Beynəlxalq yük daşımaları üzrə sığortanın mahiyyəti – ilk növbədə beynəlxalq yükdaşımalar üzrə əməliyyatlar zamanı ortaya çıxan zərərin ödənilməsi ilə bağlı sığorta fondunun formalaşdırılması və sığorta işlərinin təşkilidir.
Beynəlxalq yük daşımaları üzrə sığortanın əsas əməliyyatlarına – sığorta obyetki kimi qeydə alınan əmlakın qiymətləndirilməsi, sığorta ödənişinin müəyyənləşdirilməsi və müqavilənin bağlanması, ödənişlərin təşkili, sığorta aktlarının hazırlanması, iri risklərin yenidənsığortasının təşkili, ehtiyyat fondunun yaradılması və s. daxildir.