BTQ-nin tarixi xronologiyası- 1993-cü ildə Bakıdan
Qarsadək dəmir yolu xəttinin çəkilməsinin planlaşdırılması ilə başlayıb və əsasən 2005-ci ildən bu müzakirələr intensivləşib. 2007-ci il noyabr ayının 21-də Gürcütanda bu dəmir yolu xəttinin təməli qoyulmuş və 2008-ci ilin iyun ayından isə Türkiyə hissəsində işlərə start verilib. İlkin proqnozlara görə dəmir yolu xəttinin 2014-cü ildə istismara verilməsi göslənilir.
BTQ-nin ümumi göstəriciləri və xarakteristikası. Xəttin uzunluğu ümumilikdə 826 kilometr təşkil edir. Bu dəmir yolu xətti 3 ölkənin ərazisindən keçəcək: Azərbaycan, Gürcüstan və Türkiyə. Bu dəmiryolu xəttinin keçəcəyi əsas marşrutlar belədir: Bakı - Ələt - Qazıməmməd - Kürdəmir – Yevlax - Gəncə - Ağstafa – Rustavi – Tblisi – Axalkalaki - Qars. Azərbaycan ərazisində BTQ-nin keçdiyi marşrutlar üzrə lokomotiv bazası möhkəmləndiriləcək və infrastruktur obyektləri yaradılacaqdır.
BTQ-nin istismarından sonra onun illik buraxılış qabiliyyətinin 17 milyon ton təşkil edəcəyi gözlənilir. İstismarın ilk illərində ildə 6-7 milyon ton yükün və 1 milyondan çox sərnişinin daşınacağı proqnozlaşdırılır.
Dostları ilə paylaş: |