvəllərinə dünya üzrə dəmiryolunun uzunlugu 900 min km təşkil etmişdir.

Dünyanın nisbətən iri dəmir yolu infrastrukturuna və uzun dəmir yolu qovşagına daxil olan ölkələr sırasında ABŞ (195 min km.), Rusiya (86 min km.), Kanada (80 min km.), Hindistan (59 min km.), Çin Xalq Respublikası (58 min km.), Almaniya (38 min km.), Avstraliya və Argentina (hər biri 33 min km.), Fransa (32 min km.), Meksika (27 min km.), Polşa, Ukrayna və Cənubi Afrika Respublikası (hər biri 23 min km.), Brasiliya (22 min km.), Yaponiya (20 min km.), Böyük Britaniya (17 min km.), İtaliya (16 min km.) və bir sıra ölkələr yer almışdır.

Son 10 illiklərdə dünya üzrə dəmir yolu vasitəsi ilə daşınan yüklərin həcmi 4 trl. ton/km səviyyəsini ötmüşdür. Bu sahədə ilk üçlük ölkə kimi- ABŞ, Çin və Rusiya digər ölkələrdən ən azı 10 dəfə öndədirlər. ABŞ-da illik yük dövriyyəsinin həcmi 2250 mlrd ton/km, Çində 1260 mlrd/km, Rusiyada isə 1240 mlrd ton/km təşkil etmişdir.

Müasir dövrdə yüksək texnologiyaların sürətli inkişafı ilə əlaqədar olaraq yüksək magistral xətlərin istismarına üstünlük verilməkdədir. Bu cür dəmir yolu magistrallarında saatda 200-300 km surətlə gedən ekspres sərnişin qatarlarından istifadə olunur. Bu tip magistral yollara ciddi önəm verən ölkələr kimi-Yaponiya və

Fransa xüsusilə fərqlənirlər. Son onilliklərdə Almaniya, İtaliya, ABŞ, Koreya Respublikası və Çində bu tip dəmir yolu magistrallarının istismara verilməsi intensivləşməkdədir. Rusiyada yüksək sürətli dəmir yolu ekspres magistralı Moskva- Sankt Peterburq marşrutu üzrə açılmışdır.


Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin