Konvensiya üzrə sərhədlərdə yüklərin nəzarətdən keçirilməsinin əsas şərtləri bunlardır:
Tibbi-sanitar nəzarət;
Veterinar nəzarəti;
Fitosanitar nəzarəti;
Texniki standartların uyğunluğu nəzarəti;
Keyfiyyət nəzarəti və s.
Beynəlxalq daşımalarda istifadə edilən – Pula verilən konteynerlərə tətbiq olunan Gömrük rejimi barədə
Konvensiya
Bu Konvensiya qısaca olaraq, Konteyner pulu haqqında
Konvensiya adlanır. Konvensiya 21 yanvar 1994-cü ildə Cenevrədə qəbul edilmişdir.
Konteyner pulu haqqında Konvensiyanın əsas missiyası – beynəlxalq yüklərin konteyner daşımalarının intensivləşdirilməsi və bu növ yükdaşıma xidmətinə daim artmaqda olan tələbatın ödənilməsidir. Bunun üçün ilk növbədə konteynerlərdən effektiv istifadə edilməsi, inzibati prosedurların, gömrük rejiminin sadələşdirilməsi və asanlaşdırılması zəruridir.
Beynəlxalq qarışıq yükdaşınmaların mühüm xətləri və müvafiq obyektləri barədə Avropa Sazişi
Bu Saziş – 01 fevral 1991-ci il Cenevrədə qəbul edilmişdir.
Beynəlxalq qarışıq yükdaşınmaların mühüm xətləri və müvafiq obyektləri barədə Avropa Sazişinin əsas missiyası və başlıca məqsədlərinə - beynəlxalq yükdaşınmaların asanlaşdırılmasına yardımçı olmaq, ətraf mühitin qorunmasına əlavə tövhələr vermək, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsinin nəqliyyat təminatını yaxşılaşdırmaq, Avropanın avtomobil yolu qovşaqlarında, xüsusilə transalp magistralında gərginliyi azaltmaq, Saziş iştirakçısı olan dövlətlərin beynəlxalq nəqliyyat infrastrukturunun gücləndirilməsində fəal iştirakını təmin etmək və sairlər daxildirlər.
Bu Sazişə əlavə olaraq, iştirakçı dövlətlərin ərazisindən keçən mühüm beynəlxalq yükdaşıma xətləri, sərhəd məntəqələri, stansiyalar və terminallar müəyyənləşdirilmişdir.
Dostları ilə paylaş: |