Nəqliyyat sığortası üçün əsas sənədlər kimi – konosomentlər, dəmir yolu qaimələri, yükdaşıma sənədləri, fakturalar və hesablar baxılır. Nəqliyyat sığortaları məcburi və könüllü ola bilər.
Sığorta polisi – sığorta olunanın sığorta edən tərəfdən qarant kimi aldığı sənəddir və burada beynəlxalq yükdaşımalar üzrə şərtlər, qaydalar, xüsusi hallar, hər iki tərəfin vəzifələri, öhdəlikləri, sığorta məbləği, digər maliyyə məsələləri, dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi prosedurları və s. öz əksini tapır.
“Polis” termininin mənası – fransızcadan police, italyancadan polizzadan götürülüb və qəbz yaxud təsdiqləyici imza mənasındadır.
Dostları ilə paylaş: |